Avropa ictimai nəqliyyatı pulsuz edir, biz isə...
Samir Əliyev
İqtisadçı ekspert
Lüksemburq dünyada ilk ölkə olaraq 2020-ci ilin mart ayından başlayaraq bütün nəqliyyat növləri (avtobus, tramvay, qatar) üzrə gedişi pulsuz edib. Malta 2022-ci ilin oktyabr ayının 1-dən analoji addımı atmağa hazırlaşır. Almaniyada bu barədə artıq müzakirələr başlayıb.
Bir sıra ölkələrdə ölkəboyu olmasa da ayrı-ayrı şəhərlərində pulsuz ictimai nəqliyyat sistemi mövcuddur. Məsələn, Estoniyanın paytaxtı Tallin şəhərində xeyli vaxtdır əhali nəqliyyat xidmətinə görə ödəniş etmir. Belçikanın Hasselt şəhərində isə 1997-ci ildən ictimai nəqliyyat istifadəyə görə əhali pul ödənişindən azad olunub. Qiymətləndirmələrə görə, bunun nəticəsində 2006-cı ildə istifadəçilərin sayı 13 dəfə artıb.
Ümumilikdə dünyanın 100-ə qədər şəhərində ictimai nəqliyyatdan istifadə haqqı bu və digər formada güzəştlər tətbiq edilir: bəzi ölkələrdə bütün şəhər əhalisinə, bəzilərində müxtəlif yaş qruplarına (məsələn, pensiyaçılara).
Hazırda dünyada ictimai nəqliyyatın gediş haqqından azad olunması tendensiyası müşahidə edilir və daha çox hökumətlər bu barədə düşünməyə başlayıb. Bunun əsas səbəbi havanın çirklənməsini minimuma endirməkdir.
Bir dəfə Parisdə özüm şahidi olmuşdum. Hökumət çirklənməni azaltmaq məqsədilə şəhərdaxili metro və tramvaydan istifadəni 10 gün müddətinə pulsuz etmişdilər. Bununla insanları havanı çirkləndirən şəxsi avtomobil və avtobuslardan çəkindirməyə çalışırdı.
İnsanların ictimai nəqliyyata yönləndirilməsinin digər səbəbi də şəhərdə tıxacların azaldılmasıdır, parklanma yerlərində yüklənməni azaltmaqdır.
Azərbaycanda isə situasiya tamamilə fərqlidir. Bir neçə gün öncə mətbuatdan oxudum ki, xeyli sayda nəqliyyat şirkəti gediş haqlarının artırılması ilə bağlı Tarif Şurasına müraciət edib. Dünyada gedən tendensiyaların əksinə olaraq Azərbaycanda ictimai nəqliyyatdə gediş haqlarının artırılması tendendiyası mövcuddur. Dövri olaraq müxtəlif şirkətlər tarifərin aşağı olmasını əsas gətirərək onun qaldırılması təşəbbüsü ilə çıxış edirlər. Hökumət qiymət artımının müzakirə edilmədiyi bildirsə də, böyük ehtimalla yaxın aylarda hökumət Tarif Şurası vasitəsilə qiymət artımı qərarını edəcək. Artımın nə qədər olacağını demək çətindir. Əsaslandırma da yəqin ki bir tərəfindən neft və qazın bahalaşması fonunda yanacağın və sıxılmış qazın qiymətinin artması, digər tərəfdən pademiyanın dünyada logistika zəncirində problemlər yaratması səbəbindən ehtiyat hissələrinin bahalaşması olacaq. İctimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılmasının vacibliyi də artımı əsaslandıran amil olaraq vurğulanacaq.
Şəhərdə havanın çirkənməsindən, tıxacların yaranmasından, parklanma yerlərinin olmamasında şikayətlənirik, ancaq bu problemlərin həllinə töhfə verən ictimai nəqliyyat xidmətinin keyfiyyətini artıra bilmirik. Hökumət insanların şəxsi avtomobildən ictimai nəqliyyata yönəltmək üçün qiymətləri cəlbedci etmək əvəzinə onu bahalaşdırmağa barədə düşünür.
Oxşar xəbərlər
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 2026 21:30
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
3 mart 2026 14:25
Xəbər lenti
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
Video & Fotoqalereya
Video
Fotoqalereya
