Stalinin oğlunu tənbeh edən tarix müəlliminə cavabı....
Moskvanın Staropimenov küçəsində bir məktəb var – 175 nömrəli tam orta məktəb. Bu məktəb 1930-cu illərdə 25 nömrəli nümunəvi orta məktəb adı ilə fəaliyyət göstərib. Digər məktəblərdən fərqli olaraq bu təhsil ocağında partiya və hökumət rəhbərlərinin, nazirlərin, diplomatların, tanınmış mədəniyyət və incəsənət xadimlərini uşaqları təhsil alıblar. O cümlədən Stalinin kiçik oğlu Vasili və qızı Svetlana da bu məktəbin məzunları olublar.
“Böyük” valideynlərin nəzarətində və diqqətində olan 25 nömrəli məktəbdə işləmək o qədər də asan olmayıb. Xüsusilə, 1930-cu illərin repressiyasında, ən adi bir hadisədən sürgün və güllələnmə ehtimalı olduğu bir dövrdə məktəbin direktoru və müəllimləri bəzən şagirdlərin bir çox hərəkətlərinə göz yummaq məcburiyyətində qalıblar. Stalinin oğlu Vasili isə məktəb kollektivinə əməlli-başlı problem yaradıb.

11 yaşında anasını itirən Vasili Stalin özü söylədiyi kimi kişilərin arasında tərbiyə alıb:
“Mən anamı tez itirdim. Atamın isə mənimlə məşğul olmağa vaxtı olmurdu. Mənim tərbiyəmlə mühafizəçilər məşğul olurdular. Qadın nəvazişindən və qayğısından tam məhrum olmuşdum. Bu, mənim sonrakı həyatımda da özünü büruzə verdi...”
Belə bir mühitdə Vasili Stalin çox nadinc, şıltaq, sözə baxmayan və öz düşüncəsi ilə atasına arxayın olan, atasının qarşısında heç kimin söz deməyə cürəti çatmadığına güvənən bir uşaq kimi böyüyüb. Onun bütün bu cizgiləri oxuduğu məktəbdə də özünü büruzə verib.

Məktəb müəllimləri onun hərəkətlərinə göz yumublar, Vasili bir çox hallarda müəllimlərin onu yazı taxtası qarşısına çıxarmasına qulaq asmayıb, bəzən istədiyi vaxt sinif otağını tərk edib. Bu haqda Stalini məlumatlandıran da olmayıb. Əlbəttə, heç kim özünü təhlükəyə atmaq istəməyib, buna cürət etməyib.
Çoxsaylı müəllimlər arasında yalnız bir nəfər Vasilinin şıltaqlığına, intizamsızlığına dözməyərək “xalqlar atası”nın oğlunu tənbeh etməyə qərar verib.
Məktəbin tarix müəllimi Vladimir Martışin rüb ərzində bir dəfə də olsun dərsə cavab verməyən Vasilini danlayaraq tənbeh edib, ona rüblük 2 qiyməti yazıb. Bu qiymət məktəb rəhbərliyi ilə tarix müəllimi arasında böyük qalmaqal yaradıb. Məktəbin direktoru müəllimdən qiyməti düzəltməyi tələb edib. Amma prinsipial Martışim direktorun tələbini yerinə yetirməyib.

Vladimir Martışin bu hadisədən iki gün sonra direktorun əmri ilə işindən azad olunub. Jurnala yazılmış rüblük 2 qiymətini isə direktor öz əlləri ilə düzəldərək 4 edib.
İşini itirən Martışin bir müddət özünə yeni iş yeri axtarıb. Ancaq heç bir məktəb onu işə qəbul etməyib. Belə ki, Xalq Maarifi Komissarlığında (təhsil nazirliyi) təhsil ocaqlarına Martışin haqqında lazımi xəbərdarlıq edilib.
İki uşaq atası olan tarix müəllimi ağır bir duruma düşüb. Ailəsini dolandıra bilməyən müəllim son varianta əl atıb. O, İosif Stalinə məktub yazıb. Məktubda real vəziyyəti göstərib.
İki ay ərzində bu məktubdan heç bir cavab gəlməyib. Nəhayət, günlərin birində axşam saatlarından sonra Martışinin evinin qarşısında qara bir maşın görünüb. “NKVD” formasında olan bir neçə nəfər müəllimin mənzilinin qapısını döyüblər. Həm Martışin, həm də qonşular elə düşünüb ki, bu, sondur, müəllimi “Lubyanka”nın zirzəmisinə göndərirlər. Adətən həmin dövrdə “qara maşınlar”ın görüntüsü yalnız “qara” hadisələrdən xəbər verib.

Amma hər şey əksinə olub. “Qonaq”lar Martışinin problemləri ilə maraqlanıblar, iki otaqlı kasıb mənzilinə nəzər yetiriblər, sonda ona məktub təqdim edərək gediblər.
Məktub Stalindən gəlib. Stalin Martışinə ciddi və vicdanlı olduğuna görə öz təşəkkürünü bildirib, qeyd edib ki, Vasilinin bu cür tərbiyəsində özünün də günahı az deyil, vaxtının azlığından oğlunun tərbiyəsi ilə məşğul ola bilməyib. Sonda Stalin tarix müəlliminə daha ciddi olmağı tövsiyə edib.
Qeyd edək ki, həmin məktub 1937-ci il tarixi ilə hazırda Rusiya Prezidentinin arxivində saxlanılır.
Stalinin Martışinə göndərdiyi bu məktubdan sonra 25 nömrəli nümunəvi məktəbin direktoru işdən azad olunub. Martışin isə həmin məktəbdə tarix müəllimi kim pedaqoji fəaliyyətini davam etdirib./Musavat.com/
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 2026 19:41
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 2026 00:55
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 2026 21:53
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Ağdama daha 90 ailə köçürüldü
5 mart 2026 14:55
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3 mart 2026 13:07
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
