Azərbaycanda 67 nazir müavinindən 6-sı qadındır...

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə gənclər və idman naziri Fərid Qayıbova yeni müavinlər təyin olunub. Onlardan biri İndira Hacıyeva, digəri isə Marina Vasilevadır. Yeni təyinatlardan sonra Azərbaycanda qadın nazir müavinlərin sayı 6-ya yüksəlib.
Ümumilikdə isə Azərbaycanda 67 nazir müavini var. Ən çox müavini olan fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. FHN rəhbərinin 8 müavini var. Ən az müavini olan isə Pərviz Şahbazovdur. Energetika nazirinin bir müavini var.
“Qafqazinfo” bu məqamda qadın nazir müavinləri ilə bağlı məlumatları təqdim edir.
Məmmədəliyeva Sevda Yusif qızı
1946-cı il təvəllüdlü Sevda Məmmədəliyeva uzun müddətdir ki, nazir müavini postundadır. O, əvvəlcə 1999-cu ildə Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə mədəniyyət nazirinin müavini təyin olunub. 2006-cı ildə isə Mədəniyyət Nazirliyi ləğv edildikdə və onun əsasında Mədəniyyət və Turizm Nazirliyi yaradıldıqdan sonra Prezident İlham Əliyevin imzaladığı sərəncamla mədəniyyət və turizm nazirinin müavini vəzifəsinə gətirilib.
20 aprel 2018-ci ildə isə Mədəniyyət və Turizm Nazirliyi ləğv edilib və onun əsasında Mədəniyyət Nazirliyi yaradılıb. Sevda Məmmədəliyeva isə fəaliyyətinə mədəniyyət nazirinin müavini kimi davam edib.
İlhamə Qədimova
O, 1975-ci ildə anadan olub. Türkiyədə təhsil alan İlhamə Qədimova, 11 il özəl sektorda hüquqşünas və konsultant olaraq çalışıb.
Hazırda çalışdığı nazirliyə gəlişi 2018-ci ilə təsadüf edir. O, həmin ilin may-sentyabr aylarında Kənd Təsərrüfatı Nazirliyinin Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.
2018-ci ilin sentyabrın 24-də isə Prezident İlham Əliyevin sərəncamı ilə kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.
Həsənova Sevinc Telman qızı
1971-ci ildə anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Maliyyə və kredit fakültəsini bitirib. Əmək fəaliyyətinə 1993-cü ildə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsində iqtisadçı kimi başlayıb.
1993-2006-cı illərdə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsi və Baş Dövlət Xəzinədarlığında iqtisadçı, baş iqtisadçı, şöbə müdiri vəzifələrində çalışıb.
Prezident İlham Əliyevin 6 iyul 2006-cı il tarixli sərəncamı ilə iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin olunub. 2014-cü ildə iqtisadiyyat və sənaye nazirinin müavini kimi çalışıb. 2016-cı ildə isə iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.
Əliyeva Nigar Ramiz qızı
O, 2009-cu ildən bu günə kimi səhiyyə nazirinin müavini vəzifəsində çalışır.
1969-cu ildə Bakıda anadan olan Nigar Əliyeva, nazir müavini təyin olunmamışdan öncə, qurumda Ümumi şöbənin müdiri olub.
ATU-nun 1992-ci il məzunu olan N.Əliyeva nazirlikdə çalışanadək Respublika Diaqnostika Mərkəzində (1993-2006-cı illər) həkim kimi fəaliyyət göstərib.
Qeyd edək ki, Azərbaycanda qadın nazir müavinlərindən biri də təhsil nazirinin sabiq müavini Məhəbbət Vəliyeva olub. O, 2020-ci ilin dekabrında tutduğu vəzifədən kənarlaşdırılıb. Hazırda Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova da vaxtilə nazir müavini kimi çalışıb. O, daha əvvəl mədəniyyət və turizm nazirinin müavini olub. N.Qədimova 2015-ci ildə Naxçıvanın mədəniyyət və turizm naziri, 2018-ci ildə Muxtar Respublikanın mədəniyyət naziri təyin edilib.
Emin Səfərov
Həmçinin oxu: Yeni nazir müavinləri kimdir?
- Prezident Viktor Orbanı təbrik etdi
23 oktyabr 2025 11:16
- Rəsul Quliyev və Həsən Həsənov Mehdiyevi YERLƏ-YEKSAN ETDİ: ŞOK FAKTLAR üzə çıxdı: nələr EDİBMİŞ?
22 oktyabr 2025 12:11
- Mehdiyev müqavimətə başladı
22 oktyabr 2025 10:54
- Paşinyan İlham Əliyevə TƏŞƏKKÜR ETDİ
22 oktyabr 2025 10:46
- Ramiz Mehdiyevin Kiyevdə DONUZ ferması və Elmira Axundovanın əlinə KİM və NƏ VERİB ?
21 oktyabr 2025 14:07
- Feyxoanın 10 faydası
21 oktyabr 2025 12:42
- NAR Çoox Şanslı lotereyasına start verdi
20 oktyabr 2025 22:06
- Kimin qarın ağrısı varsa, adımı hallandırır - Elmar Məmmədyarov
19 oktyabr 2025 21:08
- Abbas Abbasovun Moskvadakı planı necə İFŞA EDİLDİ? - Mehdiyev işində daha bir SENSASİYA
19 oktyabr 2025 08:15
- Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas
19 oktyabr 2025 00:22
- Ramiz həbsxanaya düşsə, dözməz, ÖLƏR ORDA! – Əli İnsanovdan SENSASİON MÜSAHİBƏ (VİDEO)
23 oktyabr 13:31
- Bir şəklin tarixçəsi: Fəzail Ağamalı Ramiz Mehdiyevin önündə məruzə edir
23 oktyabr 11:41
- Ramiz Mehdiyevin həbsdəki adamı - Ona da xəyanət etmişdi
23 oktyabr 11:26
- Prezident Viktor Orbanı təbrik etdi
23 oktyabr 11:16
- Bakıda evin kirayə haqqını verə bilməyən ALİM küçədə yıxılıb ÖLDÜ
23 oktyabr 11:01
- Qazaxıstanda ağır qəza - 12 ölü
23 oktyabr 10:48
- Adım əsassız yerə Ramiz Mehdiyevlə yanaşı çəkilir- Elmira Axundova çətin duruma düşüb
23 oktyabr 01:55
- Niderlandlı Dieqo Bakker deyir ki, GORANBOYLUYAM...VİDEO
23 oktyabr 01:25
- Yeni yubiley medalı təsis edildi
23 oktyabr 00:58
- Mehriban Əliyevanın Roma Papası ilə görüşündə bu sənət əsəri təqdim olunub - Foto
22 oktyabr 23:45
- Prezident Yaqub Eyyubova -İstiqlal- ordenini təqdim etdi (YENİLƏNİB)
22 oktyabr 22:18
- Bakı metrosunda sərnişin öldü
22 oktyabr 21:55
- Rəsul Quliyev və Həsən Həsənov Mehdiyevi YERLƏ-YEKSAN ETDİ: ŞOK FAKTLAR üzə çıxdı: nələr EDİBMİŞ?
22 oktyabr 12:11
- Mehdiyev müqavimətə başladı
22 oktyabr 10:54
- Paşinyan İlham Əliyevə TƏŞƏKKÜR ETDİ
22 oktyabr 10:46
- AZAL-ın təyyarəsi uzun fasilədən sonra İrəvanda
22 oktyabr 10:06
- On ilimi onunla keçirmişəm, silmək mümkün deyil
22 oktyabr 01:41
- Ramiz Mehdiyevin pensiyası hansı halda kəsilə bilər?
22 oktyabr 01:27
- Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri başa çatdı
22 oktyabr 00:07
- Ramiz Mehdiyevin Kiyevdə DONUZ ferması və Elmira Axundovanın əlinə KİM və NƏ VERİB ?
21 oktyabr 14:05
- Prezidentlər təkbətək görüşdü - Fotolar
21 oktyabr 13:45
- Qızımın çoxlu qızılları və şəxsi əşyaları oğurlanıb - İsa Həbibbəyli
21 oktyabr 13:00
- Feyxoanın 10 faydası
21 oktyabr 12:42
- Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
21 oktyabr 11:19
- Yazıçı Kəramət Böyükçöl və İlqar Məmmədov arasında qırğın - ÖLÜ -DİRİ SÖHBƏTİ DÜŞDÜ...
21 oktyabr 01:54
- Brejnev-Ford görüşü – imzalanan mühüm saziş, xəz papaq və kürk mübadiləsi
20 oktyabr 22:55
- NAR Çoox Şanslı lotereyasına start verdi
20 oktyabr 22:06
- İlham Əliyevin Qazaxıstana səfəri başladı (FOTO)
20 oktyabr 16:44
- Çar 2-ci Nikolayı güllələmiş sabiq çekistin məxfi səs yazısı- Şahzadə Alekseyə 11 güllə vurduq, ölmürdü (AUDİO)
20 oktyabr 16:32
- Ramiz Mehdiyevin SENSASİON SƏS yazısı - AUDİO
20 oktyabr 13:35