- Azərbaycan təhsil xərclərini 1 % artırır
- Bakcell Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü
- Kəlbəcərdən çıxanda 80 yaşı olub - İndi 113 yaşında qayıdır
- Asiyada ən böyük hərbi təlim başlanır - Üç ölkə üç məkanda...
- Rusiya Britaniyanın müsəlman daxili işlər nazirini hədəfə alıb - Kreml mediası Şabanaya böhtanlar yağdırır
Ziya Məmmədov və müavini həbs edilir - İSVEÇ MƏHKƏMƏSİ

İsveçin paytaxtında Azərbaycanın sabiq nəqliyyat naziri Ziya Məmmədovla onun müavini olmuş Arif Əsgərovu həbsə aparacaq məhkəmə işi başlayıb.
Hazırda məhkəmədə təqsirləndirilən şəxs 1 nəfərdir - Kanadanın “Bombardier” şirkətinin törəmə şirkətinin (“Bombardier Sweden”) keçmiş vitse-prezidenti Tomas Bimer. Amma prosesin gedişində təqsirləndirilən şəxslərin sayı arta bilər, cinayət işi üzrə məhkəmə araşdırmalarına Tomas Bimerə rüşvət vermiş azərbaycanlı məmurlar da cəlb oluna bilərlər.
2003-cü ildə “Bombardier” şirkəti ilə Azərbaycanın o zamankı Nəqliyyat Nazirliyi arasında Bakı-Böyük Kəsik dəmir yol xəttinin yenidən qurulması layihəsi çərçivəsində siqnal avadanlıqlarının təchizatını nəzərdə tutan müqavilə imzalanıb. Tomas Bimer həmin müqavilə çərçivəsində “bəzi azərbaycanlı məmurlara” “otkat” verməkdə ittiham olunur. Tomas Bimerə qarşı rəsmi ittiham bu ilin iyun ayında irəli sürülüb.
Həmin dövrdə Nəqliyyat Nazirliyinə Ziya Məmmədov başçılıq edirdi, o vaxt nazirliyin tərkibində olan “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri isə nazir müavini qismində Arif Əsgərov idi. “Tomas Bimer şirkətdə bu layihəyə cavabdeh olan şöbənin rəhbəri idi. Biz hesab edirik ki, ”Bombardier" şirkətinin Azərbaycandakı sifarişçilərlə sövdələşməyə girdiyi ona məlum olub", - prokuror Staffan Edlund ittiham irəli sürülərkən jurnalistlərə demişdi.
Bildirilir ki, həmin 100 milyon dollar “otkat”ı alan Azərbaycan dəmir yolları məmuru həm də yerli “Trans Siqnal Rabitə” MMC (TSR) adlı şirkəti təmsil edirdi. Həmin şirkət “Bombardier” şirkətinin İsveç nümayəndəliyi ilə birlikdə Nəqliyyat Nazirliyinin elan etdiyi tenderi udub. “Otkat”ın ötürülməsi üçün aralıq şirkət olaraq Rusiya Dəmir Yollarının keçmiş tərəfdaşı Vladimir Yakuninin təsis etdiyi “Multiserv Overseas Ltd.” adlı offşor şirkətdən istifadə olunub. İndi Kanadanın “The Glob and Mail” qəzetinin müxbirinin Stokholmdan hazırladığı məqalədə deyilir ki, İsveç prokurorları “Bombardier” şirkətinin Kanada baş ofisinin rəhbərlərinin bu sövdələşmədən əvvəl müqavilənin kimlərlə imzalandığını yoxlamışdılar. Yəni onların korrupsiya sövdələşməsindən xəbərləri var idi. Prokuror Staffan Edlund bildirib ki, iş üzrə əldə edilmiş sübutlar “Bombardier” şirkətinin Monrealdakı baş ofisinin rəhbərlərinin həmin “Multiserv Overseas Ltd.” ilə kommersiya tərəfdaşlığına razılıq verdiyi qənaətinə gəlməyə əsas verir. Qəzet yazır ki, “Multiserv Overseas Ltd.” “Bombardier” şirkətinə Azərbaycanda 340 milyon dollarlıq kontraktı udmaq üçün istifadə edilən qurama şirkət idi. Bu şirkət həmçinin “Bombardier”in Rusiya, Monqolustan, Qazaxıstan və Türkmənistandakı layihələrində də iştirak edib. “Bombardier” lə “Multiserv Overseas Ltd.” arasında tərəfdaşlıq müqaviləsi Moskvada Rusiya Dəmir Yollarının o zamankı rəhbəri Vladimir Yakuninlə “Bombardier” şirkətinin direktorlar şurasının sədri Pyer Boduan arasında imzalanmışdı. “Bu, çox nəhəng sövdələşmə idi və Stokholm üçün həddən artıq böyük görünürdü. Bu iş korporativ səviyyədə görülüb”, - prokuror deyib. “Bombardier” isə indiyədək Azərbaycanla bağlı layihədə hər hansı korrupsiya sövdələşməsində iştirakını inkar edirdi.
Lakin bildirilir ki, ABŞ-ın Ədliyyə Nazirliyi də indi bu faktı araşdırmaqdadır. İsveç məhkəməsində baxılan işlə bağlı “Bombardier” şirkətinin mətbuat katibi Anna Kristofaro bunları deyib: “Hazırda korporasiyaya məlum olan informasiyalara əsaslanaraq bəyan edirik ki, ”Bombardier" korrupsiya ödəməsinin hər hansı dövlət məmuruna ödənildiyini və ya təklif edildiyini təsdiqləyən heç bir sübut tapa bilməyib. Amma “Bombardier” daxilində yoxlama davam edir". Bimerə qarşı irəli sürülmüş ittiham isə beş illik təhqiqatın nəticəsidir. Bu təhqiqatı İsveçin korrupsiya ilə mübarizə üzrə Milli şöbəsi aparıb. Azərbaycan məmurlarına 100 milyon dollar “otkat”ın verilməsi İsveç tarixində ən iri korrupsiya işlərindən biri hesab edilir.
Tomas Bimer isə ona qarşı irəli sürülmüş ittihamları qəbul etmir. Bu haqda “The Globe and Mail” nəşrinə onun vəkili Tomas Nilsson bildirib. İstintaq çərçivəsində Stokholmdakı “ Bombardier Transportation” şirkətinin hüquq şöbəsinin rəhbəri Karolina Lonn da dindirilib. “Multiserv” barədə nə bildiyi haqda suala belə cavab verib ki, həmin şirkətlə “Bombardier” (Kanada) arasında tərəfdaşlıq 2010-cu ildə qurulub, tərəfdaşlıqdan əvvəl şirkətlə bağlı araşdırmalar aparılıb. Bu şirkətin Azərbaycan layihəsindəki rolu haqda suala cavab olaraq isə Lonn deyib ki, “Multiserv” Rusiya və digər MDB ölkələrinə “Elteza” avadanlıqlarının satışı üzrə “təsdiqlənmiş təchizatçı” idi. 2017-ci ildə Azərbaycanla bağlı həmin korrupsiya sövdələşməsi ilə bağlı “Bombardier” şirkətinin keçmiş əməkdaşı Yevgeni Pavlov üzərində məhkəmə zamanı bildirilmişdi ki, “Bombardier” Dünya Bankından “Multiserv” şirkətinin layihədə rolunu gizlədib. 2016-cı ildə “The Globe and Mail” qəzeti araşdırmışdı ki, “Multiserv” şirkətinin nə ofisi, nə veb-saytı, nə telefonları, nə də əməkdaşları yoxdur. Ancaq Londonda qeydiyyatda olduğu ünvan aşkarlanıb. İsveç polisi isə araşdırıb ki, 2015-2016-cı illərdə “Multiserv” şirkətinin direktoru kimi qeydiyyatdan keçmiş qadın Kiprdə yaşayan rusiyalı qadındır, orada gecə klublarında rəqqasə olub. Qadın polisə ifadəsində deyib ki, o ancaq “nominal direktor” idi və şirkətin nümayəndələrinin təlimatı əsasında hərəkət edirdi. Polis araşdırmışdı ki, “Multiserv”dən pullar tərəfdaşlarının offşor şirkətlərinin hesablarına ötürülüb.
“Nəyə görə orada Azərbaycan vergiödəyicilərinin pulları itməlidir? Bu qəribə görünür, amma hər halda bu işdə onsuz da çoxlu qəribə məqam var”, - prokuror Edlund bildirib. Tomas Bimerə qarşı irəli sürülmüş ittihamda göstərilib ki, həmin korrupsiya sövdələşməsi əsasında 46 ədəd “Ebilock-950" siqnal avadanlığı birbaşa Azərbaycana göndərilib, ancaq pullar Londonda qeydiyyatdan keçmiş, nə ofisi, nə ünvanı, nə telefon nömrəsi olmayan ”Multiserv Overseas" adlı şirkətə köçürülüb. Daha sonra həmin şirkət avadanlığı 5.5 dəfə baha Azərbaycana ötürüb. Bu sxem sayəsində azərbaycanlı məmurlar cəmi 100 milyon dollara yaxın “otkat” əldə ediblər. Azərbaycan hökuməti adından şirkətlə danışıqları aparan əsas şəxs sabiq nəqliyyat naziri Ziya Məmmədov olub. Onun adı axtarış zamanı Bombardier-in İsveç ofisindən müsadirə edilmiş sənədlərdə yad olunur. İstintaqın versiyasına görə, Azərbaycan rəsmiləri müqavilələrin bağlanması müqabilində nəqliyyat şirkətinin İsveç şöbəsindən rüşvət alırdılar.
Bu korrupsiya qalmaqalı müqavilənin bağlanmasından bir neçə il sonra İsveç KİV-lərinin də yer aldığı beynəlxalq araşdırmaçı jurnalistlər qrupu tərəfindən ortaya çıxarılmışdı. “Bombardier” şirkətinin Kanadada yerləşən baş ofisinin bu sövdələşmədə iştirakına dair hər hansı dəlil olmasa da 2017-ci ildə şirkətin baş icraçı direktoru Pyer Boduen istefa verməli olmuşdu. “Bombardier” şirkəti ilə Azərbaycan Nəqliyyat Nazirliyinin keçmiş rəhbərliyinin korrupsiya sxemində adı keçən “Trans Siqnal Rabitə” MMC şirkəti isə 2019-cu ilin avqustunda “könüllü ləğvini” elan edib. Şirkətin “Bombardier” lə 340 milyon dollarlıq müqavilədəki payı 40 milyon dollara yaxın olub.
Xatırladaq ki, ümumi dəyəri 350 milyon dollar olan həmin müqavilədən qiymətlərin kəskin şişirdilməsi və aralıq offşor şirkətlərdən istifadə olunması yolu ilə azərbaycanlı məmurlara 100 milyon dollar “otkat” ötürüldüyü bir neçə il əvvəl üzə çıxmışdı. Bu korrupsiya faktı böyük qalmaqala səbəb olub, “Bombardier” Kanada şirkətinin rəhbəri istefa verib. Və Dünya Bankı bu şirkətin iştirak etdiyi layihələrə kredit ayrılmasını dayandırıb.
“Yeni Müsavat”
- Özbəkistan səfərindən tez-tələsik təəssüratlarım - iLQAR TAĞI
16 sentyabr 2025 00:38
- Xocalının körpəsi, Türkiyənin müəllimi...
14 sentyabr 2025 13:13
- Bakıda bu qəbiristanlığın köçürülməsi təklif olunur
14 sentyabr 2025 10:11
- Gürcüstanın keçmiş müdafiə naziri həbs olundu
13 sentyabr 2025 22:23
- Səfirimizin katibəsindən nikahdankənar uşağı var? - Aliment vermir
13 sentyabr 2025 19:38
- 28 MAY-dan NİZAMİ- yə metro işləməyəcək: Alternativ nəqliyyat necə olacaq?
13 sentyabr 2025 12:09
- Elnur Şükürov da azadlığa çıxdı - Foto
13 sentyabr 2025 09:43
- ANAMA-nın vəzifəli şəxsləri sərxoş vəziyyətdə həbs olundu
12 sentyabr 2025 13:30
- Culfada ağır qəza - 4 polis əməkdaşı öldü
12 sentyabr 2025 11:03
- Beynəlxalq Böhran Qrupundan Bakıya sensasion təklif
10 sentyabr 2025 09:54
- Azərbaycan təhsil xərclərini 1 % artırır
16 sentyabr 11:23
- Bir evdən 6 uşaq məktəbə getdi
16 sentyabr 11:11
- Prezident Selçuk Bayraktaroğlunu qəbul etdi (FOTO)
16 sentyabr 01:57
- Bakcell Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü
16 sentyabr 01:12
- Özbəkistan səfərindən tez-tələsik təəssüratlarım - iLQAR TAĞI
16 sentyabr 00:33
- Azərbaycanlı Rusiyada deputat seçildi
15 sentyabr 11:26
- Kəlbəcərdən çıxanda 80 yaşı olub - İndi 113 yaşında qayıdır
15 sentyabr 10:21
- Prezident Seyidbəyliyə getdi - Fotolar
15 sentyabr 09:59
- Asiyada ən böyük hərbi təlim başlanır - Üç ölkə üç məkanda...
15 sentyabr 09:46
- Bakının işğaldan azad edilməsindən 107 il ötür
15 sentyabr 00:55
- Azərbaycanda Bilik Günüdür
15 sentyabr 00:42
- Rusiya Britaniyanın müsəlman daxili işlər nazirini hədəfə alıb - Kreml mediası Şabanaya böhtanlar yağdırır
14 sentyabr 23:51
- Sumqayıtda xəstəxana həyətindən 8 aylıq qız DÖLÜ TAPILIB
14 sentyabr 18:04
- Bu gün erməni əsilli şəxs Xankəndidə polisə qumbara atdı, atəş açdı...
14 sentyabr 17:43
- Azərbaycan Prezidenti Xocavənd rayonunun Sos kəndində olub
14 sentyabr 16:14
- Bu gün Elçin Mahmudovun doğum günüdür
14 sentyabr 15:20
- Prezident İlham Əliyev Füzuli rayonunun yeni salınacaq Qaraxanbəyli kəndinin təməlini qoyub
14 sentyabr 13:22
- Xocalının körpəsi, Türkiyənin müəllimi...
14 sentyabr 13:11
- BİR ÇÖRƏK QORXUSU - Səməd Qaraçöp
14 sentyabr 11:48
- Təhsil niyə oxuyub-anlama problemini həll edə bilmir ? Könül Aydın Nəhmətova
14 sentyabr 11:02
- Təyyarədən sürətli qatır: 1 saatlıq yolu 15 dəqiqəyə çatdı
14 sentyabr 10:40
- Bakıda bu qəbiristanlığın köçürülməsi təklif olunur
14 sentyabr 10:11
- DSX-nin zabiti ehtiyatsızlıqdan açılan atəşlə öldü - Fotolar
14 sentyabr 09:53
- Bu il bəşəriyyəti tənəzzülə aparan fəlakət olacaq - Vanqa və Nostradamusun PROQNOZU
13 sentyabr 23:03
- Gürcüstanın keçmiş müdafiə naziri həbs olundu
13 sentyabr 22:23
- Səfirimizin katibəsindən nikahdankənar uşağı var? - Aliment vermir
13 sentyabr 19:38
- 2,2 milyon nəfər tədrisə başlayır: İlk dərs bu mövzuya həsr olunacaq
13 sentyabr 16:55
- 1992-ci ildə Baş nazir vəzifəsindən istefa verdim, Heydər Əliyevə zəng vurdum… –Sabiq Baş nazir Həsən Həsənovdan maraqlı açıqlamalar /VİDEO
13 sentyabr 15:35
- Xalq artisti vəfat etdi
13 sentyabr 14:48
- 28 MAY-dan NİZAMİ- yə metro işləməyəcək: Alternativ nəqliyyat necə olacaq?
13 sentyabr 12:09