Xəyanətlər kraliçası Kleopatra KİMDİR ?
Maraqlı8 noyabr 2021 00:27
O, patriarxatlığın hökm sördüyü dövrdə imperatorluqları idarə edən, bir kəlməsi ilə dövlətləri titrədən qadındır.
Dünyanın ən güclü qadını Kleopatra haqqında məlumatları təqdim edirik.
Kleopatra kimdir?
Eramızdan əvvəl 69-cu ilin əvvəlində Kleopatra krallığının sonuncu hökmdarı olur. Oğlu Sezarion tərəfindən verilən ada görə sonuncu firon olaraq tanınır.
Tarixin ən güclü qadınlarından olan Kleopatra hökmdarlıq etdiyi 22 il ərzində Misirə sabitlik, rifah gətirib. Misirə bu günə qədər hökmdarlıq edənlər arasında bəlkə də ən yaxşı təhsili o alıb. Kleopatra Misir dilində oxumağı və yazmağı bacaran yeganə kraliça olub.
8 dildə danışmağı bacaran bu qadın zəkasından kişilər üçün istifadə etməkdən heç vaxt utanmayıb.
Kleopatranın taxta gəlişi
Ana-atasının bacı-qardaş olduğunu zənn edən Kleopatra atasının ölümündən 18 yaşında sonra taxt-taca yiyəlnmək üçün 10 yaşlı qardaşı 13-cü Ptolemeylə evlənir. Qısa müddət ərzində istəklərini həyata keçirmək üçün etdiyi hərəkətlər səbəbilə aralarında mübahisə baş verir. Bu hadisədən sonra 13-cü Ptolemey Kleopatranı Misirdən sürgün edir.
Digər tərəfdən, eramızdan əvvəl 48-ci ildə Yunanıstandakı döyüşdə məğlub olan Pompey Misirə qaçmağı qərara alır. Pompey Makedoniyaya çatanda Kleopatra və 13-cü Ptolemey arasındakı mübahisə davam etməkdə idi.
13-cü Ptolomey Pompey Misirə çatanda onun öldürülməsi üçün əmr verir.
Pompeyi axtarmaq üçün Makedoniyaya gələn Sezar onun ölümünü öyrəndikdə qəzəblənir. Beləcə, daxili savaşı bitirmək üçün görüşlər başlayır. Hiyləgər Kleopatra Sezarla görüşüb, cazibəsi ilə onu ram edir. Razılaşmalar zamanı Sezar Kleopatranın xeyrinə olan şərtlər irəli sürüb, ayrıseçkilik etməyə başlayır. 13-cü Ptolemey şərtləri qəbul etmədikdə Nil döyüşündə həlak olur. Bundan sonra Kleopatra taxta keçmək üçün qardaşı, 11 yaşlı 14-cü Ptolemeylə evlənir.
Kleopatra və Sezar
Kleopatra Sezarla 22 yaşında tanış olur. Bu ərəfədə Roma hökmdarının güclü qadınlardan xoşu gəldiyini eşidən Kleopatra daxili münaqişələri həll etməyə gəlmiş Sezarı özünə aşiq etmək fikrinə düşür. Eramızdan əvvəl 47-ci ildə Sezarla Kleopatranın münasibəti başlayır. Qısa müddət sonra qeyri-rəsmi bir övladları dünyaya gəlir. Eramızdan əvvəl 46-cı ildə Kleopatra Sezarın villasına köçür. Sezar onun gəlişi münasibətilə Romada şənliklər təşkil edir.
Sezar Pompeyə qalib gəldiyi müharibədən əvvəl əhd edir. Romaya qayıtdıqda Venera tanrısına həsr olunmuş məbədi bərpa edir. Məbədin içində Veneranın heykəlini yonduran Sezar Kleopatraya olan sevgisi səbəbilə heykəlin yanına Kleopatranın qızıldan büstünü qoydurur. Onun bu addımı Roma xalqının xoşuna gəlmir. Buna baxmayaraq hələ də bəzi tarixçilər Sezarın Kleopatraya aşiq olmadığını, hətta onu sevmədiyini iddia edirlər.
Deyilənə görə, Sezar Misiri işğal etmək istəyirdi. Daxili müharibə zamanı bu fürsəti qazansa da , Misiri idarə etməli şəxs bu ölkəyə köçməli idi. Misir Roma torpaqlarına birləşsə də oranı idarə edəcək şəxsin Roma hökmdarı ilə bərabər gücdə yiyələnəcəyini başa düşən Sezar ölkəsini belə bir risklə üz-üzə qoymaqdan imtina edir. Buna görə də Kleopatradan olan oğluna Sezar adının verilməsini istəyir. Beləliklə, Sezar bir gün uşağın böyüyüb Misir taxtına keçəcəyini ümid edirdi.
Bu müddət ərzində Sezar Misir mədəniyyəti və tarixi haqqında biliklər əldə edir. Romaya qayıtdıqda təqvimi yenidən hazırlayır, əhalinin təkrar qeydiyyatını aparır. Xalqın istifadə edəcəyi kitabxananın hazırlanması üçün plan qurur.
Sezarın ölümü
Sezar öldüyü ərəfədə Kleopatra Romada yaşayır. Sezarın ölümünün ardınca Misirə gedib, daxili münaqişələrin sonlanmasını gözləyir. Sezarın güvəndiyi dostu Markus Antonious, Antoniusun varisi kimi tanınan Oktavia və Kleopatranın özünün köməkliyi ilə Sezarın qatillərinin Romada yaratdığı qarışıqlıq dayandırılır və sabitlik bərqərar olur.
Kleopatra və Markus Antonius
Eramızdan əvvəl 47-ci ildə daxili münaqişələr başa çatdıqdan sonra Markus Antonius Makedoniyaya səfər etməyi qərara alır. Sezar hələ yaşadığı müddətdə Kleopatra və Markus arasında münasibətin olduğu şayiəsi yayılır. Markusun Misirə gəlməsi ilə şayiələr özünü doğruldur. Kleopatranın axırına çıxan münasibətlər rəsmən başlayır.
Bir il sonra cütlüyün əkiz övladları dünyaya gəlir. Lakin Markus Oktavianın bacısı ilə evli idi. Bu evlilik Markus və Oktaviya arasındakı bağılılığı daha da gücləndirirdi. Lakin araya Kleopatranın girməsi ilə Markus həyat yoldaşından boşanır və qısa müddət ərzində Kleopatra ilə evlənir.
Evlilikdən sonra cütlüyün daha bir övladı dünyaya gəlir. Markus hər ötən gün Kleopatraya daha çox bağlanır, onun əmrlərini daha çox yerinə yetirir.
Eramızdan əvvəl 35-ci ildə Markus Romanın adı ilə aldığı və Romaya aid torpaqları Kleopatra və uşaqlarına vermək istəyir. Festivallar təşkil olunur və Kleopatraya "Kralların kraliçası”, "Misirin kraliçası” adları verilir. Oktaviya baş verənləri sonlandırmaq istəyir.
Romanın sonuncu müharibəsi və Kleopatranın ölümü
Eramızdan əvvəl 32-ci ildə Oktavia Markus Antoniusun Romadakı bütün səlahiyyətlərini əlindən alır. Bundan sonra o, Kleopatraya müharibə elan edir. Eramızdan əvvəl 31-ci ildə baş verən Dəniz müharibəsində Kleopatra məğlub olur. Eramızdan əvvəl 30-cu ildə isə Oktaviya Misirə qədər gələrək Antoniusun əsgərlərini məğlub edir. Hadisə Markus Antoniusun intihar etməsinə səbəb olur.
Kleopatra Oktavianın onu müharibədən əldə etdiyi qənimət olaraq Romaya aparacağını öyrənəndə özünü zəhərləyərək öldürür.
Lakin onun ölümü bu gün də müəmalı olaraq qalmaqdadır. Bəzi mənbələrdə onu zəhərli ilanın sancdığı deyilsə də, Kleopatra ani şəkildə ölür. Antik tarixçi Strabonun yazdıqlarına görə, Kleopatra yanında hər zaman zəhərli daraq gəzdirib.
Kelopatra öz krallığını yaratmaq üçün yer axtarırdı. Xalqının rifahı üçün lazım olan hər addımı atdı. Bürokratiyanı bərpa etdi, rüşvəti demək olar ki, aradan qaldırdı, vergi dövrünü gətirdi, xalqın yaşayış səviyyəsini yüksəltdi.
2007-ci ildə eramızdan əvvəl 32-ci ilə aid Kleopatranın rəsmi həkk olunan antik sikkə tapılır. Bu rəsmə görə, Kleopatra haqqında danışıldığı qədər gözəlliyə sahib olmayıb. Onun haqqında danışıldığı qədər gözəl edən xarici görünüşü yox, davranışları olub.
Mənbə: Teleqraf.com
Oxşar xəbərlər
- Ziya Bünyadovun qatilini azadlığa çıxarmaq istəyən - Qayınatası imiş
30 dekabr 2025 23:52
- Tofiq Kazımovun həyat yoldaşı: KQB-də işləyən qaynım demişdi, Səməd Mənsurun kitablarını yandırın..
27 dekabr 2025 11:29
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 2025 22:09
- Restoranı, yoxsa Zərdabinin HEYKƏLİNİ KÖÇÜRMƏK ?
9 dekabr 2025 21:43
- O vaxt demişdim ki, Xalq Cəbhəsi KQB-nin oyunudur...
9 dekabr 2025 12:25
- Yazıçı Anar: Binanı restoran ediblər, Zərdabi onun qapıçısı kimi görünür
8 dekabr 2025 13:03
- Rusiyada azərbaycanlı diaspor rəhbəri Teyyub Hüseynov nə üçün SAXLANILDI ?
7 dekabr 2025 20:44
- Dövlət sirrinin mühafizəsi şöbəsinin rəisi olan mayor xanım kimdir? - DOSYE
1 dekabr 2025 14:35
- Professor Məhəmməd İmanlı Ramiz Mehdiyevə sensasion məktub yazdı: Qızınız Kama xanım mənə… VİDEO
20 noyabr 2025 19:51
- Məktəb bitdi, hərbi xidmət də yekunlaşmaq üzrədir... İspaniyanın GƏLƏCƏK KRALİÇASI
2 noyabr 2025 11:49
Xəbər lenti
- Maduronun mühafizəçiləri qətlə yetirilib
04 yanvar 23:37
- Güclü yaddaş üçün banan yeyin
04 yanvar 22:54
- Nepal Çinə ARVAD SATMAQ istəmir
04 yanvar 21:23
- İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul etdi (FOTO)
04 yanvar 21:03
- Dünya çox təhlükəli mərhələyə girir – Əli Məsimlidən sensasion müsahibə
04 yanvar 13:26
- Dünyada və Azərbaycanda nə qədər neft ehtiyatı var? (SİYAHI)
04 yanvar 13:05
- Venesuelanın idarəçiliyi ona tapşırıldı
04 yanvar 11:52
- 2000 il əvvəlki Azərbaycan: Roma tarixçsinin heyran qaldığı xalq
04 yanvar 11:45
- Prezidentin KOKAİN istehsal edən fabrikləri var
04 yanvar 00:55
- Ağsu sakini vətəndaşlıqdan imtina etməklə bağlı cənab Prezidentə müraciət etdi
04 yanvar 00:12
- Prezident nəvələri ilə Şahdağda xizək sürdü - Fotolar
03 yanvar 22:11
- Venesuelanın Müdafiə naziri evində öldürüldü
03 yanvar 14:14
- Maduro və həyat yoldaşı ələ keçirildi - Tramp təsdiqlədi
03 yanvar 13:52
- Bu gün millət vəkili Əli Məsimlinin doğum günüdür
03 yanvar 12:41
- Azərbaycanın 2026-cı ildə ev sahibliyi edəcəyi beynəlxalq FORUMLAR (SİYAHI)
03 yanvar 12:19
- Gözünü və böyrəyini itirən qazi vəfat etdi - Foto
03 yanvar 12:09
- Əfqanıstanda saqqal qırxan bərbərlər həbs olunacaq
03 yanvar 00:01
- Azərbaycanın Pakistana 2 MİLYARD dollarlıq sərmayə qoyması müzakirə edildi
02 yanvar 20:08
- Prezident və birinci xanım Nizami Gəncəvi Mərkəzinin həmsədrinə başsağlığı verdi
02 yanvar 17:40
- Milli Qəhrəman Natiq Qasımovun doğum günüdür
02 yanvar 12:10
- 2025-ci ildə Azərbaycana 50.000 ( ƏLLİ MİN ) TON PALMA YAĞI gətirilib
02 yanvar 11:38
- Hava sabahdan mülayimləşəcək - Temperatur yüksələcək
02 yanvar 11:30
- İlham Əliyev isveçrəli həmkarına başsağlığı verdi
02 yanvar 11:13
- Polad Həşimovun doğum günüdür
02 yanvar 11:07
- Azərbaycan Çindən səkkiz min tabut aldı
01 yanvar 22:20
- Sirkdə meymunlаrı döyən, Rusiyаdаn qovulаn təlimçi Murаd Аbdullаyev Bаkı Sirkinin zəbt edib
01 yanvar 20:47
- Rza Pəhləvidən İrana açıq çağırış: Molla rejiminin sonu yaxındır
01 yanvar 20:22
- Mehriban Əliyeva Yeni ilin ilk günündə İlham Əliyevlə fotosunu paylaşdı
01 yanvar 17:35
- Nyu-York meri Qurana and içərək vəzifəsinə BAŞLADI
01 yanvar 15:08
- Azərbaycanda bu ildən kişi və qadınların pensiya yaşı bərabər olacaq
01 yanvar 13:44
Video & Fotoqalereya
Video
Fotoqalereya
