Tibbi sığorta ilə bağlı daha bir anlaşılmazlıq - Harada keçərli deyil?
Bəzən vətəndaşlar icbari tibbi sığorta ilə xəstəxanalara müraciət etmək istəyərkən müəyyən anlaşılmazlıqla üzləşirlər. Dövlət xəstəxanası kimi tanıdığımız tibb müəssisələrinə müraciət zamanı aydın olur ki, əslində həmin yerlər özəldir, orada xidmətlər pulludur, həkimlər ödənişli əsaslarla fəaliyyət göstərirlər.
“Qafqazinfo” xəbər verir ki, son günlər sosial şəbəkədə bununla bağlı müzakirələrə tez-tez rast gəlinir. Məsələn, Mərkəzi Klinikanın müvafiq şöbəsində qastroenteroloji müayinədən keçmək istəyən pasiyentə bildirilib ki, klinika icbari tibbi sığorta ilə yalnız kardioloji müayinələri edir. Həmçinin ATU-nun Tədris-Cərrahiyyə Klinikasında müayinədən keçmək üçün birbaşa müraciət edən pasiyentlər icbari tibbi sığortadan yararlana bilmirlər. Eyni hal dövlət tibb müəssisəsi olan Bakı Sağlamlıq Mərkəzində də yaşanır.
Bəs icbari tibbi sığortanın keçərli olduğu dövlət xəstəxanaları hansılardır? Həmçinin Agentliyin tabeliyində olmayan, lakin icbari tibbi sığortanın keçərli olduğu dövlət müəssisələri varmı?
Bu suallarla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət etdik. Agentlikdən sorğumuza cavab olaraq bildirildi ki, vətəndaşlar icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən yararlanmaq üçün TƏBİB-in tabeliyində olan istənilən dövlət tibb müəssisəsinə müraciət edə bilər. Bu tibb müəssisələrinə rayon/şəhər mərkəzi xəstəxanaları, müalicə-diaqnostika mərkəzləri, birləşmiş şəhər xəstəxanaları, birləşmiş uşaq xəstəxanaları, şəhər klinik xəstəxanaları, vərəm əleyhinə tibb müəssisələri, habelə Kliniki Tibbi Mərkəz, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu və s. tibb müəssisələri aiddir.
TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələri ilə buradan tanış olmaq mümkündür.

Dövlət Agentliyindən bildirilib ki, vətəndaşlar yaşadıqları ərazidən asılı olmayaraq, TƏBİB-in tabeliyində olan istənilən dövlət tibb müəssisəsinə ambulator yardım üçün göndəriş vərəqəsi olmadan şəxsiyyət vəsiqəsini təqdim etməklə müraciət edə bilərlər: "Yəni yaşadığı və ya qeydiyyatda olduğu ərazidən asılı olmayaraq, hər kəs ixtisaslaşdırılmış ambulator tibbi yardım üçün göndəriş olmadan həm yaşadığı ərazi üzrə, həm də digər şəhər və rayonlarda istənilən dövlət tibb müəssisəsinə müraciət edə bilər. Poliklinika, Ailə Sağlamlıq Mərkəzləri, kənd/qəsəbə məntəqələrində göstərilən tibbi xidmətlərdən istifadə etmək üçün qeydiyyatda olduğu ərazi üzrə müraciət edilməlidir”.
Agentlikdən həmçinin deyilib ki, dövlət tibb müəssisələrində stasionar şəraitdə (xəstəxanada yatış) göstərilən tibbi xidmətlər üçün göndəriş vərəqəsinin verilməsi tələb olunur. Bunun üçün vətəndaş ailə həkimi (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) və ya ixtisaslı həkim (müalicə həkimi) tərəfindən göndəriş vərəqəsi almalıdır.
Vətəndaşlara icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən xidmətlər isə bunlardır.
TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə vətəndaşa Agentliyin 43 müqaviləli (özəl) tibb müəssisələrindən birinə göndəriş verilir. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət edildikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanmaq mümkündür. Bu halda müvafiq tibbi xidmətin dəyəri müqaviləli tibb müəssisəsinə Agentlik tərəfindən ödənilir. Lakin göndəriş vərəqəsi almadan birbaşa müqaviləli tibb müəssisəsinə müraciət edərsə, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaiti hesabına ödəməlidir.
Agentlikdən bildirilib ki, müqaviləli tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir. Hazırda müqaviləli tibb müəssisələrinin adı, ünvanı, əlaqə vasitələri ilə buradan tanış olmaq olar.
Qurumdan yuxarıda adını çəkdiyimiz tibb mərkəzləri haqda da məlumat verilib: “Mərkəzi Klinika və Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələridir. Vətəndaş təcili və təxirəsalınmaz hallar istisna olmaqla, Agentliyin müqavilə bağladığı tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində yalnız göndəriş vərəqəsi ilə müraciət etməlidir. Pasiyent həmin tibb müəssisəsində istənilən həkimi seçmək hüququna malikdir. Bura dövlət tibb müəssisələrində mümkün olmayan Xidmətlər Zərfi ilə təminata alınmış tibbi xidmətlər üzrə həkim müayinə və müalicəsi, laboratoriya xidməti, invaziv radiologiya xidməti, stasionar cərrahi xidmət və stasionar terapevtik xidməti göstərilir. Bununla yanaşı, təcili və təxirəsalınmaz hallarda özəl tibb müəssisələrində göndəriş vərəqəsi olmadan pasiyentə stasionar şəraitdə tibbi xidmət göstərilir. Bunun üçün özəl tibb müəssisəsi Agentliyə elektron sorğu göndərir. Agentlik tibbi xidmətin Xidmətlər Zərfinə daxil olub-olmadığını, dövlət tibb müəssisəsində tibbi xidmətin göstərilməsi mümkünlüyünü və təcililik dərəcəsini nəzərə alaraq, tibbi xidmətin icbari tibbi sığorta vəsaiti hesabına göstərilməsini qarşılayır və ya sığorta ödənişindən imtina edir”.

Agentlikdən həmçinin qeyd edilib ki, müxtəlif dövlət orqanlarının (Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və s.) tabeliyində olan tibb müəssisələrində stasionar şəraitdə sığortaolunana ixtisaslaşdırılmış tibbi yardımın göstərilə bilmədiyi hallar baş verdikdə, sözügedən tibb müəssisələri bu barədə Agentliyə rəsmi məktubla müraciət edirlər. Agentlik göstərilən xidmətin Xidmətlər Zərfinə daxil olub-olmadığını nəzərə almaqla, tibbi xidmətin icbari tibbi sığortanın maliyyə mənbələri hesabına həyata keçirilməsinə razılıq verir və ya tibbi xidmətə görə sığorta ödənişindən imtina edir.
Bəs dövlət tibb müəssisələrində ödənişli xidmət qanunidirmi? İqtisadçı-ekspert Rəşad Həsənovun saytımıza bildirdiyinə görə, dövlət tibb müəssisələrinin publik hüquqi şəxs elan edilməsindən sonra ödənişli xidmət qanunidir: “Məhz həmin müəssisələrin publik hüquqi şəxs olması, bəsit dildə desək, təsərrüfat əsaslı müəssisə deməkdir. Bunlar özü-özünü maliyyələşdirməli olan müəssisələrdir. Bu statusun verilməsinin səbəbi o idi ki, həmin xəstəxanalarda biznes təyinatlı xidmətlər göstərə bilsinlər. Qanunvericiliyə görə, publik hüquqi şəxslər kommersiya marağında fəaliyyət göstərə bilərlər. Bundan sonra onların vətəndaşlara ödənişli xidmətlər təklif etməsi qanuniləşdirilib”.
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 2026 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 2026 21:53
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 2026 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 2026 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
