Keçmiş arvadının evinə gizlicə girib boğaraq öldürdü - Məhkəmə
Tərtər rayonunda kişi ondan boşanan və azyaşlı uşaqlarını böyütmək üçün səhər saatlarında alaq təmizləməyə gedən keçmiş həyat yoldaşını qısqandığı üçün yatdığı yerdə boğaraq öldürüb.
“Kriminalqafqaz” məhkəmə materiallarına istinadən xəbər verir ki, Səlim Əsədov 2017-ci ildə keçmiş həyat yoldaşı Röyalə Tağıyevanı boğaraq qətlə yetirib.
Məhkəmənin araşdırması zamanı məlum olub ki, Səlim Əsədov Röyalə Tağıyeva ilə boşanmalarına baxmayaraq, onunla dəfələrlə səbəbsiz şəkildə mübahisə edib və ailə həyatına müdaxilə edib. 2020-ci il sentyabrın 6-da gecə saatlarında əvvəlcədən planlayaraq əldə etdiyi ehtiyat açarla Röyalənin yaşadığı evə girərək ona şiddət göstərib. Röya yuxudan ayılaraq kemiş həyat yoldaşına müqavimət göstərmək istəsə də, Səlim onun ağzından və boğazından tutub kürəyi üstə yatdığı yerə uzadıb. Daha sonra başının altında olan yastığı ağzının üzərinə, dizini isə bədəni üzərinə sıxmaqla Röyaləyə ağır zərbələr endirib və qəsdən boğaraq öldürüb.
Səlim Əsədov ifadəsində bildirib ki, çoban işləmək üçün Şəkiyə getmək qərarına gəlib, amma həyat yoldaşı onunla getməkdən imtina edib: “Şəkidən qayıtdıqdan sonra Röyalənin mənə qarşı münasibətinin dəyişdiyini gördüm. Məndə Röyalənin kiminləsə münasibət saxlaması ilə bağlı şübhələr oyandı. Bu səbəbdən aramızda bir neçə dəfə dava-dalaş oldu. Həmin vaxt Röyalə boşanmaq üçün məhkəməyə müraciət etdi, rəsmi qaydada boşandıqdan sonra ayrı yaşamağa başladıq. Məcburi köçkün olduğum üçün dövlət tərəfindən verilən üçotaqlı evi Röyalə və övladlarıma verərək qonşuluqda yaşayan qardaşım Kərimin evində yaşamağa başladım. Röyalə boşandıqdan sonra ayrı-ayrı şəxslərə məxsus torpaq sahələrində alaq otlarının təmizlənməsi işi ilə məşğul olurdu. Röyalə işdən gecə saatlarında qayıdırdı. Bu da məni narahat edirdi. Bir dəfə kiminləsə telefonda danışarkən ona irad bildirdim, Röyalə məni dinləmədi və öz hərəkətlərinə davam etdi. Bir neçə dəfə Röyaləyə onu öldürəcəyimi demişdim”.
Hadisədən 1 ay əvvəl R.Tağıyeva DİN-in “102” qaynar xəttinə zəng edərək keçmiş əri barəsində şikayətçi olub.
Bu barədə Tərtər rayon Polis Şöbəsində araşdırma da aparılıb. Övladları çox vaxt Röyalənin yanında olduğuna görə keçmiş əri məqsədini bir müddət reallaşdıra bilməyib. S.Kərimov onu öldürmək üçün ən uyğun vaxtın gecə olduğunu düşünərək yatdığı vaxt evə girib və əməlini gerçəkləşdirib.
Məhkəmə iclasında dindirilən R.Tağıyevanın ögey bacısı Narınc bildirib ki, Röyalə təxminən 7 il Səlimlə birlikdə çox mehriban yaşayıb: “Hətta Səlim Şəkiyə işləməyə gedəndə də Röyalə onunla gedirdi. Amma fermada yaşamaq üçün şərait olmadığına görə geri qayıtdı. Səlim evliliyinin beşinci ilindən sonra başqa qadınlarla münasibət saxlamağa başladı. Əlaqə saxladığı qadınların əxlaqsız şəkillərini telefonuna yükləyirdi. Həmin şəkilləri arvadı Röyaləyə göstərərək “qadın belə olar, sən bunların əlinə su tökməyə yaramırsan” deyirdi. Onu təhqir edib döyürdü. Bir neçə dəfə Röyaləyə Səlimdən boşanmasını məsləhət gördüm. Röyalə isə övladlarının azyaşlı olmalarını, boşanacağı halda onların ortalıqda qalacaqlarını əsas gətirməklə razılaşmadı. Səlim tez-tez spirtli içki içərək evə gəlib Röyaləni döyürdü. Bütün bunlar onlar boşanana qədər davam edib”.
S.Əsədovun qardaşı Kərim Əsədov bildirib ki, Səlimlə Röyalə boşandıqdan sonra aralarında mübahisə yaradan əsas səbəb alimentin vaxtında ödənməməsi olub: “Qardaşımın iddia etdiyi kimi Röyalənin əxlaqsızlıq etdiyinə dair bir hadisəyə şahid olmamışam. Sadəcə keçmiş həyat yoldaşının işə gedib-gəlməsi Səlimdə qısqanclıq yaradırdı”.
Övladları da anası və atası arasında həmişə dava-dalaş olduğunu təsdiqləyiblər.
Mərhumun azyaşlı qızı bildirib ki, ataları hətta onların yanında da analarını döyüb, təhqir edib: “Hadisə baş verən gecə anamın səsini eşitdim. Amma qorxduğum üçün otağa girmədim. Qardaşımın da oyaq olduğunu gördüm. Qardaşım dedi ki, atam anamı döyür. Mən də dedim ki, yataq, sonra bizi də döyər”.
Qışqırıq səsindən yata bilməyən uşaqlar evlərinə polis gələndən sonra biliblər ki, ataları analarını boğaraq öldürüb.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səlim Əsədov 16 il müddətə azadlıqdan məhrum edilib.
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 2026 14:06
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 2026 14:57
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 2026 13:10
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 2026 14:07
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
