“Facebook”da süni intellekt texnologiyaları üzrə işləyən azərbaycanlı
Müsahibə24 aprel 2022 15:36
İlqar Ramazanlı: "Cansız kompüterə öyrətməyi bacarırıqsa, canlı, dərrakəsi olan insanın öyrənə bilməyəcəyini necə iddia etmək olar?”
Öyrənməyin, peşəkarlığın insanın özündən asılı olduğuna inanır. Düşünür ki, insan səy göstərsə, səhvlərini analiz edib nəticə çıxararaq davam etsə, mütləq alınacaq. Ona görə, əgər cansız kompüterlər öyrənə bilirsə, dərrakəsi olan insan niyə bacarmasın? Müsahibimiz "Facebook”da süni intellekt texnologiyaları üzrə tədqiqatçı kimi çalışan İlqar Ramazanlıdır. 1992-ci ildə Bakıda anadan olub. Anası pediatr həkim, atası fizika elmləri mütəxəssisi və nanotexnologiya üzrə professor olub. Uşaqlıqdan riyazi və məntiqi düşüncəsi ilə yaşıdlarından seçilib. Onun bu istedadını ilk dəfə atası kəşf edib. Elə bu kəşf karyera yolunda ən böyük cığırı açıb.
"Çətin həlli çətin olan məsələlərə həmişə marağım olub”
- Ümumiyyətlə, həlli çətin olan məsələlərə həmişə marağım olub. Uşaqlıqdan həll edə bilmədiyim və cavabı barədə heç bir ideyam olmadığı suallar üzərində işləməyi çox sevmişəm. Məhz bu marağıma görə atam məni Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat professoru ilə tanış etdi. Onun köməyi ilə 9-cu sinifdə riyaziyyat sahəsində məktəb proqramını tam, universitet proqramının isə bir hissəsini sürətli şəkildə başa çatdırdım. Bununla yanaşı, o vaxt Bakı Özəl Türk Liseyinin kiçik qrupdan ibarət beynəlxalq olimpiada hazırlıq bölməsi var idi. Hər yay orada dostlarım ilə həll edə bilmədiyimiz çətin məsələlər üzərində baş sındırırdıq. Beləliklə, analiz və dərin düşüncə qabiliyyətimizi inkişaf etdirirdik. Hətta çox vaxt suallar üzərində bir neçə gün düşünüb bir ideya tapmadan sualı tərk etmək məcburiyyətində qalırdıq. Amma əsas olan düşünmək idi.
- Bu gün uğurlu olma səbəbiniz valideyn istiqamətləndirməsidirmi?
- Uşağın bacarığının ortaya çıxarılmasında valideyn rolu 95 faizdir. Düzdür, əziyyəti uşaq çəkir. Amma istiqamət mütləq olmalıdır. Bir valideyn səhv istiqamətləndirib övladının həyatını məhv də edər, çox xırda istiqamətlənmə ilə müsbətə doğru dəyişə də bilər. Atam məni vaxtında düzgün istiqamətləndirməsəydi, böyük ehtimal ki, istedadım olmayan sahələrə gecə-gündüzümü sərf edib, uğursuz olacaqdım.
"Tədqiqat sahəmi süni intellektə yönəltdim”
- Beynəlxalq olimpiadalarda qalibiyyətləriniz də var. Üstəlik, olimpiadaya şagird də hazırlamısınız.
- Bəli. Uşaqlıqda ən çox sevdiyim fəaliyyət olimpiadalar ilə məşğul olmaq idi. Bir çox beynəlxalq və yerli olimpiadalarda qalibiyyətlərim olub. Məktəbi bitirdikdən sonra məktəblərarası beynəlxalq olimpiadalara qatılan şagirdləri də hazırlamağı sevmişəm. Bu şagirdlərin əksəriyyəti qalib olub.
- Türkiyə, İsveçrə və Amerikada kompüter və riyaziyyat sahəsində təhsilinizi davam etdirmisiniz. Daha sonra ixtisasınızı süni intellektə yönləndirdiniz. Bu necə baş verdi?
- Orta Doğu Teknik Universitetində (ODTU) kompüter mühəndisliyi oxuyurdum. Daha sonra ikinci ixtisas kimi riyaziyyatı seçdim. ODTU-də çox maraqlı 4 il keçirdim. Bundan sonra magistraturada təhsil almaq üçün İsveçrə Federal Texniki Universitetinin Lozanna (EPFL) şəhərindəki bölməsinə yönəldim. Burada dünya riyaziyyat və kompüter elmləri sahəsində iz qoyan bir çox görkəmli professor tanıdım və onlardan dərs almaq şərəfinə nail oldum. Məşhur professor Janos Pach ilə daha yaxından işləyib, onun referansı ilə Amerikada Karneqi Mellon Universitetinə doktoranturaya qəbul oldum. Bu universitet kompüter elmləri, süni intellekt və dram məktəbi sahəsində dünyaca məşhurdur. Doktorantura oxuduğum illərdə dünyada süni intellekt sahəsində böyük sıçrayış baş verirdi. Bu, məni də maraqlandırdı və tədqiqat sahəmi süni intellektə yönəltdim.
"Google” şirkətində təcrübə keçdim”
- "Google”da təcrübə keçmisiniz. "Google” ilə yolunuz necə kəsişdi?
- Doktoranturada oxuyarkən 2-ci ili bitirdikdən sonra "Google” şirkətində təcrübə keçdim. İlk dəfə orada gördüm ki, sənayedə tədqiqat sahəsində necə layihələr üzərində işləyirlər. Demək olar ki, orada nəzəriyyə ilə məşğul olan yoxdur. Üstəlik, bir çox insan maşın öyrənilməsi və süni intellekt üzərində işləyirdi. Universitetə qayıtdıqdan sonra mən də tədqiqat sahəmi nəzəri maşın öyrənilməsi və süni intellekt alqoritmləri sahəsinə dəyişdirdim. Hazırda "Facebook”un Nyu-York ofisində tədqiqatçı işləyirəm.
- İşinizin xüsusiyyətləri nədir?
- "Facebook” və "İnstaqram”ın əsas gəlir mənbəyi reklamlardır. Bu proqramların milyardlarla istifadəçisi var. Hər istifadəçinin hansı reklamı görməsi avtomatlaşdırılmaq məcburiyyətindədir. Bu avtomatlaşdırma mürəkkəb alqoritm vasitəsilə olur. Onun dizaynında isə yüzlərlə elmi işçi işləyir. Alqoritmin təxmini illik dövriyyəsi 100 milyarddan artıqdır. O qrupda bizim hər birimizin işi ondan ibarətdir ki, alqoritmi daha dəqiq hesablayaq. Bəzən "instaqram”da və "facebook”da sizə aid olmayan reklamlar görürsünüz. Onların aradan qaldırılması və insanların diqqətinə, marağına uyğun reklamların qarşısına çıxmasını təmin etməyə çalışırıq. Kənardan sadə reklam kimi görünsə də, bu çox çətin süni intellekt məsələsidir. Eyni məntiqi bir çox sahələrə tətbiq etmək mümkündür. Yəni bu alqoritmlər tək reklamla əlaqəli deyil.
"Sosial şəbəkələrdə reklamlar bunun nəticəsində qarşımıza çıxır”
- Sosial şəbəkələrdə bir çox hallarda istifadəçi hansısa məhsul haqqında düşünürsə, qarşısına çıxır. Bu, necə baş verir?
- Bəzi insanlar düşünür ki, onları dinləyirlər. Texnologiyanın hələ ki belə gücü yoxdur. Bunu bilmək üçün bir addım gerini düşünməliyik. Nəyisə haradasa gördükdən və ya kiminləsə o barədə danışdıqdan sonra düşünürük. Çox vaxt ünsiyyət qurduğumuz insanlar bu barədə artıq internetdə axtarış vermiş olurlar. Reklamlar bunun nəticəsində qarşımıza çıxır.
- "Google” və "facebook”un iş prinsiplərindən danışardınız.
- Ən əsası, kimin nə geyindiyi, kimin işə nə vaxt gəldiyi heç kimə maraqlı deyil. İstəyən istədiyi saatda gəlir, istədiyi saatda gedir. Şirkətə maraqlı olan verilən tapşırıqları yerinə yetirməkdir. Bu kənardan bəzən çox rahat və rəngarəng görünsə də, əslində, işçinin üzərinə qoyulan çox böyük məsuliyyətdir.
"Süni intellekti öyrənmək üçün "Facebook” ən yaxşı yerdir”
- "Facebook” sizin üçün zirvədir, yoxsa hələ yolunuz var?
- İşimi çox bəyənirəm. Süni intellekti öyrənmək üçün "Facebook” ən yaxşı yerdir. Dünya daim dəyişir və inkişaf edir. Hər bir şirkət, universitet bu dinamizmin bir parçasıdır. Ona görə də bu fəaliyyətlər axıntısında heç bir ünvanı zirvə adlandırmıram.
- Bir insanın əgər istəyərsə, hər şeyi bacaracağına inanırsınız. Bəs burada şans rol oynayırmı?
- Şans rol oynayır. Mənim şansım ailəm idi. Amma öyrənmək insanın özündən asılıdır. Apardığımız tədqiqat ilə cansız kompüterə öyrətməyi bacarırıqsa, canlı, dərrakəsi olan insanın öyrənə bilməyəcəyini necə iddia etmək olar? Əlbəttə, istədiyimiz hər şeyi əldə etməyəcəyik. Bəzən həyat istiqamətimizi bizdən asılı olmadan dəyişir. Yeni vəziyyətə tez adaptasiya olub, qaldığımız yerdən davam etməyi bacarmalıyıq.
Mənbə: "Kaspi" qəzeti
Oxşar xəbərlər
- Seyran Səxavət: Yazıçı Anarın yerinə mən olsaydım, hamısını AYB-dən xaric edərdim
11 yanvar 2026 22:42
- Veysəloğlu MMC -Gələcəyin Liderlik Ekosisteminin Qurulması- üzrə strateji yanaşmasını təqdim etdi (FOTO)
9 yanvar 2026 18:47
- Leyli və Məcnun-u süni intellektlə təqdim etdi
9 yanvar 2026 13:30
- Şəhriyarla Teymur şahmatdan milyonlar qazanıb - MƏBLƏĞ
8 yanvar 2026 13:32
- Azərbaycan cazının əfsanəsi erməni əli ilə necə öldürüldü?
7 yanvar 2026 23:05
- Oliqarx oğlunun işində gözlənilməz dönüş - DNK nümunələri saxtalaşdırıla bilər
6 yanvar 2026 23:38
- Dubaydakı dəbdəbəli toyun sahibi Razi Nurullayevin qardaşı imiş - Video
6 yanvar 2026 22:12
- İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul etdi (FOTO)
4 yanvar 2026 21:03
- Tofiq Kazımovun həyat yoldaşı: KQB-də işləyən qaynım demişdi, Səməd Mənsurun kitablarını yandırın..
27 dekabr 2025 11:29
- Axtarışa verilən Abbas Abbasov harada gizlənir ?
17 dekabr 2025 11:11
Xəbər lenti
- Azərbaycan Qarabağda yaşayan 10 ermənini Ermənistana təhvil verdi
23 yanvar 14:17
- Rəşid Behbudovun qızı...RƏDD ETDİ
22 yanvar 22:18
- İlham Əliyev: Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!
22 yanvar 13:01
- Ermənilər barışığa can atır, amma heç vaxt inanmaq olmaz – Xankəndili sabiq deputat
21 yanvar 17:09
- Bacısı oğlundan keçmiş deputata ittiham: Ştutqartı əlimizdən alıb
21 yanvar 16:58
- Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - Siyahı
21 yanvar 16:49
- Azərbaycan və İsrail prezidentləri görüşdü - Fotolar
21 yanvar 16:43
- Keçmiş vəkil Cavidan Osmanlı hakimin adından saxta sənəd düzəltdi - Qadın 20 min manat əlavə ziyana düşdü
19 yanvar 17:30
- İlhamənin oğulluğu Elmira Axundovanın oğlu ilə birləşib deputatlara pul atırdı - Əli Mirəliyevdən ŞOK AÇIQLAMALAR
19 yanvar 17:24
- Sədrin kabinetində keçirildiyi deyilən əməliyyatla bağlı - Partiyadan açıqlama
19 yanvar 17:10
- Prezident və birinci xanım Sürixə getdi (FOTO)
19 yanvar 16:53
- Aytəkin Cəfərovaya Qarabağda vəzifə verildi
19 yanvar 16:36
- Prezident MİQ-in ödənişli olmasını - Təsdiqlədi
15 yanvar 18:10
- Görün Hacıbala Abutalıbov harada yaşayır (FOTO)
15 yanvar 17:57
- Havanın temperaturu 8 dərəcə enəcək, qar yağacaq
15 yanvar 17:51
- Ramiz Mehdiyev -Elmira Axundova tandeminin adı keçən 8 milyonluq qalmaqal
12 yanvar 19:04
- Deputat öz yerinə onu təyin etdi
12 yanvar 18:53
- Qrenlandiyanı biz ələ keçirməsək, bunu Rusiya və ya Çin edəcək - Tramp
12 yanvar 12:52
- Prezidentin sədrliyi ilə müşavirə keçirildi (FOTO)
12 yanvar 12:44
- Azərbaycan, HAZIR OL ! - Amerikadan ŞOK XƏBƏRDARLIQ gəldi
12 yanvar 11:56
- İranda aksiyalarda ölənlərin sayı 500-ü keçdi
12 yanvar 11:18
- Seyran Səxavət: Yazıçı Anarın yerinə mən olsaydım, hamısını AYB-dən xaric edərdim
11 yanvar 22:42
- Kuba Prezidenti Trampa cavab verdi: Xalqımız son damla qanına qədər vətənini müdafiə etməyə hazırlaşır
11 yanvar 22:26
- Pezeşkian xalqı meydanlara çağırdı
11 yanvar 21:26
- Qaxdakı dünya əhəmiyyətli abidə MƏHV OLMAQ ÜZRƏDİR (VİDEO)
11 yanvar 21:18
- Azərbaycanda 14 gün İŞ OLMAYACAQ
11 yanvar 15:15
- Ağdərədə mina partladı: Xəsarət alan var
11 yanvar 15:01
- Adnan Əhmədzadənin adı hallanan Grand-Martın 4 MİLYON VERGİ BORCU
11 yanvar 13:57
- Tüstü bacaları ölüm saçır: Məsuliyyəti kimsə üzərinə götürmür
11 yanvar 13:02
- İranda etirazçılara sərt xəbərdarlıq - Bu şəxslər EDAM olunacaq
11 yanvar 12:56
Video & Fotoqalereya
Video
Fotoqalereya







