- Ramin Nur şadlıq evində camış əti dana əti adı ilə təqdim edilir (FOTO)
- Rusiyaya ŞİDDƏTLİ HÜCUM: yer-göy DAĞILIR, Zelenski HƏRƏKƏTƏ KEÇDİ -VİDEO
- Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirildi, 160 şübhəli saxlanıldı
- Axtarışa verilən Abbas Abbasov harada gizlənir ?
- Böyük Qayıdış davam edir - daha 57 ailə Laçın, Xocavənd və Ağdama köçürülür
SSRİ 1954-cü ildə niyə NATO-ya üzv ola bilmədi? - Gizli tarix
Dünya18 noyabr 2021 10:41
1950-ci illərdə SSRİ alyansın neytral statusu şərti ilə NATO-ya daxil olmağa cəhdlər edib. İdeyanın mühərriki Qərbdə "Soyuq müharibə”nin stalinist cəngavəri ləqəbli Vyaçeslav Molotov idi.
"Soyuq Müharibə Beynəlxalq Tarixi Layihəsi”ndən bu yaxınlarda dərc edilmiş 27№-li dosyedə 1954-cü il Sovet-Qərbi Avropa yazışmalarından ətraflı şəkildə bəhs edilir.
"Cold War International History Project”dən 27 №-li dosye
SSRİ Rəyasət Heyətinin 1954-cü ilin martında keçirilən iclasında xarici işlər naziri Vyaçeslav Molotov bir ay əvvəl xarici işlər nazirlərinin Berlin konfransında sovet tərəfinə ümumavropa kollektiv təhlükəsizlik müqaviləsi şəklində alternativ Avropa Müdafiə Birliyinin yaradılmasının təklif edilməsi barədə məlumat verir.

Məlum olur ki, SSRİ bu təhlükəsiz dünya layihəsi çərçivəsində konstitusiya neytrallığı əsasında Qərbi və Şərqi Almaniyanın birləşməsinin təşəbbüskarı olub. Müasir almanlar üçün bu, şok oldu, çünki "Berlin divarı”nın dağıdılmasına qədər Almaniyanın zorakılıqla parçalanmasına görə onlar yalnız "sovetlər”in məsuliyyət daşıdığına inanırdılar.
Amerika və Çinsiz NATO
Molotovun kollektiv təhlükəsizlik təklifi süngü ilə qarşılanıb. Qərb rəsmiləri iki səbəbə görə etirazlarını bildiriblər.
Birincisi, ona görə ki, ABŞ kommunist Çinlə birlikdə təklif olunan müqavilənin tərəfləri siyahısından çıxarılıb və müşahidəçi statusuna endirilib.
İkincisi, ingilislər Molotovu siyasi intriqada ittiham edib ona deyirlər ki, Moskva NATO-nun müdafiə təşkilatı kimi formalaşmasını pozmaq üçün bəhanə axtarır. Sovet Xarici İşlər Nazirliyinin rəhbəri buna cavab olaraq hamını qane edəcək yeni təkliflər hazırlayacağını bildirib. Bu məlumatı britaniya tarixçisi, "Vyaçeslav Molotov. Soyuq Mühabə”nin stalinist cəngavəri” kitabının müəllifi Cefri Roberts ictimailəşdirib.
Gəlin, sakit yaşayaq
1954-cü il martın 10-da Andrey Qromıko Molotova SSRİ Rəyasət Heyətinə yeni təkliflər layihəsini təqdim edir, burada Avropanın kollektiv təhlükəsizliyi ilə bağlı Sovet İttifaqının mövqeyi Qərb tərəfinin tələblərini nəzərə alır.
İlkin versiyada SSRİ-nin NATO-ya üzvlüyü üçün xüsusi şərtlərdən danışılırdı, lakin Molotov öz düzəlişlərini edir. "Sovet hökuməti hesab edir ki, bununla bağlı yaranan məsələlər xalqların təhlükəsizliyinin möhkəmləndirilməsi maraqları naminə həll edilməlidir”, - o vurğulayır.

V.Molotov bildirir ki, SSRİ ABŞ-ın Avropanın ümumi müdafiə müqaviləsində iştirakına qarşı deyil, lakin NATO-nun digər ölkələrə qarşı sülhpərvər və ya neytral siyasət yürütməsi əsas şərt olmalıdır.
Martın 26-da Malenkov və Xruşşov tərəfindən təsdiq edilmiş və martın 31-də dərc edilmiş qeydlərin yekun variantında deyilir ki, SSRİ-nin NATO-ya potensial üzvlüyü üçün əsas şərt bu təşkilatın hər hansı təcavüz təzahürlərindən imtina etməsidir.
Cefri Roberts bu sənədi şərh edərkən, bu notaya ətraflı müzakirə memorandumunun əlavə olunduğuna diqqət çəkir: "Məsələ ondadır ki, sovet naziri adətən qısa qeydlərlə məhdudlaşır, sonra şəxsi söhbətlərdə mövzuları müzakirə edirdi. Aydındır ki, Molotov öz mövqeyinin hərtərəfli ilkin əsaslandırılmasının zəruriliyinə əmin idi. Bütün bunlar SSRİ-nin müharibədən sonrakı təhlükəsiz dünya formatına hədsiz marağından xəbər verir”.
Xalqlar tərəfdardır, hökumətlər əleyhinədir
Sovet səfirlikləri və nümayəndəliklərindən gələn, habelə xarici mətbuatda dərc olunan məlumatlara görə, Ümumavropa Kollektiv Təhlükəsizlik Müqaviləsi adlı sovet layihəsi Avropada və demək olar ki, bütün ictimai təşkilatlarda kütləvi xeyirxah reaksiyalara səbəb olub. "Le Monde” qəzeti Molotovun notası haqqında heyranlıqla yazıb.
Ancaq ABŞ, Fransa və İngiltərə rəsmiləri Molotov notasının "təsirini azaltmaq” üçün hər cür səy göstərirlər.
Şarl de Qoll SSRİ səfiri Sergey Vinoqradova birbaşa deyir ki, Molotov sənədi qəbuledilməzdir, çünki ABŞ-a işğal olunmuş Almaniyanın nümayəndəsi kimi baxılır, lakin "əbədi belə ola bilməyəcəyinə görə Amerika NATO-dan çıxmalı olacaq”. Vinoqradov cavab verir ki, bu, Avropanın Kollektiv Təhlükəsizlik Müqaviləsidir, okeanın o tayında yerləşən ABŞ-ın bura dəxli var. Lakin Moskva tezliklə Amerikanı Avropa müdafiə müqaviləsində bərabərhüquqlu tərəfdaş kimi görməyə razılaşır.
"Qeyri-real təbiət”
1954-cü ilin mayında Qərb dövlətləri nəhayət, SSRİ-nin NATO-ya üzvlüyü ilə bağlı Sovet təklifini birdəfəlik rədd edirlər. Onlar bunu Sovet İttifaqının Avropa təşkilatında iştirakının alyansın demokratik məqsədləri ilə bir araya sığmadığı, "təklifin qeyri-real təbiətinin müzakirəyə layiq olmaması” ilə əsaslandırırlar. Qərb dünyasının liderləri simasını itirməmək üçün SSRİ-yə qəbuledilməz şərtlər irəli sürürlər. Buna baxmayaraq, Moskvanın bu mövzuda intensiv danışıqları Xarici İşlər Nazirlərinin Cenevrə Konfransına, yəni 1955-ci ilin oktyabr-noyabr aylarına qədər davam edir.
Hər iki tərəf heç nə ilə razılaşmadan siyasi dividendlər almağa çalışırdı.
28 il sonra, 1983-cü ilin əvvəlində SSRİ-də Sovet İttifaqının NATO-ya mümkün üzvlüyü məsələsi yenidən gündəmə gəlir, lakin Cənubi Koreyanın "Boeing-747” təyyarəsi ilə bağlı məlum hadisələrdən sonra bu mövzuya toxunulmur. Xatırladaq ki, söhbət bu sərnişin təyyarəsinin Sovet Hərbi-Hava Qüvvələri tərəfindən qəsdən məhv edilməsi ilə bağlı SSRİ-yə qarşı irəli sürülən ittihamlardan gedir.
Bizim zamanımızda
2001-ci il iyunun 17-də "The Guardian” qəzetində Yan Treynorun prezident Putinin 1954-cü il hadisələrinə reaksiyası haqqında məqaləsi dərc olunub. Vladimir Putin bununla əlaqədar xatırladıb ki, bir il əvvəl o da Rusiyanın NATO-ya üzvlüyünü təklif edib, lakin bu ideya ABŞ-ın dövlət katibi Madlen Olbrayt tərəfindən rədd edilib. "Təklifin qeyri-real xarakteri müzakirəyə layiq deyil” formulirovkası ilə tarix təkrarlanır.

Lakin amerikalı politoloqlar əmindirlər ki, bu, Moskva tərəfindən yalnız alyansın şərqə doğru genişləndirilməsi siyasətini diskreditasiya etmək üçün siyasi hiylə idi.
Mənbə: Teleqraf.com
Oxşar xəbərlər
- Abbas Abbasov təcili Türkiyədən Rusiyaya qayıtdı
17 dekabr 2025 12:32
- Axtarışa verilən Abbas Abbasov harada gizlənir ?
17 dekabr 2025 11:11
- Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
17 dekabr 2025 00:12
- Pişəvəri və Sovetlər Birliyi - Eyvaz Taha
16 dekabr 2025 19:59
- Amnistiyaya bu məhkumlar düşəcək - Həmin şəxslərin dairəsi müəyyənləşdi
16 dekabr 2025 14:32
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 2025 12:56
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
16 dekabr 2025 11:07
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 2025 21:44
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 2025 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 2025 16:31
Xəbər lenti
- Müştəriləri aldadan şadlıq sarayı Xəlil Göyüşovun imiş
17 dekabr 21:57
- BEYİN DALĞASI adlı intellektual podcast layihəsi uğurla baş tutub
17 dekabr 20:17
- Ramin Nur şadlıq evində camış əti dana əti adı ilə təqdim edilir (FOTO)
17 dekabr 20:07
- Rusiyaya ŞİDDƏTLİ HÜCUM: yer-göy DAĞILIR, Zelenski HƏRƏKƏTƏ KEÇDİ -VİDEO
17 dekabr 12:46
- Abbas Abbasov təcili Türkiyədən Rusiyaya qayıtdı
17 dekabr 12:32
- Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirildi, 160 şübhəli saxlanıldı
17 dekabr 11:38
- İlham Əliyev Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşdü (FOTO)
17 dekabr 11:33
- Axtarışa verilən Abbas Abbasov harada gizlənir ?
17 dekabr 11:11
- Böyük Qayıdış davam edir - daha 57 ailə Laçın, Xocavənd və Ağdama köçürülür
17 dekabr 11:03
- Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
17 dekabr 00:12
- Mübariz Mənsimovun Ramiz Mehdiyev ilə heç bir zaman nə biznes, nə də şəxsi münasibəti olmayıb
16 dekabr 21:35
- Pişəvəri və Sovetlər Birliyi - Eyvaz Taha
16 dekabr 19:59
- Amnistiyaya bu məhkumlar düşəcək - Həmin şəxslərin dairəsi müəyyənləşdi
16 dekabr 14:32
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 12:56
- Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə
16 dekabr 12:33
- Aqil Abbas: Amnistiya jurnalistlərə də şamil olunsun
16 dekabr 12:13
- Prezident AHİK-in VIII qurultayının iştirakçılarına müraciət ünvanladı
16 dekabr 11:38
- Qonşunuz səs-küy salırsa - Nə etməli ?
16 dekabr 11:26
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
16 dekabr 11:07
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 00:52
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 00:41
- Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi (FOTO)
15 dekabr 22:22
- Prezident bu şəxslərin rütbəsini artırdı (SƏRƏNCAM)
15 dekabr 21:51
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 21:44
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 11:28
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 11:20
- Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salındsı (FOTO)
15 dekabr 11:09
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 01:48
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
Video & Fotoqalereya
Video
Fotoqalereya
