HƏJƏMƏT nədir ? Bu klinika ilk dəfə....
“Həkim Baba” sağlamlıq mərkəzinin təsisçisi və direktoru Etibar Məmmədovun Axar.az-a müsahibəsini təqdim edirik: - Mərkəziniz nə vaxtdan fəaliyyət göstərir? - Azərbaycanda hicama terapiyanı (həcəmət) ilk dəfə müstəqil bir binada, kliniki şəraitdə biz təqdim etmişik. 2018-ci ildə Türkiyə Həcəmət Dərnəyinin rəhbəri Süleyman Gökü Azərbayacana dəvət etdik və bu mərkəzi onunla birlikdə qurduq. Məqsədimiz tibbin sirlərinin gizləndiyi tibbi-nəbəvini doğru-düzgün şəkildə, “nərdivan altından” çıxarmaq, bir sözlə, Şərq təbabətini Qərb standartlarına uyğun təqdim etməkdir. İlk mərkəzimizi Yasamal rayonunda qurduq. İşlərimiz irəlilədikcə şöbələrimizi böyütdük, ikinci filialımızı Əhmədlidə, üçüncünü isə Binəqədi rayonunda açdıq. Artıq markalaşmağa başladıq. - Həcəmət nədir? - Həcəmət - qədim tarixə dayanan müalicə metodudur. Arxeoloji qazıntılar zamanı Misirə aid papiruslarda eramızdan 3 min il əvvəl həcəmətdan istifadə edildiyini isbatlayan şəkil və məlumatlar tapılıb. Həmçinin min il əvvəl Çində həcəmətdən istifadə olunmasının sübutları, eramızdan 400 il əvvəl Hippokratın hicamat etdiyinə dair sübutlar əldə olunub. Lakin həcəmətin bu cür geniş yayılmasının əsas səbəbkarı islam dinidir. Məhəmməd peyğəmbərin həyatını oxuduqda onun mübarək vücudunda baş vermiş ağrılar zamanı ilk olaraq həcəmət etdiyinə şahid oluruq. Həcəmət bədənin müxtəlif nahiyələrindən kupa vasitəsilə qan aldırmaqdır. Bu, adi görünə bilər, ancaq qanın tərkibinə nəzər salsaq, görərik ki, ən təmiz qan arterial qandır. Bu qan oksigenlə zəngindir və birbaşa ürəkdən çıxaraq arteriya vasitəsilə bədənimizin müxtəlif orqanlarına çataraq onları qidalandırır. Orqan qidalanandan sonra çirklənmiş qanı venoz damarlara ötürür. Bu çirklənmədə elə zərərli maddələr var ki, ancaq həcəmət yolu ilə təmizlənir. Qan daxilində yüksəlmiş xolesterin, lipidlər, triqliseridlər zaman-zaman damar mənfəzlərinə yapışaraq qan dövranını pozur. Geni dəyişmiş, süni boyalarla boyanmış, konservləşdirilmiş qidalar, tərkibi nitrat, nitritli, şəkərli qidalar və s. kimi saydıqca bitməyən zəhərli və zərərli qidalar orqanizmə daxil olaraq xərçəng kimi təhlükəli xəstəliklərə səbəb olur. Bütün bunları təmizləyən ən effektiv metod hicamadır. - “Həkim Baba” adı haradan qaynaqlanır? - 2020-ci ildə yaratdığımız mərkəzləri ortaq qərarla “Həkim Baba” adı altında birləşdirdik. Bu adı qoyarkən “Bir qalanın sirri” filmindəki Həkim Baba obrazından təsirlənmişik. Həkim Baba özü güvənilən, tibbi bilən el ağsaqqalıdır. Müsbət bir obrazdır, böyükdən-kiçiyə hər kəs ona etimad edir. Bu gün Azərbaycanda yaranan brendlərdə artıq keçmişə dayanan adlardan istifadə olunur. “Buta”, “xurcun”, “xonça”, “innab” kimi adların üzərində milli markalar yaradırıq. “Həkim Baba” da hər kəsin güvənərək müraciət edə biləcəyi bir məkandır. Nə dərəcədə uğurluyuq, artıq bunu gələcək göstərəcək. - Mərkəzinizdə hansı xidmətlər mövcuddur? - Hazırda mərkəzimizdə hicama, zəli terapiyası, manual terapiya və masaj, müasir aparatlarla təmin edilmiş fizioterapiya xidməti, həmçinin xanımlar üçün ən müasir avadanlıqlarla təchiz edilmiş kosmetologiya xidməti mövcuddur. Fizioterapiya şöbəmizdə Azərbaycanda yalnız bizdə olan ən son nəsil aparatlarla osteoxondroz, oynaq xəstəlikləri, artrit, oynaq iltihabları, podaqra, sellülit kimi xəstəliklər müalicə olunur. Həmçinin Avropa istehsalı olan son nəsil “Tekar” aparatı, zərbə dalğa, ultrasəs, elektroterapiya, maqnetoterapiya, HPLS aparatları ilə xidmət göstəririk. - Sizi digər sağlamlıq mərkəzlərindən fərqləndirən özəl xidmətləriniz varmı? - Mərkəzimizdə əngəlli uşaqların bərpası reabilitasiyası şöbəsini yeni qurmuşuq. Hazırda son tamamlanma işlərimiz gedir, lazım olan müasir avadanlıqları da almışıq. Ən əsas özəl xidmətlərimizdən biri odur ki, yeni bərpa mərkəzimizdə Vətən Müharibəsi şəhidlərinin, qazilərimizin övladlarına, uşaq evlərində yaşayan kimsəsiz uşaqlara, həmçinin yoxsul, maddi cəhətdən imkansız insanların övladlarına xidmət tam ödənişsizdir. Eyni zamanda zəli və hicama terapiyası da şəhid ailələrinə pulsuzdur. Qazilərimizə isə xidmətlərimizdə 50% endirim edilir. Fəaliyyətimizin əsas istiqaməti yardım etmək, xüsusən həssas qrupdan olan insanlara dəstək göstərməkdir. Mərkəzimizdə hicama və zəli terapiyası beynəlxalq sertifikatlı mütəxəssislər tərəfindən, kliniki ortamda, tam gigiyenik şəkildə, həkim nəzarəti altında aparılır. - Hicama əvvəllər ölkəmizdə məşhur deyildi. Lakin hazırda bu terapiyaya tələbat çoxalıb. Bu istiqamətdə maarifləndirmə aparırsınızmı? - Azərbaycanda hicama gec tanınmağa başlayıb. Dünyada isə əsrlərdir davam edən müalicə üsuludur. Britaniyanın kraliyyət ailəsi, məşhur futbol klublarının üzvləri, qonşu ölkələrin dövlət başçıları hər ay hicama olunurlar. Sosial şəbəkələr üzərindən hicama ilə bağlı ciddi maarifləndirmə aparmışıq. Çox sevindiricidir ki, bu gün nəticəsini görürük. İstifadə etdiyimiz dərman vasitələri, qidalar orqanizmin bir qisminə müsbət təsir edirsə, bir yerində mütləq qalıq saxlayır. Bu zəhərli toksinləri bədəndən insan tərlə və digər vasitələrlə ifraz edə bilər. Lakin hicama, altını cızaraq deyə bilərik ki, bu istiqamətdə əvəzolunmaz müalicə metodudur. Azərbaycanda hicama əvvəllər də olub. Lakin bu şəkildə tanınmağa başlaması son dönəmlərdə aparılan maarifləndirmənin nəticəsidir. Bu maarifləndirmədə Füzuli Hüseynov, Səfərbəy müəllim kimi insanların əziyyəti danılmazdır. “Həkim BABA olaraq həcəmətin düzgün tanınıb, tətbiq olunmasında xeyli əziyyət çəkmişik. KİV vasitəsilə maarifləndirmə işlərini davam etdiririk. Ümid edirik ki, gələcək nəsillər düzgün həcəmətin tətbiqində göstərdiyimiz əməyi dəyərləndirəcəklər. - Endirim kampaniyalarınız barədə məlumat verərdiniz. - Hicama terapiyanı kor-koranə şəkildə aparmırıq. Mərkəzimizə hicama üçün gələn insanları əvvəlcə həkimlərimizin müayinəsindən keçiririk. Buradakı xüsusi müasir aparat vasitəsilə hicamadan əvvəl pasiyentin bədənində yığılmış yüklü qan laxtası, tıxanıqlıq təsbit edilir. Mərkəzimizdə hicama terapiya beynəlxalq sertifikat qazanmış mütəxəssislər tərəfindən olunur. Hicamadan öncə manual masaj kampaniyamız var. Sonra normal aparatla masaj edilir, ardınca kupa masajı edilir. Burada məqsəd hicama zamanı tam götürə bilməyimiz üçün kapilyarlarda donmuş laxta qanları hərəkətləndirməkdir. Hicamanın ardından pasiyent bal şərbəti ilə təmin olunur. Sonra istirahət guşəmizdə çərəz, meyvə deserti, bitki çayları ikram olunur. Bütün bunlar hamısı birlikdə cəmi 59 AZN-ə həyata keçirilir. Hazırda Binəqədi rayonunda yeni mərkəzimizin açılışı ilə bağlı kampaniyamız var. Hicama terapiyası ümumilikdə normalda 100 AZN-dir. Lakin hazırda kampaniyamıza görə 59 AZN-dir. 1 kurs hicama 60 günə 3 dəfə hicama olmaq deməkdir. 1 kurs hicamadan sonra 1 kurs zəli terapiyası pulsuzdur. Hicamadan sonra zəli terapiyasının faydası tibbi cəhətdən isbat olunmuşdur. Ramazan ayı ilə bağlı da hər 3 mərkəzimizdə kampaniya olacaq. Bu kampaniyada 1 nəfərin yanında gələn digər 1 nəfərə pulsuz xidmət göstəriləcək. Evlərə xidmətlərimiz də var. Mərkəzimizə sağlamlığı ilə bağlı fiziki qüsur səbəbindən gələ bilməyən vətəndaşlarımıza evə xidmət üçün əlavə ödəniş alınmır. Lakin üzrsüz səbəbdən olduqda 15 AZN əlavə xidmət haqqı alınır. - Bölgələrdə fəaliyyət göstərməyi düşünürsünüz? - Sumqayıt, Gəncə, Şəki, Lənkəranda mərkəzlərimizi qurmağı düşünürük. Paytaxtda göstərilən xidmət və kampaniyalarmız eynilə həmin bölgələrdə də təşkil olunacaq
- Kaş boşanmış olardım - Şəhid xanımı Gülüstan Əliyeva
16 noyabr 2025 10:59
- Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
15 noyabr 2025 11:53
- Alim ölkə başçısına müraciət edib — Tariyel Pənahovun istəyi nədir?
14 noyabr 2025 18:21
- Payızın qızıl vaxtı - Şahnaz Şahin yazır
14 noyabr 2025 17:47
- Zelenski İlham Əliyevə zəng etdi
14 noyabr 2025 17:12
- Rusiyada gənc buryatlar kütləvi şəkildə qırğına göndərilir
13 noyabr 2025 00:18
- Ağzın sarısı, ağlın yarısı: deputat Fazil Mustafadan professor Tahirzadəyə sərt cavab
11 noyabr 2025 11:04
- Deputat Fazil Mustafa : Cəmil Həsənli SİYASİ DƏLƏDUZDUR
10 noyabr 2025 13:11
- Görünüşü durna, gücü qartal: Unikal quş ovunu bir ayaq zərbəsi ilə məhv edir
10 noyabr 2025 11:18
- Mustafa Kamal Atatürkün anım günüdür
10 noyabr 2025 11:01
- Prezident Milli Dirçəliş Günü ilə bağlı paylaşım etdi
17 noyabr 11:45
- Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
17 noyabr 00:38
- Milli Qəhrəmanın qızının toyu oldu - VİDEO
17 noyabr 00:18
- Prezidentin səfəri başa çatdı - Fotolar
16 noyabr 23:59
- İlham Əliyev liderlərin iclasında (YENİLƏNİR)
16 noyabr 11:08
- Kaş boşanmış olardım - Şəhid xanımı Gülüstan Əliyeva
16 noyabr 10:59
- Polad Həşimovun qızı: Paraddakı hərbçilərin arasında atamı da görürdüm...
16 noyabr 10:49
- Sadəcə sənin adın var könlümdə... - Günün mahnısı
16 noyabr 01:28
- Ukrayna və Rusiya razılığa gəldi
16 noyabr 00:49
- İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
15 noyabr 22:51
- İlqar Hacıyev də Baş Prokurorluğa çağırıldı
15 noyabr 21:58
- Tanınmış jurnalistlər Özbəkistanda səfir və rektorla görüşdü (FOTO)
15 noyabr 16:15
- Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü oldu
15 noyabr 16:05
- LEŞ TOFİQ-lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?
15 noyabr 12:31
- Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
15 noyabr 11:53
- İlham Əliyev Mahmud Abbası təbrik etdi
15 noyabr 11:42
- Gürcüstanda plastik qab-qacaq qadağan olunur
15 noyabr 11:08
- Alim ölkə başçısına müraciət edib — Tariyel Pənahovun istəyi nədir?
14 noyabr 18:21
- Payızın qızıl vaxtı - Şahnaz Şahin yazır
14 noyabr 17:47
- Utanılası tarix - Mirzoyan azərbaycanlı bolşevikləri bir-birinə qırdırırmış
14 noyabr 17:38
- Zelenski İlham Əliyevə zəng etdi
14 noyabr 17:12
- BAKCELL MMC-nin meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
14 noyabr 16:55
- Zəngilanın Ağalı kəndinə növbəti köç karvanı yola salınıb
14 noyabr 15:28
- Əli Nağıyev və Orxan Sultanov Xankəndidə iclasda - Fotolar
14 noyabr 15:05
- İcra başçısına 15 TON ARPA satdım, PULUNU VERMİR..)))
14 noyabr 12:48
- TƏBİB-də yoxlama olacaq: Qurum 1,8 milyonluq kənar audit xidməti alır
14 noyabr 12:19
- Prezident beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanladı
14 noyabr 12:01
- Xalq aclıq içindədirsə, ölkəni idarə etmək mümkün deyil
14 noyabr 01:10
- Hitlerin DNT-si ilə bağlı iddia dünya mediasını silkələdi
14 noyabr 00:39
- Prezident bu qanuna dəyişikliyi təsdiqlədi
13 noyabr 23:05
