Millət vəkili: "Caynağınızı Azərbaycan təhsilindən çəkin"
Cəmiyyət8 iyun 2022 13:34
Milli Məclisin üzvü Etibar Əliyev
Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ən çox diqqət etdiyi sahələrdən biri orta təhsildir. Ölkəmizdə inşa edilən yüksək infrastruktura malik olan məktəblər, bu məktəblərdəki şərait şagirdlərin həm yüksək səviyyədə bilik qazanmalarına, həm də yaxşı vətəndaş kimi yetişmələrinə xidmət edir. Aydındır ki, bunun məsuliyyətini isə təhsilə cavabdeh şəxslər daşımalıdırlar. Məktəblərdəki yeniliklərlə yanaşı, nöqsanlar da mütləq ictimailəşdirilməlidir. Biz təhsilin bütün pillələrini, xüsusilə orta təhsili qorumalıyıq. Məktəbdən gələcəyimizə yol açılır.
Son zamanlar Orta təhsildə baş verən neqativ hallarla bağlı tənqidi yazılarım bir sıra şəbəkə adamlarını hiddətləndirib. Orta məktəblərə 5-ci kalonun nüfuz etməsində məqsəd məktəblə cəmiyyət arasında qarşıdurma yaratmaqdır. Bu qruplaşmanın başında duranlardan biri Təhsil nazirinin keçmiş müavini Məhəbbət Vəliyevadır. Bakı məktəblərinin idarəçiliyi hələ də onda qalır. Bakı şəhəri Təhsil İdarəsinə təyin etdirdiyi Mehriban Vəliyeva onun təsiri altındadır və Bakı təhsilini onun diqtəsi ilə idarə edir. İndi bu şəbəkələşmiş antimilli qruplaşmanın məktəblərimizə vurduğu zərbələrə diqqət edin:
-Regional Təhsil İdarələri, xüsusilə Bakı şəhər Təhsil İdarəsi intriqa yuvasına çevrilib. Baxçalar bu quruma tabe etdirildikdən sonra baxça müdirlərindən külli miqdarda pul yığımı başlanıb.
-Orta məktəblərin yuxarı siniflərində demək olar dərslər keçirilmir.
-Məktəblər repetitorlara arendaya verilib.
-Bioqrafiyaları ən natəmiz olan adamları direktor təyin etdirirlər.
-Məktəb qrant layihələrinə ayrılan külli miqdarda vəsaitlər mənimsənilir.
Məhəbbət Vəliyevanın direktor təyin etdirdiyi bütün məktəblərdə özbaşınalıq və rüşvətxorluq tüğyan edir. Bunu bütün Respublika bilir.
Məktəblərdə pul yığımları günü-gündən şiddətlənir.
Şəbəkəyə yaxın olan məktəb direktorları üçün yaş həddi yoxdur və həmin məktəblərə nəzarət həyata keçirilmir.
-Məktəblərdə kasıb uşaqlarına ögey münasibət bəslənilir.
Bu neqativ halları statusundan asılı olmayaraq kimsə tənqid edəndə Məhəbbət Vəliyeva və onun klan üzvləri: ramizmehdiyevçilər, əlihəsənovçular və Azərbaycanın əleyhinə olan antimilli şəbəkə işə salınır. Bu antimilli şəbəkə və onların əlaltıları 164 nömrəli məktəbdə “Georgi lenti” kimi antiideoloji və Dövlətçilik əleyhinə olan tədbirə reaksiya vermədilər. Son hadisəyə qayıdıram. Zərifə Əliyeva adına liseyin direktorunun iştirak etdiyi əyləncə tədbirində öz müəllimlərini qarşısında oriyental rəqs etdirməsi görüntüləri geniş rezonansa səbəb oldu. Bu şəbəkə müəllim adına yaraşmayan hərəkətlərə bəraət qazandırmağa başladı. Mən həmin videonu sosial şəbəkələrdə gördükdən sonra bununla bağlı bir cümləlik şərh yazdım. Hətta videogörüntünü belə paylaşmadım. Bundan sonra Məhəbbət Vəliyevanın mütəşəkkil dəstəsi mənə qarşı böhtan və qarayaxma kampaniyasına başladı. Başladılar özlərində olmayan ali mənəvi dəyərlərdən dəm vurmağa. Gödənini milli dəyərlərindən üstün tutanlar bu millətin düşmənləridir. Bu bədbəxtlər və satılmışlar bilmirlər ki, müəllimin məktəbdəki davranışı ilə kənardakı davranışı eyniyyət təşkil etməlidir. Müəllim hər yerdə şəxsi nümunə olmalıdır. Bütün ölkə bilir ki, həmin məktəbin direktor əvəzi dəstəbaşı Məhəbbət Vəliyevanın əmisi qızıdır. Deyilənlərə görə o, əmisi qızını qorumaq üçün ramizmehdiyevçilrə və əlihəsənovçulara xeyli məsrəflər sərf etdi. Hətta bunları xaricdə oturmuş, Azərbaycana qarşı siyasi qaraxma aparan 5-ci kalonun üzvləri də müdafiə edir. İndi görün, Məhəbbət Vəliyeva kimlərlə bir çətirin altındadır. Və onun oyunları həm də siyasi xarakter daşıyır.
Elm və təhsilin əlifbasına həsrət qalanlardan birinin vicdan asqırtısına isə Nazirlik rəsmiləri də diksindi. Ona görə ki, bu şəbəkə onun arvadını imtahansız direktor təyin edib. Bu ciddi qanun pozuntusuna razılaşan yaramaz, indi bizə əxlaq dərsi keçir. Liseyin tarix müəllimi, lisey direktorunun yaxın sirdaşı, liseydəki yığım kampaniyasına rəhbərlik edənlərdən biri, həmkarların sədri Pərviz Ağalarov etiraf edə bilmir ki, biz liseyimizi digər lisey və məktəblər kimi repetitor kurslarına çevirmişik. Bunu ibtidai sinif şagirdləri də bilir. Bu liseyə qəbulun qiyməti barədə bütün Respublika danışır və “vicdanlı” tarixçi isə direktora qahmar çıxır. Haşiyə çıxıb deyə bilərəm ki, hal-hazırda bu kampaniyanın ən qızğın dövrüdür. Aidiyyəti hüquq mühafizə orqanlarına bu məsələni nəzarətə götürməyə dəvət edirəm. Kişilikdən qeyrətdən dəm vuran bu adam qalmaqallı 10-ci sinif “Tarix ” dərsliyinin müəlliflərindən biridir və “Velikaya Armeniya” xəritəsi olan bölməni məhz o yazıb.”
Bəlkə burda da şəbəkənin rolunu danasınız! 5- ci kolonun üzvlərinə, mehdiyevçilərə və həsənovçulara xəbərdarlıq edirəm! Caynağınızı Azərbaycan təhsilindən çəkin… Bu dövlətin gələcəyi bu gün məktəblərdə bacardığınız qədər səhf istiqamətə yönəltməyə çalışdığınız gənclərdən asılıdır.
Unutmayın ki, dövlət də, ayrı-ayrı dövlət strukturları da bunun ciddi şəkildə fərqindədirlər. Və mən də bütün təzyiq və qarayaxmalara baxmayaraq həmişə bu neqativ və gələcəyimiz üçün təhlükəli olan proseslərin qarşısında olacam və mübarizəmdən geri çəkilməyəcəm.
Oxşar xəbərlər
- Prezident Milli Dirçəliş Günü ilə bağlı paylaşım etdi
17 noyabr 2025 11:45
- Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
17 noyabr 2025 00:38
- Prezidentin səfəri başa çatdı - Fotolar
17 noyabr 2025 00:01
- İlham Əliyev liderlərin iclasında (YENİLƏNİR)
16 noyabr 2025 11:08
- Polad Həşimovun qızı: Paraddakı hərbçilərin arasında atamı da görürdüm...
16 noyabr 2025 10:49
- İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
15 noyabr 2025 22:51
- İlqar Hacıyev də Baş Prokurorluğa çağırıldı
15 noyabr 2025 22:05
- Tanınmış jurnalistlər Özbəkistanda səfir və rektorla görüşdü (FOTO)
15 noyabr 2025 16:18
- Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü oldu
15 noyabr 2025 16:05
- LEŞ TOFİQ-lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?
15 noyabr 2025 12:31
Xəbər lenti
- Zaur Mirzəyev azadlığa çıxdı
17 noyabr 22:31
- Əhməd Oruc insult keçirdi - Vəziyyəti ağırdır
17 noyabr 19:25
- Prezident Milli Dirçəliş Günü ilə bağlı paylaşım etdi
17 noyabr 11:45
- Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
17 noyabr 00:38
- Milli Qəhrəmanın qızının toyu oldu - VİDEO
17 noyabr 00:18
- Prezidentin səfəri başa çatdı - Fotolar
16 noyabr 23:59
- İlham Əliyev liderlərin iclasında (YENİLƏNİR)
16 noyabr 11:08
- Kaş boşanmış olardım - Şəhid xanımı Gülüstan Əliyeva
16 noyabr 10:59
- Polad Həşimovun qızı: Paraddakı hərbçilərin arasında atamı da görürdüm...
16 noyabr 10:49
- Sadəcə sənin adın var könlümdə... - Günün mahnısı
16 noyabr 01:28
- Ukrayna və Rusiya razılığa gəldi
16 noyabr 00:49
- İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
15 noyabr 22:51
- İlqar Hacıyev də Baş Prokurorluğa çağırıldı
15 noyabr 21:58
- Tanınmış jurnalistlər Özbəkistanda səfir və rektorla görüşdü (FOTO)
15 noyabr 16:15
- Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü oldu
15 noyabr 16:05
- LEŞ TOFİQ-lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?
15 noyabr 12:31
- Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
15 noyabr 11:53
- İlham Əliyev Mahmud Abbası təbrik etdi
15 noyabr 11:42
- Gürcüstanda plastik qab-qacaq qadağan olunur
15 noyabr 11:08
- Alim ölkə başçısına müraciət edib — Tariyel Pənahovun istəyi nədir?
14 noyabr 18:21
- Payızın qızıl vaxtı - Şahnaz Şahin yazır
14 noyabr 17:47
- Utanılası tarix - Mirzoyan azərbaycanlı bolşevikləri bir-birinə qırdırırmış
14 noyabr 17:38
- Zelenski İlham Əliyevə zəng etdi
14 noyabr 17:12
- BAKCELL MMC-nin meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
14 noyabr 16:55
- Zəngilanın Ağalı kəndinə növbəti köç karvanı yola salınıb
14 noyabr 15:28
- Əli Nağıyev və Orxan Sultanov Xankəndidə iclasda - Fotolar
14 noyabr 15:05
- İcra başçısına 15 TON ARPA satdım, PULUNU VERMİR..)))
14 noyabr 12:48
- TƏBİB-də yoxlama olacaq: Qurum 1,8 milyonluq kənar audit xidməti alır
14 noyabr 12:19
- Prezident beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanladı
14 noyabr 12:01
- Xalq aclıq içindədirsə, ölkəni idarə etmək mümkün deyil
14 noyabr 01:10
Video & Fotoqalereya
Video
Fotoqalereya
