Sovetlərin SOYAD terroru
Müsahibə31 oktyabr 2021 11:16
Azərbaycanın Rusiya tərəfindən işğalı son üç yüz ilə yaxın dövrdə iki dəfə baş verib. Bir Rusiya imperiyası dövründə, bir də siyasi sistemi dəyişsə də, mahiyyətində imperiya maraqları qalan Sovetlər dövründə. Bu illər ərzində Azərbaycanın çox sahələrinə və milli dəyərlərinə ağır zərbələr dəyib. Böyük nəsillər, genetik koda malik olan insanlar, tarixi və milli mədəni abidələrimiz, hətta dini dəyərlərimiz Rusiya tərəfindən məhv edilib. Bu işğalın Azərbaycana vurduğu ən böyük zərbə xalqımızın genetik kodunun və nəsil şəcərəsini bildirən soyadlara dəyişib.
Azərbaycanda soyadların sistemli tətbiqinə XIX əsrdən etibarən başlanılmış fikrini elmdə və mediada təbliğ edib, Rusiyaya haqq qazandıran müəlliflər isə bilərəkdən bu işğala haqq qazandırmağa çalışıblar. Azərbaycanda İslama qədər dövrdə Alpər, Buğaday, Burla, Beyrək, Banıçiçək, Tural, Selcan, Domrul, Tengiz kimi tarix dastanlarda və folklorda adlarımızın olduğunu görə bilirik. İslam dini qəbul edildikdən sonra yeni doğulanlara Allahqulu, İmamqulu, Həsənqulu, Hüseynqulu, Əliverdi, Allahverdi, Tanrıverdi... kimi adlar qoyuldu.
Tədqiqatçı Ələkbər Qasımov haqlı olaraq yazır ki, "Əliəsgər, Əliövsət, Əliağa, Əlimərdan, Əliisa, Fatimə kimi adlarda "i" saitləri ixtisar edildi. Bu addımı doğrultmaq üçünsə Azərbaycan dilinin qramatikasına qondarma qayda əlavə olundu ki, mürəkkəb şəxs adlarının yazılışında birinci ad saitlə bitib, ikinci saitlə başlayırsa, bu zaman saitlərdən biri düşür, yəni yazılmır."
Bu cürə islahatlar sayəsində soyadlarımız da məcbur dəyişilməyə məruz qaldı. Sovetin bu familiyalandırma işində məqsədi çox sadə idi: əhalinin siyahıyaalınması. Beləliklə, bu proses zamanı babalarımızın adından -ov, -yev vasitəsilə qondarma soyadlar düzəltdilər. Bu zaman isə soyu-kökü, nəsəbi, nəsli-tayfanı və yaxud el-obanı bildirən soyadlar yox edildi. Ölkəmizi işğal edən bolşevik siyasətinin bir məqsədi var idi - Azərbaycan xalqını kökündən qoparıb yenidən əkmək, sovet xalqı yaratmaq. Bu zaman isə genetik kodları olan nəsilləri və insanları soy kökünü yox edən bolşeviklər tarixdən miras qalan nəsillərin əsas xətti olan kişiləri qulaq, bəy, xan, qolçomaq adı ilə bir dəfə öldürdülər, sonra isə 1930-cu illərdən başlayaraq repressiyalar vasitəsilə məhv etdilər. Böyük nəsillər (Atabəylər, Səfəvilər, Cavanşirlər, Qaraqoyunlu, Ağqoyunlu, Talışinski, Əfşarlar, Qacarlar və s.) davamçısı olan şəxslər öldürüləndən sonra yerdə qalanları ov və yev soyadı verərək onların nəslini cılızlaşdırıb yeni kimlik yaratmağa çalışan bolşeviklər bu coğrafiyanın qədim tarixini silməyə cəhd etdilər.
Şəxsən bizim soyadımız Qarabağın xan nəslinə aid Cavanşirlərdən gəlmədir. Lakin babam Seyid Əli Behbud Cavanşiri 1921-ci ildə Şuşadan sürgün edib Ağdama gətirəndə soyadımızı onun adı ilə Əliyev adlandırmaq üçün qeydiyyata aldılar. Onun qardaşlarını və əmisioğullarını isə Behbudov və Ağamirov kimi qeydiyyata aldılar. Beləliklə bizim soy ağacımızı üç yerə böldülər. Bu təkcə bizim nəslin deyil, digər regionlarda böyük nəsillərin də başına gəldi.
Bolşeviklər nəsil adlarının əvəzlənməsi üçün də təbliğat aparırdılar. Böyük nəsillərin sağ qalan davamçıları içərisində Kombayn, Traktor, Oktyabr, Fevral, Sovet kimi digər adlara da rast gəlinirdi.
Hətta Sovetlər daha irəli gedərək bizim babalarımızın İslama aid olan adlarına ov və yev əlavəsi artıraraq bizi ərəbcə və farsca olan tarixə bağlamağa cəhd etdilər. Soyadlara zadə sonluğu da farslardan gəlmədir. Şəxsən bizim soyadımız olan Əliyevi ərəbə bağlayıblar. Halbuki bizim nəslin şəcərəsini araşdıranda ən azı 7 nəslə gedib çıxıram hamısı türk oğlu türkdür, mənim soyadımın ərəb mənşəli Əliyev olmasının günahı isə sovetlərin təbliğat maşınının nəticəsidir.
Hesab edirəm ki, dövlət bu işdə ciddi siyasət yeritməlidir. Vətəndaşlarımızın soyadları nəsil şəcərələri ilə qeydiyyata alınmalıdır. Li, Lu, Lü ilə yanaşı olaraq oğlu, qızı da mütləq önəmli olmalıdır. Regionla bağlı soyadlara da izn verilməlidir. Şəkili, Qarabağlı, İrəvanlı , Talışxanlı, Naxçıvani, Bakıxanlı və sairə də olmalıdır..
Bizim soy kökümüzə qayıdış soyadların bərpası ilə mümkün olacaq. Bu zaman biz buranın ən qədim sakinləri olmağımızı göstərməklə yanaşı soyumuza, torpaqlarımıza sahiblənə bilərik...
Zaur Əliyev, dosent
Oxşar xəbərlər
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Oliqarx oğlunun işində gözlənilməz dönüş - DNK nümunələri saxtalaşdırıla bilər
6 yanvar 2026 23:38
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 2025 21:25
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 2025 11:03
- Mikoyan: Müsəlman hara, general olmaq hara - Həzi Aslanovun QƏTLİ
21 noyabr 2025 21:22
- Deputat Fazil Mustafa : Cəmil Həsənli SİYASİ DƏLƏDUZDUR
10 noyabr 2025 13:11
- Gədəbəydə ŞOK: müəllim siqaretə görə HƏBS OLUNDU
11 oktyabr 2025 20:31
- Sensasiya: Putinin Kabayevadan iki oğlu var, soyadları başqa cürdür
7 oktyabr 2025 17:08
- Ali Məhkəmədən ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mühüm qərar
3 sentyabr 2025 12:22
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
