“Rüstəm dedi ki, mən SSRİ-nin deputatıyam, məni yoxlamayacaqlar...”
“Çətin gündür. Əziz dostumuzu itirmişik. Eyni zamanda elə bilirəm ki, xalqımız çox böyük bir sənətkarı itirib. Həmçinin dünya”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq şairi Ramiz Rövşən Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimində deyib: “Həmişə deyirlər ki, əvəzolunmaz insan yoxdur. Məncə, insan haqqında bundan qəddar söz deyilməyib. İnsan əvəzolunmazdır. Ən azı öz yaxınları, doğmaları üçün. Rüstəm İbrahimbəyov bir xalq üçün, bir millət üçün, mən deyərdim ki, dünya üçün əvəzolunmaz insandır. Bizim böyük şairimiz Rəsul Rzanın şeirində bir hissə var. Deyir ki, “Elə yaşa, sən gedəndən sonra hər kəsə aydın görünsün yerində qalan boşluq”. Rüstəm İbrahimbəyovun gedişindən sonra o boşluq çox yaxşı görünür. Zaman keçdikcə həmin boşluq daha da iti görünəcək”.
.jpg)
Xalq şairi bildirib ki, onların tanışlığı 1969-cu ildən başlayıb: “O, Bakı küçələrinin yetirməsi və nəğməkarı idi. Bakı havası həmişə onun yazılarında da var idi. Belə bir insan dünya üçün nə qədər dəyərli əsərlər verə bilər. Millilik forma deyil, münasibətdir. Və bu münasibət Rüstəmin yazılarında həmişə olub. O çox rəngarəng əsərlər yaradıb. Dostumuz haqqında çox şey deyə bilərik. Rüstəmin simasında həm yazıçı, həm dramaturq, həm kinodramaturq, həm də kinorejissor cəmlənmişdi. O həm də mühəndis idi. Bu onun əsərlərində də var idi. Allah ona rəhmət eləsin. Mən onunla 1969-cu ildən tanışam. Heç vaxt yaş fərqini hiss etməmişik”.
***
Xalq yazıçısı Çingiz Abdullayev Rüstəm İbrahimbəyovla 60 ildir dost olduqlarını bildirib: “Biz bu gün nəinki ədəbiyyatımızın əfsanəsini, həmçinin kinomuzun ulduzunu itiririk. Dünyada yeganə insan idi ki, 6 dövlət mükafatı olub. O, yeganə insan idi ki, Fransanın böyük ordenindən, Rusiya vətəndaşlığından imtina edib. Lazım gələndə öz sözünü deyə bilib”.
Ç. Abdullayev mərhum Xalq yazıçısı ilə bağlı xatirələrini də bölüşüb: “Yaxşı xatırlayıram, 90-cı ildə mənə zəng vurub dedi ki, “bilirsən, o “Qara Yanvar” kitabından mənə 10 nüsxə lazımdır. Fransaya göndərəcəyəm. Mən də ona dedim ki, axı sənə icazə verməyəcəklər sərhəddən keçirməyə. O da mənə dedi ki, sən yadından çıxarmısan ki, mən SSRİ-nin deputatıyam, məni yoxlamayacaqlar. Doğrudan da aparıb kitabları orada payladı.
Rüstəm bizim fəxrimiz idi. Bugünkü gündə neçə-neçə ölkədən bizə məktublar gəlir. Çünki bu ölkələr bilir ki, biz necə dəyərli insanı itirmişik”.
Hüseyn Məmmədsalahov
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Səməd Vurğunun 120 illiyi qeyd ediləcək
23 fevral 2026 17:24
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
6 fevral 2026 19:17
- Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul etdi (FOTO)
6 fevral 2026 17:40
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
4 fevral 2026 15:45
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 2026 15:18
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
