- Putinin “nüvə çamadanı”nı daşıyan mühafizəçi başından güllələndi - Foto
- Gömrük generalı ilə bağlı qərar verildi
- Bakıda avtobusda terror, planı pozan “stəkan”, dəli olan erməni terror..
- Ombudsman 30 minə təyyarə icarəyə götürüb? - Rəsmi açıqlama
- Sevinc Məhərrəmovanı qətlə yetirən ərinə ağır cəza verildi
Putinin uğursuz dövləti: Rusiyanın gələcəyi sual altında… - Aslund yazır

Anders Aslund Amerikalı iqtisadçı, "Atlantic Council” araşdırma mərkəzinin baş elmi əməkdaşı Ukraynanın rus ordusunun hücumunun dəf edilməsində son uğurları nəhəng Rusiya silahlı qüvvələrinin zəifliyini göstərdi.
Hər bir şeyi müharibəyə və işğala bağlayan Vladimir Putin rejimi indi siyasi cəhətdən müflisdir və döyüş meydanında belə qalib gələ bilməyən müasir Spartanı idarə edir. Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəsi inanılmaz dərəcədə axmaqlıq (və inanılmaz qəddarlıq) idi. Onun səhvi o qədər böyükdür ki, bəlkə də artıq Rusiyanı uğursuz dövlətə çevirib. Oksford lüğətinə görə uğursuz dövlət - "siyasi və iqtisadi sisteminin o qədər zəiflədiyi və hökumətin ona nəzarəti itirdiyi" bir dövlətdir. Bu tərif artıq Rusiyanın indiki vəziyyətinə uyğundur və müharibənin Kremlin gücünü daha da zəiflədəcəyini gözləmək olar. Putin Ukraynaya hərbi cəhətdən məğlub olmaq üzrədir və belə uğursuzluq, Rusiyanın artıq bir dəfə ABŞ prezidenti Barak Obamanın laqeyd şəkildə dediyi kimi, hətta "regional güc” olmadığına dair siqnal göndərəcək. Ukraynalıların bildirdiyinə görə, onlar artıq Ukraynaya göndərilən 120 rus tabor-taktiki qrupundan 50-ni sıradan çıxarıblar; ümumilikdə isə Rusiyada cəmi 170 belə bir qrup var. Ukrayna, Rusiya hücumunun dəf edilməsində əldə etdiyi uğuru təkcə əsgərlərinin qəhrəmanlığına və bacarıqlarına deyil, həm də Putin rejiminin total korrupsiyasına borcludur. Uzun illərdir ki, rus ordusu açıq-aşkar içəridən çürüyürdü. Bu uğursuzluq xüsusilə təəccüblüdür, çünki Putin qədim Sparta kimi, yalnız müharibə üçün mövcud olan bir dövlət yaradıb. Onun 22 illik varlığının ən yüksək məqamları bunlar idi: 2008-ci ilin avqustunda kiçik Gürcüstanla beş günlük müharibə və 2014-cü ilin martında Krımın ilhaqı. Lakin Ukraynaya uğursuz hücumu bu illüziyaya son qoydu. Bu, Putinin ümid etdiyi kiçik və sürətli müharibə olmadı. O, 1904-1905-ci illərin fəlakətli Rus-Yapon müharibəsinə bənzər bir halla üzləşdi, həmin müharibədə Rusiya məğlub oldu və məğlubiyyət inqilabla nəticələndi. Putin artıq Rusiyanı ənənəvi mənada idarə edə bilməz. 2003-cü ildən sonra o, sistemli şəkildə bütün dövlət institutlarını zəiflətdi (demokratik prosedurları, nəzarət və tarazlığı, qanunun aliliyini aradan qaldıraraq) və onların yerində avtoritar kleptokratiya yaratdı. O və dar çərçivədə olan "dostlar” elitası sözlə ifadə edilməyən miqyasda oğurluq edir, Rusiya vətəndaşları üçünsə heç nə edilmir. İndi bu "sabun köpüyü” tamamilə repressiyanın gücündən asılıdır. 2012-ci ildən sonra Putin Rusiyanın iqtisadi inkişafına maraq göstərməyi dayandırıb. 2014-cü ildə Krımın ilhaqına cavab olaraq Rusiyaya qarşı Qərb sanksiyaları tətbiq edildikdən sonra iqtisadiyyat artmayıb və ölkənin həyat səviyyəsi 10% aşağı düşüb, bu isə kütləvi yoxsulluğa gətirib çıxarıb. Lakin Putinin heç vecinə də deyil, çünki o, yalan və təbliğatla bürünmüş hermetik otaqda yaşayır. Tarixçi Timoti Snayderin yazdığı kimi, Putin öz hakimiyyətini əlində saxlamağa haqq qazandırmaq üçün səthi millətçi ideologiya yaradan protofaşistdir (Protofaşizm faşizmə təsir edən və onun əsasını təşkil edən ideologiyaların və mədəni hərəkatların bilavasitə sələflərinə aiddir-red). Putinizm - Rusiyanın böyük ölkə olduğunu iddia etmək və bunu kiçik ölkələr üzərində hərbi qələbələrlə sübut etməyə çalışmaqdan qaynaqlanır. 2007-ci ildə Rusiyanın ilk post-kommunist baş naziri (və mənim yaxşı dostum) Yeqor Qaydar "İmperiyanın süqutu: Müasir Rusiya üçün dərslər” kitabını nəşr etdi. Orada o, rusları Putinin indi təzahürünə çevrildiyi "post-imperiya sindromu”na qarşı xəbərdarlıq edib. Bu yol ancaq məhvə apara bilərdi. Və belə də oldu. Rusiya iqtisadiyyatının planlı nəzarətin ləğvindən sonra bərpa olunduğu bir vaxtda Qaydar qorxurdu ki, SSRİ-nin süqutu ilə bağlı acılar revanşist avtoritarizmə gətirib çıxara bilər. O, Putinin hakimiyyəti ilə yeni yaranmaqda olan nasist rejimi arasında çox paralellər gördü: "Az adam xatırlayır ki, 1926-cı ildə imperiyanın dağılmasından səkkiz il sonra Almaniyada, 9 il sonra - 2000-ci ildə Rusiyada imperiya dövlət işarələri və simvolları bərpa edilib”. Putinin SSRİ-nin dağılmasını "XX əsrin ən böyük geosiyasi faciəsi” adlandıran məşhur bəyanatına cavab olaraq Qaydar xəbərdarlıq edib ki, "Rusiyanı yenidən imperiyaya çevirmək cəhdi onun mövcudluğunu təhlükə altına qoyacaq. Bu istiqamətdə hərəkət etmək riski yüksəkdir. Ona görə də ötən əsrlərin imperiyalarını, onların süqutu və parçalanması ilə bağlı problemləri anlamaq çox vacibdir”. Qaydarın fikrincə, revanşist, neofaşist gələcəyin qarşısını almaq üçün keçmiş haqqında həqiqəti söyləmək lazımdır. "Veymar Respublikası hökumətinin Birinci dünya müharibəsinin başlanması haqqında həqiqəti söyləmək istəməməsi onun dağılmasına səbəb olan əsas amillərdən biri idi", - Qaydar yazırdı: "SSRİ-nin dağılmasının səbəbləri və mexanizmləri haqqında həqiqət sistemli şəkildə deyilmir”. O, Putinin mülahizələrini tənqid edib: "Xarici düşmənlər tərəfindən dağıdılan firavan və qüdrətli dövlət əfsanəsi - ölkənin gələcəyi üçün təhlükəli olan mifdir”. Qaydar həmişə qorxurdu ki, Putin indi Ukraynada etdiyi işi nə vaxtsa edəcək. Qaydar haqlı idi, amma o, lazım olan vaxtdan əvvəl haqlı çıxdı: onun xəbərdarlıqlarına məhəl qoyulmadı. O, 2009-cu ildə 53 yaşında dünyasını dəyişdi və bu gün Rusiyanın gələcəyi məhz onun təsvir etdiyi axmaqlığa görə sual altındadır. Alman cəmiyyəti Hitleri dayandıra bilmədiyi kimi, Rusiya cəmiyyəti hələ də Putini dayandıra bilməyib. Və beləliklə, 1939-cu ildə olduğu kimi, bu xoşagəlməz iş Qərbin çiyninə düşür. Bu gün Qərb Putinə və onun rejiminə Uinston Çörçilin Hitlerə qarşı münasibəti kimi davranmalıdır: onunla danışmayın, onu sadəcə məhv edin. Putin kimi dalana dirənmiş liderlər danışıqlarda etibarlı tərəfdaş olmurlar, onlat tərəfdaş olmaq üçün çox fanatik və ümidsizdirlər. Bəli, təbii ki, indi Putinin, Rusiya ordusunun 1/3 hissəsi məhv edildiyindən yeganə arqumenti nüvə silahıdır. Lakin Qərbin də nüvə bombaları var və sadəcə olaraq Putinə və "düyməni basa bilənlərə” izah edilməlidir ki, nüvə silahından hər hansı istifadə tammiqyaslı cavab tədbirləri görəcək. Kuba raket böhranı zamanı Nikita Xruşşovla sərt ritorika işə yaradı və indi də işləyəcək, çünki bu, Putinin anladığı yeganə dildir. Qərb siyasətinin ruslara köməyi ondan ibarət olmalıdır ki, prezident Co Baydenin "Allah xatirinə, bu adam hakimiyyətdə qala bilməz” müdrik sözlərini reallığa çevirsin. Mənbə: "Project Syndicate" Tərcümə: Nizami Bağırov Qaynarinfo
- “Laçın dəhlizi və Laçın şəhəri Azərbaycana təhvil veriləcək”
28 iyun 2022 11:14
- Ruslar Kiyevdə uşaq bağçasını raketlə vurub - Video
26 iyun 2022 15:54
- “Qaçaq səfir” Kiyevə qayıtmaq istəmir
25 iyun 2022 10:54
- Putinin “nüvə çamadanı”nı daşıyan mühafizəçi başından güllələndi - Foto
23 iyun 2022 11:41
- “General Rüstəm Usubovun həbsinə göstəriş verdi, mən icra etmədim”
21 iyun 2022 10:46
- Tokayev Rusiyanın ordenindən imtina etdi
19 iyun 2022 11:42
- “Açıq şəkildə deyirdi ki, filankəsi azad et, ya da həbs elə”
14 iyun 2022 13:46
- Rusiyanın zərbələri altındakı Ukrayna... - DƏHŞƏTLİ Fotolar
13 iyun 2022 21:34
- Bakı Zooparkı tarixində ilk - Fotolar
13 iyun 2022 14:55
- Kamran Bağırov Qarabağın Ermənistana birləşməsinə qərar vermiş iclasa necə gəlib?
12 iyun 2022 19:11
- İyulda 12 gün iş olmayacaq
01 iyul 12:53
- Deputatdan oğlu ilə bağlı paylaşım - Foto
01 iyul 11:40
- Prezident Türkiyə, Pakistan və Özbəkistan rəsmilərini qəbul etdi
30 iyun 18:24
- “Yaşar Aydəmirovun əmisi oğluyam” deyib 14 min pul aldı
30 iyun 15:56
- Ərdoğanın ABŞ Prezidenti ilə görüşü başa çatıb
30 iyun 10:37
- Şagirdlərə dini mahnı oxudan müəllimə və məktəb direktoruna töhmət verildi - Video
29 iyun 10:40
- Atambayevə bəraət verildi
29 iyun 10:32
- Bakıda məşhur həkim özünü 11-ci mərtəbədən atdı
28 iyun 12:29
- “Laçın dəhlizi və Laçın şəhəri Azərbaycana təhvil veriləcək”
28 iyun 11:14
- “İstisu suyu ixrac ediləcək” - Prezident
27 iyun 12:57
- Bakıda Azərbaycan-Türkiyə-Qazaxıstan nazirlərinin görüşü keçirildi
27 iyun 10:37
- “Prezident Şuşa əməliyyatında bunu qəti qadağan etmişdi”
27 iyun 08:08
- Mövlud Çavuşoğlu Azərbaycana gəldi
26 iyun 22:26
- Prezident Göygöl, Kəlbəcər və Laçına getdi
26 iyun 19:47
- Ruslar Kiyevdə uşaq bağçasını raketlə vurub - Video
26 iyun 15:54
- Kiyevin mərkəzi raketlə vuruldu
26 iyun 12:33
- Gəncədə Qafqaz İslam Ordusuna abidə ucaldıldı - Fotolar
26 iyun 09:25
- Bu şəxslərin rütbəsi artırıldı - Siyahı
25 iyun 15:11
- “Qaçaq səfir” Kiyevə qayıtmaq istəmir
25 iyun 10:54
- Özbəkistanla imzalanan ən mühüm sənəd
23 iyun 11:54
- Putinin “nüvə çamadanı”nı daşıyan mühafizəçi başından güllələndi - Foto
23 iyun 11:41
- “Maaşım yüksəkdir, amma gilas ala bilməmişəm” - Fəzail Ağamalı
23 iyun 11:36
- Gömrük generalı ilə bağlı qərar verildi
23 iyun 11:11
- Bakıda avtobusda terror, planı pozan “stəkan”, dəli olan erməni terror..
22 iyun 14:03
- Ombudsman 30 minə təyyarə icarəyə götürüb? - Rəsmi açıqlama
22 iyun 10:29
- Sevinc Məhərrəmovanı qətlə yetirən ərinə ağır cəza verildi
21 iyun 19:01
- İlham Əliyevlə Şavkat Mirziyoyev Daşkənddə Heydər Əliyev Meydanının açılışına qatıldı
21 iyun 15:25
- Prezident Özbəkistana getdi - Fotolar + Yenilənib
21 iyun 13:29
- “General Rüstəm Usubovun həbsinə göstəriş verdi, mən icra etmədim”
21 iyun 10:46
- DTX Gömrük Komitəsində əməliyyat keçirdi - Vəzifəli şəxslər saxlanıldı
21 iyun 10:31