4 əsgərimiz niyə özünü öldürmək istəyib ? Gizirlə bağlı GİZLİ....
Bir müddət öncə Müdafiə Nazirliyinin N saylı hərbi hissənin giziri Rəsul Quliyev Qubadlı Hərbi Prokurorluğunda zorakılığa məruz qalması ilə bağlı videomüraciət yayımlamışdı. Daha sonra R.Quliyev yeni bir video yayaraq ona zor tətbiq edilmədiyini, boynundakı qızartıların cücü dişləməsinə görə olduğunu bildirmişdi. Hərbi qulluqçu üçüncü videosunda isə yenidən təzyiqlərə məruz qaldığını deyib. O qeyd edib ki, buna görə şikayətini təkzib etməyə məcbur olub. Gizir əslində Qubadlı Hərbi Prokurorluğunda təhqir olunduğunu və 4 nəfər tərəfindən döyüldüyünü vurğulayıb. O, işin Bakı Şəhər Prokurorluğunda araşdırılmasını istəyib.
“Qafqazinfo” gizir Rəsul Quliyevin barəsindəki cinayət işi ilə bağlı bəzi məqamlar haqqında məlumat əldə edib.
Belə ki, bu il sentyabrın 28-də Laçında yerləşən N saylı hərbi hissəsinin 4 əsgəri düşmənlə üzbəüz döyüş şəraitində avtomatı çənələrinə dirəyib özlərini öldürmək istəyiblər. Bu məlumat əsasında Qubadlı hərbi prokurorluğunda araşdırma başlayıb.
Bu zaman məlum olub ki, gizir Rəsul Quliyev tabeliyində xidmət aparan əsgərləri mütəmadi təhqir edərək onları döyüb. Buna görə də əsgərlər özlərini öldürmək istəyiblər. Məlumat əsasında gizir R.Quliyev barəsində cinayət işi başlanıb, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
İstintaqla müəyyən edilib ki, R.Quliyev hamamda əl-üz yumaq üçün quraşdırılan qaba su doldurmadığı üçün əsgərlərdən birini təhqir edərək üzündən şillə ilə, başından və bədəninin digər nahiyələrindən yumruqla vurub. Daha sonra xəmirin üzərini sellofanla örtmədiyi üçün əsgəri döyərək mobil telefonu ilə başından vurub. R.Quliyev həmin əsgəri çörəyi çiy bişirdiyinə görə də təhqir edərək çənəsindən vurub. Səhhətində problem olan bir əsgər gizirə yaxınlaşaraq növbətçiliyi apara bilməyəcəyini dedikdə, o, əlindəki kitabla onun sifətindən vurub, kitelinin yaxasından tutaraq silah piramidasına çırpıb.
İttihama görə, gecə vaxtı yemək yediyi üçün əsgəri yumruqla vurub. Daha sonra əsgərə düzgün nəzarət etmədiyi üçün onun manqa komandirini təhqir edib. R.Quliyev manqa komandirinə dayaq məntəqəsinə gələn avtomobilləri nəzarətdə saxlatmasını, yüksək vəzifəli şəxslər gələrkən əvvəlcədən məlumatlandırmağı göstəriş verib. Manqa komandiri bunu bölüyün digər əsgərinə tapşırıb. Həmin əsgər tapşırığı lazımi şəkildə icra edə bilmədiyi üçün R.Quliyev hər iki əsgərin sifətindən vurub. Gizir manqa komandirinə bölüyün şəxsi heyətinin tez yuyunmasına nəzarət etməsini tapşırıb, bir müddət sonra şəxsi heyətin gec yuyunduğunu irad tutaraq onu təhqir edərək şillə vurub.
Həmçinin oxuyun: Nazirliyin 36 yaşlı şöbə müdiri vəfat etdi
Zəfər yürüşünün ən təsirli anı... - Video
Polislərdən 80 manat tələb edilməsi videosu ilə bağlı - DİN-dən açıqlama
R.Quliyev manqa komandirinə odun kötüklərini qısa müddətdə daşıtdırıb bir yerə yığdırmasını göstəriş verib, lakin göstəriş vaxtında icra edilmədiyi üçün onu təhqir edərək şillə və yumruqla vurub beton divara çırpıb. Əsgər zərbənin təsirindən yerə yıxılıb, daha sonra gizir onu ayağa qaldırıb şillə və yumruqla yenidən vurub, odun kötüklərini təkbaşına yığmasını göstəriş verib.
R.Quliyev tərəfindən mütəmadi olaraq təhqir və zorakılıq hərəkətlərinə məruz qalmaları barədə əsgərlər yuxarı komandanlığa məlumat verib tədbir görülməsini xahiş etdikdə, gizir R.Quliyev buna görə onları hədələyərək hər xırda səhvlərinə görə barələrində raport yazıb cəzalandıracağını, onları həbs etdirəcəyini deyib. Sentyabrın 27-də gecə saatlarında döyüş növbətçiliyi aparan əsgəri təyin edildiyi yerdə deyil, oradan bir qədər aralıda olduğunu aşkar edərək yuxarı komandanlığa məlumat verib, barəsində raport yazdığını deyib. Əsgər gizir R.Quliyevin hərəkətlərindən təngə gələrək bir ədəd dolu vəziyyətdə avtomat silahı götürüb, çənəsinin altına dirəyib. Həmin vaxt digər 3 əsgər də eynilə silahı döyüş vəziyyətinə gətirib özlərini öldürmək üçün çənələrinin altına dirəyiblər. Gizir onlara özlərini öldürəcəkləri halda ona heç kəsin heç nə etməyəcəyini, bir daha onları döysə də barələrində raport yazmayacağını, araşdırma təyin etdirməyəcəyini vəd edib. Bundan sonra həmin əsgərlər öz fikirlərindən daşınaraq silahları yerə qoyublar.
Təqsirləndirilən şəxslə 6 əsgər arasında üzləşdirmə keçirilib. Zərərçəkmiş şəxslər R.Quliyev tərəfindən zorakılığa və təhqirə məruz qaldıqlarını onun üzünə qarşı deyərək ifşa ediblər.
Bundan sonra R.Quliyev isə tibbi müayinədən keçən zaman Qubadlı Hərbi Prokurorluğunda ona qarşı zor tətbiq edildiyini deyib. Prokurorluqda ona yumruq və təpik zərbələri endirildiyini, onu boğub xəsarət yetirdiklərini göstərib. Lakin məhkəmə-tibbi ekspertizasının rəyi ilə bu təkzib edilib.
Cinayət işi üzrə istintaq davam etdirilir.
- DTX səfirliyə terror hücumunun qarşısını aldı - Xüsusi əməliyyat - Video
27 yanvar 2026 11:44
- Elektron siqaretlərlə bağlı qadağa təsdiqləndi
26 yanvar 2026 20:22
- Dövlət əleyhinə açıq çağırışlar edən Murad Quliyevə hökm oxundu
26 yanvar 2026 12:38
- Prezident İsrailin xarici işlər nazirini qəbul etdi
26 yanvar 2026 10:40
- Fərəh Pəhləvi İranda ölənlərdən danışdı
25 yanvar 2026 22:20
- Bakıda məşhur restoran işçilərin maaşını vermir? (VİDEO)
25 yanvar 2026 14:42
- Daşaltı əməliyyatından 34 il ötür
25 yanvar 2026 11:56
- OĞLU Fəzail Ağamalını məhkəməyə verdi
24 yanvar 2026 16:15
- Tramp İlham Əliyevə təşəkkür etdi
24 yanvar 2026 16:11
- Rəşid Behbudovun qızı...RƏDD ETDİ
22 yanvar 2026 22:18
- DTX səfirliyə terror hücumunun qarşısını aldı - Xüsusi əməliyyat - Video
27 yanvar 11:44
- Pezeşkianın oğlundan bu qadağaya - Sərt reaksiya
27 yanvar 11:36
- Bu gündən məktəblərin qış tətili başlayır
27 yanvar 11:22
- Elektron siqaretlərlə bağlı qadağa təsdiqləndi
26 yanvar 20:22
- İlham Əliyev Avstraliyanın general-qubernatorunu təbrik edib
26 yanvar 12:47
- Dövlət əleyhinə açıq çağırışlar edən Murad Quliyevə hökm oxundu
26 yanvar 12:38
- Bizimlə donuzdan da pis rəftar edirdilər - Azərbaycanlı əsir Rusiyanı biabır etdi
26 yanvar 11:06
- İranda etiraz aksiyaları zamanı ölənlərin sayı 5800-ü keçib
26 yanvar 10:52
- Prezident İsrailin xarici işlər nazirini qəbul etdi
26 yanvar 10:40
- Fərəh Pəhləvi İranda ölənlərdən danışdı
25 yanvar 22:20
- Generalın yerinə gələn Arzu Yusifova işdən çıxarıldı
25 yanvar 21:48
- Gürcüstan təcrid olunur – Sabiq baş nazir Bakını və İrəvanı təbrik etdi, hakimiyyəti isə...
25 yanvar 20:18
- Bakıda məşhur restoran işçilərin maaşını vermir? (VİDEO)
25 yanvar 14:42
- 15 yaşadək uşaqlara sosial şəbəkələr qadağası
25 yanvar 13:52
- Mikayıl İsmayılova məxsus Ağsu Tədris Mərkəzində nələr baş verir ?
25 yanvar 13:12
- Tallində Ermənistanın baş naziri -Noldu Paşinyan- mahnısı ilə QARŞILANDI - VİDEO
25 yanvar 12:11
- Daşaltı əməliyyatından 34 il ötür
25 yanvar 11:56
- OĞLU Fəzail Ağamalını məhkəməyə verdi
24 yanvar 16:15
- Tramp İlham Əliyevə təşəkkür etdi
24 yanvar 16:11
- Azərbaycan Qarabağda yaşayan 10 ermənini Ermənistana təhvil verdi
23 yanvar 14:17
- Rəşid Behbudovun qızı...RƏDD ETDİ
22 yanvar 22:18
- İlham Əliyev: Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!
22 yanvar 13:01
- Ermənilər barışığa can atır, amma heç vaxt inanmaq olmaz – Xankəndili sabiq deputat
21 yanvar 17:09
- Bacısı oğlundan keçmiş deputata ittiham: Ştutqartı əlimizdən alıb
21 yanvar 16:58
- Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - Siyahı
21 yanvar 16:49
- Azərbaycan və İsrail prezidentləri görüşdü - Fotolar
21 yanvar 16:43
- Keçmiş vəkil Cavidan Osmanlı hakimin adından saxta sənəd düzəltdi - Qadın 20 min manat əlavə ziyana düşdü
19 yanvar 17:30
- İlhamənin oğulluğu Elmira Axundovanın oğlu ilə birləşib deputatlara pul atırdı - Əli Mirəliyevdən ŞOK AÇIQLAMALAR
19 yanvar 17:24
- Sədrin kabinetində keçirildiyi deyilən əməliyyatla bağlı - Partiyadan açıqlama
19 yanvar 17:10
- Prezident və birinci xanım Sürixə getdi (FOTO)
19 yanvar 16:53
