“Elmira Axundovanı yenidən Ukraynaya səfir qaytarmaq” ŞOK açıqlama

Türkiyənin Ukraynadakı səfirliyi Kiyevdə fəaliyyətini bərpa edib. Anadolu Agentliyi yazır ki, səfirlik sosial şəbəkə hesabından paylaşım edərək vətəndaşlara müraciət ünvanlayıb. Rusiya-Ukrayna müharibəsi səbəbindən Kiyev ətrafında yaranmış təhlükə ilə bağlı riskləri nəzərə alaraq Türkiyənin bu ölkədəki səfirliyi martın 11-dən işini müvəqqəti olaraq Çernivtsi şəhərinə köçürmüşdü.
Bəs Azərbaycanın Ukraynadakı səfirliyi fəaliyyətini nə vaxt bərpa edəcək?
Müharibənin ilk günlərində postunu qoyub Bakıya gələn, “mən qadınam” deyib gəlişinə haqq qazandırmağa çalışan Elmira Axundova yenidən Kiyevə qaytarılmalıdırmı?
Yada salaq ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bu dövlətin ərazisində olan əcnəbilər öz səfirliklərinin xətti ilə ölkələrinə təxliyə olunurdular. Həmin günlərdə Ukraynada yaşayan minlərlə azərbaycanlı Kiyevdəki səfirliyimizdən dəstək görmədilər. Əvəzində həmyerlilərimizin Ukraynadan geri dönmək üçün arayışları səfirlikdə 200-300 dollar qarşılığında ala bilmələri xəbərləri yayıldı.
“Ukrayna paytaxtında, Kiyev şəhərindəki səfirliyimiz Bakıdakı Xocahəsən qəsəbəsində yerləşən ”Sədərək", “Binə” ticarət mərkəzlərini xatırladır. Arayışların qiyməti 200-300 dollardan başlayır. Deyirlər ki, raket atəşi altında işləyirlər, ona görə də arayış bahadır". Bu sözləri azərbaycanlı baş redaktor Ramiz Mikayılov Youtube platforması üzərindən yayınladığı müəllif verilişində demişdi...
Qeyd edək ki, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu ilə yayımlanan “Dərin Təhlil” verilişində Rusiya-Ukrayna müharibəsi zamanı Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın davranışları da müzakirə edilərkən deputat Fəzail Ağamalı kəskin mövqe sərgiləmişdi.
Fəzail Ağamalı deyib ki, bu fraqment Elmira Axundovanın yerində olan səfir olmadığını üzə çıxarıb.
Sitat: “Doğrudan da o, heç diplomat deyil. Fərarilik etdi. Zamanında Milli Məclisdə olub, sonra hansısa yüksək səviyyəli məmurun, Ramiz Mehdiyevin himayəsi ilə səfir olub. Rusiyaya meylli idi. Diplomatiyadan təsəvvürü yox idi. Parlamentdə də hər zaman populist çıxışları ilə yadda qalmışdı. Qayıdıb gələndən sonra isə dedi ki, unutmayın ki, mən qadınam. Qadınsansa sənin o diplomatik missiyada nə işin var? Həm də orda artıq fiziki gücə ehtiyac yox idi. Orada iradəyə, düşüncəyə, ağla, insanlığa, sədaqət hissi olan bir insana ehtiyac var idi. Nə edəcəkdi ki? Sənin əlinə ağır yük verəcəkdilər ki, apar daşı?”
Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a deyib ki, Azərbaycanın Ukraynadakı səfirliyi fəaliyyətini bərpa etməlidir:
“Düşünürəm ki, qadınlıq heç bir rol oynamır. Söhbət peşəkarlıqdan gedir. Peşəkar diplomat istənilən durumda özünün yüksək keyfiyyətlərini göstərməyi bacarmalıdır. Postu qoyub gəlməyi səhhətlə əlaqələndirmək ola bilsin ki, qəbul oluna bilər. Amma qadınlıqla bağlamaq düşünürəm ki, doğru deyil. Çünki Azərbaycanda ən kritik situasiyalarda doğru qərar verməyi bacaran, peşəkarlıq nümayiş etdirən, vəzifəsinin öhdəsindən layiqincə gələn qadınlar var.
Elçin Mirzəbəyli: “Azərbaycanı Ukraynada təmsil edəcək şəxs siyasi biliklərə, kifayət qədər təcrübəyə malik olmalıdır”
Politoloq deyir ki, müharibə başlayandan sonra Ukraynada yeni situasiya, yeni reallıqlar yaranıb: “Düşünürəm ki, Azərbaycanı Ukraynada təmsil edəcək şəxs siyasi biliklərə, kifayət qədər təcrübəyə malik olmalıdır. Ukraynada mürəkkəb bir situasiyadır, orada Azərbaycanın maraqlarını mürəkkəb şəkildə qorumağı bacaran bir şəxs ölkəmizi təmsil etsə, məncə, daha doğru olardı”.
Tural Abbaslı: “Qüdsi Osmanovun Ukraynaya səfir göndərilməsi çox yaxşı olardı”
AG Partiya sədri Tural Abbaslı “Yeni Müsavat”a deyib ki, səfirliyin fəaliyyəti iki aspektdə olur: “Yerləşdiyi ölkənin ərazisində yaşayan həmyerlilərimizə xidmət edir. İkinci aspekt isə dövlətin mövqeyini sərgiləyir. Məsələn, Amerika səfirliyini Qüds ərazisinə keçirməklə mövqeyini sərgilədi. Türkiyə səfirliyini Çernivtsi şəhərindən Kiyevə qaytarmaqla Kiyevin mühasirəsi, işğalının artıq geridə qalması mesajını verir. Azərbaycan da eyni addımı atmalıdır. Amma indiki səfirin özünü Kiyevə qaytarmağın mənası yoxdur. Fərqli situasiyada qadınlığını önə çəkib vəzifəsinin icrasından yayınan səfirin daha başqa şərtlər çərçivəsində hansı addımları atacağını proqnozlaşdırmaq elə də çətin deyil. Azərbaycan da Türkiyə kimi addım atmalıdır. Elmira Axundovanın yenidən Kiyevə göndərilməsinin tərəfdarı deyiləm. Ukraynada müharibə bitməyib və onun oradan növbəti dəfə qaçışı da əvvəlki biabırçılıqdan daha ötə olar. Bu baxımdan yeni səfir təyinatı Azərbaycanın maraqlarına uyğun olardı. Moldovadakı səfirimiz Qüdsi Osmanov Ukraynada müharibə başlayan gündən faktiki olaraq Ukraynadakı səfirin də vəzifəsini şərəflə icra etdi. Qüdsi Osmanovun Ukraynaya səfir göndərilməsi çox yaxşı olardı. Elmira Axundovanı təqaüdə göndərsinlər. Bakıda nəvələri ilə oynasın”.
Partiya sədri deyib ki, diplomat ölkəni təmsil edir və onun qorxu hissini büruzə verməsi yolverilməzdir: “Bu adamlar dərk etmirlər ki, qorxu hissi diplomata yad olmalıdır. Öz maraqlarını dövlətin maraqlarından üstün tutan birinin nəinki səfir postunda, adi dövlət işində olması da doğru deyil. Elmira Axundovanın parlamentdə də fəaliyyəti o qədər uğurlu deyildi, diplomat kimi də ümumiyyətlə yararsızlığını təsdiq etdi. Bu baxımdan Elmira Axundovanın siyasi fəaliyyətini yekunlaşdırması daha doğru olardı”.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
- Yazıçı Kəramət Böyükçöl və İlqar Məmmədov arasında qırğın - ÖLÜ -DİRİ SÖHBƏTİ DÜŞDÜ...
21 oktyabr 2025 01:54
- Ramiz Mehdiyev biznes şəbəkəsini genişləndirmək üçün yaxın adamını necə səfir göndərib? — SENSASİON Faktlar
20 oktyabr 2025 11:52
- ABORT edirsənsə, təkcə qadının deyil, kişinin də söz haqqı olmalıdır
20 oktyabr 2025 09:05
- Bu gün Zəngilan Şəhər Günüdür
20 oktyabr 2025 02:36
- Müəllimlikdən prezidentliyə - Tufan Erhürman kimdir?
20 oktyabr 2025 01:47
- Bu kəndlərin adları dəyişdiriləcək - SƏBƏBLƏR
18 oktyabr 2025 22:34
- Mehdiyevin -ƏSA Akademiyası- nın son pərdəsi
18 oktyabr 2025 12:59
- Ramiz Mehdiyev Təhlükəsizlik Şurasından da çıxarılır - Mədət Quliyevdən açıqlama
18 oktyabr 2025 00:51
- Prezident o görüşdən danışdı - Yeni dövr başladı +Video
17 oktyabr 2025 08:25
- Vaxtı keçmiş və istehlaka yararsız məhsullar Veysəloğlu tərəfindən necə məhv edilir? (VİDEO)
16 oktyabr 2025 22:47
- Yazıçı Kəramət Böyükçöl və İlqar Məmmədov arasında qırğın - ÖLÜ -DİRİ SÖHBƏTİ DÜŞDÜ...
21 oktyabr 01:54
- Brejnev-Ford görüşü – imzalanan mühüm saziş, xəz papaq və kürk mübadiləsi
20 oktyabr 22:55
- NAR Çoox Şanslı lotereyasına start verdi
20 oktyabr 22:06
- İlham Əliyevin Qazaxıstana səfəri başladı (FOTO)
20 oktyabr 16:44
- Çar 2-ci Nikolayı güllələmiş sabiq çekistin məxfi səs yazısı- Şahzadə Alekseyə 11 güllə vurduq, ölmürdü (AUDİO)
20 oktyabr 16:32
- Ramiz Mehdiyevin SENSASİON SƏS yazısı - AUDİO
20 oktyabr 13:35
- Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)
20 oktyabr 12:59
- Ramiz Mehdiyev biznes şəbəkəsini genişləndirmək üçün yaxın adamını necə səfir göndərib? — SENSASİON Faktlar
20 oktyabr 11:52
- Mənə Mehdiyev haqda bunu dedilər: elə bildim zarafatdır – Sərdar Cəlaloğlu
20 oktyabr 09:51
- ABORT edirsənsə, təkcə qadının deyil, kişinin də söz haqqı olmalıdır
20 oktyabr 09:05
- Bu gün Zəngilan Şəhər Günüdür
20 oktyabr 02:36
- İlham Əliyev Zəngilanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib VİDEO
20 oktyabr 01:59
- Müəllimlikdən prezidentliyə - Tufan Erhürman kimdir?
20 oktyabr 01:47
- Şimali Kiprin yeni prezidenti o oldu
19 oktyabr 23:13
- İlkin nəticələr açıqlandı - Ersin Tatar uduzur
19 oktyabr 21:23
- Zahid Oruc ittihamlara belə cavab verdi
19 oktyabr 21:17
- Kimin qarın ağrısı varsa, adımı hallandırır - Elmar Məmmədyarov
19 oktyabr 21:07
- Abbas Abbasovun Moskvadakı planı necə İFŞA EDİLDİ? - Mehdiyev işində daha bir SENSASİYA
19 oktyabr 08:15
- Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas
19 oktyabr 00:22
- Bu kəndlərin adları dəyişdiriləcək - SƏBƏBLƏR
18 oktyabr 22:34
- Ramiz Mehdiyev Təhlükəzlik Şurasının üzvlüyündən azad edildi
18 oktyabr 20:42
- İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul etdi
18 oktyabr 20:27
- 35 İL əvvəl professor Telman Qurbanovu harada ÖLDÜRDÜLƏR: EA-da KABİNETİNDƏ, yoxsa ? SİRR
18 oktyabr 15:56
- FAİZƏ götürdüyü 800 MANAT borcu qaytara bilmədiyi üçün özünü ÖLDÜRDÜ
18 oktyabr 14:48
- Bakıda iş adamı idman zalında öldü
18 oktyabr 13:27
- Azərbaycan Prezidenti Xəzər dənizini xilas etmək üçün Xəzəryanı ölkələri birgə tədbirlərə çağırıb
18 oktyabr 11:51
- Mehdiyevin -ƏSA Akademiyası- nın son pərdəsi
18 oktyabr 11:23
- Mehriban Əliyeva: Azərbaycandakı sülh və əmin-amanlıq əbədi olsun!
18 oktyabr 10:26
- Putinlə istənilən formatda danışmağa hazıram – Ukrayna lideri atəşkəs çağırışı etdi
18 oktyabr 01:57
- Ramiz Mehdiyev Təhlükəsizlik Şurasından da çıxarılır - Mədət Quliyevdən açıqlama
18 oktyabr 00:51