2 il 6 ay həbs yatdıqdan sonra günahsız olduğu bilindi

Lənkəran sakini Nurlan Ağazadə 2 il 6 ay həbsdə saxlanandan sonra təqsirsiz olduğu üzə çıxıb.
“Qafqazinfo” “Azadlıq Radiosu”na istinadən xəbər verir ki, 2019-cu ilin noyabrından həbsdə olan 30 yaşlı Ağazadə aprelin 25-də Bakı Apellyasiya Məhkəməsində azadlığa buraxılıb. Belə ki, Bakıda tikintidə fəhlə işləyən Nurlan ölümlə nəticələnən yol qəzası törətməkdə ittiham olunub. İddia edilib ki, o, hadisəni törədəndən sonra qaçıb və maşınla vurduğu 32 yaşlı qadın ölüb. Bakı Ağır Cinayətlər Məhkəməsi ona 7 il 6 ay həbs cəzası verib. Nurlan Bakı Ağır Cinayətklər Məhkəməsində ifadə verərkən, sürücülük vəsiqəsi belə olmadığını, hadisə baş verəndə iş yerində olduğunu deyib. Tikintinin icraçısı Qoşqar Sultanov da hadisə vaxtı Nurlanın tikintidə olduğunu təsdiqləyib: "Dedi ki, əmimin balası var, bu işi boynuma götürəcəm. Danladım, xeyri olmadı". Nurlan qəzanın əmisi tərəfindən törədildiyini, lakin əmisinin xahişi ilə qəzanı üzərinə götürdüyün bildirib. Belə ki, əmisi ona azyaşlı övladlarının olduğunu, evə ondan başqa qazanc gətirənin olmadığını deyərək, bu işi öz üzərinə götürməsini istəyib. Əmisi Nurlana söz verib ki, nəyi varsa, satacaq və onun həbsdə qalmasına imkan verməyəcək. “Mənə yalvardı, gözümün qabağına uşaqları gəldi. Söz verdi ki, evini, maşınını satacaq, məni həbsdə qoymayacaq. Həm inandım, həm də yazığım gəldi və buna görə də razılaşdım. Mənə izah elədi ki, hadisə harada olub, necə olub. Maşını aparıb hara qoyub. Amma yolda mənə qadının öldüyünü deməmişdi. Həm də yaşlı qadın olduğunu bildirmişdi. Sonradan bilmişəm ki, sən demə, cavan adam imiş, həm də mənimlə danışanda qadın artıq keçinibmiş”, - Nurlan Ağazadə məhkəmədə belə deyib. Nurlan Ağazadənin vəkili Yeganə Məmmədova bildirib ki, müvəkkilinin 2 il 6 ay günahsız həbsdə saxlanmasıyla əlaqədar kompensasiya almaq üçün məhkəməyə müraciət edəcəklər: "Gözləyəcəyik ki, prokurorluq apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə protest verəcək, yoxsa yox. Bu məsələ ilə bağlı yekun qərar qəbul ediləndən sonra təzminat üçün müraciət edəcəyik. Çünki gənc bir adamı heç bir günahı olmadan 2 il 6 ay həbsdə saxlamaq çox böyük qanunsuzluqdur".
- Türk Dünyası Gənclik Qurultayı
16 sentyabr 2025 22:57
- Özbəkistan Rusiyaya nota verdi
16 sentyabr 2025 13:08
- Özbəkistan səfərindən tez-tələsik təəssüratlarım - iLQAR TAĞI
16 sentyabr 2025 00:38
- Prezident Seyidbəyliyə getdi - Fotolar
15 sentyabr 2025 09:59
- Bakının işğaldan azad edilməsindən 107 il ötür
15 sentyabr 2025 00:55
- Sumqayıtda xəstəxana həyətindən 8 aylıq qız DÖLÜ TAPILIB
14 sentyabr 2025 18:04
- Bu gün Elçin Mahmudovun doğum günüdür
14 sentyabr 2025 15:33
- Xocalının körpəsi, Türkiyənin müəllimi...
14 sentyabr 2025 13:13
- Gürcüstanın keçmiş müdafiə naziri həbs olundu
13 sentyabr 2025 22:23
- Səfirimizin katibəsindən nikahdankənar uşağı var? - Aliment vermir
13 sentyabr 2025 19:38
- Tramp Britaniyada qaydaları pozdu: Kraldan qabağa keçmək və ona toxunmaq qadağandır
18 sentyabr 01:38
- Arvaddır, boşayıram, yenə alacağam
18 sentyabr 00:23
- Azərbaycanda qeydiyyatda olan narkomanların sayı açıqlandı - 40 MİN 490
17 sentyabr 22:34
- Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək (SƏRƏNCAM)
17 sentyabr 21:52
- Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı təsdiq edildi
17 sentyabr 21:00
- Gürcüstan Azərbaycana borcunu tam ÖDƏDİ
17 sentyabr 13:57
- Ay nazir, sənə yazmışam, niyə cavab vermirsən?
17 sentyabr 12:22
- Azərbaycan Prezidenti Donald Trampa təşəkkür etdi
17 sentyabr 11:52
- QARABAĞ-ın Lissabon zəfəri -FOTO
17 sentyabr 02:19
- Türk Dünyası Gənclik Qurultayı
16 sentyabr 22:57
- Bu şəxslərə birdəfəlik 500 manat veriləcək
16 sentyabr 22:06
- Cəlilabadda məktəbli sinif yoldaşını bıçaqla öldürdü
16 sentyabr 15:44
- Veysəloğlu-Distribusiya ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - Xoşbəxtlik Çantası layihəsinin növbəti mərhələsi baş tutdu
16 sentyabr 15:34
- İlham Əliyev BƏƏ Prezidentini Füzulidə qarşıladı - Fotolar
16 sentyabr 13:23
- Özbəkistan Rusiyaya nota verdi
16 sentyabr 13:08
- Ağsu sakini nazir Vilayət Eyvazova müraciət etdi
16 sentyabr 12:26
- Azərbaycan təhsil xərclərini 1 % artırır
16 sentyabr 11:23
- Bir evdən 6 uşaq məktəbə getdi
16 sentyabr 11:11
- Prezident Selçuk Bayraktaroğlunu qəbul etdi (FOTO)
16 sentyabr 01:57
- Bakcell Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü
16 sentyabr 01:12
- Özbəkistan səfərindən tez-tələsik təəssüratlarım - iLQAR TAĞI
16 sentyabr 00:33
- Azərbaycanlı Rusiyada deputat seçildi
15 sentyabr 11:26
- Kəlbəcərdən çıxanda 80 yaşı olub - İndi 113 yaşında qayıdır
15 sentyabr 10:21
- Prezident Seyidbəyliyə getdi - Fotolar
15 sentyabr 09:59
- Asiyada ən böyük hərbi təlim başlanır - Üç ölkə üç məkanda...
15 sentyabr 09:46
- Bakının işğaldan azad edilməsindən 107 il ötür
15 sentyabr 00:55
- Azərbaycanda Bilik Günüdür
15 sentyabr 00:42
- Rusiya Britaniyanın müsəlman daxili işlər nazirini hədəfə alıb - Kreml mediası Şabanaya böhtanlar yağdırır
14 sentyabr 23:51
- Sumqayıtda xəstəxana həyətindən 8 aylıq qız DÖLÜ TAPILIB
14 sentyabr 18:04
- Bu gün erməni əsilli şəxs Xankəndidə polisə qumbara atdı, atəş açdı...
14 sentyabr 17:43