Rəsulzadə Lahıcda necə həbs edilib: Satqının ifadəsi... - Nadir video
Müsahibə31 yanvar 2022 14:06
Azərbaycan Cümhuriyyətinin əsas qurucularından Məhəmmədəmin Rəsulzadə "Əsrimizin Səyavuşu” əsərinin girişində yazır:
"Bolşevik istilası ələmli bir fakt idi. Bir aya qədər Bakıda saxlandıqdan sonra, bir arxadaşla bərabər Bakını tərk etmiş, Gürcüstana keçmək üçün yola çıxmışdıq. Hadisələr və təsadüflər bizi bir çox dağları və dərələri gəzdirdikdən sonra Şamaxı qəzasında Lahıc adında tanınmış bir qəsəbədə saxlanmaq məcburiyyətində buraxmışdı”.
Beləcə, mühacirət tariximizdə "Rəsulzadənin Lahıc dövrü” deyə biləcəyimiz bir mərhələ başlamışdı. Bu qısa dövrdə Rəsulzadə mühüm bir əsər yazmış, qəsəbənin taleyində önəmli rol oynamışdı. Elə bir rol ki, hələ də içində xeyli müəammalar gizlənir.
Rəsulzadə Lahıcda yenidən oxuduğu "Şahnamə” əsasında "Əsrimizin Səyavuşu”nu yazmağa başlayır. Bu müddətdə isə o bir neçə dəfə ev dəyişir: "Bir neçə səhifə yazmışdım ki, qaldığımız evi tədbir üçün dəyişmək lazım gəldi. İkinci dəyişdiyimiz yer mənə çox uyğun gəlmişdi. Ehtimal ki, təqibdən bir müddət uzaq olmaq üçün bura daha sərfəli idi. Fəqət Lahıc dağlarının ən möhtəşəmi olan Nihala baxan gözəl mənzərəsi, Girdiman çayının gecə ay işığında oxşayıcı axıntısı və yad gözündən uzaq olan kiçik bağçası ilə o, o anda yaşadığım ruh halını kağız üzərinə tökmək üçün ən əlverişli şərtlərə malik idi. Altıncı gün yenə yerimizi dəyişməyə məcbur olduq. İki günlüyünə bizi başqa bir evə köçürtdülər. Burada sonuncu bölümün qaralamasını bitirirdim. Artıq Lahıcda qala bilmirdik. Evlərində müsafir olduğumuz vətəndaşların bir qismi qaralanmış, kənd ümumi gözətləmə təhdidi altında qalmışdı. Bir an əvvəl Lahıcı tərk etmək gərək idi. Boşa çıxan iki təşəbbüsdən sonra dağlıq sahədən enib ovalığa gəlmişdik. Keçdiyimiz kəndlərdən birisində qaralama halında olan "Səyavuş”un üzünü köçürtdüm. Təmizə çıxarılan nüsxəni qonağı olduğumuz kəndliyə verib, qaralamasını özümlə götürdüm. Qəzaya uğramayacağımızdan əmin ola bilməzdim. Tələf və ya yaxalanacağı təxmin olunan yanımdakı nüsxədən başqa digər bir nüsxəsi də olsun deyə bir tədbirə lüzum görmüşdüm. Burası arxadaşlarıma xitabən əlavə etdiyim vəsiyyətnamədə daha açıqca görülməkdədir. Qorxduğum bir əmr vaqe olmuş, bulunduğumuz yer təsadüfən kəşf edilmiş, evimiz basılaraq, həbs olunmuşduq. Təslim olmazdan qabaq yanımdakı nüsxəni, təbii ki, tələf etmişdim”.
Tale elə gətirir ki, Rəsulzadənin Lahıcda yazdığı əsər üç il sonra İstanbulda ona çatır. Orijinal əlyazmanı əmanət etdiyi insanlar andlarına sadiq qalırlar. Rəsulzadə onlara təşəkkürü borc bilir:
""Səyavuş”un meydana gəlməsi ilə Lahıcdakı kitabxana sahibi, bizi bir ata kimi bəsləyən o sevimli ixtiyar və nəhayət, ölüm təhlükəsinə qarşı əmanəti şahid kimi göstərən o mərd kəndlilərə borcludur”.
Professor Ədalət Tahirzadə Rəsulzadəni satan şəxs haqqında bunları yazır: "1920-ci ilin aprelində Sovet hakimiyyəti qurulandan sonra Rəsulzadə bir qrup silahdaşı ilə birgə İsmayıllı rayonunun Lahıc kəndində qalmalı olur. Lakin orada çox qala bilmirlər. Yerlərini dəyişmək məqsədilə yola çıxırlar və İsmayıllı rayonunun Aşıq Bayram kəndi yaxınlığında hökumət qüvvələri onları həbs edir. Rəsulzadənin və yoldaşlarının yerini isə Lahıc kənd sakini Əliabbas bəy Nəsrulla bəy oğlu Səfərbəyov xəbər verib. Bu "xidmətinə” görə kommunistlər ona qoşalülə tüfəng bağışlayıblar. Bu hadisədən bir müddət sonra Ə.Səfərbəyovu həbs edirlər. O da hökumətə sədaqətini sübut etmək üçün o zaman Rəsulzadəni satdığını bildirir. Mən bu məlumatları Ə.Səfərbəyovun istintaqa verdiyi ifadələrindən götürmüşəm. Başqa mənbələrdə də bu haqda məlumatlar var. Lakin sonradan izi itirmək üçün onu güllələyirlər”.
Rəsulzadə niyə Lahıca sığınmışdı?
Lahıcın yaşlı sakinlərindən, Rəsulzadənin gizləndiyi evlərdən birinin indiki sahibi Ənvər Balayev mətbuata müsahibəsində belə izah etmişdi: "Birincisi, Lahıcda Müsavatın möhkəm dayağı olub. Lahıclı Rəsul Rəhimoğlu isə Müsavatın Lahıcdakı rəhbəriymiş. Bundan başqa, Rəsulzadənin qızı lahıclı müsavatçı Daməd Hacımüslümoğlu ilə ailə qurubmuş. Və son səbəb Lahıcın təbii şəraiti”.
Rəsulzadə Lahıcda gizləndiyi müddətdə onu kəndlilər içində görənlər olur. O insanlar indi həyatda olmasalar da, arxivdə onlarla bağlı maraqlı bir video qalıb. Bir dostumuzun sayəsində əldə etdiyimiz bu video 1992-ci ildə Lahıcda çəkilib. Videoda Rəsulzadənin Quran hədiyyə etdiyi bir şəxsin dostu və Rəsulzadəni görən Münəvvər nənə çox nadir bilgilər verir, Rəsulzadənin necə tutulmasından bəhs edir.
Qaynarinfo bu nadir materialı Rəsulzadənin doğum günündə təqdim edir:
Oxşar xəbərlər
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 2026 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 2026 14:06
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 2026 18:57
Xəbər lenti
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
Video & Fotoqalereya
Video
Fotoqalereya
