“Rayon ərazisində yığılan rüşvətin hamısını Nizaməddinə verirdim”
Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) keçmiş başçısının həbsdə olan sabiq müavini Ramiz Tatarovun istintaqa verdiyi bəzi ifadələr məlum olub.
"Report”un əldə etdiyi məlumata görə, o, istintaqda dindirilən zaman özünü elan edilmiş ittiham üzrə təqsirli bilib.
İfadəsində göstərib ki, həbsdə vəfat edən Ağstafa RİH-in keçmiş başçısı Nizaməddin Quliyev 2019-cu ilin aprel ayının 5-də rayon icra başçısı təyin edildikdən sonra kənd icra nümayəndələrindən və bələdiyyələrdən onun vasitəsilə, eləcə də özü rüşvət toplamağa başlayıb.
R.Tatarov deyib ki, N.Quliyev onu yanına çağırıb icra nümayəndələrinə və bələdiyyələrə söz göndərməyini istəyib: "Nizaməddin Quliyev kim onun istədiyi məbləği verməsə, həmin şəxsi işdən azad edəcəyini bildirdi. Onun tapşırığı əsasında kənd icra nümayəndələrindən və bələdiyyələrdən müxtəlif məbləğlərdə rüşvət yığıldı, sonradan həmin pulların hamısını Nizaməddin Quliyevə verdim”.
İttihamda qeyd edilib ki, N.Quliyevin xidməti otağına baxış zamanı üzərində "Düzqışlaq 5000”, "Xətai 5000”, "Musayev Bəhram 180 ha üçün 1500”, "Həsənzadə İsaq 300 ha üçün 2500”, "Aslanov Mahal 100 ha üçün 1000”, "Mehdiyev Ədalət 25 ha üçün 300”, "Poylu bağça 1500”, "Sadıqlı bağça 5000”, "Böyük Kəsik bağça 4000”, "Ağgöl bağça 3000”, "Zəlimxan 2000”, "Ömərov Pərviz 400 ha 4000”, "Həsənov Əli Kərəm oğlu 5000”, "Abadlıq 4000”, "Pirili bağça (gözətçi) 1000”, "Qırılı bağça 1500”, "Qarahəsənli bağça 1000”, Həsənov Şahsevər Bəhruz oğlu 123 ha 1000”, "Poylu Qəsəbə (Nümayəndə) 4000”, "Aşağı Kəsəmən 4000”, "Saloğlu 3000”, Köçvəlli 3000”, "Qarayazı bağça 1500”, "B.kəsik tikinti 2000”, "Əlicanov Ramiz 350 ha 2000”, "Qarayazı bağça (gözətçi) 1000”, "Komoxoz 12000”, "Qızılı 1 saylı bağça 1500”, "Q.Kəsəmən bağça gözətçi 2000”, "Sadıqlı bağça 1500”, "Köçəsgər bağça (tərbiyəçi) 1000”, Sadıqov Hacı 141 ha 1500”, "Mustafayev Elşən 500 ha 4000”, "Komoxoz yeni iş 10000”, "Karxan 5000”, "Karxan 5000”, "Karxan 2000”, "Osmanova Gülnarə 300 2500”, "Ömərov Usub 514 4000”, "Komoxoz 10.000”, "Xətai bağça 1500”, "Mikayılov Azər 190 ha 1500”, "Aşağı Göyçəli 2000”, "Qarahəsənli 2000”, "Q.Kəsəmən 3000”, "Sadıqlı 2000”, "Qızılı 2000”, "KolXəlfəli 2000”, "Tatlı 2000”, "Tatlı mühasib 1500”, "Qarayazı mühasib 1500”, "Vurğun bağça 075 1000”, "Həsənsu 2000”, "Vurğun 5000”, "Böyük Kəsik 3000”, "Düzqışlaq 2000”, "Pirili 3000”, "Xanəliyev Binnət 60 ha 500”, "Muqanlı 3000”, "Göyçəli 3000”, "Poylu 3000”, "Poylu qəsəbə 2000”, "Xılxına 2000”, "Bağça (Hesabat var) 6000”, "Səhiyyə (hesabat var) 5000”, "Xətai bələdiyyə 2000”, "Həsənsu bağça 1500”, "Q.Kəsəmən tikinti 1500” adlar və məbləğlər yazılmış 23 ədəd kağız parçası aşkarlanıb.
R.Tatarov bu epizod üzrə söyləyib ki, vərəqlərdə göstərilən adlar - icra ümayəndələrinin, bələdiyyələrin, bağça müdirlərinin, torpaq sahiblərinin adları olub: "Adların qarşılarında yazılmış məbləğlər isə onlardan rüşvət qismində alınan pullar idi. Həmin kağız parçaları mənim xəttimlə yazılıb. Nizaməddin Quliyev gün ərzində yığılan rüşvətlərin alındığı şəxslərin adları və məbləğləri qeyd edilmiş kağız parçasına yazılmasını tapşırmışdı. Mən də onun tapşırığı ilə aldığım pulların məbləğini kağız parçalarının üzərinə yazdım. Daha sonra pulları qeyd etdiyim kağız parçalarının arasına qoyaraq birlikdə Nizaməddin Quliyevin xidməti otağında ona verdim”.
Qeyd edək ki, N.Quliyev və R.Tatarov 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunub.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Quliyev 9 il və R.Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.
2021-ci il sentyabrın 7-də N.Quliyev Gəncə şəhər modul tipli xəstəxanasında koronavirusdan vəfat edib.
Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, N.Quliyevin cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Onun əmlakının üzərinə qoyulmuş həbs götürülüb.
Məhkəmə R.Tatarovun ittiham olunduğu Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı) maddəsi müddət keçdiyi üçün ittihamdan çıxarılıb və cəzası 3 ay azaldılıb.
Oxşar xəbərlər
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3 mart 2026 13:07
- İsraillə ABŞ İrana zərbə endirdi
28 fevral 2026 14:54
- Prezident və birinci xanım Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdi
26 fevral 2026 13:36
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
Xəbər lenti
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
Video & Fotoqalereya
Video
Fotoqalereya
