Bayılda əcəl zəngi, güllələnən qardaşlar, xilas olan nazirlər - 24 il əvvəl
Maraqlı11 fevral 2022 11:13
Məmmədov Akif Hidayət oğlu, Məmmədov İslam Aslan oğlu, Madiyev Nizami Madi oğlu, Şetinov Andrey Nikolayeviç, Fətullayev Elşad Rəşid oğlu, qardaşlar - İsmayılov Qardaşxan Feyruz oğlu, Kazımov Bəylər Feyruz oğlu, Boqdanov Roman Yeqoroviç və Salman Aslanoviç Fərmanov...
Bu adlar sizlərə heç nə deməyəcək. Amma bu adamlar Azərbaycanda güllələnən son adamlardı. Xeyr, qətlə yetirilən yox. İldə güllə yarasıyla və qəsdən onlarla adam qətlə yetirilir. Bu adamlar onlardan deyil. Onlar, haqlarında güllələnmə hökmünün icra olunduğu sonuncu şəxslərdir...
***
Azərbaycanda cinayətə görə ölüm hökmü 1918-ci ildən tətbiq olunsa da, iki il sonra ləğv edilib. Amma iki il sonra yenidən bərpa edilib. Bir neçə il sonra ən ağır cinayətlərə görə ölüm cəzası 25 illik həbslə əvəzlənsə də, 1950-ci ildə yenidən bərpa olundu. Və beləliklə, düz 48 il ölüm hökmü Azərbaycan Cinayət Məcəlləsində özünə yer tutub.
***
Azərbaycanda ölüm korpusu Bayıl həbsxanasında yerləşib. Ölümə məhkum olunmuş şəxslər məhz burada öz əcəl saatlarını gözləyiblər. Tanımış hüquq müdafiəçisi Eldar Zeynalov ölümə məhkum olanların saxlanıldığı 5-ci korpus haqqında danışarkən deyir ki, həmin ərazi həbsxana altı metr hündürlüyü olan hasara alınıb, buranın qülləsi, xarici və daxili mühafizəsi olub:
"Adi dəmir giriş qapısından əlavə, korpusun kiçik həyətə açılan çıxışı vardı. Buradan edam olunanların meyiti gizlicə xüsusi avtomobilə yüklənirdi”.
Eldar müəllim deyir ki, 5-ci korpus sıra nömrələri 118-dən 132-yə qədər olan doqquz tək və altı ikinəfərlik kameradan ibarət olub. Binanın daxilində, 20 metrlik dəhlizin hər iki tərəfində "starşina” otağı, anbar və kameralar yerləşib:
"Dəhlizin sonunda, sağda, 125 saylı kameranın və hamamın yanında, güllələmə zirzəmisinə aparan, çox da gözə çarpmayan qapı vardı, Dəhşət orasındadır ki, ölümə məhkum olanlara gəzinti qadağan idi. 1998-ci ilin fevralında 36 yer limiti olan 16 kamerada 128 məhbus saxlanılıb”.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin sabiq rəisi Məmməd Zeynalov mətbuata verdiyi açıqlamada mövzuyla bağlı maraqlı məqama toxunur. Onun dediyinə görə, sovet dövründə güllənmə hökmü Bayıl həbsxanasının zirzəmisində icra olunurdu. Hökmün icrası zamanı adətən ali məhkəmənin nümayəndəsi, prokurorluğun nəzarət idarəsinin işçisi, həkim və ən əsası da Bayıl həbsxanasının rəisi iştirak edirdi. Güllələnmə prosesi zamanı məhkumun əlləri arxadan bağlanırmış, ağzına qışqırmasın deyə, rezindən hazırlanmış tıxac tıxayırmışlar. Hökm zamanı ölümə məhkum edilmiş dustağın qulağının dibindən iki güllə vurulurmuş.
Zeynalovun dediklərindən: "Atəş açıldıqdan sonra həkim məhkumun nəbzini yoxlayırdı, əgər ölmürdüsə, daha bir güllə vurulurdu. Öldükdən sonra ölüm faktı qeydə alınırdı”.
Bir maraqlı məqam: hökmün icrasından nə əvvəl, nə də sonra məhkumların ailələrinə xəbər verilirdi.
***
1998-ci il fevralın 10-da mərhum dövlət başçısı Heydər Əliyevin müvafiq fərmanı ilə Azərbaycanda ölüm hökmü ləğv olundu. Həmin vaxt 100-dən artıq ölümə məhkum edilmiş şəxsin cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzləndi.
Azərbaycanda ölüm hökmünün ləğvindən 24 il keçdi. O vaxta qədər ölüm hökmünə məhkum edilmiş, amma cəzaları icra olunmamış 128 nəfərin həyatı bağışlanıb. Sabiq müdafiə naziri Rəhim Qazıyev, baş nazir Surət Hüseynov, sabiq kənd təsərrüfatı naziri Müzamil Abdullayev, keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin Qazax bölməsinin komandiri Elçin Əmiraslanov, özünü qondarma "Talış-Muğan Respublikası”nın rəhbəri elan etmiş Əlikram Hümbətov barəsində məhkəmənin qərarı ilə ölüm hökmü çıxarılsa da, sonradan onların cəzaları dəyişdirilib.
Bir məsələni də qeyd edək, Azərbaycanda ölüm hökmü yalnız bir üsulla, güllələnmə ilə icra olunub. Məlumatlı mənbələrdən Lent.az-a bəlli olub ki, ötən əsrin 30–50-ci illərində Bayıl həbsxanasında başqa bir edam növü, suda boğma da tətbiq edilib.
***
Heç kimə sirr deyil ki, bəzən istər sosial şəbəkələrdə, istərsə də yüksək tribunalardan Azərbaycanda baş vermiş dəhşətli cinayətlərə görə, ölüm hökmünün bərpa olunması barədə fikirlər səslənir. Amma hələ ki bərpadan söhbət gedə bilməz. Həm də ona görə ki, Azərbaycanda ömürlük azadlıqdan məhrum etmə cəzası var.
Səbuhi Sədəf
Oxşar xəbərlər
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 2024 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 2024 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
Xəbər lenti
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
Video & Fotoqalereya
Video
Fotoqalereya