Gəncədə dünya çempionunu öldürən şəxs DANIŞDİ
Gəncədə tanınmış kikboksinq ustası İlqar Alıyevin oğlunu bıçaqlayıb öldürməkdə ittiham olunan Emil Məmmədov hadisənin təfərrüatlarını danışıb.
“Qafqazinfo” məhkəmə materiallarına istinadən xəbər verir ki, hadisə 2019-cu il iyunun 15-də baş verib.
Belə ki, Gəncədə yerləşən “Uğur” çay evinin sahibi Emil Məmmədov həmin obyektin qarşısında yerləşən “Miraj” çay evinin birinci mərtəbəsindəki avtoyuma məntəqəsini də icarəyə götürərək işlədib. O, həmin avtoyuma yerinə gələrək maşınını yuduzduran Elnur Alıyevlə pul üstündə mübahisə edib. Onlar bir-birinə bıçaq xəsarətləri yetiriblər. Nəticədə 1995-ci il təvəllüdlü Elnur Alıyev qətlə yetirilib. Davanın digər iştirakçısı, 1983-cü il təvəllüdlü Emil Məmmədov isə yaralanıb.
Hadisəni törətməkdə təqsirli bilinən Emil Məmmədov barəsində cinayət işi başlanıb və o həbs edilib.
Məhkəmədə ifadə verən Emil Məmmədov bildirib ki, hadisədən bir il əvvəl onun icarəyə alıb işlətdiyi “Qızıl çay evi”ndə də ora gələnlər arasında dava düşüb. Dava edənlər arasında Elnur Alıyev də olub.
Çay evini həyat yoldaşı ilə birlikdə işlədən E.Məmmədov daha sonra başqa yerdən məkan icarəyə götürərək “Uğur” çay evi adı ilə işlətməyə başlayıb:
“Avtoyuma yerində işləyən Tural gəlib mənə dedi ki, Elnur məni söyür. Turala dedim ki, işiniz olmasın, göndərin getsin. Sonra o məni yenə söyərək təhqir etdi və mən də onun yanına getdim.
Elnura salam versəm də, salamımı almadı və “sənsən ə çaqqal, buranı işlədən” deyərək məni təhqir etdi. Ona dedim ki, “söyüş söymə, əgər Tural nəsə səhv hərəkət edibsə, onun yerinə üzr istəyirəm”.
O isə dedi ki, “belə obyektlərə pul vermirəm”. Cavab olaraq bildirdim ki, “biz maşını 5 manata yuyuruq, lakin sən maşınla bərabər onun motorxanasını da yuduzdurmusan və biz motorxananı da 5 manata yuyuruq, heç olmasa 5 manat fəhlənin pulunu ver get”.
Elnur mənim bu sözümdən sonra maşından bıçaq götürüb qolumdan vurdu. Özümü müdafiə etmək üçün onun qolunu qatlayaraq elə öz əlində olan bıçaqla onu vurdum. Sonra orada olanlardan Elnuru xəstəxanaya aparmalarını xahiş etdim. Yaralı olduğum üçün xəstəxanaya apardılar. Daha sonra eşitdim ki, Elnur ölüb”.
Məhkəmə iclasında ifadə verən mərhumun atası, tanınmış kikboksinq ustası İlqar Alıyev bildirib ki, Elnur idmançı idi və üç qat dünya çempionu, on beş qat respublika çempionu olub. İlqar Alıyev iddia edib ki, hadisə zamanı Emil tək olmayıb:
"Çünki, dəfələrlə küçə davalarında Elnur tək bir neçə nəfəri döyüb. Əgər Emil də tək olsaydı, Elnura heç nə edə bilməzdi. Elnur həm idmançı, həm də namaz qılan idi. O, içki içməzdi. Gəncədə hamı onun necə tərbiyəli olduğunu da bilirdi. Oğlum idmançı idi. 1-2 il bundan qabaq idmanı tərk edib müxtəlif yerlərdə işləyib. Son zamanlarda avtomobil alqı-satqısı ilə məşğul olurdu. Elə yuduzdurmağa apardığı maşını da satırdı. Həmi gün onu təmizlədib, səhəri gün satmağa aparacaqdı. Hadisə zamanı Emil tək olmayıb. Elnura arxadan baş nahiyəsinə zərbə endirilib, oğlum dizi üstə yerə düşəndən sonra Emil onu bıçaqla vurub”.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən Emil Məmmədov 13 il müddətinə azadlıqdan məhrum edilib.
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 2024 21:05
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 2024 10:05
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 2024 11:29
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- Bağanis-Ayrım soyqırımından 34 il ötür - VİDEO
24 mart 2024 19:54
- Krokus teraktı”nda şübhəli məqamlar: qiyabi sifariş, qapalı PƏNCƏRƏ-yə qaçan dəstə...
24 mart 2024 06:04
- Terrorçuların daha bir vəhşiliyi üzə çıxdı - Qaçarkən uşağı...
23 mart 2024 22:09
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06