Baş verənlər TƏBİİ FƏLAKƏT deyil, cənab nazir, MƏMUR FƏLAKƏTİDİR
Baş verənlər TƏBİİ FƏLAKƏT deyil, cənab nazir, MƏMUR FƏLAKƏTİDİR
Xətai rayon sakinlərinin cənab nazir Kəmaləddin Heydərova müraciəti
Cənab Nazir !
Biz Xətai rayonu, Süleyman Vəzirov küçəsi 11 ünvanda yaşayan sakinlər xeyli müddətdir ki, Sizə və tabeçiliyinizdəki qurumlara müraciət etməkdən yorulub-bezmişik. Bu müddət ərzində DAŞDAN SƏS ÇIXIB, sizin nümayəndələrdən səs çıxmayıb, daha doğrusu, sizin nümayəndələriniz GÖRÜNTÜ üçün gəlib-getsə də, onların heç bir əməli-fəaliyyəti olmayıb, hətta yaşadığımız binalarda adi bir ODSÖNDÜRƏN balon da quraşdırılmayıb. Ona görə də məcbur olub şəxsən Sizə müraciət edirik.
Cənab nazir !
19 may 2015-ci ildə Baklda Azadlıq prospektindəki çoxmərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğın 63 nəfərin xəsarət alması və 16 nəfərin ölümü ilə nəticələndi. Ən dəhşətlisi o idi ki, ölənlər arasında tüstüdən boğularaq ölən 5 nəfər azyaşlı, hətta 2 yaşlı da var idi.
Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan YANĞIN TƏHLÜKƏSİZLİYİ QAYDALARINI POZMA, SƏHLƏNKARLIQ və s maddələr ilə cinayət işi başlandı.
Cənab nazir !
Bu İNSANLIĞA QARŞI AĞIR CİNAYƏTDİR.
Hansı SƏHLƏNKARLIQ-dan söhbət gedə bilər ?
Həmin dəhşətli olaydan sonra neçə-neçə Ticarət mərkəzində, yaşayış binasında və digər obyektlərdə yanğınlar baş verib və xeyli sayda insan dünyasını dəyişib, vətəndaşlar külli miqdarda ziyan çəkiblər.
Cənab nazir !
Əgər TƏBİİ FƏLAKƏT, zəlzələ, pandemiya olsaydı, biz vətəndaşlar baş verənləri təbii qəbul edərdik və sizin nümayəndələri zərrə qədər günahlandırmazdıq. Ancaq baş verənlər TƏBİİ FƏLAKƏT deyil, konkret olaraq MƏMUR FƏLAKƏTİDİR.
Hörmətli Kəmaləddin müəllim !
Bəlkə də bizi qınayacaqsınız. Amma bir anlıq ÖZÜNÜZÜ BİZİM YERİMİZDƏ hiss eləyin. Gecə yatanda da təlaş, qorxu içərisində yatırıq ki, birdən yaşadığımız binada yanğın olar, insan fələfatı olar, uşaqlar yanar və s.
Cənab nazir !
Yuxarıda qeyd etdiyimiz kimi Binəqədidə baş verən dəhşətli yanğın zamanı xeyli sayda azyaşlı yanaraq dünyasını dəyişdi.
Konkret olaraq Azadlıq prospektində baş verən yanğına görə, YANĞIN TƏHLÜKƏSİZLİYİ QAYDALARINI POZMA və SƏHLƏNKARLIQ maddələri ilə cinayət işi açıldı.
Cənab nazir !
Bu boyda fəlakət Sizin rəhbərlik etdiyiniz qurumun nümayəndələrinin fəaliyyətsizliyi ilə bağlı idi.
Açılan cinayət işinin, yaxud kimlərinsə həbs olunmasının kimə və nə faydasl var idi?
Bəlkə o tüstüdən boğularaq ölən uşaqlar həyata qayıtdı ?
Mütləq fəlakət baş verməlidir ki, tədbir görəsiniz ?
Əgər o boyda fəlakətdən sonra tədbir görülsəyidi, bu gün biz Sizin qızıl kimi vaxtınızı alıb, Sizi narahat etməzdik. Cənab nazir !
Sizə əbəs yerə FÖVQƏLNAZİR demirlər, bu təkcə Sizin rəhbərlik etdiyiniz qurumun adı ilə bağlı deyil, daha çox SİZİN sözübütövlüyünüz, dürüst insan olmağınız və sadə insanlar arasında HÖRMƏT və NÜFUZUNUZLA bağlıdır. İnanmırıq ki, tabeçiliyinizdə olan şəxslər Sizin göstərişlərinizi qulaqardına vurmağa cəsarət edə bilələr. Bəs onda niyə biz Xətai sakinlərinin Sizə dəfələrlə müraciətimiz icra olunmur, niyə konkret tədbir görülmür?
Axı, bizim YANĞIN TƏHLÜKƏSİZLİYİ ilə bağlı tələb etdiyimiz və Sizin nümayəndələrin təsdiq etdiyi problemlərin aradan qaldırılması üçün dövlət vəsaitinə ehtiyac yoxdur. Yalnız “KAT-2020” MTK-ya ciddi tapşırıq verməyiniz, konkret müddət göstərməyiniz yetərlidir.
Cənab nazir, Sizin nümayəndələrin gəlib MTK-nı 300-400 manat cərimə etməsi ilə TƏHLÜKƏ-PROBLEM aradan qalxmır e. Hətta yazılan cərimələr də icra olunmur, kağız üzərində qalır. 300-400 manat cərimə yanğını söndürmür, sadəcə, Sizin nümayəndələr cərimə etməklə özlərini gələcək sorğu-sualdan sığortalayırlar. Yəqin ki, yanğın baş verən Ticarət mərkəzləri də nə vaxtsa, özü də bir neçə dəfə cərimələniblər. Yanğının qarşısı alınıbmı ? Əlbəttə, yox.
Hörmətli nazir !
Onu da bildirək ki, “KAT-2020” MTK-nın bu qanunsuz əməlləri Siz nazir olmazdan əvvəl mövcud olub və əbəs yerə deyil ki, Siz 15 ildir haqqında bəhs etdiymiz yaşayış kompleksini təhvil almırdınız. Deməli, ciddi problemlər var imiş, yəni bu problemlər sonradan yaranmayıb, əvvəldən mövcud olub və Sizin nümayəndələr bu problemlər MTK tərəfindən aradan qaldırılmadan yaşayış kompleksini qəbul ediblər.
Hörmətli Kəmaləddin müəllim !
Nəzərə alın ki, 2 ha sahədə yerləşən və 10 binadan ibarət yaşayış kompleksinin ərazisində uşaq bağçaları, məktəb yaşına qədər uşaqların kolleci, uşaqların idman meydançası, klinikalar yerləşir, sakinlərin əksəriyyəti gənc ziyalı ailələrdir, hətta sakinlər arasında xeyli sayda xarici ölkə vətəndaşları da var.
Cənab nazir !
Sizə hörmət və etiramımızı bildirərək, ümid edirik ki, 2015-ci ildə Azadlıq prospektində baş verən dəhşətli faciə S.Vəzirov 11-də yerləşən yaşayış kompleksində baş verməyəcək və körpə övladlarımız gözümüzün qarşısında yanıb kül olmayacaq. Və biz sakinlər Sizin konkret tapşırıqlarınızdan sonra gecə-gündüz təlaş içərisində MƏMUR FƏLAKƏTİ ilə üz-üzə qalmarıq, inşallah.
Dərin hörmətlə, Xətai sakinləri.
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 2026 21:30
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 2026 22:24
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
1 mart 2026 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
