İlyas İsmayılov Prezidentə MƏHTUB yazdı
Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov Prezident İlham Əliyevə 60 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.
“Qafqazinfo” xəbər verir ki, təbrik məktubunu partiyanın sədr müavini Elxan Şükürlü paylaşıb. Məktubu təqdim edirik:
"Hörmətli cənab Prezident, Ali Baş Komandan!
Sizi 60 yaşınızın tamam olması münasibəti ilə rəhbərlik etdiyim Ədalət Partiyası adından səmimiyyətlə təbrik edir, Sizə uzun ömür, cansağlığı, Vətənimiz Azərbaycanın inkişafı və qüdrətli olması üçün atacağınız bütün addımlarda uğurlar arzulayıram.
Əminəm ki, bu 60 illik ömrünüz və 18 ilik prezidentlik fəaliyyətiniz müddətində Sizin üçün ən gərgin, həm də ən fərəhli və qürurverici anlar bütün xalqımızın vahid ordu şəklində arxanızda birləşərək, düşmən üzərinə yürüdüyü və qələbəylə bitirdiyi 44 günlük Qarabağ savaşı zamanı olub. Çünki bir Rəhbərin savaş qərarı təkcə özünün deyil, həm də xalqının taleyini, aqibətini müəyyənləşdirər və mən çox şadam ki, Siz də, arxanızda birləşdirib düşmən üzərinə aparmağı bacardığınız Azərbaycan xalqı da, bu 44 günlük Vətən Savaşından qalibiyyətlə - alnıaçıq, üzüağ, şərəflə çıxdı.
Vətənimizin azadlığı üçün döyüşə atılan gənc övladlarımızın öz canlarını necə qurban verdikləri, hər şəhid xəbəri bizi nə qədər kədərləndirib sarsıtsa da, onların cəsur qanıyla və misilsiz qəhrəmanlıqlarıyla azad edilmiş hər qarış Vətən torpağı bu kədərimizi sevinc və qürur göz yaşlarıyla, zalım düşmən üzərində möhtəşəm qələbə hissiylə əvəzlədi.
Hörmətli cənab Prezident, Ali Baş Komandan!
Bu savaş ölkəmizin bütün zəif və güclü tərəflərini bir daha aşkarlayıb ortaya çıxarmaqla, qarşıya yeni hədəflər qoymaqla yanaşı, bizə həm də o gerçəyi anlatdı ki, biz yalnız bir olanda, birgə olanda həllolunmaz sayılan bütün problemlərin, çətinliklərin öhdəsindən layiqincə gələ bilərik.
Tale belə gətirdi ki, Siz 60-cı yaşınızın az qala hər gününü düşmən işğalından azad edilmiş torpaqlarımızda keçirdiniz və düşmənin orada necə böyük dağıntılar törətdiyini, nə qədər ağır ziyan vurduğunu öz gözlərinizlə gördünüz.
Eyni zamanda, hərbi qələbəmizi əlimizdən almağa çalışanların və regionda qalıcı sülhə mane olmaq istəyənlərin təzyiqlərinin daha da artacağını, bunun isə ölkənin qarşısında hansı həlli vacib yeni iqtisadi və siyasi problemlər açdığının miqyasını da hamımızdan daha yaxşı təsəvvür edir, bilirsiniz.
Mən əminəm ki, Siz də, 44 günlük savaş dönəmində olduğu kimi, yalnız xalqımızın birliyi və bütövlüyü ilə qarşımızda duran bütün bu problemlərin öhdəsindən gələ biləcəyimiz, istənilən xarici təhdid və təzyiqə yalnız ölkənin içindəki milli birlik və həmrəyliklə mətanətlə müqavimət göstərib sonda qalib gələcəyimiz qənaətindəsiniz.
Elə bu birlik və bütövlük arzusuyla da, bir daha Sizi təbrik edir, ömrümüzün müddətini təyin edən hər şeyə qadir Allahdan Sizə uzun ömür və möhkəm cansağlığı diləyirəm!"
- Ukraynada daha bir azərbaycanlı hərbçi öldü - Foto
24 mart 2024 05:46
- 2 milyonluq tenderi uddu, amma 2,25 milyonluq müqavilə imzaladı - Müəmma
23 mart 2024 20:29
- Mayda ƏFV olacaq ..?
22 mart 2024 19:41
- Qafqaz Hüquqi Xidmətlər Mərkəzinin baş direktoru İlqar Abbasov Baş prokurora müraciət etdi
19 mart 2024 09:44
- Azərbaycanın səfiri Ruslan Nəsibov etimadnaməsini Prezidentə təqdim edib
17 mart 2024 16:58
- 2 polis işğaldan azad olunan ərazidə ehtiyatsızlıqdan həlak oldu
13 mart 2024 09:30
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Sumqayıtın icra başçısı Zakir Fərəcovun milyonlarını mənimsədiyi naəlac iş adamlarından, Prezidentə ŞOK MÜRACİƏT
12 mart 2024 10:56
- Bağırov və Beriya müsavatçı olublar - Ermənilərlə 40 il bir evdə yaşayan inqilabçının qohumu DANIŞDI
11 mart 2024 00:30
- Yüzminlər adından deputatlara: mühüm və təcili müraciət
10 mart 2024 18:49
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06