“Nar” 15 ildir ki, sosial layihələri ilə cəmiyyətə müsbət dəyişikliklər gətirir
Artıq 15 ildir ki, müştərilərini etibarlı mobil rabitə ilə təmin edən, onların ehtiyaclarını daim diqqət mərkəzində saxlayan “Nar” bu illər ərzində bir çox uğurlu layihələrə imza atıb. Bu gün milyonların seçimi olan “Nar” istifadəsi rahat, hər bir abunəçi istəyinə uyğun təkliflər və fərdi rəqəmsal xidmətlər təqdim edən mobil operatora çevirilib.
“Nar” telekommunikasiya sahəsi ilə yanaşı, cəmiyyət üçün həssas olan məsələlərdə də cəsarətli addımları ilə seçilir. Belə ki, mobil operator ölkə üçün bir çox əhəmiyyətli sosial layihələr həyata keçirir. Korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində fiziki məhdudiyyətli insanların dəstəklənməsi, elm və təhsilin və gənclər arasında idmanın təbliği, eləcə də milli-mənəvi irs və vətənpərvərlik və digər bu kimi önəmli məsələlərdə aktiv iştirak edir.
Fiziki məhdudiyyətli şəxslərə xüsusi qayğı
“Nar”ın KSM strategiyasının ən vacib istiqamətlərindən birini xüsusi qayğıya ehtiyacı olan, fiziki məhdudiyyətli şəxslərə dəstək təşkil edir. Şirkətin bu yöndə gerçəkləşdirdiyi uğurlu layihələr sırasında autizm sindromlu uşaqlar, eyni zamanda eşitmə və nitq məhdudiyyətli insanlar üçün müxtəlif layihələr həyata keçirməsini göstərmək olar. “Nar” ölkədə işarət dili ilə bağlı bəzi tədris vəsaitlərinin hazırlanmasına dəstək olub. İlk olaraq, “Səssiz dünyaya körpü” adlı kitabda eşitmə və nitq məhdudiyyəti olan insanların ünsiyyətini asanlaşdırmaq məqsədilə işarət dilində olan sözlərin jestlərlə izahı verilib. Rəqəmsallaşmağa doğru addım isə ölkədə eşitmə və nitq məhdudiyyətli insanlar üçün ilk elektron lüğətin hazırlanması olub. www.jestdili.az veb-səhifəsində yerləşdirilən elektron lüğətdə təxminən 3000-ə qədər söz və söz birləşməsi jestlərinin izahedici mətnləri, 2100-dən artıq jestin şəkilləri və videoları verilib.
Eşitmə məhdudiyyətli insanlar “Nar”ın köməyi ilə iş tapıblar
Fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası üçün reallaşdırılan növbəti layihə “Təlim Məktəbi” layihəsidir. 5 ilə yaxındır “Karlara Dəstək” İctimai Birliyi ilə birgə Bakıda və regionda reallaşdırılan layihənin məqsədi eşitmə məhdudiyyəti olan insanların peşə qazanmasına dəstək olmaq, onların cəmiyyətə inteqrasiyasına kömək etməkdir. Layihə boyunca təcrübəli mütəxəssislər tərəfindən aşpaz, şirniyyat ustası, motorçu, smartfon təmiri, dərzi, bərbərlik kimi ixtisaslar üzrə təlimlər təşkil olunub.

Tələbələr üçün saysız imkanlar
Mobil operator fəaliyyət göstərdiyi 15 il ərzində daim gənclərin oxumağa həvəsini artırmaq, onlara təhsilin önəmini aşılamaq məqsədilə çoxsaylı layihələr həyata keçirib. Gənc peşəkar kadrların formalaşması üçün müsabiqələrə və intellektual yarışlara dəstəyini nümayiş etdirib, müxtəlif universitetlərlə əməkdaşlıq qurub və onların təqaüd proqramında iştirak edib. 2017-ci ildən etibarən hər il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərmiş abituriyentlərin “Nar” tərəfindən mükafatlandırılması artıq ənənə halını alıb.
Ölkədə təhsilin daha yüksək inkişafı, yerli kadrların yetişməsi, onların beynəlxalq rabitə bazarında seçilən peşəkarlardan birinə çevrilməsi məqsədilə “Nar” müxtəlif təhsil müəssisələri ilə əməkdaşlıq edir. Şirkət tərəfindən Azərbaycan Texniki Universiteti və Naxçıvan Dövlət Universitetinin yüksək göstəricilərə malik tələbələrinə təqaüd verilir, onlar üçün nəzəri və təcrübi təlimlər təşkil olunur. ADA Universiteti arasında uzunmüddətli əməkdaşlıq çərçivəsində isə bu nüfuzlu ali məktəbin tələbə və məzunları üçün bir çox imkanlar yaradılır, tələbələrin xərcləri qarşılanır və digər layihələr reallaşdırılır.
Gənclərin maariflənməsi, dünyagörüşünün və analitik düşüncə bacarığının inkişafı naminə icra edilən layihələrdən biri də “Breyn Rinq” bilik müsabiqəsidir. Ölkəmizdə çox populyar olan bu intellektual yarışma “Nar”ın dəstəyi ilə keçirilir.
Təhsilə dəstək – gələcəyə dəstəkdir
Mütaliəni təlqin etmək, kitabları hər kəsə daha əlçatan etmək, eyni zamanda, görmə məhdudiyyətli şəxslərin mütaliəsi üçün imkanlar açmaq məqsədilə reallaşdırılan ən böyük Azərbaycandilli səsli kitabxana olan “Canlı kitab” layihəsi də diqqətçəkən proqramlardan biridir. Layihənin icra olunduğu müddətdə tanınmış aktyorlar və qiraət ustaları "Radio Antenn" 101.1 FM-in efirində Azərbaycan və dünya ədəbiyyatının seçmə əsərlərini səsləndiriblər. İstifadəçilərin rahatlığı və ödənişsiz istifadəsi üçün audiokitabxana “YouTube” platforması üzərindən yaradılıb.
Uşaqlarda mütaliə vərdişinin formalaşmasına dəstək olan “Nar” məktəbləri kitabla təmin etməyi də artıq ənənə halına gətirib. Hər il bəzi məktəblərə kitablarla yanaşı, elektron kitabxanaya giriş imkanı yaradan müasir kompüterlər də hədiyyə olunur. Müharibədən zərər çəkmiş təhsil ocaqları da unudulmur. Məsələn, mobil operator ötən dərs ilinin ilk dərs günündə Vətən müharibəsi dövründə mərmilərdən zərər çəkmiş bir neçə məktəbə dəstək olub, birinci sinfə gedən şagirdləri məktəb ləvazimatları ilə təmin edib.
Bundan başqa, “Nar” 23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə, Bakı Kitab Mərkəzi və Təhsil Nazirliyinin dəstəyi ilə məktəblilər üçün “Oxu saatı” layihəsini həyata keçirib. Pandemiya dövründə məktəblilərin maarifləndirilməsi və mütaliə vərdişlərini inkişaf etdirərək səmərəli vaxt keçirmələrinə dəstək məqsədilə həyata keçirilən layihə çərçivəsində Azərbaycanın ədəbiyyat və incəsənət sahəsinin tanınmış simaları uşaqlar üçün “Zoom” platforması üzərindən müxtəlif bədii əsərlərdən parçalar səsləndiriblər.
İdmanın təbliği
Sağlam həyat tərzini təbliğ edən “Nar” gənclərin zərərli vərdişlərdən uzaq olması və cəmiyyətin layiqli üzvü kimi yetişməsinə töhfə vermək məqsədilə aztəminatlı ailələrdən olan gənc boksçuların və fiziki məhdudiyyətli idmançıların dünya miqyasında Azərbaycanı təmsil etməsinə də dəstək olur. Mobil operator artıq uzun müddətdir ki, “Baku Fight Lab” boks klubunun rəsmi tərəfdaşıdır. “Nar”ın dəstəyi ilə boks klubu valideyn himayəsindən məhrum və aztəminatlı ailələrdən olan uşaqlar üçün peşəkar təlimlər keçirilib. Gənc boksçuların texniki təchizatı təmin edilir, təlimlər isə klubun Dünya və Avropa çempionu olmuş peşəkarları tərəfindən keçirilir.
Qlobal pandemiya ilə mübarizə
Koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə yerli şirkətlər bir sıra sosial layihələrin aktiv iştirakçıları oldular. “Azerfon” da bu təşəbbüsə qoşuldu və Koronavirusla Mübarizəyə Dəstək Fonduna yarım milyon manat vəsait ianə etdi. Virusla mübarizə uğrunda çalışan tibb personalı, o cümlədən, xüsusi rejimli xəstəxanalarda nəzarətdə olan şəxslər pulsuz mobil rabitə ilə təmin edildi.
Pandemiya dövründə müştərilərini kəsintisiz rabitə xidməti ilə təmin edən “Nar” distant formada dərs keçən müəllimləri, çətin şəraitdə təhsilini davam etdirən tələbə və şagirdləri də diqqətdən kənarda qoymadı və sərfəli “TƏHSİL+” internet paketini təqdim etdi. Bununla da hər kəsin onlayn dərslərə daha rahatlıqla qoşula bilməsinə imkan yaradıldı. Mobil operator, həmçinin Təhsil Nazirliyinin xüsusi layihəsi olan “Dərs vaxtı” proqramını da rabitə dəstəyi ilə təmin edirdi.
Şəhid ailələri və qazilərə diqqət
Əsas amallarından biri - Vətənə bağlılığın təşviqindən ibarət olan “Nar” həm Vətən müharibəsi zamanı, həm də şanlı qələbədən sonrakı dövrdə milli ruh yüksəkliyinə köklənmiş sosial layihələrini icra edib. Hələ 44 günlük Vətən müharibəsi dövründə cəbhə xətti ilə sərhəddə olan, həmçinin düşmən zərbəsinə tuş gəlmiş Gəncə və Bərdədə yaşayan abunəçilərini danışıq dəqiqəsi ilə təmin edib.

Müharibədən sonra isə qələbə uğrunda canını fəda etmiş şəhidlərin ailə üzvlərinə və cəsur qazilərə xüsusi diqqətin göstərilməsi sosial layihələrdə prioritetə çevrilib. “YAŞAT” Fondunun təşkil etdiyi aksiyaya qoşulan “Nar” şəhid ailələri və tibb müəssisələrində yataq şəraitində müalicə alan ağır yaralı qazilərə Novruz sovqatlarının çatdırılmasında iştirak edib.
Bundan başqa, şəhid övladları üçün təşkil olunan və 300 uşağın qatıldığı "YAŞAT" düşərgəsinin keçirilməsinə də dəstək olub, iştirakçıları müxtəlif hədiyyələrlə sevindirib.
Şirkət, həmçinin torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhid və qazi ailələrindən olan tələbələrə də dəstək məqsədilə təqaüd ayırıb.
Vətənimizin keşiyində ləyaqətlə dayanan əsgərlərimizə mənəvi dəstək məqsədilə fərqli layihələr icra olunub. Şirkət əməkdaşları mütəmadi olaraq cəbhə bölgəsində və işğaldan azad edilmiş ərazilərdə yerləşən hərbi hissələrə səfər edib, Azərbaycan ordusunun əsgərləri ilə görüşüb, onların asudə vaxtının səmərəli təşkili üçün müxtəlif hədiyyələr də təqdim ediblər.

Beynəlxalq miqyaslı etimad
“Nar”ın KSM çərçivəsində aktiv və çoxşaxəli fəaliyyəti nə yerli, nə də beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmır. Yuxarıda bəhs etdiyimiz “Təlim Məktəbi” layihəsi 2019-cu ildə “Eventiada IPRA Golden World Awards” (Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası Qızıl Dünya Mükafatı) müsabiqəsində yüksək mükafata layiq görülüb. “Nar” beynəlxalq səviyyəli müsabiqənin “KSM üzrə ən yaxşı layihə” nominasiyasının qalibi elan edilib. Mübaliğəsiz olaraq deyə bilərik ki, Azərbaycanı təmsil edən bir şirkətin ilk dəfə bu cür nüfuzlu platformada yüksək nəticə nümayiş etdirməsi əsl uğurun və etimadın göstəricisidir.

Bu, şirkətin davamlı olaraq inkişaf etdirdiyi KSM strategiyasının ilk uğuru deyil. Hələ 2014-cü ildə Fransada keçirilmiş ənənəvi “Cannes Lions” festivalında “Nar Donor” layihəsi “Gümüş Şir” (Silver Lion) mükafatına layiq görülmüşdü.
Gənc yaşına baxmayaraq, mobil operator özünün KSM strategiyası çərçivəsində Azərbaycanın tərəqqisi və xalqımızın rifahına xidmət edən genişmiqyaslı layihələrin reallaşmasına dəstək olur. Bu cür ideyaların həyata keçirilməsinə kömək etməklə, həm də, yüksək mənəviyyata söykənən azərbaycançılıq ideyalarının təbliğinə şərait yaradan qurum ölkənin sosial-iqtisadi inkişafına da töhfəsini verir. Azərbaycanın 15 yaşlı mobil operatoru üstün müştəri təcrübəsini təqdim etməklə yanaşı, cəmiyyətə faydalı olmaq, insanların həyatında müsbət dəyişikliklər yaratmaq naminə fəaliyyətini bundan sonra da davam etdirəcək.



- Pişəvəri və Sovetlər Birliyi - Eyvaz Taha
16 dekabr 2025 19:59
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 2025 12:56
- Prezident AHİK-in VIII qurultayının iştirakçılarına müraciət ünvanladı
16 dekabr 2025 11:38
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 2025 11:28
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 2025 01:48
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 2025 15:38
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 2025 12:19
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 2025 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 2025 21:25
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 2025 21:12
- Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
17 dekabr 00:12
- Mübariz Mənsimovun Ramiz Mehdiyev ilə heç bir zaman nə biznes, nə də şəxsi münasibəti olmayıb
16 dekabr 21:35
- Pişəvəri və Sovetlər Birliyi - Eyvaz Taha
16 dekabr 19:59
- Amnistiyaya bu məhkumlar düşəcək - Həmin şəxslərin dairəsi müəyyənləşdi
16 dekabr 14:32
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 12:56
- Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə
16 dekabr 12:33
- Aqil Abbas: Amnistiya jurnalistlərə də şamil olunsun
16 dekabr 12:13
- Prezident AHİK-in VIII qurultayının iştirakçılarına müraciət ünvanladı
16 dekabr 11:38
- Qonşunuz səs-küy salırsa - Nə etməli ?
16 dekabr 11:26
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
16 dekabr 11:07
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 00:52
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 00:41
- Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi (FOTO)
15 dekabr 22:22
- Prezident bu şəxslərin rütbəsini artırdı (SƏRƏNCAM)
15 dekabr 21:51
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 21:44
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 11:28
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 11:20
- Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salındsı (FOTO)
15 dekabr 11:09
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 01:48
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 13:51
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
