"Falçı" Kərəm Həsənovun bacısına 2 MİLYON ATDI - ŞOK
Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun bacısı Rəna Ağarzayeva külli miqdarda dələduzluğa məruz qalıb.
“Kriminalqafqaz” xəbər verir ki, R.Ağarzayeva özünü falçı kimi təqdim edən Şəfəq İsmiyeva və onun sevgilisi Ceyhun Zeynallının “qurbanı” olub. Belə ki, “falçı” ondan 2 milyon manata yaxın pul alıb.
Belə ki, İsmiyeva "İnstagram" səhifəsində falçılıq etməsi barədə elan yayaraq özünü "Maya" kimi təqdim edib. O R.Ağarzayeva ilə danışıqlara başlayandan sonra ona deyib ki, problemlərinin həlli məsələsində Rusiyada yaşayan "Dmitri" adlı başqa bir falçının da köməyi lazım olacaq. “Falçı” bu bəhanə ilə iki il ərzində hissə-hissə olmaqla Kərəm Həsənovun bacısından ümumilikdə 2 milyon manata yaxın pul alıb.
R.Ağarzayeva və ərinin şikayəti əsasında “falçı” qadın və sevgilisi barəsində cinayət işi başlanıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu məhkəmə iclasında dövlət ittihamçısı çıxış edərək Ş.İsmiyevanın 10 il 6 ay, C.Zeynallının isə 13 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Onların hər ikisinə Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham verilib.
Cinayət işi üzrə zərərçəkmiş qismində Rəna Ağarzayeanın həyat yoldaşı Sənan Ağarzayev tanınıb. O, məhkəmədə deyib ki, təqsirləndirilən şəxslərin həbsdə saxlanmasında yox, pulunun qaytarılmasında maraqlıdır: "Əvvəldən də demişəm, mən onların tutulmasında maraqlı deyiləm. Mən pulumun qaytarılmasını istəyirəm".
Məhkəmədə dindirilən zaman Şəfəq İsmiyeva bildirib ki, Rəna Ağarzayevadan falçılıq adıyla 1 milyon 400 min manat pul alıb, bunun 800 minini Zeynallıya verib, 600 mini özünə qalıb.
Ceyhun Zeynallı isə Şəfəq İsmiyeva ilə münasibətləri olsa da, onunla əlbir olmadığını bildirib: “Şəfəq bu cinayəti təkbaşına törədib, əldə etdiyi vəsaitlərin də böyük əksəriyyətini banklar vasitəsilə müxtəlif adamlara göndərib”.
Təqsirləndirilən şəxslər vurduqları ziyandan 293 min manat ödəyiblər.
Qeyd edək ki, Şəfəq İsmiyeva və Ceyhun Zeynallının birgə yaşayışdan bir qızı var. Məhkəmə dövründə Ş.İsmiyevanın ikinci övladı dünyaya gəldiyindən o, ev dustaqlığına buraxılıb. Ceyhun Zeynallı isə həbsdə mühakimə olunur. Bundan başqa C.Zeynallı həmin uşağın atası olması haqda qarşı tərəfin iddiasını qəbu etmir və atalığın müəyyən edilməsini tələb edir.
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 2026 23:40
- Təhsil qurumundan ard-arda tenderlər: ümumi məbləğ 23 milyona yaxınlaşdı
25 fevral 2026 21:07
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 2026 13:10
- Azərbaycanda kərə yağı istehsalı KƏSKİN azaldı
21 fevral 2026 22:10
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 2026 13:12
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
11 fevral 2026 13:56
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
