Sumqayıtın Şəhidlər Xiyabanında üçrəngli bayrağımız 30 metr ...
Hər şey göz qabağında: Hava şəraiti getdikcə sərt kəskinliyə doğru dəyişsə də, Sumqayıtda xeyli vaxtdır gedən abadlaşdırma və təmir işlərinin sürəti aşağı düşmür. Yüksək zövqlə həyata keçirilən bütün işlər şəhərə xüsusi bir yaraşıq verir, görkəminə gözəllik qatır. Hara baxsan, iş icraçılarının çəkdikləri böyük əziyyətlər hesabına tam olaraq başa çatan bütün işlər valehedicidir. Adama elə gəlir ki, ərazilərində təmir və abadlıq işləri yüksək səviyyədə həyata keçirilən görməli yerlərinin hər biri, sanki, çoxdan, ölkənin bu üçüncü böyük şəhərinin -- Sumqayıtın gözəllik rəmzi kimi qəbul olunubmuş; Elə, yenidənqurma stilli abadlıq və təmir işləriylə görkəmlərinə xüsusi gözəllik qatılan şəhərin adıyla -- "SUMQAYIT" yazısıyla başlayan giriş hissəsi və dənizkənarı park-bulvarı qarışıq, digər görməli yerləri belə, son vaxtlar, adamı bu sarıdan çaşdıranlardır.
Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov özünün xüsusi nəzarətində saxladığına görədir ki, Sumqayıtlı Şəhidlərimizin Uyuduqları Müqəddəs Məkanda -- Şəhidlər Xiyabanında başladığı gündən ən müasir inşaat materialları hesabına yüksək zövq və keyfiyyətlə görülən, günü-gündən daha da sürətlənən və tam olaraq başa çatmasına artıq sayılı günlər qalan təmir və abadlıq işlərinin isə, adama təsiri fərqli yöndəndir. Həm də ona görə ki, bu And və Qürur Yerimizdə, şəhər rəhbərinin təşəbbüsü ilə indiyədək həyata keçirilən bütün mürəkkəb işlərə, iş icraçısı Müqayis Verdiyevin başçılığı altında çalışan əlli nəfərə yaxın işçi heyəti böyük məsuliyyət hissiylə yanaşır. Məhz bu işçi heyəti tərəfindən böyük məsuliyyətin nə demək olduğu dərindən anlandığına görədir ki, bu
Müqəddəs Ziyarətgahımız indi daha abad olduğu qədər də, şəhərin digər görməli yerlərindən fərqli yöndən təsirlidir.
Bəli, icra başçısı Zakir Fərəcovun özünün təşəbbüsüylə və iş icraçısı Müqayis Verdiyevin rəhbərlik etdiyi tikinti şirkətinin bu işçi heyəti tərəfindən neçə vaxtdır yüksək məsuliyyət hissiylə görülən alqışa və tərifə layiq bütün işlər müqabilində Şəhidlər Xiyabanında bir cənnət gözəllik yaradılır. Bütün bunlar isə, Vətən torpaqlarımızın bütövlüyü və toxunulmazlığı naminə, Qarabağda mənfur düşmən tərəfindən işğal edilmiş kənd, qəsəbə və şəhərlərimizin azadlığı uğrunda canlarını fəda etmiş Şəhidlərimizin hər birinin adına onların sonsuz hörmət və rəğbətlərinin, yüksək sevgi və dərin məhəbbətlərinin bariz nümunəsidir. Bunları tərif xatirinə yox, ürəkdən gələn xüsusi hisslərə görə deyirik! Çünki əsl həqiqətdə və reallıqda da, burada görülən bütün işlər alqışa və tərifə layiqdir -- bizləri qürurlandıraraq, bir daha, Azərbaycanlı olmağımıza fəxr və fəxarət gətirir! Bütün bunların nə demək olduğunu, elə, Şəhidlər Xiyabanının girişində, bu dəfəki təmir və abadlıq işlərindən sonra daha yüksəyə qaldırılan və hər səhər tezdən Şəhid Ruhunun salamladığı Əzəmətli Üçrəngli Dövlət Bayrağımıza baxmaq kifayətdir. Bayrağımız əbədi olaraq, hər səhər tezdən, öz parıltısını Günəş şəfəqlərinin parıltısına qataraq, -- bəli, öz parıltısını, qoy, bu, heç kəsə qəribə gəlməsin, -- Şəhid Ruhunun salamlarına: "Salam!" -- deyəcək.
Yeri gəlmişkən, bu yerdə onu qeyd etməyi vacib bildik ki, bu dəfəki təmir və abadlıq işlərindən sonra, tam keyfiyyətli və müasir standartlara cavab verəcək şəkildə işlənən Müqəddəs Üçrəngli Bayrağımız, artıq, 30 metr hündürlüyü olan parıltılı metal -- pas atmayan və "nerjaveyka" deyilən dirək üzərində dalğalanır. Dövlət Bayrağımızı bu hündürlükdə parıltılı və pas atmayan metal dirək üzərində dalğalandırmağın özü isə, Vətənimiz Azərbaycanda daha bir ilkdir. Bu yerdə, onu da bildirmək istəyirik ki, Şəhidlər Xiyabanında, böyük məsuliyyət tələb etdiyi üçün, yüksək keyfiyyətlə
görülən bu işlərin yekunlaşması Noyabr ayına, daha dəqiq desək, Zəfər Bayramına planlaşdırılır.
Sonda, xüsusi olaraq bir daha vurğulamaq istəyirik ki, doğrudan da, ölkəmizin üçüncü böyük şəhərindəki Şəhidlər Xiyabanının girişində ucaldılan Əzəmətli Bayrağımızın əhatə etdiyi geniş meydanda, aşağıdan yuxarıya böyük məsuliyyət hissiylə görülən mürəkkəb nümunəli bütün işlərdən bura yolu düşən hər kəs qürur duyur. "Araz" Media Qrupundakı mətbuat vasitələrinin, eləcə də araz.az xəbər portalının əməkdaşları olaraq, biz də, həmin qürur hissi keçirənlərdənik. Və bu yazımız da, Şəhidlər Xiyabanını ziyarətimizdən doğan təəssüratlarımızın ifadəsidir.
Üçrəngli Müqəddəs Bayrağınla Məsud Yaşa, Azərbaycan!
Ruhun Şad Olsun Azərbaycan Şəhidi!
Səməndər QURBANOV,
Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbirləri.
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 2026 21:43
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 2026 13:10
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 2026 11:03
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
8 fevral 2026 13:24
- Azərbaycanın ən hündür binası olacaq - FOTO
4 fevral 2026 18:49
- Sədrin kabinetində keçirildiyi deyilən əməliyyatla bağlı - Partiyadan açıqlama
19 yanvar 2026 17:10
- Deputat öz yerinə onu təyin etdi
12 yanvar 2026 18:53
- 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı hazırlıqlara başlanıldı - FOTOLAR
10 yanvar 2026 13:30
- Mərkəzi Bankın yeni 37 MƏRTƏBƏLİ binasının tikintisinə nə qədər pul xərclənib?
7 yanvar 2026 13:51
- Polad Həşimovun doğum günüdür
2 yanvar 2026 11:07
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
