- Azərbaycan təhsil xərclərini 1 % artırır
- Bakcell Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü
- Kəlbəcərdən çıxanda 80 yaşı olub - İndi 113 yaşında qayıdır
- Asiyada ən böyük hərbi təlim başlanır - Üç ölkə üç məkanda...
- Rusiya Britaniyanın müsəlman daxili işlər nazirini hədəfə alıb - Kreml mediası Şabanaya böhtanlar yağdırır
Nəcməddin Sadıkovun adı bu dəfə generalın qətlində hallandı

2009-cu il fevralın 11-də Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, o dövrdə müdafiə nazirinin müavini olan general-leytenant Rail Rzayev Bakının mərkəzində qətlə yetirilib.
O, Azərbaycan müstəqillik əldə etdikdən sonra qətlə yetirilən 3-cü yüksək rütbəli hərbçi idi. Ona qədər 1993-cü ildə Ali Hərbi Dənizçilik Məktəbinin admiralı Eduard Hüseynov, 1994-cü ildə isə Prezident yanında Xüsusi İdarənin rəhbəri Şəmsi Rəhimov qətlə yetirilmişdi.
“Qafqazinfo” “Yeni-Müsavat”a istinadla xəbər verir ki, bu qətllə bağlı müxtəlif versiyalar var, amma ən diqqətçəkən versiyanı Azərbaycan təhlükəsizlik orqanının əks-kəşfiyyat idarəsinin keçmiş əməkdaşı, təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu dilə gətirib.
Ərəstun Oruclu deyib ki, “general-leytenant Rail Rzayevin qətlindən tutmuş 2019-cu ilin yayında MİQ-29 qırıcı təyyarəsinin “qəzaya uğramasınadək” baş verənlərdə Nəcməddin Sadıkovun birbaşa iştirakı var”.
Lakin Ərəstun Oruclunun iddiası bu günə qədər yoxlanılmayıb, araşdırılmayıb. Ümumiyyətlə, Rail Rzayevin qətlindən sonra baş verənlər cinayətin açılması deyil, daha çox ört-basdır olunması təəssüratı yaradır.
Qətldən sonra Müdafiə Nazirliyinin (MN) verdiyi açıqlamaya görə, general-leytenant səhər saatlarında işə gələrkən başından güllələnib. Olay zamanı onun yanında yalnız sürücüsü olub. General MN-in Kliniki Tibbi Mərkəzinə çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib. Versiyalardan birinə görə, general-leytenantın sürücüsü maşını evindən bir qədər aralıda, yol kənarındakı zibil yeşiklərinin yanında saxlayıb. Sürücü maşından zibil dolu sellofan torbanı götürüb zibil yeşiyinə atarkən maşına arxa şüşə istiqamətindən səssiz tapança ilə güllə atılıb. Güllə generalın başının arxa nahiyəsinə dəyərək beynini zədələyib və ölüm baş verib.
Həmin gün Bakıda olduqca intensiv yağış yağıb və hava küləkli olub. Buna görə də sürücü maşına qayıdandan sonra nə baş verdiyini anlaya bilməyib. Rail Rzayevin ağzından qan gəldiyini görəndə onun adyutantı Aydın Rəfiyevə zəng edib və sonuncu sürücüyə birbaşa Kliniki Tibbi Mərkəzə getməsi barədə göstəriş verib. Yalnız orada həkimlər generalın başının arxa hissəsində güllə dəliyini görüb Rail Rzayevin qətlə yetirildiyini anlayıblar. Xaincəsinə törədilən qətl həmin dövrdə milli təhlükəsizlik naziri postunu tutan Eldar Mahmudovun eyvanının altında baş verib. Azərbaycanın hava məkanına cavabdeh olan, müdafiə nazirinin müavini postunu tutan general-leytenantı ölkənin milli təhlükəsizlik nazirinin eyvanı altında qətlə yetirmək cinayətin özünə arxayın olan dairələr tərəfindən planlaşdırılıb gerçəkləşdirilməsindən xəbər verir.
Bu günə qədər Rail Rzayevin qətli ilə bağlı bir sıra versiyalar səsləndirilib. Bütün hallarda general-leytenantın xidməti işi ilə bağlı öldürülməsi versiyası əsas götürülür.
Rail Rzayev 1992-ci ildən etibarən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edirdi. Ölkə Prezidentinin sərəncamı ilə 1993-cü ildə müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı vəzifəsinə təyin edilmişdi və öldürülən günə qədər bu vəzifədə çalışıb. 1994-cü ildə ona general-mayor, 2002-ci ildə isə general-leytenant hərbi rütbələri verilmişdi. Rail Rzayev bir sıra orden və medallara layiq görülmüş, o cümlədən Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdi. Keçmiş hərbçilər Rail Rzayevin qətlinin səbəblərini onun tutduğu vəzifədə axtarmağı doğru sayırlar. Deyirlər ki, bu qətl onun xidməti fəaliyyəti ilə bağlı olan məsələdir. Ona görə ki, Rail Rzayev 17 il ərzində Müdafiə Nazirliyinin rəhbər şəxslərindən biri olub. Bu illər ərzində o, çox məsələləri dərindən bilib və bir çox hallarda qanunsuz əmrləri kənara qoymağı bacarıb. Bu isə onun çox güclü, səlahiyyət sahibi olan bədxahlarının sıralarını genişləndirib.
Üstündən 13 il ötsə də, bu işlə yaxından-uzaqdan tanış olanlar əmindirlər ki, Rail Rzayevin qətli sırf onun işi ilə bağlı olub və bu istiqamətdə real olaraq araşdırma aparılsa, cinayət işi məntiqi sonluğuna çatar.
Rail Rzayevin qətlindən sonra yayılan və bu günə qədər təkzib edilməyən məlumatlara görə, Rail Rzayev fevralın 4-5-dən izləndiyini bilib. Hətta bu haqda raportla o dövrdə müdafiə naziri və birbaşa tabe olduğu Səfər Əbiyevə, həmin vaxt milli təhlükəsizlik naziri postunu tutan Eldar Mahmudova məlumat verib. 1 həftə sonra isə onu qətlə yetiriblər. Onun raportla izləndiyini məlumatlandırdığı 2 vəzifəli şəxsin sonrakı davranışları da müəmmalıdır. Hadisə baş verən gün ölkə prezidenti Küveytdə səfərdə idi. Olay baş verəndən dərhal sonra prezident İlham Əliyev Azərbaycana qayıdıb təcili olaraq Təhlükəsizlik Şurasının iclasını keçirdi. Həmin iclasa Rail Rzayevin raportuna reaksiya verməyən Eldar Mahmudov qatılmayıb. Halbuki, Rail Rzayevə güllə birbaşa onun eyvanı altında atılıb. Rail Rzayevin raportunu almış Səfər Əbiyev də öz müavininin dəfnində və yas məclisində iştirak etməyib, mətbuata açıqlama verməyib, qətlin açılması üçün vəzifədə olduğu müddətdə və nazir postundan azad ediləndən sonra da səsini çıxarmayıb. Sonradan Eldar Mahmudov bu qətl işi haqda bir neçə dəfə mətbuata açıqlamalar vermiş, general-leytenantın qətlinin 2 ailəsi arasında mülk üstündə yaranmış mübahisəyə görə baş verə biləcəyini dilə gətirmişdi. Rail Rzayevin 2-ci həyat yoldaşı isə Eldar Mahmudovun bu açıqlamalarını özlərinə təhqir hesab edərək məhkəməyə sənədlər hazırlamışdı. Bu haqda general-leytenantın qızı Rahilə Rzayeva “Yeni Müsavat”a müsahibələrindən birində demişdi.
Həmin müsahibədən sitat: “Eldar Mahmudov vaxtilə Rail Rzayevin qətli ilə bağlı belə bir versiya səsləndirmişdi ki, guya anamın qohumları mülk üstündə onu qətlə yetiriblər. Bu, çox gülünc versiya idi. O dövrdə anam Eldar Mahmudovu məhkəməyə vermək istəyirdi. Sonradan məsləhət görülmədi. İstintaqda o vaxt məsələ qalxmışdı ki, işdə zərərçəkən kimi mənim anamı tanısınlar. Eldar Mahmudov yerində olan kadr deyildi. Yoxlanılmamış bir versiyanı, sadəcə, nəsə demək xətrinə ortaya atırdı. Əsl çekist, kəşfiyyatçı elə bir gülünc versiyanı dilinə gətirməzdi. Eldar Mahmudov həmin versiyanı deyəndən sonra anam güc nazirlərindən birinin yanına getdi. Dedi ki, versiyanız varsa, qoyun ortaya. Yoxdursa, onun versiyaları olan məqaləni ləğv edin. Jurnalist deyilən versiyanı yazır, amma həmin versiyanın arxasında bizim həyatımızın olduğu nəzərə alınmır. Qətldən sonra elə qüvvələr ortaya çıxdı ki, 1-ci ailəsi ilə 2-ci ailəsinin arasını yalanları ilə qatıb-qarışdırmaq istədilər. O qədər primitiv söhbətlər ortaya atırlar ki… Mal-mülk… Amma həyat göstərdi ki, anam çox müdrik, gözütox qadındır. Anama dəfələrlə deyiblər, o da deyib ki, mən heç kəslə mal-mülk davası etməyəcəyəm. Nə verilir, verilir, verilmirsə, verilmir”.
Bundan başqa, Rahilə Rzayeva atasının qətlindən 1 həftə əvvəl izlənməsi haqda raportla o dövrdə müdafiə naziri olan Səfər Əbiyevə, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova müraciət etdiyini təsdiqləmişdi.
Sitat: “Rail Rzayev izlənirdisə, bu barədə rəhbərliyi, xüsusi xidmət orqanlarını məlumatlandırmışdı. Niyə onlar tədbir görməyiblər, hərəkətə keçməyiblər? MTN-ə, öz nazirinə müraciət etmişdisə, bunlar hara baxırdılar?”
Bu sualların cavabı bu günə qədər verilməyib. Rail Rzayevin qətlindən sonra Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə və ya sifarişlə qəsdən adam öldürmə) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə cinayət başlanan cinayət işi nəticəsizdir. İstintaq Rail Rzayevin yavəri Anar Haşımovu, köməkçisi Aydın Rəfiyevi və onun oğlu Anar Rəfiyevi də həbs etmişdi. Bu adamların həbsi qətlə birbaşa bağlı deyildi. Tutulanlar Rail Rzayev qətlə yetiriləndən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə edərək oradan külli miqdarda qızıl-zinət əşyaları, xeyli sayda dərman preparatı, DVD-lər və generala məxsus seyfdən 200 min avro məbləğində pul oğurlamaqda ittiham olunurdular. 2010-cu ilin noyabrında Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmü ilə Aydın Rəfiyev 9, Anar Rəfiyevi 7 il 6 ay, A.Həşimov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Artıq hər 3 şəxs azadlıqdadır.
Həmçinin oxuyun: Məktəbdə 4 uşaq anasını öldürən qazinin - Fotosu
2016-cı ildə Qaradağ Rayon Məhkəməsi Aydın Rəfiyev cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etdi. Mərhum generalın qızı Rahilə Rzayeva Aydın Rəfiyev haqda bu sözləri demişdi: Sitat: “Bu adamlar hər ikisi hərbçi idi. Qətl törədilən an orada, yanında sürücüsü olub. Hadisədən sonra gedib Aydın Rəfiyevi evindən götürüb. Aydın Rəfiyev yerin altını da, üstünü də bilən adamdır. Sürücü maşına oturur, görmür ki, maşının arxa şüşəsində deşik var? Sonradan Aydın Rəfiyev də maşına minir. Amma bunların heç biri maşının arxa şüşəsindəki deşiyi görmürlər? Ağzından qan axdığını görmürdülər? Bu, uşaq nağılına oxşayır. Yalandan da deyirlər ki, elə bildik ki, ürəyi tutub. Onu vaxtında hospitala çatdırmayıblar. İbrahim Tatlısəsin də başına atəş açdılar, amma sağ qaldı. Çünki vaxtında həkimə çatdırmışdılar. Amma bunlar nə ediblər? Qəsdən ora-bura sürüyüblər, vaxt uzadıblar”.
Rahilə Rzayeva Aydın Rəfiyev və digərlərinin onun seyfindən oğurladıqları 200 min avronun da onlara qaytarılmadığını açıqlamışdı.
Sitat: “Həmin 200 min avronu ailəyə qaytarmırlar. Qanunla həmin pul vərəsələr arasında bölünməlidir. Oradan-buradan sənədlər də yığıblar ki, guya Rail Rzayevin borcu varmış, guya pullar həmin borclara veriləcək. Bu, gülünc söhbətdir. Atam gedib “Nasosnı”da borcu olan adamların borclarını bağlatdırırdı. Öldürüləcəyini bilən, özünə qəbir qazdıran adam borcları olsaydı, verməzdimi? O, borc alan adam deyildi. Bir şikəstin, bir atası qətlə yetirilən qızın pulunu yemək kimə lazımdır? Yetimin payını yeməzlər! Mən xaricdə təhsil almaq istəsəm, həmin pulu ödəyib təhsil ala bilərəm. Bu pulu götürüb ailəyə qaytarmayanlar elə bilirlər qazanc əldə ediblər? Bizim atamız pulu kişi kimi qazanıb. Biz heç kimin yanında gözükölgəli deyilik”.
General-leytenant Rail Rzayevin xain qətlindən 13 il ötsə də, ortada olan versiyalardır. Killer və ona sifariş verənlər isə azadlıqdadır…
- Xocalının körpəsi, Türkiyənin müəllimi...
14 sentyabr 2025 13:13
- Təyyarədən sürətli qatır: 1 saatlıq yolu 15 dəqiqəyə çatdı
14 sentyabr 2025 10:40
- Dünyanın ən yaşlı insanı bu türk respublikasında tapıldı - FOTOLAR
13 sentyabr 2025 11:16
- TİTANİK sərnişinlərini xilas ola olarmış: 1500 insanın taleyini bir gəmi dəyişə bilərdi
13 sentyabr 2025 02:41
- Rusiyada yumurta böhranı...
13 sentyabr 2025 00:31
- Günəş nədən ibarətdir və niyə Yeri yandırmır? - Cavab sizi təəccübləndirə bilər
11 sentyabr 2025 11:22
- Azərbaycanda ilk dəfə qadın hərbi həkimlər hazırlanacaq
11 sentyabr 2025 10:45
- Azərbaycan kürünü xaricə neçəyə satır?
11 sentyabr 2025 10:27
- Ali təhsili yoxdur, dünyanın ən varlı adamıdır - Maskı da geridə qoydu
11 sentyabr 2025 03:37
- NAR və YAŞAT Fondu şəhid övladlarını təbrik etdi - Fotolar
11 sentyabr 2025 01:46
- Azərbaycan təhsil xərclərini 1 % artırır
16 sentyabr 11:23
- Bir evdən 6 uşaq məktəbə getdi
16 sentyabr 11:11
- Prezident Selçuk Bayraktaroğlunu qəbul etdi (FOTO)
16 sentyabr 01:57
- Bakcell Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü
16 sentyabr 01:12
- Özbəkistan səfərindən tez-tələsik təəssüratlarım - iLQAR TAĞI
16 sentyabr 00:33
- Azərbaycanlı Rusiyada deputat seçildi
15 sentyabr 11:26
- Kəlbəcərdən çıxanda 80 yaşı olub - İndi 113 yaşında qayıdır
15 sentyabr 10:21
- Prezident Seyidbəyliyə getdi - Fotolar
15 sentyabr 09:59
- Asiyada ən böyük hərbi təlim başlanır - Üç ölkə üç məkanda...
15 sentyabr 09:46
- Bakının işğaldan azad edilməsindən 107 il ötür
15 sentyabr 00:55
- Azərbaycanda Bilik Günüdür
15 sentyabr 00:42
- Rusiya Britaniyanın müsəlman daxili işlər nazirini hədəfə alıb - Kreml mediası Şabanaya böhtanlar yağdırır
14 sentyabr 23:51
- Sumqayıtda xəstəxana həyətindən 8 aylıq qız DÖLÜ TAPILIB
14 sentyabr 18:04
- Bu gün erməni əsilli şəxs Xankəndidə polisə qumbara atdı, atəş açdı...
14 sentyabr 17:43
- Azərbaycan Prezidenti Xocavənd rayonunun Sos kəndində olub
14 sentyabr 16:14
- Bu gün Elçin Mahmudovun doğum günüdür
14 sentyabr 15:20
- Prezident İlham Əliyev Füzuli rayonunun yeni salınacaq Qaraxanbəyli kəndinin təməlini qoyub
14 sentyabr 13:22
- Xocalının körpəsi, Türkiyənin müəllimi...
14 sentyabr 13:11
- BİR ÇÖRƏK QORXUSU - Səməd Qaraçöp
14 sentyabr 11:48
- Təhsil niyə oxuyub-anlama problemini həll edə bilmir ? Könül Aydın Nəhmətova
14 sentyabr 11:02
- Təyyarədən sürətli qatır: 1 saatlıq yolu 15 dəqiqəyə çatdı
14 sentyabr 10:40
- Bakıda bu qəbiristanlığın köçürülməsi təklif olunur
14 sentyabr 10:11
- DSX-nin zabiti ehtiyatsızlıqdan açılan atəşlə öldü - Fotolar
14 sentyabr 09:53
- Bu il bəşəriyyəti tənəzzülə aparan fəlakət olacaq - Vanqa və Nostradamusun PROQNOZU
13 sentyabr 23:03
- Gürcüstanın keçmiş müdafiə naziri həbs olundu
13 sentyabr 22:23
- Səfirimizin katibəsindən nikahdankənar uşağı var? - Aliment vermir
13 sentyabr 19:38
- 2,2 milyon nəfər tədrisə başlayır: İlk dərs bu mövzuya həsr olunacaq
13 sentyabr 16:55
- 1992-ci ildə Baş nazir vəzifəsindən istefa verdim, Heydər Əliyevə zəng vurdum… –Sabiq Baş nazir Həsən Həsənovdan maraqlı açıqlamalar /VİDEO
13 sentyabr 15:35
- Xalq artisti vəfat etdi
13 sentyabr 14:48
- 28 MAY-dan NİZAMİ- yə metro işləməyəcək: Alternativ nəqliyyat necə olacaq?
13 sentyabr 12:09