- 25-ci mərtəbədən YIXILDI - Möcüzə nəticəsində SAĞ QALDI
- Sabiq icra başçısı azadlığa buraxıldı
- Azərbaycanda donuzlar azalıb - Ən çox hansı rayonlarda saxlanılır...
- Pulsuz qəbul etməyəcəm - Mingəçevirdə şoka düşən körpəyə qəddar münasibət FOTO
- Rusiya Ukraynaya 500 PUA, 40 raketlə zərbə endirib –ZELENSKİ
Sabiq icra başçısı:" İşə götürəndə 10 MİN MANAT alırdım "
Rüşvət almaqda, dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə təqsirləndirilərək həbs edilən və 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun cinayət işi üzrə bəzi təfərrüatlar və özünün ifadəsinin detalları məlum olub.
Musavat.com xəbər verir ki, elan edilmiş xeyli sayda epizod üzrə özünü təqsirli bilən Qoca Səmədov əməllərini etiraf edib. Amma onu da qeyd edib ki, bir çox hallarda öz işçiləri tərəfindən də aldadılıb.
Bildirək ki, Q.Səmədov 8 il Yevlaxın başçısı olsa da ona qarşı irəli sürülən ittihamlar əsasən 2017-2019-cu illəri əhatə edir.
İstintaqda dindirilən zaman “Şəhidlər Fondu”na ayrılan vəsaitin mənimsənilməsidən danışan Səmədov deyib ki, ləğv olunan fond çoxsaylı xahişlər nəticəsində 2013-cü ildə yenidən yaradılıb. Amma Qarabağ əlilləri və şəhid ailələri ilə yanaşı imkansız, xəstə adamlar üçün də fəaliyyət göstərib. O, heç bir idarə və müəssisə rəhbərindən fonda pul ödəməsini tələb etmədiyini söyləyib.
Xeyirxah əməllərinə də toxunan Səmədov hətta icra hakimiyyətinin binası qarşısında ehtiyacı olan adamlara 500-1000 manat pul verdiyi vaxtların olduğunu da deyib.
Sabiq başçsı 2-3 dəfə iş üçün müraciət edən adamları iclas zalında yığaraq yalandan gəlib sosial yardım üçün müraciət etməmələrini də istəyib.
Qoca Səmədov işə çıxamayan 94 nəfərə maaş yazıldığını etiraf edib. Amma bildirib ki, işçilərin sayının daha çox göstərilməsindən xəbəri olmayıb. Baş mühasib İlhamə və digər işçilər onu aldadaraq rəqəmləri şişirdib.
“Dərələyəz” MMC-nin direktoru və rayon ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün obyekt tikmək istəyən şəxslərdən, ümumlikdə 36 nəfərdən ayrı-ayrı vaxtlarda 1200-8000 min manat civarlarında rüşvət alındığını da təsdiqləyib.
O, ayrı-ayrı MMC-lərə pullar ayıraraq nağdlaşdırdığını, həmin pulun 230 min manatını icra hakimiyyətinin binasının bərpasına xərclədiyini deyib.
Qoca Səmədov Yevlax şəhəri hava limanından Yevlax şəhərinə gəlmək üçün qəsəbənin küçələrin kənarlarında divar düzəltdirdiyini, 30-a yaxın evin üstünü, 60-70 ədəd evin darvazasını dəyişdirdiyini, Çənlibeldən-Nizami prospektinə qədər olan yolda 5 dəfə asfalt yol çəkdirdiyini, Yevlax şəhərinin şoranlıq hissəsində Səməd Vurğun parkı saldığını, fiziki qüsurlu şəxslər üçün 3 mərtəbəli bina tikdirdiyini deyib. Amma bu işlərə nə qədər pul xərclədiyini dəqiq xatırlamadığını söyləyib.
İşlədiyi müddətdə Yevlax rayonuna dövlət büdcəsindən 20 milyon vəsait ayrıldığını deyən Səmədovun sözlərinə görə həmin vəsait icra hakimiyyətinin və tabeçilikdə olan qurumların saxlanılması, icra hakimiyyətinə ayrıca avadanlıqların alınması, cari təmirə ayrılıb.
Rayon ərazisində binalar üzlənən zaman fəhlələrin sayının bilərəkdən artırıldığını, onlara kart açıldığını da etiraf edən sabiq başçsı Ruhin adlı adamının ətraf rayonlardakı bankomatlardan həmin pulu nağdlaşdıraraq ona verdiyini söyləyib.
O da məlum olub ki, Qoca Səmədov əsas təmir-tikinti işlərini özünə yaxın olan “Dərələyəz MMC” vasitəsi ilə həyata keçirib.
Bəzi rəqəmləri həyəcanlı olduğuna görə xatırlamadığını da deyən Səmədov bildirib ki, kartlardan çıxarılan pulların müəyyən hissəsi də rayonun digər çatışmazlıqlarına xərclənib.
O vurğulayıb ki, bir çox işləri özü görüb, amma sonradan həmin məbləğləri müxtəlif yollarla nağdalaşdıraraq götürüb.
Sahibkarlıq fəaliyyəti ilə məşul olmaq istəyən şəxslərdən isə Q.Səmədovun göstərişi ilə müəyyən abadlıq işlərinin görülməsi adı ilə pul alınıb. Səmədov həmin şəxslərdən dövlət rüsumlarından əlavə müəyyən miqdarda pul almasını tapşırdığını etiraf edib. Tikinti aparmaq istəyənlərdən 1200-8000 min manat məbləğində pulları “hörmət” kimi alınıb.
Qoca Səmədov işə adam düzəltmək üçün Əli adlı şəxsdən pul adlığını da etiraf edib : “Mən onu “YAP Əli” kimi tanımışam və münasibətlərimiz yaxşı olub. Əli xahiş etdi ki, yaxın tanışını İcra Hakimiyyətində işə düzəldək.
Fərid adlı şəxsi işlə təmin etmək üçün 8 min, Tural adlı gənci isə işlə təmin etmək üçün 10 min aldım. Onlar İcra Hakimiyyətinin İctimai, siyasi və humanitar məsələləri üzrə şöbəsinə mütəxəssis qismində işə qəbul edilib”.
“Müharibə Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin yardım fonduna Yevlax rayon müəssisə və təşkilatlarının işçilərinin aylıq vəzifə maaşından könüllülük əsasında 1% tutulduğunu deyən Q.Səmədov bildirib ki, birliyə əvvəllər icra hakimiyyətinə baş məsləhətçi işləmiş Mirzəalı Həsənov və digər şəhid yaxınları nəzarət edib. Yardım üçün ayrılan pullardan hər ay nağdalaşdırılaraq icra başçısına 4 min manat verilib.
Məlumata grə Q.Səmədov Yevlax Şəhər Təhsil şöbəsinin metodisti vəzifəsində işləyən şəxsin İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinə baş məsləhətçi vəzifəsinə təyin edilməsi üçün 8000 manat və digər məbləğlərdə rüşvət alıb.
Q.Səmədov onu da deyib ki, aldığı rüşvətlərlə Yevlax şəhəri Pişəvari küçəsində oğlunun adına sənədləşdiriləcəyini uşaq bağçasının tikintisinə xərcləyib. Bağçanın tikintisinə 400 min manat xərcləsə də aldığı rüşvətlərdən ona heç nə qalmayıb və əlavə də özü pul xərcləyib.
Bir çox müəssisələrdə işçilərin sayının şişirdilməsi haqda suallara təkrar cavab verən Q.Səmədov bunları deyib: “İşçi sayı artırılmasını demişəm. Amma bildirmişəm ki, bu şəxslərin sayı çox olmasın. Etibar və İlhamə isə hər dəfə mənə pul gətirəndə dediklərindən əlavə şəxslərin olmadığını bildirirdilər. İndi aydın olur ki, əslində say çox olub. Yerdə qalan hissədən məlumatım olmayıb. Həmin vəsaitlər mənə çatmayıb. Bu qədər çox işçinin formal olaraq rəsmiləşdirilməsinə dair nə Etibara, nə də İlhaməyə göstəriş verməmişəm. İndi onların məni aldatdığını başa düşürəm”.
Çox peşman olduğunu deyən Qoca Səmədov üzərinə həbs qoyulmuş əmlakın zərərrin ödənilməsi kimi qəb ul edilməsini xahiş edib.
Oxşar xəbərlər
- Ziya Bünyadovun qatilini azadlığa çıxarmaq istəyən - Qayınatası imiş
30 dekabr 2025 23:52
- Sabiq icra başçısı azadlığa buraxıldı
30 dekabr 2025 23:18
- Prezident büdcə ilə bağlı bu qaydalar təsdiqlədi
29 dekabr 2025 22:11
- Nəsiminin icra başçısı vəzifəsindən azad edildi (SƏRƏNCAM)
29 dekabr 2025 18:27
- Sabiq daxili işlər nazirinin oğlu VƏFAT ETDİ
27 dekabr 2025 20:55
- İlhamənin yığdığı bütün qızıllara sahib çıxdılar - Əli Mirəliyev
26 dekabr 2025 16:27
- Mikayıl İsmayılova məxsus MODERN HOSPİTAL-da nələr baş verir ?
26 dekabr 2025 23:18
- Oqtay Əsədovun qızı vəfat etdi
29 dekabr 2025 17:34
- Abbas Abbasov təcili Türkiyədən Rusiyaya qayıtdı
17 dekabr 2025 12:32
- Axtarışa verilən Abbas Abbasov harada gizlənir ?
17 dekabr 2025 11:11
Xəbər lenti
- 25-ci mərtəbədən YIXILDI - Möcüzə nəticəsində SAĞ QALDI
31 dekabr 11:02
- Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
31 dekabr 10:10
- Ziya Bünyadovun qatilini azadlığa çıxarmaq istəyən - Qayınatası imiş
30 dekabr 23:52
- Prezidentdən bayram paylaşımı - Foto
30 dekabr 23:43
- Sabiq icra başçısı azadlığa buraxıldı
30 dekabr 23:18
- Xoşbəxt sənətkar deyiləm - Flora Kərimova
30 dekabr 11:00
- Qapalı məkanlarda maska taxın! - Əhaliyə müraciət
30 dekabr 10:39
- Prezident büdcə ilə bağlı bu qaydalar təsdiqlədi
29 dekabr 22:11
- Bir insan ildə 78 kilo ət, 21 kilo balıq yeməlidir
29 dekabr 21:14
- Azərbaycanın Milli Qəhrəmanı İsveçdə vəfat etdi
29 dekabr 18:53
- Nəsiminin icra başçısı vəzifəsindən azad edildi (SƏRƏNCAM)
29 dekabr 18:27
- QHT-lərə Dövlət Dəstəyi informasiya sistemi yaradıldı
29 dekabr 17:38
- Qadınların Pensiya yaşı dəyişəcək - Bu tarixdən...
27 dekabr 22:44
- Sabiq daxili işlər nazirinin oğlu VƏFAT ETDİ
27 dekabr 20:55
- Azərbaycanda donuzlar azalıb - Ən çox hansı rayonlarda saxlanılır...
27 dekabr 20:37
- Pulsuz qəbul etməyəcəm - Mingəçevirdə şoka düşən körpəyə qəddar münasibət FOTO
27 dekabr 17:54
- Rusiya Ukraynaya 500 PUA, 40 raketlə zərbə endirib –ZELENSKİ
27 dekabr 14:46
- Tofiq Kazımovun həyat yoldaşı: KQB-də işləyən qaynım demişdi, Səməd Mənsurun kitablarını yandırın..
27 dekabr 11:29
- Əzizəyə 18 il həbs tələbi - Ərinin ölümünü sifariş vermişdi
27 dekabr 10:52
- Azərbaycanda məktəbin pəncərəsində şüşə yoxdur, kartonla örtülüb (VİDEO)
27 dekabr 10:25
- Patriarx Kirill İlham Əliyevi təbrik etdi
26 dekabr 23:54
- Azpetrol şirkəti də Ruslan Eyyubova məxsus imiş
26 dekabr 22:20
- İlham Əliyev bu idmançılara ev verdi (FOTO)
26 dekabr 17:14
- YAPON HOKKULARI - İLQAR TAĞI
26 dekabr 16:50
- İlhamənin yığdığı bütün qızıllara sahib çıxdılar - Əli Mirəliyev
26 dekabr 16:27
- Paşinyandan Türkiyə ilə bağlı MÜHÜM QƏRAR - 99 illik RAZILAŞMA
26 dekabr 14:02
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi - Təyyarəmiz vurulub
26 dekabr 13:35
- Mikayıl İsmayılova məxsus MODERN HOSPİTAL-da nələr baş verir ?
26 dekabr 12:22
- Prezident ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak etdi
26 dekabr 11:37
- Su qan təzyiqə necə təsir edir? - Kardioloqlar cavab verir
26 dekabr 11:30
Video & Fotoqalereya
Video
Fotoqalereya
