Əsədov Qarabağdakı erməni terrorçu bazalarının sonuna çıxmaqdaydı..
Müsahibə20 noyabr 2021 16:38
“Düşmənlərimiz bu terror sayəsində bizi, gənc Azərbaycan dövlətini çox həlledici bir məqamda vurdu...”
“Amma gərək o faciədən sonra əlimizdə olan bütün qüvvə ilə Qarakəndə hücum edib o ətrafdakı bütün erməni terror yuvalarını məhv edəydi...”
“Sizinlə çox danışmışıq bu faciənin detalları barədə... Üstündən 30 il keçir... Amma müəmmalı, qaranlıq məqamlar o qədər çoxdur ki... Bu terrorla qəhrəman dövlət xadimlərimiz, ziyalılarımız şəhid edildi. O vertolyotda... Rəhmətlik Tofiq İsmayılov, İsmət Qayıbov, Məhəmməd Əsədov...”
Bunu Moderator.az-a açıqlamasında 1990-1991-ci illərdə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Daxili İşlər İdarəsinin rəis müavini vəzifəsində çalışmış və 20 Noyabr faciəsi ərəfəsində Xankəndi və Ağdamda bir çox olayların şahidi olmuş istefada olan polis polkovniki Sadir Məmmədov söyləyib.

“İsmət müəllimi xeyli yaxından tanıyırdım... Faciədən öncə bir həftəyə yaxın erməni terrorçularıyla mübarizə işləriylə bağlı bir yerdə Xankəndində, Ağdamda olmuşduq... Rəhmətlik prokuror kimi erməni yaraqlılarına, terrorçularına qan uddururdu... General Məhəmməd Əsədov da Qarabağdakı erməni terrorçu bazalarının axırına çıxmaqdaydı... Rəhmətlik “OMON”u bu işdən ötrü yaratmışdı. Həmin qurumun yaradılmasına Moskvadan icazə almaq üçün nə qədər əziyyət çəkdi... Rəhmətliklə də çox ünsiyyətimiz olub. Qarabağ ərazisindəki çox işləri mənə tapşırardı.... O qədər zəhmli, şəxsiyyətli bir general idi ki, mən Xankəndində, Ağdamda kabunetdə oturub işləyəndə elə bilirdim, Məhəmməd Əsədov başımın üstündə dayanıb” – açıqlamasının davamında bu fikirləri ifadə edən həmsöhbətimiz Qarakənd terrorunun törədildiyi məqamdakı hərbi-siyasi duruma diqqət çəkib və bu facidəki itkilərimizdən sonra düşmənlərimizin daha da azğınlaşmasından və daha böyük faciələr törətməsindən də danışıb.
“Xülasə, düşmənlərimiz bu terror sayəsində bizi, gənc Azərbaycan dövlətini çox həlledici bir məqamda vurdu... Öncə dediyim kimi, həlak olan dövlət xadimlərimiz Qarabağ məsələsinin ədalətli həlli üçün xeyli işlər görmüşdü... Və ondan sonra uzun müddət özümüzə gələ bilmədik deyə, Daşaltı, Qaradağlı, Xocalı və s. faciələri baş verdi, Şuşa və Laçın işğal olundu...
Başda 20 Noyabr terror hadisəsi nəticəsində həlak olanlarımızın ailələri, doğma və əzizləri olmaqla xalqımıza baş sağlığı diləyir, “Allah rəhmət eləsin” deyirəm...
Amma gərək o faciədən sonra bizim dövlətimiz əlində olan qüvvə ilə Qarakəndə hücum edib o ətrafdakı bütün erməni terror yuvalarını məhv edəydi. Heyf ki, dövlətimiz hələ yeni yaranırdı, rəhbərliyimizdə hələ Moskvadan çəkinən adamlar çox idi. Bu oğullarımız da gedəndən sonra lap zəif düşdük... Ordumuz cəmi iki ay idi, rəsmən formalaşmağa başlamışdı... Ermənistana isə həm Rusiyadan, həm də bəzi Qərb ölkələrindən böyük dəstək var idi...
Allaha min şükür ki, bu gün Ali Baş Komandanın rəhbərliyi ilə şəhid və qazilərimizin canı-qanı hesabına torpaqlarımızın əksər hissəsi işğaldan azad olunub. Məhz bu gün – bir il öncə 2020-ci ilin 20 noyabrında Ağdam heç bir şəhid, yaralı vermədən işğaldan azad olundu. Bu da sanki Allahın hökmüylə 20 Noyabr Qarakənd faciəsinin qisasının bir təzahürü oldu. İnşallah, tezliklə dövlətimizin, xalqımızın, ordumuzun gücü, qüdrəti sayəsində keçmiş Dağlıq Qarabağdakı digər ərazilərimiz də erməni separatçı və terrorçularından azad olunar və müstəqil dövlətimizin ilk
milli siyasi elitasının ən görkəmli nümayəndələrinin, ziyalılarımızın şəhid edildiyi Qarakəndə də üçrəngli Azərbaycan bayrağı sancılar” - deyə polis polkovniki ümidlərini ifadə edib.
Oxşar xəbərlər
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 2026 11:15
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bakıdan cavab: Fransa küncə sıxılıb...
4 fevral 2026 19:24
- İcra məmurları belə geyinəcək (FOTO)
3 fevral 2026 13:54
- 12-ci erməni Qarabağdan niyə getmək istəmədi - Həkəri körpüsünə çatanda dedi ki...
28 yanvar 2026 00:28
- Tallində Ermənistanın baş naziri -Noldu Paşinyan- mahnısı ilə QARŞILANDI - VİDEO
25 yanvar 2026 12:11
- Daşaltı əməliyyatından 34 il ötür
25 yanvar 2026 11:56
- Azərbaycan Qarabağda yaşayan 10 ermənini Ermənistana təhvil verdi
23 yanvar 2026 14:17
Xəbər lenti
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
Video & Fotoqalereya
Video
Fotoqalereya
