“Abel Məhərrəmovun fəhləyə 40 min manat borcu olub”
Ötən ilin iyul ayında Bakı Dövlət Universitetinin (BDU) rektorun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyevi və komendant Şahlar Bəgalıyevi bıçaqlayan İsmixan Mirzəyevin cinayət işi ilə bağlı yeni detallar məlum olub.
“Kriminalqafqaz” xəbər verir ki, rektorun müşaviri Mirzə Mirzəyev bildirib ki, İ.Mirzəyev ilk dəfə 2019-cu ilin oktyabr ayında yanına gələrək universitetdən 20-40 min manat alacağı olduğunu deyib:
“Bildirdi ki, keçmiş rəhbərliklə bağlı məhkəməyə müraciət edəcək. Buna səbəb isə Abel Məhərrəmovun tapşırıqlarına əsasən gördüyü işlər üzrə yaranmış borcdur. Mən də bunu rektora məruzə edəcəyimi dedim. Lakin o, bu borcun qeyri-rəsmi borc olduğunu dedi. Guya Abel Məhərrəmov ona şəxsi işlərini gördürüb və bunun qarşılığında ona pul verməyib. Mən də ona dedim ki, bu onun şəxsi məsələsidir və universitetə heç bir adiyyatı yoxdur. Sonra yenidən yanıma gəlib maaşının azaldıldığını dedi. Bildirdi ki, əvvəlki rəhbərliyin vaxtında onu aldadıb vəzifəsini dəyişiblər, nəticədə əmək haqqı aşağı düşüb. İndi isə qaldırılmasını istəyir. Araşdırdım ki, rəhbərlik dəyişən ərəfədə onu başqa ştata keçiriblər və maaşı azaldılıb. Bununla bağlı razılıq ərizəsi də yazıb. O əvvəllər BDU-nun nəzdindəki sexdə işləyib. Daha sonra isə vəzifəsi dəyişərək fəhlə olub. Növbəti dəfə mənim yanıma gələndə dedi ki, artıq fəhlə işləmək istəmir. O vaxt ki, rəhbərliyin həm şəxsi, həm universitet üçün lazım olan işlərini görüb. İndidə istəyir ki, eyni qaydada fəaliyyət göstərsin. Mən ona dövlət müəssisəsinin nəzdində şəxsi sex işlədilməsinin yol verilməz və qanunsuz olduğunu dedikdə isə alətlərini də götürüb gedib başqa yerdə işləmək istədiyini dedi. Bu zaman o səsini qaldırmışdı və heç gözləmədiyim anda məni bıçaqla vurdu”.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə İ.Mirzəyev ifadə verərək özünü təqsirli bildiyini deyib.
O bildirib ki, 11 il BDU-da sexdə işləyib: "Universitetdə rəhbərlik dəyişəndən sonra maaşımı 600 manatdan 400 manata saldılar. Etiraz edəndə mənə dedilər ki, səni başqa işə keçirəcəklər, maaşın bərpa olunacaq. Keçmiş rektorun dövründən işləyənlərdən yalnız mənim maaşım azalmışdı. Yeni rektorun qəbuluna düşə bilmədim. Rektorun müşaviri Mirzə müəllim isə dedi ki, xəbər edəcəyik. Hadisə günü öyrəndim ki, məni işdən çıxarıblar. Mirzə müəllimin yanına gedəndə mənə məsələni araşdıracağını dedi. Sexdən öz bıçağımı və sənədlərimi götürüb evə gedirdim. Sonuncu dəfə Mirzə müəllimlə görüşmək üçün yanına getdim. Bir anlıq özümü itirib bıçağı sənədlərin arasından çıxarıb onu vurdum. Həmin vaxt otağa Şahlar girdi. Özümdə deyildim, onu da bıçaqla vurdum".
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Mirzəyev 7 il müddətinə azadlıqdan məhrum edilib.
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Elmira Süleymanova vəfat etdi
25 aprel 2024 14:50
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 2024 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 2024 11:07
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 2024 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 2024 20:28
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31