“Məni öldürmək istəyirdilər” - “Lotu Quli” Mübariz Mənsimova niyə zəng..
“Həbs edilməmişdən əvvəl, 2018-ci ildə mənə məlumat verildi ki, sifariş verilib, öldürüləcəksən. Saxlanılanlar oldu, onlardan biri qazax idi. Bu, “Lotu Quli”nin işi idi. Onun kimin adamı olduğunu deməyə ehtiyac yoxdur.
Həmin ilin yazında telefonuma İtaliya nömrəsi ilə zəng gəldi, danışan “Lotu Quli” idi. Dedi ki, qardaşımız haqqında çox pis şeylər danışırsan, bunu etmək olmaz. Dedim, qardaşınız kimdir? Dedi ki, Anar Əliyev. (Rövnəq Abdullayevin dayısı oğlu - Əvəz Zeynallı). Telefonum təhlükəsizlik orqanları tərəfindən dinlənilirdi, indi də səs qeydləri onlarda var. Çox üzr istəyirəm, leksikonumda nə qədər söyüş varsa, hamısından istifadə etdim. “Üzr istəyirəm” deyib, dəstəyi asdı. Sən kimsən, biz elələrindən qorxmuruq, gülürük. Heç vaxt mafioz qruplaşmaların bizə dişi batmayıb, bata da bilməz. O insanlardan deyiləm ki, kiminsə qarşısında əsim, əl qaldırım. Üstümüzə gələnin vurmasını gözləmərik, biz vurarıq. İfadəm əsasında “Lotu Quli”ni Türkiyədən deport etdilər. İstanbulun təhlükəsizliyinə cavabdeh olan Mustafa Çalışqan mənə dedi ki, sənə görə “Lotu Quli”ni deport etdik. Dedim, Allah razı olsun, ondan çəkinmirdim, düzgün etməmisiniz. Önəmli olan odur ki, Türkiyədəki azərbaycanlıları sıxışdırmasın. Türkiyəli iş adamlarına ilişmirlər. Bilirsiniz kimə ilişirlər? Orta bizneslə məşğul olan azərbaycanlılara... Belə hallar çox olurdu, mənə deyirdilər, xəbər göndərirdim, əl çəkirdilər. Sayəmdə buradakı azərbaycanlıların yaxasını buraxdılar, qoymadım əzsinlər”.
Bunu “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov “Xural TV”yə müsahibəsində bildirib.
M.Mənsimov qeyd edib ki, o, 2020-ci ildə həbs edildikdən sonra “Lotu Quli” geri qayıdıb: “Geri qayıdandan bir həftə sonra öldü. Bunlar hamısı eyni qrupdular... Düşünürdü ki, zəng edəcəm Mübarizə, o da deyəcək, bağışla, qardaş, bir də etmərəm. Amma əksi oldu... Onlar sözlə danışırlar, biz isə müharibə görmüş adamlarıq... Gözləyirdim, gəlsinlər... Hə, mənə deyirdi ki, onu məmurlar dəstəkləyir. Dedim, bir dövlətin ki, sənə ehtiyacı var, deməli, o heç dövlət deyil. Kimsən ki dövlətin sənə ehtiyacı olsun?! Dövlətin təhlükəsizlik orqanları kifayət qədər güclüdür.
“Lotu Quli”nin ölümünə üzüldüm. Nə olur-olsun azərbaycanlıdır... Əslində ona deyil, övladlarına, əzizlərinə görə üzüldüm. Mənim aləmimdə namus məsələsi deyilsə, kimsə kiminsə canına qıymamalıdır. Canı sən vermədin ki, alasan, Allah verib, Allah da alacaq. Mənim kimi savaşda olacaqsansa, ya sən vuracaqsan, ya da səni vuracaqlar. Əfqanıstan müharibəsində iştirak etmişəm. Ümumiyyətlə, baş verən proseslər üzücü idi”.
İş adamı SOCAR-da, ümumilikdə ölkədə həyata keçirilən islahatlardan da danışıb: “SOCAR-da böyük dəyişikliklər olub. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə gənc kadr rəhbər vəzifəyə gətirilib. İdarəçilik gənc kadrlara verilib, onlar mədəni, intellektual şəxslərdir, təhsillərini xaricdə alıblar. Fəaliyyətlərini izləyirəm, böyük işlər həyata keçirirlər, zövq alıram. Yavaş-yavaş oğurluq kanalların açarları bağlanır. Bu, o deməkdir ki, Azərbaycanın dövlət büdcəsinə daha çox pul gələcək. Ümumiyyətlə, ölkədə müsbətə doğru xeyli işlər həyata keçirilib, bu, alqışlanmalıdır. Prezident çəkinmədən işğaldan azad edilən ərazilərə baş çəkir, işlərlə şəxsən maraqlanır. Qarabağla bağlı desələr ki, bir şeylər edin, əlbəttə, edəcəyik, yatırımlar olacaq. İş adamları yalnız maddiyyatı, qazancı düşünməli deyil, həm də yardım etməlidirlər. Hər kəs dövlətin yanında olmalıdır, Ali Baş Komandan İlham Əliyevi dəstəkləməlidir. Azərbaycan hamımızındır...”
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Əliyev Ərdoğana zəng etdi
26 fevral 2026 22:21
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 2026 13:09
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 2026 22:16
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
9 fevral 2026 12:25
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
