- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
“Gəncə Şərab-2” ASC-nə qarşı həyata keçirilən “qara piar” bir kimsəyə uğur gətirməyəcək
Bəllidir ki, hər bir ölkənin iqtisadi təminatının ödənilməsində özəl sektorun xüsusi rolu olur.
Yəni, gündəlik tələbat mallarının istehsalı ilə məşğul olan belə müəssisələr həm ölkə iqtisadiyyatının inkişaf etdirilməsində, həm də hər kəsin ən zəruri mallara, ələlxüsus ərzaq və digər məhsullara olan ehtiyaclarının təmin olunmasında müstəsna rola malik olurlar. Düzdür, bu gün özəl sektora aid müəssisələrin çoxu fəaliyyətlərini qanundan irəli gələn tələblər əsasında davam etdirsələr də, bəzilərinin fəaliyyətləri isə, məhz qanunsuzluqlar çərçivəsində davam etməkdədir.
Xüsusilə də, çörək, şirniyyat, kolbasa, su və digər istehsal sahələri ilə məşğul olan müəssisələrdə baş alıb gedən antisanitariyanın, çoxsaylı qanunsuzluq hallarının baş verməsi, heç də hər kəs üçün qaranlıq olmayan məsələlərdəndir. Bəli, bu gün o zamandır ki, hansı müəssisənin hansı yöndə fəaliyyət göstərməsi, həmin müəssisədə nələrin baş verməsi və s. qısa zaman kəsiyində hər kəsə bəlli olur.
Hal-hazırda fəaliyyətini lazımi texnoloji proseslərə əməl etməklə davam etdirən, ölkə iqtisadiyyatının inkişaf etdirilməsində əhəmiyyətli rola malik olan, yüksək keyfiyyətli məhsullar istehsal edən, bir neçə ölkənin iri müəssisələri ilə müqavilələr imzalayan “Gəncə Şərab-2” ASC-nin, azad bazar iqtisadiyyatı şəraitində əksər müəssisələri üstələməsi real faktdır. Yəni, belə bir halın varlığı ona görə baş verib ki, qeyd olunan bu müəssisənin istehsal etdiyi spirtli içkilərin keyfiyyət göstəricisi, məhz digər müəssisələrin istehsal etdikləri spirtli içkilərin keyfiyyət göstəricisindən tamamilə fərqlidir. Belə bir səbəbdəndir ki, hal-hazırda ərzaq mağazalarında daha çox “Gəncə Şərab-2” ASC-nin istehsal etdiyi məhsullara tələbat əmələ gəlib. Sözsüz ki, belə bir fərqin əmələ gəlməsi digər müəssisələrin fəaliyyətinə öz təsirini göstərir və bu da azad bazar iqtisadiyyatı şəraitində “Gəncə Şərab-2” ASC-nin önə çıxmasına səbəb olur.
Unutmayaq ki, bu ASC-nin böyük fərqlə önə çıxması və istehsal etdiyi məhsulların keyfiyyət göstəricisi ilə əksər müəssisələri kölgə altında qoyması, son günlər “Gəncə Şərab-2” ASC-nə qarşı əsassız qarayaxma kompaniyalarının baş verməsinə səbəb olmaqdadır. Yəni, o da hər kəsə məlum olan həqiqətlərdir ki, bu ASC-nin uğurlarını heç cür həzm etməyi bacarmayan digər müəssisələrin “başbilənləri”, yeni texnoloji qaydalar tətbiq etməklə lazımi uğurlara sahib olmaq əvəzinə, məhz Biləcəridən o tərəfdə tanınmayan bəzi media qurumlarında “Gəncə Şərab-2” ASC-nin fəaliyyətinə kölgə salmaqla məşğul olmağa çalışırlar. Amma, həmin şəxslər unudurlar ki, onlar bu cür addımları ilə nəyəsə nail ola bilməyəcəklər. Çünki, atalar demişkən “Elin gözü tərəzidir”.
Yəni, bu gün hər kəs ağı qaradan seçməyi, əyriyə əyri, düzə düz deməyi bacarır. Məsələnin təəccüb doğuran tərəfi odur ki, “ağalar”ından aldıqları sifarişləri əllərində “bayraq edib” əsassız açıqlamalar yayımlamaqla, bu gün ictimai fikirdə “Gəncə Şərab-2” ASC-nin fəaliyyətinə gölgə salmaq istəyən media mənsubları real faktlara deyil, illüziyalara, hansısa təqribi düşüncələrə əsaslanırlar və daha sonra belə bir addımlarını atırlar. Sözsüz ki, bu cür ambisiyaların, çirkin niyyətlərin kökündə, birbaşa bu ASC-nin uğurlarını həzm etməyi bacarmayanların məkrli planları əsas rol oynayır. Yəni, bu müəssisədə lazımi gigiyena qaydalarına tam şəkildə əməl olunsa da, hal-hazırda “Gəncə Şərab-2” ASC-nə qarşı qarayaxma kampaniyası davam etdirilməkdədir. Başlıca məqsəd, bu müəssisənin imicinə hansısa yolla zərbə vurmaq və onun bazardan sıxışdırılıb çıxarılmasına nail olmaqdır.
Real faktdır ki, “Gəncə Şərab-2” ASC ölkəmizin ən təcrübəli və yüksək keyfiyyətli spritli içki istehsal edən müəssisələrindən biridir və burada yüzlərlə insan işlə təmin olunublar. Bu müəssisənin istehsal etdiyi məhsullar dünya bazarına da çıxarılır və bir çox ölkələrdə, o cümlədən RF-da, ABŞ-da və s. həmin məhsulların satışı həyata keçirilir.
Bir həqiqəti də qeyd edək ki, ötən illər ərzində ölkəmizdə ərzaq məhsullarının istehsalı ilə məşğul olan bir çox sahələrdə ümumi vəziyyət qənaətbəxş olmadığından, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının10 fevral 2017-ci il tarixli Fərmanı ilə Qida Təhlükəsizliyi Agentliyi (QTA) yaradıldı.
Agentlik ərzaq məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləmələri, risklərin təhlilini, qida məhsullarının və onların qablaşdırma materiallarının dövlət qeydiyyatına alınmasını, xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsini, qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi, ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası və məhv edilməsi də daxil olmaqla, qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olaraq, bu gün belə vəzifələri həyata keçirməkdədir. Yəni, onu qeyd etmək istəyirik ki, hal-hazırda AQTA və aidiyyəti üzrə digər dövlət qurumları tərəfindən “Gəncə Şərab-2” ASC-nin fəaliyyətinə nəzarət mexanizmi həyata keçirilir və istehsal olunan spirtli içkilərin keyfiyyət göstəricisi ilə bağlı lazımi rəy də verilir. Odur ki, hər kəsin şifahi məlumatlara, reallığı əks etdirməyən hansısa illüziyalara deyil, məhz əsaslı faktlara söykənib lazımi addımını atması daha məqsədəuyğun hal olar.
Xeberfakt.az
Mövzuya qayıdacağıq.

Oxşar xəbərlər
- Yavaşlamış iqtisadi artım trayektoriyasından sürətlənmiş artım trayektoriyasına keçid obyektiv zərurətə çevrilib - Əli Məsimli
14 may 2026 23:07
- Prezident yeni Dövlət Agentliyi yaratdı (FƏRMAN)
14 may 2026 19:26
- Adəm Məmmədov Ali Məhkəmədə keçmiş müvəkkili Fidan Abbasovaya uduzdu
14 may 2026 18:30
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
14 may 2026 16:37
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
14 may 2026 14:19
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 2026 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 2026 21:09
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 2026 10:21
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 2026 09:46
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 2026 21:57
Xəbər lenti
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
15 may 00:52
- Yavaşlamış iqtisadi artım trayektoriyasından sürətlənmiş artım trayektoriyasına keçid obyektiv zərurətə çevrilib - Əli Məsimli
14 may 23:07
- Kiyevdə matəm elan edildi
14 may 19:43
- Prezident yeni Dövlət Agentliyi yaratdı (FƏRMAN)
14 may 19:26
- Adəm Məmmədov Ali Məhkəmədə keçmiş müvəkkili Fidan Abbasovaya uduzdu
14 may 18:27
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
14 may 16:37
- Latviyada hökumət böhranı - Baş nazir istefa verdi
14 may 14:31
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
14 may 14:19
- Çində tarixi görüş başa çatdı - Fotolar
14 may 11:58
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
14 may 11:47
- Prezident həmkarını təbrik etdi
14 may 11:33
- Nazirə birinci müavin təyin olundu (SƏRƏNCAM)
14 may 11:25
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
14 may 11:18
- Si Szinpin və Tramp Çin-ABŞ münasibətlərini müzakirə etdi
14 may 11:13
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
Video & Fotoqalereya
Video
Fotoqalereya