Şirin Mirzəyev deyirdi ki, Fərrux dağı kimdədirsə, Ağdama da o, nəzarət
Müsahibə2 dekabr 2021 08:45
“Təəssüf ki, sonradan ermənilər Rusiya ordusunun dəstəyi ilə yenidən Fərrux kəndini işğal etdi... Və bu gün həmin yüksəklik və kənd Rusiyanın sülhməramlı hesab edilən hərbi birləşməsinin nəzarəti altındadır...”
"Dünən Moderator.az-da təqdim olunmuş Müdafiə nazirinin sabiq müavini, polkovnik Mehman Səlimovun müsahibəsində Fərrux dağı uğrunda döyüşlər haqda oxuyanda rəhmətlik həyat yoldaşım Şirin Mirzəyevin həmin yüksəkliyi almaq üçün apardıqları əməliyyatlar barədə danışdıqlaını xatırladım. Onun ilk azad etdiyi kənd məhz Fərrux olub”.

Bunu Moderator.az-a açıqlamasında sabiq millət vəkili, Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova söyləyib.

“Şirin Mirzəyev həmişə deyirdi ki, Fərrux dağında kim otursa, Ağdama da o, nəzarət edəcək. 1991-ci ilin, səhv etmirəmsə, dekabrında erməni terrorçular Xocalı rayonunun Meşəli kəndinə hücum etmiş, bir yaşlı kişi ilə qadını yandıraraq qətlə yetirmişdilər. Şirin də deyirdi ki, mən Fərruxu azad etməklə Meşəlinin qisasını aldım... 1992-ci ilin yanvarənda keçirdikləri əməliyyat nəticəsində Şirinin taboru həmin kəndi azad etmişdi... Bildiyimə görə, Fərrux kəndi ermənilərin orada Rusiya imperiyası tərəfindən yerləşdirildiyi və XX əsrin əvvəlində Qarabağda müharibələr başlayandan bəri ilk dəfə idi ki, Azərbaycan tərəfindən azad olunurdu...
Şirin onu da deyirdi ki, Qarabağdakı, xüsusən Ağdam və Ağdərə istiqamətindəki hücum əməliyyatları zamanı kimlərinsə qurduğu hansısa müəmmalı oyunlar baş verirdi. Bir də görürdün, hücuma keçəndə bizə dəstək verməli olan birləşmələrimizdən biri kiminsə əmri lə geri çəkilir və bu minvalla bir sıra döyüşlərimiz uğursuzluqla nəticələnirdi... Təəssüf ki, məhz belə müəmmalı başıpozuqluqlar səbəbindən Şirin Mirzəyevin şəhidliyindən sonra ermənilər Rusiya ordusunun dəstəyi ilə yenidən Fərrux kəndini işğal etdi... Və bu gün də hələ də həmin yüksəklik və kənd Rusiyanın sülhməramlı hesab edilən hərbi birləşməsinin nəzarəti altındadır... İnşallah, inanıram ki, yaxın müddətdə Qarabağdakı yerdə qalan digər məntəqələrimiz kimi Fərrux da dövlətimizin, ordumuzun tam nəzarətinə keçər və həmin yüksəklikdə yenə də üçrəngli Azərbaycan bayrağı dalğalanar. Onda Şirin Mirzəyevin ruhu daha da dinclik tapar”- deyə şəhid Milli Qəhrəman xanımı vurğulayıb.
Zəruri arayış:
Fərrux və ya Farux — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənddir. Ermənilər tərəfindən “Parux” adlandırılır.
1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə separatçı-terrorçu erməni rejiminin keçirdiyi əhalinin qanunsuz siyahıyaalmasına əsasən Fərrux kəndinin əhalisinin, yəni ermənilərin sayı 42 nəfər təşkil edib. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Fərrux kəndi Rusiyanın sülhməramlı sayılan qüvvələrinin nəzarətinə keçib.
Dağətəyi ərazidədir. Yaşayış məntəqəsinin əsasını Farux adlı şəxs qoyduğu üçün belə adlandırılması ehtimal edilir. Kəndin yaxınlığında Farux golu və Farux yeri adlı obyektlər də qeydə alınmışdır. Oykonim 1907-ci və 1918-ci illərdə fəaliyyət göstərmış müxtəlif millətlərin zəhmətkeşləri arasında beynəlmiləlçiliyi möhkəmləndirmək məqsədi güdən Faruq (hərfi mənası "Ədalət tərəfdarı") sosial-demokrat qrupunun adı ilə də bağlı ola bilər.
Tanınmış Qarabağ qazisi, Milli Qəhrəman Şirin Mirzəyevin komandiri olduğu taborda döyüşmüş kəşfiyyatçı- döyüşçü Rey Kərimoğlu öz xatirələrində belə yazır:
“Fərrux Ağdam rayonu ilə keçmiş Əsgərən rayonunun (Xankəndi istiqamətində) sağ tərəfdən arasında yerləşən böyük bir dağ idi, dağın ətəyində isə eyni adlı balaca bir kənd idi. Fərrux Ağdamın Cinli kəndinin yaxınlığında yerləşirdi. 1988-ci ildə Qarabağ hadisələri başlayandan Fərrux kəndində yuva qurumuş əsasən Yerevandan, Livandan, Suriyadan gəlmiş erməni silahlıları, muzdluları Cinli, Yetim Cinli, Əlimədədli və digər yaxın kəndləri atəşə tutur, dinc insanları qətlə yetirir və yaralayırdılar. Münaqişənin ilk illərində dəfələrlə ermənilər Fərruxdan Cinli kəndinə hücum edib. Hər dəfə də yerli insanların və Ağdam milis şöbəsinin əməkdaşları, eyni zamandan Ağdam OMON-u tərəfindən onların qarşısı alınıb. O zaman Cinli ermənilərin bütün Qarabağdakı əsas hədəflərindən biri idi.

Qeyd edim ki, bu kənd və yüksəklik xüsusi strateji əhəmiyyətə malik bir yer idi. 1905 və 1918-ci ildə Qarabağda baş verən erməni-müsəlman davasında da Fərrux alınmayıb. Yəni ermənilər Fərruxun alınmaz bir qala olduğu haqqında mif yaratmışdılar. Erməni alimi Zor Balayanın Qarabağın “qızıl açarı” adlandırdığı Fərrux kəndinin Ağdama tərəfə olan hissəsindəki müdafiəsi sıra ilə inşa edilmiş bir neçə evin qarşısı boyu tikilmiş “topdağıtmaz” dəmir-beton istehkam idi. Kəndin ən böyük müdafiəsi isə Fərrux dağının düz zirvəsində yerləşən “daş başı” postu idi...
Umudludan qayıdandan sonra - 31 yanvar 1992-ci ildə Şirin Mirzəyevin batalyonu Ağdamın yerli OMON qüvvələri ilə birgə Fərrux kəndinin quldurlardan azad edilməsi əməliyyatında iştirak edib”.
Oxşar xəbərlər
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Ağdama daha 90 ailə köçürüldü
5 mart 2026 14:55
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Dünyada ən çox uşaq doğan QADIN - FOTO
22 fevral 2026 10:59
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 2026 11:46
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- Qalmaqallı sabiq vəkil Sevil Hacıyeva barəsində Ali Məhkəmənin QƏRARI
4 fevral 2026 12:08
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
