Ziya Məmmədovun 100 milyonluq “otkat” işi üzrə MƏHKƏMƏSİ başladı

İsveçin paytaxtı Stokholmda Kanadanın “Bombardier” şirkətinin törəmə şirkətinin (“Bombardier Sweden”) keçmiş vitse-prezidenti Tomas Bimer üzərində məhkəmə başlayır. virtualaz.org xəbər verir ki, Tomas Bimer 2003-cü ildə “Bombardier” şirkəti ilə Azərbaycanın o zamankı Nəqliyyat Nazirliyi arasında bağlanmış, Bakı-Böyük Kəsik dəmir yol xəttinin yenidən qurulması layihəsi çərçivəsində siqnal avadanlıqlarının təchizatını nəzərdə tutan müqavilə çərçivəsində “bəzi azərbaycanlı məmurlara” “otkat” verməkdə ittiham olunur. Bimerə qarşı rəsmi ittiham bu ilin iyun ayında irəli sürülmüşdü.
Xatırladaq ki, ümumi dəyəri 350 milyon dollar olan həmin müqavilədən qiymətlərin kəskin şişirdilməsi və aralıq offşor şirkətlərdən istifadə olunması yolu ilə azərbaycanlı məmurlara 100 milyon dollar “otkat” ötürüldüyü bir neçə il əvvəl üzə çıxmışdı. Bu korrupsiya faktı böyük qalmaqala səbəb olub, “Bombardier” Kanada şirkətinin rəhbəri istefa verib. Və Dünya Bankı bu şirkətin iştirak etdiyi layihələrə kredit ayrılmasını dayandırıb. Həmin dövrdə Nəqliyyat Nazirliyinə Ziya Məmmədov başçılıq edirdi, o vaxt nazirliyin tərkibində olan “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri isə nazir müavini qismində Arif Əsgərov idi.
“Tomas Bimer şirkətdə bu layihəyə cavabdeh olan şöbənin rəhbəri idi. Biz hesab edirik ki, “Bombardier” şirkətinin Azərbaycandakı sifarişçilərlə sövdələşməyə girdiyi ona məlum olub”, - prokuror Staffan Edlund ittiham irəli sürülərkən jurnalistlərə demişdi. Bildirilir ki, həmin 100 milyon dollar “otkat”ı alan Azərbaycan dəmir yolları məmuru həm də yerli “Trans Siqnal Rabitə” MMC (TSR) adlı şirkəti təmsil edirdi. Həmin şirkət “Bombardier” şirkətinin İsveç nümayəndəliyi ilə birlikdə Nəqliyyat Nazirliyinin elan etdiyi tenderi udub. “Otkat”ın ötürülməsi üçün aralıq şirkət olaraq Rusiya Dəmir Yollarının keçmiş tərəfdaşı Vladimir Yakuninin təsis etdiyi “Multiserv Overseas Ltd.” adlı offşor şirkətdən istifadə olunub.
İndi Kanadanın “The Glob and Mail” qəzetinin müxbirinin Stokholmdan hazırladığı məqalədə deyilir ki, İsveç prokurorları “Bombardier” şirkətinin Kanada baş ofisinin rəhbərlərinin bu sövdələşmədən əvvəl müqavilənin kimlərlə imzalandığını yoxlamışdılar. Yəni onların korrupsiya sövdələşməsindən xəbərləri var idi.
Prokuror Staffan Edlund bildirib ki, iş üzrə əldə edilmiş sübutlar “Bombardier” şirkətinin Monrealdakı baş ofisinin rəhbərlərinin həmin “Multiserv Overseas Ltd.” ilə kommersiya tərəfdaşlığına razılıq verdiyi qənaətinə gəlməyə əsas verir.
Qəzet yazır ki, “Multiserv Overseas Ltd.” “Bombardier” şirkətinə Azərbaycanda 340 milyon dollarlıq kontraktı udmaq üçün istifadə edilən qurama şirkət idi. Bu şirkət həmçinin “Bombardier”in Rusiya, Monqolustan, Qazaxıstan və Türkmənistandakı layihələrində də iştirak edib. “Bombardier” lə “Multiserv Overseas Ltd.” arasında tərəfdaşlıq müqaviləsi Moskvada Rusiya Dəmir Yollarının o zamankı rəhbəri Vladimir Yakuninlə “Bombardier” şirkətinin direktorlar şurasının sədri Pyer Boduan arasında imzalanmışdı.
“Bu, çox nəhəng sövdələşmə idi və Stokholm üçün həddən artıq böyük görünürdü. Bu iş korporativ səviyyədə görülüb”, - prokuror deyib.
“Bombardier” isə indiyədək Azərbaycanla bağlı layihədə hər hansı korrupsiya sövdələşməsində iştirakını inkar edirdi. Lakin bildirilir ki, ABŞ-ın Ədliyyə Nazirliyi də indi bu faktı araşdırmaqdadır.
İsveç məhkəməsində baxılan işlə bağlı “Bombardier” şirkətinin mətbuat katibi Anna Kristofaro bunları deyib: “Hazırda korporasiyaya məlum olan informasiyalara əsaslanaraq bəyan edirik ki, “Bombardier” korrupsiya ödəməsinin hər hansı dövlət məmuruna ödənildiyini və ya təklif edildiyini təsdiqləyən heç bir sübut tapa bilməyib. Amma “Bombardier” daxilində yoxlama davam edir”.
Prokuror Staffan Edlund
Bimerə qarşı irəli sürülmüş ittiham isə beş illik təhqiqatın nəticəsidir. Bu təhqiqatı İsveçin korrupsiya ilə mübarizə üzrə Milli şöbəsi aparıb. Azərbaycan məmurlarına 100 milyon dollar “otkat”ın verilməsi İsveç tarixində ən iri korrupsiya işlərindən biri hesab edilir.
Tomas Bimer isə ona qarşı irəli sürülmüş ittihamları qəbul etmir. Bu haqda “The Globe and Mail” nəşrinə onun vəkili Tomas Nilsson bildirib.
İstintaq çərçivəsində Stokholmdakı “ Bombardier Transportation” şirkətinin hüquq şöbəsinin rəhbəri Karolina Lonn da dindirilib. “Multiserv” barədə nə bildiyi haqda suala belə cavab verib ki, həmin şirkətlə “Bombardier” (Kanada) arasında tərəfdaşlıq 2010-cu ildə qurulub, tərəfdaşlıqdan əvvəl şirkətlə bağlı araşdırmalar aparılıb. Bu şirkətin Azərbaycan layihəsindəki rolu haqda suala cavab olaraq isə Lonn deyib ki, “Multiserv” Rusiya və digər MDB ölkələrinə “Elteza” avadanlıqlarının satışı üzrə “təsdiqlənmiş təchizatçı” idi.
Yevgeni Pavlov
2017-ci ildə Azərbaycanla bağlı həmin korrupsiya sövdələşməsi ilə bağlı “Bombardier” şirkətinin keçmiş əməkdaşı Yevgeni Pavlov üzərində (“otkat”ın verilməsində onun vasitəçilik etdiyi deyilirdi, amma məhkəmə Pavlovun günahını sübut edə bilmədi) məhkəmə zamanı bildirilmişdi ki, “Bombardier” Dünya Bankından “Multiserv” şirkətinin layihədə rolunu gizlədib (340 milyon dollarlıq layihənin 85 faizini Dünya Bankı maliyyələşdirib,-red.).
2016-cı ildə “The Globe and Mail” qəzeti araşdırmışdı ki, “Multiserv” şirkətinin nə ofisi, nə veb-saytı, nə telefonları, nə də əməkdaşları yoxdur. Ancaq Londonda qeydiyyatda olduğu ünvan aşkarlanıb.
İsveç polisi isə araşdırıb ki, 2015-2016-cı illərdə “Multiserv” şirkətinin direktoru kimi qeydiyyatdan keçmiş qadın Kiprdə yaşayan rusiyalı qadındır, orada gecə klublarında rəqqasə olub. Qadın polisə ifadəsində deyib ki, o ancaq “nominal direktor” idi və şirkətin nümayəndələrinin təlimatı əsasında hərəkət edirdi. Polis araşdırmışdı ki, “Multiserv”dən pullar tərəfdaşlarının offşor şirkətlərinin hesablarına ötürülüb.
“Nəyə görə orada Azərbaycan vergiödəyicilərinin pulları itməlidir? Bu qəribə görünür, amma hər halda bu işdə onsuz da çoxlu qəribə məqam var”, - prokuror Edlund bildirib.
Tomas Bimerə qarşı irəli sürülmüş ittihamda göstərilib ki, həmin korrupsiya sövdələşməsi əsasında 46 ədəd “Ebilock-950″ siqnal avadanlığı birbaşa Azərbaycana göndərilib, ancaq pullar Londonda qeydiyyatdan keçmiş, nə ofisi, nə ünvanı, nə telefon nömrəsi olmayan “Multiserv Overseas” adlı şirkətə köçürülüb. Daha sonra həmin şirkət avadanlığı 5.5 dəfə baha Azərbaycana ötürüb. Bu sxem sayəsində azərbaycanlı məmurlar cəmi 100 milyon dollara yaxın “otkat” əldə ediblər.
Azərbaycan hökuməti adından şirkətlə danışıqları aparan əsas şəxs sabiq nəqliyyat naziri Ziya Məmmədov olub. Onun adı axtarış zamanı Bombardier-in İsveç ofisindən müsadirə edilmiş sənədlərdə yad olunur. İstintaqın versiyasına görə, Azərbaycan rəsmiləri müqavilələrin bağlanması müqabilində nəqliyyat şirkətinin İsveç şöbəsindən rüşvət alırdılar.
Bu korrupsiya qalmaqalı müqavilənin bağlanmasından bir neçə il sonra İsveç KİV-lərinin də yer aldığı beynəlxalq araşdırmaçı jurnalistlər qrupu tərəfindən ortaya çıxarılmışdı. “Bombardier” şirkətinin Kanadada yerləşən baş ofisinin bu sövdələşmədə iştirakına dair hər hansı dəlil olmasa da 2017-ci ildə şirkətin baş icraçı direktoru Pyer Boduen istefa verməli olmuşdu.
“Bombardier” şirkəti ilə Azərbaycan Nəqliyyat Nazirliyinin keçmiş rəhbərliyinin korrupsiya sxemində adı keçən “Trans Siqnal Rabitə” MMC şirkəti isə 2019-cu ilin avqustunda “könüllü ləğvini” elan edib. Şirkətin “Bombardier” lə 340 milyon dollarlıq müqavilədəki payı 40 milyon dollara yaxın olub.
virtualaz.org
- AZƏRSUN ilə Müdafiə Nazirliyi arasında OTKAT 20 MİLYON
14 iyul 2025 09:58
- Təyyarədə qadının OMBA-sına toxundu və 7 İL HƏBS...
11 iyul 2025 09:36
- HÖKÜMƏ - kədərim mənim filmi bu tarixdə təqdim olunacaq
11 iyul 2025 02:05
- Uşağa görə muştuluq aldılar, gecə isə yoldaşımın meyitini verdilər
10 iyul 2025 10:00
- İlham Əliyevin Nikol Paşinyanla görüşü başladı
10 iyul 2025 09:28
- Həbsdə olan vəkil Adəm Məmmədov bu şəxsi məhkəməyə verdi
10 iyul 2025 01:46
- Xəlil Arslanova HÖKM oxundu - 17 İL
7 iyul 2025 23:51
- Aztelekom-un sabiq sədrinin oğlu Alışanovun səsini gizli yazıbmış - Məhkəmədə üzə çıxdı
7 iyul 2025 23:08
- Qusar rayon Samur bələdiyyəsində nələr baş verib, yaxud Gülnarə Muradxanovanın şər-böhtan məktubları...
7 iyul 2025 15:42
- Qarabağ xanlığının timsalında: Rusiyaya güvənmək fəlakətə gətirir
5 iyul 2025 10:44
- Orxon yazıları və ortaq Türk dili təklifi
14 iyul 23:09
- Tramp Putini hədələdi: Hamını aldadır, ona 50 gün vaxt verirəm...
14 iyul 22:43
- 37 ildir AYB-nin sədriyəm, söz verdiyim kimi vəzifəmdən GEDİRƏM, qoy sevincləri artıq olsun - ANAR
14 iyul 12:58
- Amerikalı milyarderin SON sözləri: Uşaqlarınıza VARLI olmağı yox, XOŞBƏXT olmağı öyrədin
14 iyul 11:53
- Tramp : Putin gündüzlər XOŞ danışır, axşamlar isə hamını BOMBALAYIR..
14 iyul 11:37
- Çeçen qızı Lauranı Tiflisdə oğurladılar !
14 iyul 10:16
- AZƏRSUN ilə Müdafiə Nazirliyi arasında OTKAT 20 MİLYON
14 iyul 09:58
- Putin: Rusiya MƏHV olacaq, ya da , ümumiyyətlə, OLMAYACAQ....
14 iyul 09:05
- Qaranlığa qərq olan Bakı küçələri - TƏHLÜKƏLİ VƏZİYYƏT -VİDEO
14 iyul 08:49
- ABŞ Dövlət Departamentində 1 300 nəfər ixtisar edildi — Zaxarovadan kinayəli reaksiya
14 iyul 01:27
- Xəstəxanada intim görüntüləri yayılan şöbə müdiri ərizə yazdı – ŞOK detallar üzə çıxdı
14 iyul 01:10
- Xocalının bu kəndlərinə İLK KÖÇ olacaq
14 iyul 00:24
- Ət bahalaşdı: Yeni qiymət VİDEO
14 iyul 00:07
- FSB Rusiyaya 7 milyard dollarlıq ziyan vuran polkovniki öldürdü. Qatillərdən biri 34 yaşlı azərbaycanlı qadındır?
13 iyul 22:45
- Rusiyada azərbaycanəsilli polis rəisi saxlanılıb
13 iyul 20:51
- Ukraynada azərbaycanəsilli qadın hərbi qulluqçu həlak oldu
13 iyul 19:53
- Dünyanın 28 ÖLKƏSİ Quba rayonundan KİÇİKDİR - SİYAHI
13 iyul 12:02
- Prezident olmaq çox təhlükəli işdir - Tramp
13 iyul 11:29
- Azərbaycanlı aktrisa anası ilə şokolad vannasına girdi - FOTOLAR
13 iyul 10:11
- Ərdoğan bu şəxslərə yüksək VƏZİFƏ verdi
13 iyul 09:40
- Kişinin mədəsindən 27 alışqan və QƏPİK çıxardılar - FOTO
13 iyul 09:23
- Bu gün 34 mindən çox abituriyent imtahan verəcək
13 iyul 08:47
- Emin Ağalarov Bodruma niyə getdi? Yeni =Sea Breeze=nin sirri açıldı
13 iyul 08:11
- Polşada azərbaycanlıların yaşadığı hostelə polis basqını – Neməti axtarırlar
13 iyul 00:55
- Çayda boğulub ölən Səfiyənin - Fotosu
13 iyul 00:05
- ŞOK : Putin Ukraynanın 0.25 FAİZİNİ ələ keçirib və ...1 KV.KM-ə görə 167 ƏSGƏR İTİRİB
12 iyul 21:27
- Hotel dəhşət : Azərbaycanda gənc qız sevgilisi tərəfindən pəncərədən atıldı VİDEO
12 iyul 20:35
- Veteranları təhqir edən bloger qızı meşədə soyundurub döydülər, VİDEOya çəkib yaydılar - ŞOK
12 iyul 19:44
- Şaraa Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO
12 iyul 19:34
- Sabirabadda da EHSAN VERİLMƏYƏCƏK
12 iyul 18:42