Brüssel razılaşması: Paşinyan Əliyevin şərtlərini qəbul etdi
Dörd saatdan artıq davam edən Brüssel görüşündə iki mühüm razılaşma əldə olunub:
Birincisi, sülh sazişidir: tərəflər xarici işlər nazirlərinə müqavilənin hazırlanması ilə bağlı tapşırıq verilməsi üzərində razılaşıb; İkincisi, sərhədin delimitasiya və demarkasiyadır: tərəflər 26 noyabr 2021-ci il Soçi bəyanatına uyğun olaraq, aprelin sonuna qədər birgə komissiyanın yaradılmasına razılaşıb; birgə komissiyanın mandatı sərhədin müəyyən edilməsi və sərhəd xətti boyunca təhlükəsiz vəziyyəti təmin etməkdir; Sülh sazişinə dair razılaşma deməyə əsas verir ki: - İrəvanın Bakının təklif etdiyi 5 baza prinsipini "əlavəsiz” qəbul edib: bəyanatda "status”, yaxud "münaqişə”yə dair heç bir qeydin olmaması da bu fikri gücləndirir; - Sülh sazişinin hazırlanması ikitərəfli formatda həyata keçiriləcək; bu, bölgədə maraqlı tərəflərin prosesdə birbaşa iştirak etməməsi deməkdir və Bakının maraqlarına uyğundur; Bu kontekstdə "Rusiya Avropa masasındakı razılaşmaya müdaxilə edəcəkmi” sualı aktuallaşır: Birincisi, görüşdən öncə Putin Əliyev və Paşinyanla danışmışdı və mümkündür ki, bu müzakirələrdə qarşılıqlı məlumatlandırma da olub; İkincisi, razılaşmada Rusiyanın vasitəçiliyi ilə əldə edilən iki anlaşmaya – 10 noyabr və 26 noyabr bəyanatlarına istinad edilir; 10 noyabr razılaşmasının bütün bəndlərinin icrası qeyd olunur; sərhədlə bağlı ikitərəfli komissiyanın yaradılması da Rusiya masasındakı razılaşmaya əsaslanır; Bu baxımdan, Moskvanın razılaşmanı sıfırlayacağı ehtimalı azdır. Mümkündür ki, növbəti görüş Rusiya masasında keçirilsin, yaxud tərəflərlə müəyyən təmaslar qurulsun və sərhəd razılaşması istəyinə uyğun olan Moskva sülh sazişinin hazırlanmasında vasitəçi kimi iştirak etmək istəyəcək. İkinci razılaşma onu deməyə əsas verir ki: - Sərhədlə bağlı birgə komissiyanın aprelin sonuna kimi yaradılması erməni qoşunlarının Azərbaycan ərazisindən çıxarılması məsələsini də aktuallaşdırır; - Birgə komissiya sərhədin müəyyənləşməsi prosesinə başladığı vaxtdan 10 noyabr razılaşmasının 4-cü bəndinin icrası da həyata keçirilə bilər: çünki Ermənistan qoşunları Azərbaycan ərazisində olduğu təqdirdə iki ölkənin dövlət sərhədlərinin müəyyən edilməsi və tanınması məntiqdən kənardır. Rəsmi İrəvan razılaşmanın bu bəndini özünəməxsus formada şərh etsə də, məsələnin Brüssel görüşündə müzakirə edildiyi istisna deyil. Bəyanatda "10 noyabr razılaşmasının bütün bəndlərinin tam icra edilməsinin zəruriliyi” də bunu deməyə əsas verir. Hərçənd, erməni qoşunların hansı formada - səssiz, yoxsa məcburetmə ilə - çıxarılacağını proseslərin inkişafı göstərəcək. Yekun bəyanat görüşün ümumilikdə Bakının maraqlarına uyğun keçdiyini göstərir: - Qarabağın adı çəkilmir, ümumiyyətlə, "münaqişə” haqda heç bir qeyd yoxdur: münaqişənin həll edildiyi reallığı Avropa masasında bir daha qəbul edildi; - ATƏT-in Minsk qrupundan bəhs edilmir, Rusiya və Aİ vasitəçiliyi ilə əldə olunan razılaşmalara istinad edilir: bu, Minsk qrupu formatının faktiki olaraq sıradan çıxması və yerini Aİ-yə verməsi deməkdir; - Sülh sazişinin hazırlanması prosesi İrəvanın istədiyi kimi Minsk qrupu çərçivəsində yox, ikitərəfli formatda həyata keçiriləcək; - Əsas vurğu postmünaqişə dövrünə dairdir: iki ölkə arasında etimad mühitinin yaradılması, humanitar məsələlərin həlli, kommunikasiyaların bərpası və s. İstisna deyil ki, 4 saatlıq görüşdə Paşinyan Qarabağın "statusu” məsələsini masada irəli sürüb: yekun bəyanatda bu haqda heç bir qeydin olmaması, ümumiyyətlə, bu məsələyə yaxın olan Qarabağ və Minsk qrupundan bəhs edilməməsi Əliyevin Bakının "qırmızı xətti”ni qəbul etdirə bildiyini göstərir.
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 2026 20:42
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- İran sərhədlərimizdən geri çəkildi
6 mart 2026 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
