Sabir Rüstəmxanlı da Ramiz Mehdiyevdən DANIŞDI....
Müsahibə11 fevral 2022 22:25
"Ramiz Mehdiyev haqqında o adamlar danışmalıdır ki, onun yanında üzükölgəli deyillər”
Prezident Administrasiyasının eks rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyev ətrafında qalmaqal səngimək bilmir. Elm adamlarının və siyasi xadimlərin ittihamlarının ardınca AMEA adından yayılan cavab gərginliyi bir qədər də artırdı. Baş verənlərlə bağlı Millət Vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının fikirlərini öyrəndik.
- Sabir bəy, Ramiz Mehdiyevin AMEA rəhbərliyindən getməsi ilə bağlı qalmaqal niyə səngimir?
- Mən Ramiz Mehdiyevin AMEA prezidenti kimi fəaliyyətinə etirazların, ondan narazılıqların bir çoxu ilə tanışam. Hər şeydən öncə onu bildirim ki, Azərbaycanda elmşünaslığa baxışın dəyişilməsi bu gün hər zamandan daha aktualdır. Azərbaycan Zəfər Savaşı ilə ərazi bütövlüyünü bərpa edərək regionun lider dövlətinə çevrilib və bu liderliyin bir dayağı da elmi-texnoloji tərəqqi olmalıdır. Yəni Azərbaycan elmində texniki və dəqiq elmlər üzrə ciddi ixtiralara ehtiyac var. Bu dövlətçiliyimiz üçün günün tələbidir. Bütün bunlar Elmlər Akademiyasının yeni, müasir dünya elmşünaslığının tələblərini anlayan şəxslər tərəfindən idarə olunmasını zəruri edir.
- Ramiz Mehdiyev AMEA rəhbərliyindən getsin deyənlər çoxdur, amma adam postunda oturub və burdan tərpənmək fikri də yoxdur…
- Bilirsiz biz bəzən arzu, istəklərimizin reallaşması üçün sözdən o yana addım atmırıq. Akademiya sıradan bir qurum deyil. Milli Azadlıq Hərəkatında Akademiya imperiyaya gücünü göstərmiş bir qüvvədir. Elmin, alimin qarşısında ən cahanşümül hökmüdarlar belə aciz qalıblar. İndi bizim hörmətli alimlər mətbuata ardıcıl açıqlama verməkdənsə Akademiyanın Rəyasət Heyətinin iclasını çağırıb mövqelərini bildirə bilərlər və ölkədə əlavə qalmaqal yaranmaz. Bir də ki, Ramiz Mehdiyev haqqında o adamlar danışmalıdır ki, onun yanında üzükölgəli deyillər.
- Belə görünür, Ramiz Mehdiyev daha iradəli və cəsarətlidir ki, bir neçə millət vəkilini və alimləri hədəf alan cavab yayımlayır?
- Baxın, bunu Mehdiyev öz adı və imzası ilə etmir. Mətn AMEA-nın mətbuat xidməti adından yayılıb. Bu nə deməkdir? Nə vaxtdan bəri Akademiyanın mətbuat xidməti siyasi məsələlərə qarışır, Milli Məclisi, partiyaları təftiş edir? Belə çıxır ki, doğurdan da Akademiyada ayrıca bir siyasi muxtar güc formalaşdırılıb və ordan dövlətlə hədə, şantaj dilində danışılır. Ramiz Mehdiyev Adminstrasiya rəhbəri olarkən ona qarşı mövqeyimi açıq bildirmişəm. Amma məsələ artıq şəxsə və şəxslərə münasibət həddini aşıb. Baxın, açıqlamada "cib müxalifəti”, "avtobus müxalifəti” ifadələri işlədilir. Bu ifadələrin altında başqa mesajlar durur. Axırıncı parlament seçkilərindən sonra başlayan və Vətən Müharibəsi dönəmində güclənən siyasi birlik, vətəndaş həmrəyliyi, görünür, kimlərisə narahat edir və Mehdiyev bu narahatçılığın icraçısı kimi iqtidar-müxalifət münasibətlərinin pozulmasına töhvə vermək niyyətindədir. Fikrimcə, bu təhlükəli tendensiya dərhal dayandırılmalı, gələcək yanğın qığılcım halında söndürülməlidir.
Oxşar xəbərlər
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- Mehdiyevi AMEA-dan çıxardacaqdılar, yatdılar - İclasdan maraqlı (FOTOLAR ) )
25 fevral 2026 18:45
- Abel Məhərrəmovdan Ramiz Mehdiyev - Açıqlaması
25 fevral 2026 12:02
- Gültəkin Hacıbəyli sərbəst buraxıldı - Yenilənib
25 fevral 2026 01:26
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Gültəkin Hacıbəylinin evində axtarış aparıldı - DTX-yə çağırıldı
24 fevral 2026 18:57
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 2026 17:41
Xəbər lenti
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
Video & Fotoqalereya
Video
Fotoqalereya
