“Xalq Cəbhəsi liderləri mənasız şüarlarla camaatı qırğına verdilər”
“20 yanvar hadisəsi SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin təxribatı idi”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin üzvü olmuş, politoloq Zərdüşt Əlizadə deyib.
“O vaxtlar belə bir faciəli günün yaxınlaşdığını görürdüm. Xalq Cəbhəsi İdarə heyətində üç dəfə məruzə etdim ki, xalqı ayağa qaldırıb dövlət idarələrinə, orduya hücum etmək lazım deyil. Bu, təhlükəlidir və nəticəsi pis olacaq. Orduda qulluq eləməmiş, fərrari Xalq Cəbhəsinin İdarə Heyətinin üzvləri mənim dediyimi anlamırdılar. 15 nəfər idarə heyətinin üzvündən yalnız 2 nəfər Sovet ordusuna qulluq etmişdi ki, onlardan biri də mən idim. Son 13 nəfər isə fərrari idi, Sovet ordusunda qulluq eləməmişdi, min bir fırıldaqla boyun qaçırmışdı. Ona görə də, orduda andın nə olduğunu, orduda verilən əmrlərin sözsüz yerinə yetirildiyini anlamadan Vəzirovu devirmək naminə xalqı sövq edirdilər ki, dövlət idarələrinə hücum etsinlər. Mənasız, səfeh uşaqlarla mitinq keçirirdilər. Dövlət idarələrini iflic vəziyyətə salmışdılar. Axırda görəndə ki, bu adamlar söz anlamırlar, şüurlu surətdə xalqı qırğına aparırlar, 1990-cı il yanvarın 7-də Xalq Cəbhəsini tərk etdim. Mən Xalq Cəbhəsini tərk edəndən sonra son sözlərim bu olmuşdu: “Bəylər, mən qorxuram. Siz xalqı qana, məğlubiyyətə aparırsınız”. Qışqırdılar ki, “xain, satqın, qorxaq” və s. Mən də döndüm, çıxdım getdim. Qaldı Əbülfəz Əliyev və onun ətrafı. 13 gündən sonra bu hadisə baş verdi”.
Z.Əlizadənin sözlərinə görə, bu, Dövlət Təhlükəsizliyi Komitəsinin təxribatı idi və bu işdə Xalq Cəbhəsi fəal iştirak etdi: “Yada salmaq istəyirəm ki, 13 yanvar 1990-cı ildə son şüar “ermənilərə ölüm” idi. Bu, DTK layihəsinin tərkib hisssəsi idi. On üç gündən sonra Sovet ordusu əlavə hissələrini Bakıya yeritdi. Onsuz da, Bakıda 11 mindən yuxarı Sovet ordusu var idi və 20 min də əlavə saldılar. Xalq Cəbhəsi şüurlu sürətdə bilərək ki qırğın olacaq, xalqı yalançı şüarlarla küçələrə çıxartdı. Silah verəcəyik və s. yalançı vədlərlə xalqı aldatdılar. Camaatı küçələrə çıxardılar, Sovet hərbi hissələrinin ətrafında və Bakıya gedən əsas yollarda barikadalar qurdular. O vaxtlar onlara siyasi rəhbərlik tərəfindən təhdid edildi ki, camaatı küçəyə çıxartmayın. İsa Qəmbərin cavabı belə oldu ki, nümayiş və mitinqlər xalqın konstitusion hüququdur. Gəlin vurun, qırın! Əbülfəz bəy də xalqa dedi ki, qadınlar getsin, kişilər qalsın. Özü də qaçdı gizləndi qəlb dostu Becan Fərzəliyevin evində. Ondan sonra ordu gəldi, qırdı. 131 meyid Bakıda, 7 meyid Neftçala və Lənkəranda”.
Politoloq qeyd edir ki, həmin vaxtlar Moskva bura ən ali məqamlı siyasi rəhbərlərini göndərmişdi: “Onlar Xalq Cəbhəsinin liderləri ilə görüşdülər və dedilər ki, xalqı küçəyə çıxartmayın. Amma dedilər ki, çıxardacağıq. Belə bir şəraitdə Vəzirovu yıxmaq naminə mənasız şüarlarla camaatı verdilər qırğına. Sonra da iblisanə bir məkrlə bunu adlandırdılar xalqın qəhrəmanlıq simfoniyası, vəssalam. Sonda Vəzirovu yıxdılar. Bu adamlar alçaq işlərini görəndən sonra çəkiliblər və 30 ildir müxalifət rolunu oynayırlar. 18 dəfə seçkini uduzublar, özlərini xalqın adamı adlandırırlar. Mən adi insanam, bilirəm çörəyim haradan çıxır. Sovet dövründə aldığım mənzildə yaşayıram. Bu adamlar haradan qazanırlar? Necə yaşayırlar? Gəlirləri haradandır? Anlamıram. Xalq olaraq bu sualı vermirik. 20 Yanvar Azərbaycan xalqının demokratik idarəçilik üzvlərini itirməsi üçün DTK-nın və hakimiyyət maşasının apardığı siyasətin növbəti mərhələsi idi. İndi sosial şəbəkədəki nadan, cahil insanlar elə bilirlər hər şey bilirlər, əslində tariximizlə bağlı heç nə bilmirlər”.
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 2026 19:39
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Nəriman Həsənzadəyə Heydər Əliyev ordeni təqdim olundu - Fotolar
24 fevral 2026 16:11
- Alim Qasımov Bakıda zavod açdı
23 fevral 2026 22:04
- Sabah Su çərşənbəsidir
23 fevral 2026 20:08
- Səməd Vurğunun 120 illiyi qeyd ediləcək
23 fevral 2026 17:24
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
