Natiq Cəfərli ilə Tofiq Yaqublu arasında yenidən gərginlik
Milli Şuranın üzvü Tofiq Yaqublunun dekabrın 1-də bir neçə gündür ki, cəzaçəkmə müəssisəsində aclıq aksiyası həyata keçirən Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmlinin həbsdən azad edilməsi ilə bağlı təşkil edilən aksiyada döyülməsi ətrafında müzakirələr səngimir. “Qafqazinfo” xəbər verir ki, bəzi siyasətçilər Yaqublunun döyülməsinin təxribat olduğunu, digərləri isə qəsdən həyata keçirildiyini iddia edirlər. Elə bu mövzuda aparılan müzakirələrə REAL Partiyası da biganə qalmayıb. Belə ki, aparılan müzakirələr hər iki siyasətçini üz-üzə qoyub.
Partiyanın icra katibi Natiq Cəfərli status yazaraq Tofiq Yaqubluya qarşı edilən cinayətin dövlət adına ləkə olduğunu vurğulayıb:
“Hakimiyyətin ağıllı siyasəti olsa, bunu özü araşdırar, aksiyanın bütün "kodlarını" açar, cəzasını kəsər, amma etməyəcəklər. Çünki, həqiqət üzə çıxsa, çox adamlar şok olar, "poqonlara" bu sərf etməz, hər dəfə səmimi insan olan, amma heç vaxt siyasətçi olmayan Tofiq bəydən, onun mübarizliyindən istifadə edənlərin də iç üzü açılar”.
N. Cəfərlinin sözügedən statusunda Tofiq Yaqublunun siyasətçi olmadığını deməsi isə sosial şəbəkədə gedən müzakirələri daha da dərinləşdirib. Bu fikrinə görə, REAL üzvü sərt tənqidə məruz qalıb. Bildirilib ki, etiraz aksiyası keçirmək vətəndaşların qanunla təsbit edilmiş haqqıdır.
Daha sonra isə N. Cəfərli partiyanın deputatı Erkin Qədirlinin Tofiq Yaqublu ilə telefonla danışdığını, hüquqi və digər məsələlərdə ona dəstək olacağını deyib: "Erkin Qədirli ilə Tofiq Yaqublu mədəni söhbət aparıb. Tofiq Yaqublu ona təşəkkür edib".
Günün ikinci yarısında isə Tofiq Yaqublu onun döyülməsi ətrafında baş verən siyasi müzakirələrə laqeyd qalmayıb. O, sosial şəbəkə hesabında N. Cəfərlinin onun döyülməsi faktına sərgilədiyi münasibəti qınayıb. Onu siyasətçi adlandırmamasının özünə qarşı aşağılayıcı mövqe olduğunu vurğulayıb.
N. Cəfərli isə son olaraq bu mövzuda status paylaşaraq sözügedən fikirlərinə görə onun qəsdən AXCP rəhbərliyinin göstərişi ilə sosial şəbəkədə söyüldüyünü bildirib. Buna görə qəzəblənən Cəfərli həmin şəxslərə son xəbərdarlığını edib: “Son kəs xəbərdarlıq edirəm, ailəmi, anamı söydürəcək qədər alçalmayın!”. Daha sonra isə onu təhqir edənlərin statuslarının şəklini paylaşıb.
Xatırladaq ki, T. Yaqublunun döyülməsi barədə Daxili İşlər Nazirliyi dekabrın 1-də məlumat yayıb. Bildirilir ki, Tofiq Yaqublunun bölmədə döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır:"Amma bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qaydada araşdırılacaq".
Bu gün isə T. Yaqublu ifadə vermək üçün Səbail Rayon Prokurorluğuna dəvət edilib.
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- Hörmüz tamamilə bağlandı
27 mart 2026 20:31
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 2026 00:55
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 2026 22:24
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
