Kişmiş və xurma yüklü maşınlarda 622 kilo NARKOTIK -VIDEO
Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinə daxil olan məlumatlar əsasında, gömrük əməkdaşları iki fakt üzrə ümumi çəkisi 622 kiloqram 075 qram olan narkotik vasitənin gömrük nəzarətindən gizlədilərək keçirilməsi cəhdinin qarşısını alıblar.
Komitədən “Qafqazinfo”ya verilən məlumata görə, əməliyyat məlumatına əsasən, Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda İran İslam Respublikasının vətəndaşı Farangız Rahmanı Alkamı tərəfindən göndərilən, Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Moldova Respublikasına “kişmiş” yükü aparan “Renault” markalı yük avtomobili saxlanılıb.
Sorğu-sual zamanı sürücü idarə etdiyi avtomobildə yük sənədlərində göstərilən “kişmiş” yükündən başqa gömrük nəzarətindən gizlədilən və gömrük nəzarətinə bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.
Lakin həmin nəqliyyat vasitəsinə kinoloji xidmət iti tətbiq edilməklə keçirilən yoxlama zamanı xidməti it avtomobilin dartıcısının sol ətrafına reaksiya verib. Daha sonra nəqliyyat vasitəsi rentgen qurğusundan keçirilən zaman avtomobilin sol yanacaq çəninin içərisində sıxlıq müşahidə edilib.
Yük avtomobilinin ətraflı yoxlanılması zamanı isə yanacaq çəninin kustar üsulla metal lövhə ilə iki hissəyə bölündüyü məlum olub.
Baxış zamanı iki hissəyə bölünmüş yanacaq çəninin bir hissəsində qablaşdırılması ilə birlikdə çəkisi 301 kiloqram 475 qram olan narkotik vasitə - heroin aşkarlanıb.
Digər əməliyyat məlumatına əsasən isə Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “DAF” markalı yük avtomobili Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda saxlanılıb.
Azərbaycan Respublikasından tranzit keçməklə Moldova Respublikasına “Qabıqlı püstə” və “xurma” yükü aparan həmin avtomobil “Samur” gömrük postunda rentgen qurğusundan keçirilən zaman şübhəli təsvirlər müşahidə edilib.
Baxış zamanı bu avtomobilin yanacaq çəninin də metal lövhə ilə iki hissəyə bölündüyü, bir hissədə dizel yanacağı, digər hissədə isə qablaşdırılması ilə birlikdə çəkisi 320 kiloqram 600 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 2024 18:45
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 2024 22:31
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 2024 15:41
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 2024 20:31
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 2024 20:32
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 2024 11:26
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 2024 20:39
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31