Məmurların oğurluq pulla aldığı xaricdəki əmlaklar təhlükədə - Siyahı
Kriminal28 yanvar 2022 17:08
Sirr deyil ki, ümumilikdə bir sıra məmurlar dövlətdən oğurladıqları vəsaitləri əsasən xaricə aparır. Sonradan onu aşkar edib geri qaytarmaq isə olduqca çətin olur. Buna həm böyük vaxt lazım olur, həm də ciddi həcmdə vəsaitlər.
Məsələnin o tərəfi də var ki, oğurluq pulla alınan əmlaklarla bağlı həmin ölkələrdə aparılan araşdırmalar belə çox vaxt Azərbaycanın xeyrinə yekunlaşmır. Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyevin xanımı, Eldar Mahmudovun övladları və sairə sabiq məmurlarla bağlı araşdırmaların nəticəsizliyi göz önündədir. Yəni keçmiş bankirin xanımı Zamirə Hacıyevanın Londondakı mülklərini, o cümlədən sabiq məmurlara aid əmlakları müsadirə etmək mümkün olmayıb. Məsələn, keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun oğlunun Nyu-Yorkda 4 milyonluq mülkü üzə çıxmışdı. Sabiq nazir isə bunu şəxsi işi adlandırmışdı. Həmçinin sabiq MTN rəhbəri Eldar Mahmudovun və ailə üzvlərinin, o cümlədən digər məmurların xaricdə sərvətləri məlum olub.
Azərbaycanın baş prokuroru Kamran Əliyev qurumun 2021-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında bir sıra məqamlara toxunub. Baş prokuror qeyd edib ki, xarici ölkələrdə olan və təqsirləndirilən şəxslərə məxsus əmlakın müsadirəsi prosesinə başlanılıb. K.Əliyevin açıqlamasına əsasən, ötən il xüsusi müsadirə sahəsində aktivlərin aşkarlanması və izlənməsi üzrə görülən tədbirlər nəticəsində müttəhimlərə məxsus 227 daşınmaz əmlak, 83 torpaq sahəsi, 314 nəqliyyat vasitəsi, müxtəlif banklarda 51 kart hesabı və 22 cari hesab müəyyən edilib. Faktiki olaraq təqsirləndirilən şəxslərə məxsus 109 nəqliyyat vasitəsi və 12 daşınmaz əmlak aşkar edilib. Eyni zamanda xaricdə olan əmlakın müsadirəsi ilə bağlı lazımi tədbirlər görülüb.
Amma yuxarıda sadaladığımız əngəlləri nəzərə alsaq, xaricdəki əmlakla bağlı Baş Prokurorluğun cəhdləri nə qədər uğurlu alınacaq? Elə etmək olmazmı ki, məmurların, onların ailə üzvlərinin xaricdən əmlak sahibi olması yasaqlansın?
İqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib ki, həmin mülkiyyət haradadırsa, qanunvericiliyə uyğun həll edilməlidir: "Azərbaycan rəsmi müraciət etməli, cinayət işinin məğzi ilə bağlı vəkil tutmalıdır. Xarici məhkəmələrin qərarı ilə əmlakın müsadirəsi mümkün ola bilər. Azərbaycan hakimlərinin qərarları isə keçərli deyil. Açığı, çətin prosedurdur. Çox zaman məmurlar əmlakları yaxın qohum və tanışlarının adına sənədləşdirir və məhkəmədə sübut etmək çətinləşir, eyni zamanda məhkəmə prosesi özü də uzun çəkir”.
N.Cəfərlinin sözlərinə görə, xüsusən Böyük Britaniyada məhkəmələr uzun zaman alır: "Bununla belə, Azərbaycan tərəfindən faktlar varsa, həmin ölkələrin məhkəmələrinə üz tuta bilərik. Amma məmurlara və ailə üzvlərinə xaricdə əmlak almağı qadağan etmək mümkün deyil. Sadəcə, elə sistem və nəzarət mexanizmi yaradılmalıdır ki, korrupsiya ilə məşğul olmasınlar. O səbəbdən korrupsiyaya rəvac verən sistem aradan qaldırılmalıdır, hesabatlılıq olmalıdır, parlament və sivil toplum tərəfindən nəzarət mexanizmi güclənməlidir. O zaman məmurların pulları xaricə çıxarması mümkün olmur”.
"Vətəndaş” İctimai Birliyinin sədri, hüquqşünas Günel Səfərova bildirib ki, məmurların xaricdə əmlak almasını önləmək üçün ilk növbədə ölkələrarası korrupsiya və qaçaqmalçılıqla bağlı anlaşma olmalıdır. Onun sözlərinə görə, bu müqavilədən irəli gələrək bəzi ölkələrlə razılaşmışıq: "Bir neçə belə presedent var. Amma hamısı mümkün olmayacaq. Çünki hüquqi baxımdan əmlakın kimə məxsusluğunu sübut etmək çətindir. Elə ölkələr var ki, xarici vətəndaş əmlak ala bilməz və belə olan halda məmur aldığı mülkü həmin ölkənin vətəndaşının adına rəsmiləşdirir, nəticədə izi itirir”.
Hüquqşünas qeyd edib ki, baş prokuror 227 əmlak müəyyən edildiyini açıqlayıb, lakin rəqəmlər daha çox ola bilər: "Onların müsadirəsi formal mümkündür, praktik çətindir. Əslində məmurlar qanunu yaxşı bilir və əksəriyyəti mülklərini başqalarının adına sənədləşdirir. Ona görə gəlir bəyannaməsi ictimai şəkildə təqdim olunsa, məsələ köklü şəkildə həll edilə bilər. Məmurlar, nazirlər, deputatlar gəlir bəyannaməsini açıqlamalıdırlar, bu zaman əmlakla gəlir bəyannaməsi uyğun gəlməyəndə korrupsiya faktını müəyyən etmək olur. Bu, hüquqi tənzimləmədən daha çox siyasi iradə məsələsidir. Yəni sən hətta ayda 5 min manat maaş alırsansa belə, sual doğurur ki, 5 milyonluq villanı necə əldə etmisən?!”
Mənbə: "Yeni Musavat"
Oxşar xəbərlər
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- Trampdan İrana hücumla bağlı ilk - Açıqlama
28 fevral 2026 15:14
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- Mehdiyevi AMEA-dan çıxardacaqdılar, yatdılar - İclasdan maraqlı (FOTOLAR ) )
25 fevral 2026 18:45
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 2026 13:10
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 2026 12:26
- Bu ölkənin də öz Epşteyni varmış - Daha bir uşaq istismarı qalmaqalı
6 fevral 2026 08:45
- Ən çox və ən az məscidləri olan bölgələrimiz (SİYAHI)
5 fevral 2026 12:09
Xəbər lenti
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
Video & Fotoqalereya
Video
Fotoqalereya
