“Mən hakimiyyətə işləsəydim, böyük imkanlarım olardı” - Mehman Əliyev
Yeni Azərbaycan” qəzetində “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyevin müsahibəsi dərc olunub.
NUH.az həmin müsahibəni təqdim edir:
- Mehman bəy, bu gün Azərbaycanda özünü müstəqil, müxalifət mediası olaraq səciyyələndirən mətbuat orqanlarının fəaliyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycanda müxalifət mediası yoxdur.
- Bəs sizin rəhbərlik etdiyiniz “Turan” necə?
- “Turan” müstəqil media orqanıdır. Nə hökumətyönlüdür, nə də müxalifət mediasıdır. Çox zaman nöqsanları göstərəndə deyirlər ki, sən müxalifsən. Biz yaxşını da deməliyik, pisi də. Medianın işi bundan ibarətdir. Medianın işi hakimiyyətin işinə ictimai nəzarəti həyata keçirmək və obyektiv, balanslı informasiyanı cəmiyyətə çatdırmaqdan ibarətdir. 2003-cü ildə Mətbuat Şurası yaradılanda biz bu normanı qəbul elədik. İlk prinsip də həqiqətə xidmət etmək idi. Kiminsə xoşuna nəsə gəlir, gəlmir, bu, başqa bir mövzudur. Həqiqətə xidmət balans, plüralizm, qarşı tərəfin fikrini öyrənmək, birtərəfli olmamaq kimi yollarla aparılır. Biz çalışırıq ki, belə işləyək. Bəziləri öz maraqlarından çıxış edərək, buna müxalifətçilik deyir.
- Bu gün özünü müxalifət adlandıran fərdlər var ki, əslində, çoxu fərd deyil, təşkilatlanmış formada fəaliyyət göstərirlər, onların müxalifətçilik anlayışı şəxsi həyata müdaxilə, müxtəlif kompromatlardan şantaj vasitəsi kimi istifadədən ibarətdir...
- Belə hallara, təbii ki, münasibətim mənfidir. Peşə əxlaqı normaları var və KİV haqqında qanuna əsasən, bu, qadağandır. Biz bu məsuliyyəti hiss edirik. Biz vaxtilə Mətbuat Şurasını(MŞ) nə üçün yaratmışdıq? Həmin problemləri tənzimləmək, münasibətləri sağlamlaşdırmaq, nəzarət etmək lazım idi, MŞ bu məqsədlə yaradıldı. Təəssüf ki, müstəqil medianın işi zəiflədi. İndi sizin dediyiniz qaydada fəaliyyət göstərən fərdlər əsasən sosial şəbəkələr üzərində iş aparırlar. Sosial şəbəkələrin inkişafını biz 10 il öncə görüb, əməkdaşlıq təklifləri irəli sürürdük, bunun qabağının alınmalı olduğunu deyirdik. Təəssüf ki, Prezident Administrasiyasında Əli Həsənovun qrupu bu işlərlə məşğul idi və onun yaratdığı trollar ordusu indi də fəaliyyət göstərir. Bu trollar ikitərəfli təhqirlər edir, oyunlar qururlar. Mən şəxsən bu prosesdə iştirak etmirəm, dəstəkləmirəm və bunu açıq şəkildə bəyan etmişəm.
- Cəmiyyətdə polemika mühiti görürsünüz?
- Polemika o zaman olur ki, kiməsə qarşı kampaniya aparılırsa, onun əməlləri, fikirləri təhlil olunursa, həmin şəxsin özünə də fikrini bildirmək üçün imkan yaradılmalıdır. 3-4 nəfər çıxıb birtərəfli şəkildə çıxış edirsə, bunu plüralizm kimi təqdim etmək olmaz. Tənqid olunan şəxsə imkan yaradılmalıdır ki, öz sözünü desin. Mən demirəm ki, tərəf tutaq. Hər iki tərəf danışsın, oxucu özü qərar versin. Həqiqətin nədən ibarət olduğunu özü dərk etsin. Bizim işimiz tərəfləri media meydançasında danışığa dəvət edib, problemi çözməkdən ibarət olmalıdır.
- Bu gün müxalifətin fəaliyyətini necə görürsünüz? Bəzilərində bu yanaşma var ki, indi müxalifətçi olmaq özünə dolanışıq yeri tapmaq kimi görünür. Yəni kimsə səni dəstəkləyəcək, maliyyə ayıracaq, hərdənbir çıxıb rəhbərliyə qarşı böhtan söyləyəcəksən, “siyasi mühacir” adı alıb xaricdə yaşayacaqsan.
- Mən milyoner olan müxalifətçi tanımıram. Müxalifətə kimlərsə nələrsə göndərir. Amma müxalifətin tarixçəsinə baxsaq, 90-cı illərdən bu yana müxalifət zəifləyib. Həm siyasi, həm maliyyə baxımından müxalifət pis gündədir. Mən onlarda yaxşı həyat görmürəm. Hər iki tərəfdə radikal mövqe var. Fikrimcə, müxalifət və iqtidar münasibətləri sağlam olmalıdır. Sistemli dialoq olsa və bu dialoq da media tərəfindən dəstəklənsə, hesab edirəm ki, sağlam mühit və sağlam münasibətlər yarana bilər. Bizdə bu vəziyyət yoxdur. Nəticə olaraq, cəmiyyət də, dövlət də, müxalifət də bundan əziyyət çəkir.
- Mehman bəy, belə bir şey də var ki, yarıtmaz fəaliyyətinə görə işdən azad edilən bəzi məmurlar dönüb olurlar müxalifətçi...
- Mən iqtidardan gedib, müxalifətə keçmiş insanları tanıyıram. Ola bilər acığı var, belə edir. Çoxu hakimiyyətdən gedəndə çəkilir kənara öz həyatını yaşayır. Dediyiniz insanların sayı çox deyil, kütləvi deyil. Məncə bu dövlət üçün o qədər də böyük problem daşımır.
- Bir zamanlar, daha dəqiq desək, 1993-cü ildə Elçibəyin dönəmində siz də Prezident Aparatının ictimai əlaqələr sektorunun müdiri vəzifəsində işləmisiniz...
- Mən bu hadisə barədə sizə konkret danışım. Məni birinci “Azərtac”ın direktoru vəzifəsinə dəvət etdilər. May ayında. Dedim ki, əgər biz müstəqil işləyə biləcəyiksə, mən gəlim. Mən onu assosiativ cəmiyyətə çevirməyi təklif etdim. Orada hakimiyyətin də, biznesin də, partiyaların da payının olmasını istəyirdim. Mən hesab etmirəm ki, bizə dövlət agentliyi lazımdır. Bununla razılaşmadılar. Mən də getmədim. Ondan sonra mətbuat xidmətinə dəvət etdilər. “Azadlıq” qəzetinin redaktoru Nəcəf Nəcəfov məndən xahiş etdi, mən də 6 ay çalışıb işləri yoluna qoyandan sonra çıxmaq şərtilə işlədim. Hesab edirəm ki, pis işləməmişəm. Mən 1992-ci ilin iyun ayının sonunda bəyanatla çıxış edib cəbhəçilərin informasiya siyasətini pisləmişdim. Ondan sonra məni Milli Məclisin sədri İsa Qəmbər qəbul etdi. Mən səsimizin eşidilmədiyini dedim. Məni kiminsə adamı kimi qələmə vermək düz deyil.
- Mehman bəy, sizin haqqınızda insanlardan rəy soruşanda iki cür fikir səsləndirilir. Bir qisim deyir ki, Mehman Əliyev mərd adamdır, dürüstdür, bir qisim də deyir ki, səmimi insan deyil, bu gün qara piar aparan bir çox media orqanlarına da hamiliyi məhz Mehman Əliyev edir.
- Birincisi, mən heç kimin arxasında durmamışam, heç kimi idarə etmirəm. Heç kim mənə müraciət etmir ki, bizi idarə et.
Belə bir hadisə olub: Əli Həsənov məsələsindən danışıram. Onunla mənim aramda fikir ayrılığı çoxdan yaranmışdı və mən deyirdim ki, mediaya qarşı bu cür münasibət əvvəl-axır xaosa gətirib çıxaracaq. Mənim bu barədə məqalələrim də var idi. Bizim açıq savaşımız başladı, 2017-ci ildə mənim həbsimin təşkilatçılarından biri Əli Həsənov idi. Dəqiq bilirəm. Bizim açıq toqquşmamız oldu, bir sıra KİV-lər mənə dəstək verdilər. Bu gün Vüqar Səfərlinin məhkəməsində bir çox həqiqətlər gün üzünə çıxır və mənim dediklərim öz təsdiqini tapır. İkinci misal gətirim. Media haqqında yeni qanun hazırlanırdı. Və məlumatlar yayıldı ki, bu qanun layihəsi redaksiyalarda müzakirə olunur. Məndə olan məlumata görə, heç bir yerdə müzakirə aparılmırdı. Mən bir məktub yazdım Əhməd İsmayılova. Məni danışıqlara dəvət etdi. Ondan sonra müxtəlif KİV-lərdə bu barədə müsahibələrim getdi və media haqqında qanunun qəbul edilməsi dayandırıldı. Mən bunu özüm xahiş etmədim, hər kəs özü yayımladı. Buna görə, belə bir rəy yarandı. Yoxsa mənim böyük maliyyə imkanlarım yoxdur. Ümumiyyətlə, öz işlərimlə məşğulam və bu özü kifayət qədər çox zamanımı alır.
- Maliyyə imkanları demişkən, vaxtilə Açıq Cəmiyyət İnstitutuna rəhbərlik edirdiniz, haqqınızda “Sorosun adamı” təsəvvürü formalaşmışdı. İndi də əlaqələriniz varmı?
- İndi heç bir əlaqəmiz yoxdur. 2013-cü ildən bu fəaliyyət, xaricdən gələn vəsait dayandırıldı.
- Bu münasibətlər nə üçün yaranmışdı?
- 2006-cı ilə qədər “Turan”ın rəqibi yox idi. Özümüz pulumuzu qazanır, özümüzü təmin edirdik. Hərçənd “Yeni Müsavat” qədər zəngin deyildik. 45 əməkdaşımız vardı, maaşlar yaxşı idi, zamanında verilirdi. 2006-dan bizi məhv etməyə başladılar. Alternativ agentliklər yaratmağa başladılar, onlara kütləvi şəkildə vəsait buraxdılar. Mən hakimiyyətə işləsəydim, böyük imkanlarım olardı. Mən niyə gedib Sorosdan 5 qəpik pul almalıydım?
- Amma söhbət 5 qəpikdən yox, 300 milyondan gedirdi. Buna da bir açıqlama gətirməyinizi istərdik...
- Milyonlarım olsaydı, mən bu gün 97-ci ildə aldığım köhnə “Mersedes”də gəzməzdim. 62 yaşım var, özümə Buzovnada balaca bir evi hələ indi tikə bilmişəm. Bu vaxta qədər mən kirayədə yaşamışam. Tamamilə yalandır.
- Verdiyiniz müsahibələrdən birində hökumətin mediaya ayırdığı vəsaiti “rüşvət” adlandırmısınız.
- Hakimiyyət mediaya pul verməməlidir. Media kommersiya subyektidir. Pul qazanmaq üçün şərait olmalıdır, bu şərait yoxdur. Reklam bazarı müəyyən media qurumlarının əlində cəmləşir, ona görə çap mediası çətin vəziyyətə düşüb. Reklam bazarımız ən az illik 400-500 milyon civarında olmalıydı. Halbuki təxminən 17 milyon təşkil edir. Medianı bu vəziyyətə salmaq olmazdı. Bizə ögey münasibət var. 4 ildir mənimlə danışıq aparırlar. Amma nəticə yoxdur. Media müstəqil, məsuliyyətli və keyfiyyətli olmalıdır. Tək şərtim budur. Dövlət pul verirsə, yalnız onun dediyini yazmağı da tələb edir.
- Sizcə, hər həqiqəti demək olar? Cəmiyyət həmişə hər həqiqəti eşitməyə hazırdır? Axı “demokratiya beşiyi” sayılan ölkələrdə belə hökumətlərin cəmiyyətdən gizlətdiyi informasiyalar olur.
- Cəmiyyət həqiqəti bilməlidir. Bizim işimiz odur. İşin xeyrinə olar. Mən dövlət maraqlarını, milli maraqları da nəzərə alıram. Biz 44 günlük müharibə zamanı sırf belə hərəkət etdik. Kimsə zəng vurub “bunu et, onu et” demədi, biz özümüz milli maraqlara söykənərək hərəkət etdik. Amma oğurluq, korrupsiya, tender ədalətsizliyi varsa, mən bunu yazmamalıyam? “Turan” 1990-cı ildə yaradıldı ki, 20 Yanvar, Xocalı faciəsi barədə yazsın, haqq səsimizi eşitdirək. Hökumət susurdu, biz yazırdıq. Şuşa alınmışdı, dövlət susurdu, biz yazırdıq. İndi deyin, kim daha düzgün xidmət edib? Mən nə üçün düzgün yolumdan dönməliyəm, həm də 64 yaşımda. Bundan sonra mən fərqli mövqe tuta bilmərəm. Mən, əslində, düz yoldayam, təəssüflənmirəm.
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
5 mart 2026 18:22
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
5 mart 2026 12:45
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
