“Tağı Əhmədova 234 min manat FAİZ vermişəm”
Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun adı keçən 2 milyonluq dələduzluq işi üzrə məhkəmə araşdırması davam edir.
Moderator.az xəbər verir ki, Noyabrın 18-də bu iş üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutdu.
“Bakı Metropoliteni”nin keçmiş rəisi Tağı Əhmədova məxsus 2 milyon manatı biznes adıyla alıb, ələ keçirməkdə suçlanan Səadət Xəlilov deyib ki, dələduzluq ittihamı yalandır. Onun sözlərinə görə, Əhmədov pulu onlara sələmlə vermişdi.
Mərmər daş biznesiylə məşğul olmuş Xəlilov məhkəmə qarşısında tək deyil. Sahil Abuşov və Qulu Muxtarov da onunla birlikdə mühakimə olunur. Amma digər iki nəfərdən fərqli olaraq, Xəlilov həbsdədir.
23 il elmi-pedaqoji fəaliyyətlə məşğul olduğunu deyən Xəlilovun sözlərinə görə, Tağı Əhmədov əvvəl 1 milyon manat pula aylıq 10 min manat qazanc istəmişdi.
Bu işdə zərərçəkən qismində tanınan Soltan Əliyev Əhmədovun dostudur. Elə Xəlilovla keçmiş Metropoliten rəisi arasında vasitəçi də o olub:
“Soltan dedi ki, Tağı obyektini satır, onun pulunu bizə verəcək. Qazaxıstandan mərmər sifarişləri götürmüşdük, vaxt daralırdı, malı vaxtında çatdırmasaydıq, cərimə ola bilərdi. Soltan məni apardı, Tağı Əhmədovla görüşdük. Harda, kimlərlə işlədiyimlə maraqlandı. Özü də mərmər işiylə məşğul olan bir neçə nəfərin adını çəkdi. Bu sahəni bildiyimə əmin olandan sonra dedi ki, 3 milyon vermək istəyir”.
Xəlilovun sözlərinə görə, həmin görüşdə 200 min verilib. Bir müddət sonra Əliyev ona zəng eləyib deyib ki, 3 sellofan torba götürüb, YAP-ın Yasamal rayon təşkilatının yanına gəlsin. Ora gəlib, Tağı Əhmədovdan daha 1 milyon alıblar. Üçüncü dəfə isə onlara 800 min manat verilib. Amma 1 milyon götürüləndə Əhmədova Elmlər Akademiyasından sertifikatı da olan, bahalı yaqut qaş girov verilib.
Xəlilov deyir ki, xaricdəki mallarla bağlı ödənişdə problemlər yarananda onlar da faizləri ödəməkdə çətinlik çəkirdilər. Buna görə artıq söz-söhbət yaranmışdı. Bunu onun qardaşı Maşallah Xəlilov da təsdiqləyir:
“Xətai” metrosu tərəfdə ofisləri vardı, arada ora gedib-gələndə eşidirdim ki, Tağı Əhmədovdan götürülmüş pulun faiz hissəsilə bağlı problemlər var”.
Təqsirləndirilən şəxs əlavə edib ki, faiz ödənişində problemlər yarananda Tağı Əhmədovun qohumları elə Soltan Əliyevin yanında onu döyüb. Onun sözlərinə görə, Tağı Əhmədovun oğlu Ruslan Əhmədov da bu məsələ ilə əlaqədar bir neçə dəfə onunla görüşüb.
Amma zərərçəkmiş Soltan Əliyev deyir ki, Xəlilovun döyülməsinin şahidi olmayıb:
“Səadət, sənin günahın o oldu ki, şantaja keçdin. Bununla da böyük səhv elədin və işlər bu yerə gəlib çatdı”.
Xəlilov isə onun yalan danışdığını deyir. Onun sözlərinə görə, zərərçəkmiş Əliyev Xətai rayon Məhkəməsində ona qarşı ayrıca mülki iddia da qaldırıb. Tağı Əhmədovun 2 milyonu ilə yanaşı, 1 milyon 92 min manat da faiz pulu tələb edir:
“Bəs niyə verilən faizləri saymırsız? Məni sizin yalanlarınıza görə 10 ilə qədər həbs gözləyir. Eybi yox, mən bu 10 ili həbsdə yataram, amma siz bu qədər yalanlarla yata bilməyəcəksiz. Adamın vicdanı olar. Tağı Əhmədova 234 min faiz vermişəm, amma o pulu çıxmırsız, üstəlik, 1 milyon əlavə faiz istəyirsiz...”
Məhkəmə araşdırmaları davam edir.
Təqsirləndirilən 3 nəfər CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham olunur. Bu maddədə 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
4 mart 2026 19:57
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- Təhsil qurumundan ard-arda tenderlər: ümumi məbləğ 23 milyona yaxınlaşdı
25 fevral 2026 21:07
- Nazir Prezidentin bağışladığı evi mənə 36 minə satdı — ŞOK AÇIQLAMA
25 fevral 2026 01:40
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 2026 13:10
- Azərbaycanda kərə yağı istehsalı KƏSKİN azaldı
21 fevral 2026 22:10
- Küçədə elektron siqaret çəkənlər bu qədər cərimələnəcək
20 fevral 2026 14:32
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
