- Azərbaycanda donuzlar azalıb - Ən çox hansı rayonlarda saxlanılır...
- Pulsuz qəbul etməyəcəm - Mingəçevirdə şoka düşən körpəyə qəddar münasibət FOTO
- Rusiya Ukraynaya 500 PUA, 40 raketlə zərbə endirib –ZELENSKİ
- Əzizəyə 18 il həbs tələbi - Ərinin ölümünü sifariş vermişdi
- Paşinyandan Türkiyə ilə bağlı MÜHÜM QƏRAR - 99 illik RAZILAŞMA
Namazalı Məmmədov yenidən peyda oldu – Fəaliyyəti araşdırılmalıdır
“Rabitə işi”ndə 11 il müddətinə həbs olunan şirkət rəhbəri dövlətə vurduğu ziyanı ödəyibmi?
Şərti cəza alaraq azadlığa çıxan bu şəxs “Aztelekom” MMC-nin 4 milyon 233 min 250 manatlıq tenderini necə udub?
Bildiyiniz kimi, bir neçə il öncə, daha dəqiq desək 2015-ci ildə hüquq-mühafizə orqanlarının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN), onun struktur qurumlarının və tabeçilikdə olan müəssisə və əlaqəli şirkətlərin ayrı-ayrı rəhbər vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və yol verilmiş digər qanun pozuntuları faktlarını üzə çıxarmışdı. Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən istintaq tədbirləri nəticəsində məlum olmuşdu ki, dövlət əmlakının sistemli şəkildə mənimsəmə və israf etmə yolu ilə talanması məqsədi ilə rollar bölüşdürülməklə qeyd olunan qurum və şirkətlərin ayrı-ayrı vəzifəli şəxslərindən ibarət korrupsiya şəbəkəsi təşkil olunaraq büdcə vəsaitlərinin talanması istiqamətində çoxsaylı korrupsiya sxemləri həyata keçirilib. Korrupsiya şəbəkəsinə daxil olan vəzifəli şəxslər tərəfindən dövlət büdcəsi vəsaitləri hesabına maliyyələşmiş layihələrin yaxın qohumlarının adına rəsmiləşdirilməklə faktiki özlərinə məxsus şirkətlər tərəfindən həyata keçirilməsinin rəsmiləşdirilməsi barədə saxta sənədlərin tərtib olunması, görülən xidmətlərin dəyərinin dəfələrlə şişirdilməsi, faktiki yerinə yetirilməmiş xidmətlərə görə ödənişlərin həyata keçirilməsi və sair yollarla külli miqdarda dövlət əmlakını mənimsəmə və israf etmələri aşkar edilib.
Belə ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B.Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. Bundan sonra B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.
Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyən edilib.
İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib. Məhkəmə, həmçinin təqsirləndirilən şəxslərdən 119 milyon 468 min manatın müştərək qaydada alınaraq, Nazirliyin hesabına keçirilməsi qərarını verib.
AMMA…
Amması odur ki, həbslərin üzərindən təxminən 3 il müddət ötdükdən sonra adları qeyd olunan şəxslərdən bir neçəsi şərti olaraq azadlığa buraxıldı və dövlətə dəymiş ziyanın ödənilməsi məsələsi bu gün də qaranlıq olaraq qalmaqdadır. Dövlət büdcəsinin milyonlarını kül edən şəxslərdən biri də “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədovdur. O Məmmədovdur ki, mətbuatın yazdığına görə, Vidadi Zeynalovun “krışalığı” altında dövlət büdcəsinin milyonlarla vəsaitini göyə sovurub. Yaxud həmin vəsaitlə özü üçün lüks həyat şəraiti yaradıb. Bunu özü bilər, Allahı bilər. Təbii ki, bu digər yazımızın araşdırma mövzusudur. Məlumat üçün qeyd etmək istəyirik ki, Namazalı Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilmişdi. Başqa sözlə, Məmmədov şərti cəzaya məhkum edilməsə idi 2026-cı ildə azadlığa çıxmalı idi. Hansısa sehirli qüvvələrin yardımı sayəsində Namazalı Məmmədov dövlət büdcəsindən yediyi milyonların qarşılığında cəmi 3 il həbs həyatı yaşadı. Maraqlıdır ki, başqa vaxt məhkəmə toyuq oğrusuna, ehtiyac üzündən dükandan bir çörək oğurlayana ən ağır cəzanı verir, lakin dövlət büdcəsinin milyonlarını darmadağın edən birisi niyə 3 il cəza ilə canını qurtara bilir? Niyə cənablar niyə? Bu sualların sırasını daha da genişləndirmək olar.
Bizim üçün ən maraqlı məqam Namazalı Məmmədovun yenidən peyda olması ilə bağlıdır. Bəli, düz eşitdiniz. Belə ki, Namazalı Məmmədov həbsdən azadlığa çıxdıqdan bir müddət sonra köhnə işinə qaldığı yerdən davam edib. Mötəbər mənbələrdən aldığımız məlumatlara görə, Məmmədov yaxın qohumlarından birini sahibi olduğu şirkətin başına keçirərək yenə də tenderlərdə qalib gəlməkdədir. Məlumata görə, 2021-ci ilin aprel ayında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Optik Tikinti və Montaj” MMC olub.
“Optik Tikinti və Montaj” MMC “Aztelekom”a hündürlüyü 6,5 metr, 100×100 mm dördkünc profildən, divar qalınlığı 3 mm olan 35 000 ədəd dəmir dirəklər satacaq. Satılan dirəklərin qarşılığnda “Optik Tikinti və Montaj” MMC “Aztelekom”dan 4 milyon 233 min 250 manat alacaq. Rəqəmlərdən də göründüyü kimi bir ədəd dirəyin qiyməti 120 manat 95 qəpik təşkil edir.
Məlumat üçün bildirək ki, “Optik Tikinti və Montaj” MMC (VÖEN-1802297051) 21.02.2014-cü ildə dövlət qeydiyyatından keçib. Hüquqi ünvanı “Sabunçu rayonu, Sabunçu ŞTQ, Anaşkin, ev 55A”-da yerləşən MMC-nin nizamnamı kapitalı 10 manata bərabərdir. MMC-nin qanuni təmsilçisi Məmmədov Rəşad Yaqub oğludur. Hazırda “Optik Tikinti və Montaj” MMC-yə məxsus veb-saytda da şirkətin ünvanı olaraq göstərilən “Nərimanov rayonu Dərnəgül şossesi küç. 507, məhəllə 2113” eyni zamanda “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin hüquqi ünvanıdır. Mətbuatda yer alan məlumatlardan belə görünür ki, “Optik Tikinti və Montaj” MMC-nin qanuni təmsilçisi Rəşad Məmmədov da “Rabitə işi”ndı şahid qismində istintaq cəlb olunub. Cinayət işinin istintaqı zamanı ifadə verən Rəşad Məmmədov bildirib ki, təsisçisi olduğu “Optik Tikinti və Montaj” MMC-nin fəaliyyəti optik kabel quyularının tikintisi, optik kabelin çəkilişi və montajından ibarət olub. Rəşad Məmmədov istintaqa verdiyi ifadədə Namazalı Məmmədovun dəstəyi ilə “Optik Tikinti və Montaj” MMC-nin Kürdəmir Telefon Kommunikasiya Qovşağında (TKQ) elan olunan kotirovkada iştirak edərək qalib elan olduğunu bildirib.
Göründüyü kimi, Namazalı Məmmədova aid olan şirkət yenə də “köhnə qayda” ilə işinin başındadır. Deyilənə görə, bu adam tenderlərlə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində kimlərləsə tez-tez görüşür. Biz isə öz növbəmizdə cənab nazir Rəşad Nəbiyevdən xahiş edirik ki, bir vaxtlar dövlətin milyonlarla vəsaitini mənimsəməkdə ittiham olunaraq 11 il həbs cəzasına məhkum edilmiş, hazırda şərti olaraq azadlıqda gəzən Namazalı Məmmədova məxsus şirkətin fəaliyyətini yoxlatdırsın. Çünki hər birimiz Rəşad Nəbiyev nazir təyin olunanda ürəkdən sevindik. Sevindik ki, cənab nazir bu sahədəki yeyinti və korrupsiya faktlarının qarşısını alacaq. Cənab Rəşad Nəbiyev, indi bizim hər birimizi 30 il düşmən tapdağı altında qalaraq viran qoyulmuş, Müzəffər Ali Baş Komandanımız və Şanlı Ordumuzun qətiyyəti sayəsində azad edilmiş QARABAĞIMIZIN bərpası maraqlandırır. Kimlərinsə mənimsədikləri milyonlar, milyardlar hesabına Qarabağın hər guşəsini cənnətə çevirmək olar. Ümid edirik ki, aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları da Namazalı Məmmədovun fəaliyyətini yenidən araşdıracaq və ona layiq olduğu cəzanı verəcək. N.Məmmədovun bahalı maşınları və mülkləri barədə araşdırma yazımız olacaq. Bizi izləməyə davam edin.
Qarşı tərəfin də cavab haqqını tanıyırıq.
KivNews.com
- Pulsuz qəbul etməyəcəm - Mingəçevirdə şoka düşən körpəyə qəddar münasibət FOTO
27 dekabr 2025 17:54
- Tofiq Kazımovun həyat yoldaşı: KQB-də işləyən qaynım demişdi, Səməd Mənsurun kitablarını yandırın..
27 dekabr 2025 11:29
- Əzizəyə 18 il həbs tələbi - Ərinin ölümünü sifariş vermişdi
27 dekabr 2025 10:52
- İlhamənin yığdığı bütün qızıllara sahib çıxdılar - Əli Mirəliyev
26 dekabr 2025 16:27
- Su qan təzyiqə necə təsir edir? - Kardioloqlar cavab verir
26 dekabr 2025 11:30
- Prezident bu məhkəmələrə hakimlər təyin etdi - Sərəncam
25 dekabr 2025 19:20
- Ağsu sakinləri Gülnarə Muxtarovanın qarşıdan gələn bayramlarını TƏBRİK EDİRLƏR...
27 dekabr 2025 19:45
- Pişəvəri və Sovetlər Birliyi - Eyvaz Taha
16 dekabr 2025 19:59
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 2025 12:56
- Prezident AHİK-in VIII qurultayının iştirakçılarına müraciət ünvanladı
16 dekabr 2025 11:38
- Qadınların Pensiya yaşı dəyişəcək - Bu tarixdən...
27 dekabr 22:44
- Sabiq daxili işlər nazirinin oğlu VƏFAT ETDİ
27 dekabr 20:55
- Azərbaycanda donuzlar azalıb - Ən çox hansı rayonlarda saxlanılır...
27 dekabr 20:37
- Pulsuz qəbul etməyəcəm - Mingəçevirdə şoka düşən körpəyə qəddar münasibət FOTO
27 dekabr 17:54
- Rusiya Ukraynaya 500 PUA, 40 raketlə zərbə endirib –ZELENSKİ
27 dekabr 14:46
- Tofiq Kazımovun həyat yoldaşı: KQB-də işləyən qaynım demişdi, Səməd Mənsurun kitablarını yandırın..
27 dekabr 11:29
- Əzizəyə 18 il həbs tələbi - Ərinin ölümünü sifariş vermişdi
27 dekabr 10:52
- Azərbaycanda məktəbin pəncərəsində şüşə yoxdur, kartonla örtülüb (VİDEO)
27 dekabr 10:25
- Patriarx Kirill İlham Əliyevi təbrik etdi
26 dekabr 23:54
- Azpetrol şirkəti də Ruslan Eyyubova məxsus imiş
26 dekabr 22:20
- İlham Əliyev bu idmançılara ev verdi (FOTO)
26 dekabr 17:14
- YAPON HOKKULARI - İLQAR TAĞI
26 dekabr 16:50
- İlhamənin yığdığı bütün qızıllara sahib çıxdılar - Əli Mirəliyev
26 dekabr 16:27
- Paşinyandan Türkiyə ilə bağlı MÜHÜM QƏRAR - 99 illik RAZILAŞMA
26 dekabr 14:02
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi - Təyyarəmiz vurulub
26 dekabr 13:35
- Mikayıl İsmayılova məxsus MODERN HOSPİTAL-da nələr baş verir ?
26 dekabr 12:22
- Prezident ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak etdi
26 dekabr 11:37
- Su qan təzyiqə necə təsir edir? - Kardioloqlar cavab verir
26 dekabr 11:30
- Kadırov da Prezidenti təbrik etdi
26 dekabr 01:11
- 2025-ci ilin ikinci yarısında Veysəloğlu Şirkətlər Qrupu hansı uğurlara imza atdı (VİDEO)
26 dekabr 00:35
- Bizi hər şeyin yaxşı olacağına onlar inandırdılar...
25 dekabr 21:34
- 44 günə Ermənistanı böyrü üstə qoyduq - Prezident
25 dekabr 21:27
- Prezident bu məhkəmələrə hakimlər təyin etdi - Sərəncam
25 dekabr 19:20
- Oqtay Əsədovun qızı vəfat etdi
25 dekabr 18:43
- Ağsu sakinləri Gülnarə Muxtarovanın qarşıdan gələn bayramlarını TƏBRİK EDİRLƏR...
20 dekabr 19:42
- Müştəriləri aldadan şadlıq sarayı Xəlil Göyüşovun imiş
17 dekabr 21:57
- BEYİN DALĞASI adlı intellektual podcast layihəsi uğurla baş tutub
17 dekabr 20:17
- Ramin Nur şadlıq evində camış əti dana əti adı ilə təqdim edilir (FOTO)
17 dekabr 20:07
- Rusiyaya ŞİDDƏTLİ HÜCUM: yer-göy DAĞILIR, Zelenski HƏRƏKƏTƏ KEÇDİ -VİDEO
17 dekabr 12:46
- Abbas Abbasov təcili Türkiyədən Rusiyaya qayıtdı
17 dekabr 12:32


