“Meyit əvvəl də bir dəfə yandırılıb, ana-atası maraqlı olmayıb”
2 il öncə Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun növbəti məhkəmə prosesi keçirilib.
"Qafqazinfo"nun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda məlum olub ki, Dondar Quşçu sakinləri məsələ ilə bağlı 182 nəfərin imzası ilə Prezident və Vitse-prezidentə müraciət ediblər. Onlar 2 ilə yaxındır həbsdə olan İlkin Süleymanovun təqsirsiz olduğunu deyib, əsl cinayətkarların tapılması üçün kömək istəyiblər.
Məhkəmə məktubun cinayət işinə əlavə olunmasına dair qərar verib.
Hakim İlkin Süleymanovun atası İbrahim Süleymanovun Prezidentə və hüquq-mühafizə orqanlarına ünvanladığı məktubun mətnini elan edib: “Hamıya məlumdur ki, evimizin yaxınlığında yanan meyiti oğlum görüb. Dərhal qonşulara xəbər verib və ətrafdakıların da köməyi ilə meyit söndürülüb. Həmin gün oğlumu baş verənləri ilk görən şəxs kimi polis şöbəsinə aparıb, bir daha buraxmayıblar. Onun saxlanması ilə bağlı heç bir sənədləşmə aparmadan dörd gün ona amansız, ölümcül işgəncələr veriblər. Onun başına vedrə keçirib, küt alətlərlə vurublar, toka veriblər, diz və əllərinin üstündən dubinka ilə döyüblər... Oğlum dözə bilməyib, onların istədiyi ifadəni imzalamağa razılıq verəndə - yanvarın 10-da onun tutulmasını rəsmiləşdiriblər. Ailəmizin müqavilə bağladığı vəkilin onunla görüşməsinə imkan verilməyib. Vəkil yalnız yanvarın 30-da onunla görüşə bilib. Onun müdafiə hüququ kobud şəkildə pozulub”.
İbrahim Süleymanov iddia edib ki, Nərminin valideynləri cinayətin açılmasında yox, ört-basdır edilməsində maraqlı görünürlər: “Məhkəmədə yalan və ziddiyyətli ifadələr verirlər, suallara dəqiq, düzgün cavab verməkdən yayınırlar. Üç müxtəlif mənbədən əldə olunan sübutlarla (şəxsiyyət vəsiqəsi, tibb məntəqəsindəki qeydiyyat kitabçası) təsdiqlənir ki, Nərmin Quliyevanın qan qrupu IV olub. Meyitin ekspertizasının rəyinə əsasən, onun qanı isə II qrupdur. Meyitin boyu ilə Nərminin boyu uyğun gəlmir. Meyit 142 santimetrdən də uzun adama məxsusdur. Valideynlər tapılmış meyitə baxmaqda maraqlı olmayıb. Bunu özlərinin məhkəmədə verdikləri ifadələr də təsdiqləyir. Bütün bunlar o meyitin Nərmin Quliyevaya aid olmasına ciddi şübhələr yaradır. Meyitin cinsiyyət orqanı yerləşən hissəsi xüsusi olaraq yandırılıb ki, bunun da nəticəsində ekspertiza onun təcavüzə məruz qalıb-qalmadığını müəyyənləşdirə bilməyib. Təhlillər göstərir ki, meyit orada yandırılmamışdan əvvəl də bir dəfə yandırılıb, sonra ora atılıb və orada ikinci dəfə yandırılıb. Əks halda, meyit həm ön, həm də arxa hissədən eyni dərəcədə yana bilməzdi. Çünki bir tərəf üstündə atılmışdı. Üstəlik, təxminən 5 dəqiqə davam edən yanğın nəticəsində meyitin o vəziyyətə düşməsi də mümkün deyildi. Paltarlarla bağlı da ciddi ziddiyyətlər var. Valideynlərin hər biri uşağın əynində olan paltarlarla bağlı fərqli ifadə verir. O həddə yanmış meyitin üstündəki paltarların bir hissəsinin yanmaması da inandırıcı deyil”.
Hakimlər bu məktubun da cinayət işinə əlavə olunmasına qərar verib.
Daha sonra məhkəmədə Nərmin Quliyevanın kiçik bacısı Ş.Quliyeva dindirilib: “Biz bacımla məktəbdən gələndə Nərmin artıq evdə idi. O, bizdən təxminən yarım saat-1 saat əvvəl gəlmişdi. Mən məktəbdən gələndən sonra yatdım, bir də axşam oyananda gördüm ki, evimizdə polislər var”.
Məlumat üçün bildirək ki, valideynlərinin məhkəmədə dediyinə görə Nərmin gödəkçə arxasınca əmisigilə gedib, geri qayıtmadığını görəndə onun nənəsi Minayəgildə olduğunu güman ediblər. Bu səbəbdən axşama qədər axtarmayıblar.
Lakin Ş.Quliyeva bildirib ki, Minayə nənəsigil xeyli uzaqda yaşayır. Onlar nənəsigilə anasından icazəsiz getməzdi. Həm də hava qaralana qədər qayıdırdılar.
Məhkəmə prosesi noyabrın 24-də davam edəcək.
1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrilə ittiham olunur. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.
İlkin Süleymanov isə özünü təqsirli bilmir. O, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qaldığı üçün etiraf ifadəsinə imza atmağa məcbur olduğunu deyir.
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
3 mart 2026 14:20
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Xameneinin öldürüldüyü təsdiqləndi (RƏSMİ)
1 mart 2026 13:43
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
