“Azad qadın” heykəli sökülür? - Açıqlama
Bir neçə gündür “Azad qadın” heykəlinin ətrafı hasara alınaraq təmir-bərpa işləri aparılır. Bununla bağlı sosial şəbəkələrdə şəkillər yayılıb. Geniş müzakirələrə səbəb olan fotolara yazılan şərhlərdə “Azad qadın” heykəlinin, hətta söküləcəyi də deyilir.
Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib ki, hasarlanma Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilməyib:
“Bir neçə gün öncə ətrafı hasarlanan “Azad qadın” heykəli dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxildir.
Abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri Dövlət Xidmətinin müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla, Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra aparılır.
“Azad qadın” heykəlinin ətrafının hasara alınması məsələsi ilə bağlı Dövlət Xidməti tərəfindən dəqiqləşdirmələr aparılır. Həmin tarixi abidə ilə bağlı aparılan hər hansı abadlıq və yenidənqurma işləri tarixi abidənin mühafizəsi və qorunması çərçivəsində nəzərdə tutulur”.
Bakı şəhər təmir-tikinti və kommunal xidmətlərindən isə “Qafqazinfo”ya bildirilib ki, heykəlin sökülməsi ilə bağlı heç bir qərar yoxdur:
“Həmin o ərazidə Bakı şəhər təmir-tikinti və kommunal xidmətləri tərəfindən təmir-abadlıq işləri aparılır. Sınmış qranit, mərmər və tamet daşları yenisi ilə əvəz olunur. Ərazi buna görə hasara alınıb, abadlaşdırılır və yeni şəkildə düzəlir. Bundan başqa, panduslar quraşdırılır. Heykəlin sökülməsi ilə bağlı heç bir söhbət yoxdur”.


- Zaur Mirzəyev azadlığa çıxdı
17 noyabr 2025 22:31
- Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
17 noyabr 2025 00:38
- Kaş boşanmış olardım - Şəhid xanımı Gülüstan Əliyeva
16 noyabr 2025 10:59
- Ukrayna və Rusiya razılığa gəldi
16 noyabr 2025 00:49
- LEŞ TOFİQ-lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?
15 noyabr 2025 12:31
- Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
15 noyabr 2025 11:53
- Zəngilanın Ağalı kəndinə növbəti köç karvanı yola salınıb
14 noyabr 2025 15:28
- Prezident bu qanuna dəyişikliyi təsdiqlədi
13 noyabr 2025 23:05
- Həbsdəki eks-generalın istintaqdan gizlətdiyi əmlakı üzə çıxdı – Dəyəri bu qədərdir
13 noyabr 2025 13:38
- Bakıda məşhur restoranda partlayış - Qadın işçi öldü
13 noyabr 2025 12:05
- Zaur Mirzəyev azadlığa çıxdı
17 noyabr 22:31
- Əhməd Oruc insult keçirdi - Vəziyyəti ağırdır
17 noyabr 19:25
- Prezident Milli Dirçəliş Günü ilə bağlı paylaşım etdi
17 noyabr 11:45
- Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
17 noyabr 00:38
- Milli Qəhrəmanın qızının toyu oldu - VİDEO
17 noyabr 00:18
- Prezidentin səfəri başa çatdı - Fotolar
16 noyabr 23:59
- İlham Əliyev liderlərin iclasında (YENİLƏNİR)
16 noyabr 11:08
- Kaş boşanmış olardım - Şəhid xanımı Gülüstan Əliyeva
16 noyabr 10:59
- Polad Həşimovun qızı: Paraddakı hərbçilərin arasında atamı da görürdüm...
16 noyabr 10:49
- Sadəcə sənin adın var könlümdə... - Günün mahnısı
16 noyabr 01:28
- Ukrayna və Rusiya razılığa gəldi
16 noyabr 00:49
- İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
15 noyabr 22:51
- İlqar Hacıyev də Baş Prokurorluğa çağırıldı
15 noyabr 21:58
- Tanınmış jurnalistlər Özbəkistanda səfir və rektorla görüşdü (FOTO)
15 noyabr 16:15
- Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü oldu
15 noyabr 16:05
- LEŞ TOFİQ-lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?
15 noyabr 12:31
- Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
15 noyabr 11:53
- İlham Əliyev Mahmud Abbası təbrik etdi
15 noyabr 11:42
- Gürcüstanda plastik qab-qacaq qadağan olunur
15 noyabr 11:08
- Alim ölkə başçısına müraciət edib — Tariyel Pənahovun istəyi nədir?
14 noyabr 18:21
- Payızın qızıl vaxtı - Şahnaz Şahin yazır
14 noyabr 17:47
- Utanılası tarix - Mirzoyan azərbaycanlı bolşevikləri bir-birinə qırdırırmış
14 noyabr 17:38
- Zelenski İlham Əliyevə zəng etdi
14 noyabr 17:12
- BAKCELL MMC-nin meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
14 noyabr 16:55
- Zəngilanın Ağalı kəndinə növbəti köç karvanı yola salınıb
14 noyabr 15:28
- Əli Nağıyev və Orxan Sultanov Xankəndidə iclasda - Fotolar
14 noyabr 15:05
- İcra başçısına 15 TON ARPA satdım, PULUNU VERMİR..)))
14 noyabr 12:48
- TƏBİB-də yoxlama olacaq: Qurum 1,8 milyonluq kənar audit xidməti alır
14 noyabr 12:19
- Prezident beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanladı
14 noyabr 12:01
- Xalq aclıq içindədirsə, ölkəni idarə etmək mümkün deyil
14 noyabr 01:10
