“Kamal Qılıcov istəyirdi deyim ki, İlkin meyiti yandıranda görmüşəm”
Tovuzun Dondar Quşçu kəndində öldürülən 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı məhkəmə araşdırması davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, sonuncu prosesdə onun ölümündə təqsirli bilinən həmkəndlisi İlkin Süleymanovun qonşusu Mahir Orucov dindirilib.
O, yalan ifadələr verməsi üçün təzyiqlərə məruz qaldığını iddia edib. M.Orucovun sözlərinə görə, təzyiqlərə baxmayaraq, tələb olunan ifadələri verməyəndə isə işdən çıxarılıb: “İlkingillə qonşuyuq. Məndən onun uşağı oğurlayıb öldürməsi haqda ifadə vermək tələb olunurdu. Tovuz Rayon Polis Şöbəsində bir neçə dəfə təzyiqlə üzləşdim. Polis rəisi Şirzad Əsgərov (hazırda təqaüdə göndərilib-red.), Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin rəisi Kamal Qılıcov məndən İlkinin əleyhinə ifadələr tələb edirdi. Bu işə görə mənim başıma oyun açıblar. İstəyirdilər deyim ki, İlkin meyiti ora atıb yandıranda mən görmüşəm.
Dedim ki, İlkin dünyasında belə şey eləməz, onu uşaqlıqdan tanıyıram. Çox abır-həyalı, tərbiyəli, insan adamdır. Rəis məni şöbədə zirzəmiyə saldırmaq istəyirdi. Gözüm yeni əməliyyat olunmuşdu, həkimə zəng elədim, telefonda rəisə dedi ki, onu döysəniz, o biri gözü də kor olacaq. Ondan sonra zirzəmiyə salmadılar, döymədilər. Məni dəfələrlə şöbəyə çağırıb psixoloji təzyiq ediblər. Bir dəfə Qılıcov evimizə gəldi, pilləkəndə dayanıb dedi ki, burdan meyit tapılan yer görünür. Dedim, mən heç nə görməmişəm axı. Bir dəfə də məni yenə şöbəyə apardılar, rəis telefonla görüntülü Qılıcovla danışırdı. Qılıcov üstümə qışqırırdı”.
Şahid bildirib ki, hadisə günü nə baş verdiyini öyrənmək üçün çölə çıxıb. Orada isə görüb ki, polislər meyiti əhatəyə alıblar, yaxına heç kimi buraxmırlar: “Heç görünmürdü ki, kimin meyitidir. Təxminən iki saat sonra dedilər ki, Şərifin qızınındır. Elə orada gözümün qabağında İlkini polislər apardı, bir də buraxmadı.
Mahir Orucovun polis şöbəsində təzyiqlərə məruz qalması iddiası ilə bağlı Baş Prokurorluğa sorğu ünvanladıq. Qurumun Mətbuat Xidmətindən “Qafqazinfo”ya iddianın həqiqətə uyğun olmadığı bildirilib: “Qeyd olunan fakt tərəfimizdən təkzib edilməklə, cinayət işi üzrə hazırda məhkəmə baxışının davam etməsini nəzərə almaqla digər əlavə şərhin verilməsi məqsədəmüvafiq deyildir”.
Məhkəmədə dindirilən digər şahid Nazim Vəliyev isə meyiti yanarkən görən şəxslərdən biri olub: “Ora dərə kimi idi. Qonşular gecə heç kim olmayanda zibil tökürdülər, iy yayılırdı. Ona görə də İlkin, ya da bir başqa qonşu zibili yandırırdı ki, iy yayılmasın. Hadisədən bir neçə gün əvvəl oranı təmizləyib, gül kimi eləmişdilər. Hadisə günü İlkin yanğını görüb mənə xəbər etdi. Əvvəl heyvan cəsədi olduğunu zənn etsəm də, baxanda insan meyiti olduğunu gördüm. Tez İlkinin əmisi oğlu, Muradı çağırdıq. Murad polis idi deyə fikirləşdik ki, nə etmək lazım olduğunu o bilər. Şok vəziyyətində idik. Meyit tanınmaz vəziyyətdə idi, üzdən kim olduğu bilinmirdi, yalnız dişi görünürdü. Biz İlkinə dedik ki, birdən istintaqa lazım olar, hadisəni çəksin. Məqsəd istintaqa kömək etmək idi. Hətta çəkilişdə səs var, İlkin deyir ki, “ayaq izləriniz düşür, ayaqqabılarınızı yadınızda saxlayın”. Səhvimiz onda oldu ki, o yazığa dedik, çək. Sonra bundan İlkinin öz əleyhinə istifadə elədilər".
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
21 fevral 2026 17:21
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
9 fevral 2026 21:15
- İdrak Liseyi-ndə şagird müəllimi güllələdi
6 fevral 2026 17:47
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Əkrəm Əylisli sükutu pozdu: Anarla görüşümün heç bir əhəmiyyəti yoxdur - MÜSAHİBƏ
28 yanvar 2026 14:18
- Mehdiabaddan 28 MAY-a tramvay yolu çəkiləcək
28 yanvar 2026 11:47
- Ramiz Mehdiyevin adı keçən 18 illik uşaq oğurluğu dosyesi yenidən açılır – DTX-dən cavab
27 yanvar 2026 21:29
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
