“Marketdən oğurluq edib doğulacaq övladım üçün paltar aldım” ŞOK
Bakıda marketdən oğurluq edib borcunu qaytaran və doğulacaq övladı üçün paltar alan şəxs məhkəmə zalından azadlığa buraxılıb.
“Qafqazinfo” xəbər verir ki, 1998-ci ildə Beyləqan rayonunda anadan olan Xoşbəxt Əliyev (şərti) Bakının Binəqədi rayonunda azyaşlı övladı və hamilə olan həyat yoldaşı ilə birgə yaşayıb.
İttihama görə, X.Əliyev 2021-ci il yanvarın 17-si səhər saatlarında Baksol yaşayış massivində yerləşən “NAZ” marketdən 90 manat dəyərində kassa aparatını və içindəki 1500 manat pulu oğurlayıb.
Məhkəmədə ifadə verən Xoşbəxt Əliyev deyib ki, oğurluq etdiyi marketin qonşuluğunda yerləşən və Adilə adlı şəxsin işlətdiyi marketdən ərzaq alaraq 90 manat borcu yaranıb: “Nisyə dəftərinə yazdırdım, tezliklə ödəyəcəyimə söz verdim. Bundan sonra Adilə bir neçə dəfə borcunu istədi, iş tapa bilmədiyim üçün pulum yox idi. Sonuncu dəfə o, pulunu istəyəndə yaxınlıqdakı marketdən oğurluq etmək qərarına gəldim.
Gecə saat 04-05 radələrində evdən çıxıb marketə tərəf gəldim. Yan tərəfdən yaxınlaşıb nəfəsliyi əlimlə bərk itələyib açdım və oradan marketin içinə girdim. Kassanın ağzının bağlı olduğunu görüb geri qayıtdım. Sonra kassanın özünü aparmaq qərarına gəldim. Aparatı götürüb oradan uzaqlaşdım və dəmir yol xəttinə getdim. Orada “kubik”lə kassanı əzərək açdım və içindən 615 manat pul çıxdı. Kassanın özünü zibilliyə tulladım. Sonra evə gəldim, Adiləyə olan 90 manat borcumu qaytardım. Qalan pulla evin kirayə pulunu ödədim, evə bir qədər ərzaq, övladıma və doğulacaq övladıma pal-paltar aldım.
İki gün sonra polislər məni tutdu və hər şeyi etiraf etdim. Amma kassadan 1500 manat olması yalandır, orada xırda pullarla birgə cəmi 615 manat vardı”.
X.Əliyev istintaqa ilkin ifadəsində həmin marketdən oğurluq etməsini ona Adilənin təklif etdiyini deyib. Məhkəmədə isə bunun belə olmadığını bildirib: “Adilə məndən tez-tez borcunu tələb etdiyi üçün ona acıqlı idim. Buna görə elə ifadə verdim. Adilənin bu işdən xəbəri yox idi”.
Oğurluq edilən “NAZ” marketin sahibi məhkəmədə ifadəsində X.Əliyevi bağışladığını deyib və ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edib.
Məhkəmə materiallarından görünür ki, X.Əliyev yanvarın 20-də saxlanılıb, iki gün sonra həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə çıxarılsa da, təqdimat rədd edilib. Azadlıqda qalan Xoşbəxt istintaqdan yayınıb və 2021-ci il noyabrın 16-da axtarışa verilib. 2022-ci il fevralın 15-də tutularaq həbs edilib.
Məhkəmənin martın 18-də çıxardığı hökmlə X.Əliyevə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. O, məhkəmə zalında həbsdən azadlığa buraxılıb.
X.Əliyev bu müddət ərzində elektron qolbaq taxacaq, o, Bakını tərk edə bilməz və gecə saat 23-dən səhər saat 07-dək yaşadığı evdən çıxa bilməz.
Həmçinin, məhkəmədə məlum olub ki, Xoşbəxt Əliyev 2017-ci ildə də məhkum olunubmuş. O, hərbi xidmətdə olarkən bilə-bilə yalan ifadə verdiyi üçün 500 manat cərimə olunub. Bu cəriməni ödəmədiyinə görə 2019-cu ildə 6 ay elektron qolbaq taxmalı olub.
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 2024 08:45
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 2024 18:40
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 2024 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 2024 10:24
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 2024 22:31
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 2024 15:29
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22