Fransa prezidentinin azərbaycanlı tərcüməçisi: Elvin Abbasbəyli
Müsahibə23 noyabr 2021 13:35
Elvin Abbasbəyli Beynəlxalq Sinxron Tərcüməçilər Assosiasiyasının ilk azərbaycanlı üzvü və Fransa prezidenti və hökumətinin akkreditasiyalı tərcüməçisidir. Fransada dövlət səviyyəsində tərcüməçi olan ilk və hələlik sonuncu azərbaycanlıdır. Səkkiz xarici dil bilir.
İlk addımlar
Elvin Abbasbəyli 1980-ci ildə Neftçala rayonunda müəllim ailəsində anadan olub. Orta təhsilini Neftçala şəhər Əlif Piriyev adına 2 saylı orta məktəbdə, ali təhsilini isə Azərbaycan Dillər Universitetinin Fransız dili və tərcüməsi fakültəsində alıb. Bundan sonra ali təhsilini davam etdirmək üçün Fransaya gedib.
Elvin tərcüməçi olmaq qərarına hələ 15 yaşında – orta məktəbdə oxuyarkən gəlmişdi.
Azərbaycan Dillər Universitetinin sonuncu kursunda Fransa səfirliyində bir aylıq təcrübə keçdikdən sonra Fransanın Azərbaycandakı o vaxtkı səfiri Jan-Pyer Ginütün sayəsində onun xarici işlər və digər nazirlərlə görüşlərində tərcüməçilik edib.
Uğura aparan pillələr

Fransa hökumətinin verdiyi təqaüdlə Strasburq Universitetinin nəzdindəki Beynəlxalq Əlaqələr İnstitutunda (ITI-RI) əvvəlcə yazılı tərcümə, daha sonra isə sinxron tərcümə üzrə magistr diplomu alıb. Bundan sonra peşə fəaliyyəti ilə yanaşı, Strasburq Universitetində tərcüməşünaslıq üzrə elmi işi üzərində işləyib. Mövzusu Osmanlı İmperiyası və Çar Rusiyası arasında 1774-cü ildə imzalanmış Kiçik Qaynarca müqaviləsinin terminologiyasının analizi və tərcüməçilərin bu prosesdə oynadığı rol olub. Müqavilə üç dildə - türk, rus və italyanca hazırlanıb.
Sözügedən ali təhsil müəssisəsində bu elmi işini müdafiə etdikdən sonra tərcüməşünaslıq və türkologiya üzrə elmlər doktoru dərəcəsini alıb.
Üç mindən biri
Yazılı və Sinxron Tərcüməçilik və Beynəlxalq Əlaqələr İnstitutundakı təhsilini başa vurduqdan sonra Avropa İttifaqı və Avropa Şurasında akreditasiyadan keçib.
Dediyinə görə, Avropada sinxron tərcüməçilər tərəfindən qəbul edilmənin yollarından biri, 3000-dən çox sinxron tərcüməçini bir araya gətirən Sinxron Tərcüməçilərin Beyəlxalq Assosiyasiyasının (AIIC) üzvü olmaqdır. Assosiasiyada Elvindən əvvəl azərbaycanlı üzv olmadığına görə proses bir qədər uzun çəkib, amma sonda istəyinə nail olub. İndi də assosiyasiyanın ilk, hələlik son azərbaycanlı üzvüdür.
Fransa prezidentinin tərcüməçisi

Azərbaycanlının uğurları Fransanın siyasi rəhbərliyinin diqqətini çəkib və bu ölkənin Xarici İşlər Nazirliyinə tövsiyə olunub. Fransa Xarici İşlər Nazirliyinin onunla razılaşmasından bir müddət sonra Elvin Azərbaycan Prezidenti İlham Əliyevin Parisə səfər etdikdə dövrün Fransa Prezidenti Fransua Ollandın tərcüməçisi kimi çağırılıb.
Elvin təkcə Fransa yox, Azərbaycan prezidenti üçün də tərcüməçilik edib. Eləcə də Avropa ölkələrinə səfər edən Azərbaycanın digər nazirləri və rəsmi şəxsləri üçün…
Sərkisyanın alınmamış salamı
Elvin Abbasbəyli ilə bağlı maraqlı bir xatirə də var.
Olay 2017-ci ildə Yelisey sarayında bir sıra ölkələrin liderlərinin görüşündən əvvəl baş verib.
Elvin həmin zirvədə Fransanın o vaxtkı prezidenti Fransua Ollandın tərcüməçisi olub. Zirvədə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyan da iştirak edib. Liderlər bir-bir Fransua Ollandla yanaşı, Elvinlə də görüşüblər. Sıra Serj Sərkisyana çatdıqda Elvin Ermənistan rəhbərinin əlini havada saxlayır, salamını almır. Pərt olan Sərkisyan nə baş verdiyini anlamır, çaşqınlıqla Fransa liderinə baxır. Olland Ermənistan prezidentinə "Azərbaycan” deyəndə, Sərkisyan nə baş verdiyini başa düşür.
Fəaliyyət sahələri

Sinxron tərcümə ilə yanaşı, yazılı tərcümə fəaliyyəti ilə də məşğul olan Elvin Abbasbəyli bədii və elmi kitab tərcümələri üzərində işləyir və elmi məqalələr yazır. Bundan əlavə, Parisdə yerləşən və Sorbon Universitetinə daxil olan Fransa Dövlət Şərq Dilləri və Sivilizasiyaları institutunda Azərbaycan dilini tədris edir.
Mənbə: Teleqraf.com
Oxşar xəbərlər
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
5 mart 2026 18:29
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
3 mart 2026 19:48
- Məsud Pezeşkian sağdır?
1 mart 2026 14:04
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 2026 14:17
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 2026 11:15
- Naxçıvanda 40 subartezian quyusu qazılacaq - Prezident Sərəncam imzaladı
24 fevral 2026 17:13
Xəbər lenti
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
Video & Fotoqalereya
Video
Fotoqalereya
