“Açıq şəkildə deyirdi ki, filankəsi azad et, ya da həbs elə”
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, ötən gün Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə zərərçəkən və şahidlərin ifadələri dinlənilib. Zərərçəkmişlərdən biri Zaur Əliyevin şərlənərək həbs olunması epizodu üzrə qayınatası Mirbala Əliyev şahid kimi çıxış edib. O, 80 min manat qarşılığında kürəkənini həbsdən azad etdiklərini bildirib: “Mövlam Şıxəliyev, dünya malına bel bağlama. Bu gün siz burada oturmusuz. Qısa ömrünüzü dünya malına fəda elədiz. Bundan sonranızı düşünün, adamların qarşısında üzrxahlıq edin, haqlarını verin”.
Daha sonra Mövlam Şıxəliyev söz alıb: “Mən istintaq idarəsinin rəisi olsam da, faktiki olaraq kargüzarlıq və təşkilati işlərlə məşğul olmuşam. İstintaqa aid, müstəntiqlərin icraatında olan cinayət işlərinə aid bütün məsələlər Baş prokuror Zakir Qaralov və 1-ci müavini Rüstəm Usubova aid olub. İstintaq İdarəsinə material gələndə mənim müstəntiqlərim birbaşa onlara məruz edirdilər. Və ya Baş Prokurorluqdan nümayəndə gələrək həmin materialı İstintaq İdarəsində müzakirə edirdi. Bunun nəticəsi olaraq cinayət işi başlanması və ya rədd edilməsi, qətimkan tədbirinin dəyişdirilməsi qərarı qəbul edilirdi. Ən sonda bu haqda mən məlumatlandırılırdım”.
Fotoda: Mövlam Şıxəliyev

Bu məqamda zərərçəkən Zaur Əliyev Mövlam Şıxəliyevə sual verib: “Qeyri-iş günü MTN-ə dəvət olundum. Təhsin Ağayev məndən 200 min pul istədi. Pulu verə bilmədim. Həmin gün cinayət işinin başlanması və barəmdə həbs qətimkan tədbirinin seçilməsi baş verdi. Siz kargüzar idinizsə, bu necə oldu?”
Mövlam Şıxəliyev suala “Həmin gün mən işdə olmamışam, bu barədə məlumatsızam. Nə edibsə, Təhsin Ağayev edib”, - deyə cavab verib.
Proses zamanı hakim təqsirləndirilən şəxslərə müraciət edib, onlara verilən ittihama münasibət bildirmələrini istəyib. Təqsirləndirilən Sahib Ələkbərov söz alaraq ittihama belə münasibət bildirib: “İcraatımda olan hər bir cinayət işi üzrə Zakir Qaralov, Rüstəm Usubov və Mövlam Şıxəliyev qərar verən vəzifəli şəxslər idi. Baş prokuror Zakir Qaralov özü Rüstəm Usubova, milli təhlükəsizlik nazirinə (Eldar Mahmudovu nəzərdə tutur), Mövlam Şıxəliyevə müraciət edirdi. Açın, telefonlarıma baxın. Mövlam Şıxəliyev məni yanına çağırırdı, açıq şəkildə deyirdi ki, Rüstəm Usubovdan belə bir tapşırıq gəlib. Ya deyirdi ki, filankəsi azad et və ya da get filankəsi həbs elə. Göstəriş veriblər, mən də tapşırığı yerinə yetirmişəm. Mən heç kim idim. Baş prokuror başda olmaqda, Rüstəm Usubov, Mövlam Şıxəliyev icraatımda olan cinayət işlərinə müdaxilə edib, tapşırıq verirdilər. Mən də icra etməyə bilməzdim. İcra etməsəydim, özümü həbs edəcəkdilər”.
Proses iyunun 14-ə təxirə salınıb.
Qeyd edək ki, Mövlam Şıxəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunur. İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə 32 zərərçəkmiş var.
- Ramiz Mehdiyev -Elmira Axundova tandeminin adı keçən 8 milyonluq qalmaqal
12 yanvar 2026 19:04
- Qrenlandiyanı biz ələ keçirməsək, bunu Rusiya və ya Çin edəcək - Tramp
12 yanvar 2026 12:52
- İranda aksiyalarda ölənlərin sayı 500-ü keçdi
12 yanvar 2026 11:18
- Ağdərədə mina partladı: Xəsarət alan var
11 yanvar 2026 15:01
- Tüstü bacaları ölüm saçır: Məsuliyyəti kimsə üzərinə götürmür
11 yanvar 2026 13:02
- Əliağa Vahid ölü yiyələrindən niyə küsmüşdü? – Qızından atası ilə bağlı maraqlı xatirə
11 yanvar 2026 12:42
- Pezeşkiandan ŞOK ETİRAF: Ürək cərrahıyam, üç aylıq maaşım...
10 yanvar 2026 22:39
- 73 yaşlı Əli Abbasov bu sahədə çalışacaq
10 yanvar 2026 21:05
- İllərlə edilən səhvlərin nəticəsi: Bakı boğulur - Çıxış yolu var?
10 yanvar 2026 13:09
- Təbriz də ayağa qalxdı: Azərbaycan şərəfdi, Pəhləvi bişərəfdi !
10 yanvar 2026 11:50
- Prezident MİQ-in ödənişli olmasını - Təsdiqlədi
15 yanvar 18:10
- Görün Hacıbala Abutalıbov harada yaşayır (FOTO)
15 yanvar 17:57
- Havanın temperaturu 8 dərəcə enəcək, qar yağacaq
15 yanvar 17:51
- Ramiz Mehdiyev -Elmira Axundova tandeminin adı keçən 8 milyonluq qalmaqal
12 yanvar 19:04
- Deputat öz yerinə onu təyin etdi
12 yanvar 18:53
- Qrenlandiyanı biz ələ keçirməsək, bunu Rusiya və ya Çin edəcək - Tramp
12 yanvar 12:52
- Prezidentin sədrliyi ilə müşavirə keçirildi (FOTO)
12 yanvar 12:44
- Azərbaycan, HAZIR OL ! - Amerikadan ŞOK XƏBƏRDARLIQ gəldi
12 yanvar 11:56
- İranda aksiyalarda ölənlərin sayı 500-ü keçdi
12 yanvar 11:18
- Seyran Səxavət: Yazıçı Anarın yerinə mən olsaydım, hamısını AYB-dən xaric edərdim
11 yanvar 22:42
- Kuba Prezidenti Trampa cavab verdi: Xalqımız son damla qanına qədər vətənini müdafiə etməyə hazırlaşır
11 yanvar 22:26
- Pezeşkian xalqı meydanlara çağırdı
11 yanvar 21:26
- Qaxdakı dünya əhəmiyyətli abidə MƏHV OLMAQ ÜZRƏDİR (VİDEO)
11 yanvar 21:18
- Azərbaycanda 14 gün İŞ OLMAYACAQ
11 yanvar 15:15
- Ağdərədə mina partladı: Xəsarət alan var
11 yanvar 15:01
- Adnan Əhmədzadənin adı hallanan Grand-Martın 4 MİLYON VERGİ BORCU
11 yanvar 13:57
- Tüstü bacaları ölüm saçır: Məsuliyyəti kimsə üzərinə götürmür
11 yanvar 13:02
- İranda etirazçılara sərt xəbərdarlıq - Bu şəxslər EDAM olunacaq
11 yanvar 12:56
- Əliağa Vahid ölü yiyələrindən niyə küsmüşdü? – Qızından atası ilə bağlı maraqlı xatirə
11 yanvar 12:42
- İranın xarici işlər naziri ailəsi ilə birgə Livana qaçdı
11 yanvar 00:11
- İsrailin xarici işlər naziri Azərbaycana gələcək
11 yanvar 00:00
- Pezeşkiandan ŞOK ETİRAF: Ürək cərrahıyam, üç aylıq maaşım...
10 yanvar 22:39
- Tehranda 10 dövlət idarəsi, 24 yaşayış binası yandırıldı –Tehran meri
10 yanvar 21:38
- İranda generalının oğlu öldürüldü
10 yanvar 21:14
- 73 yaşlı Əli Abbasov bu sahədə çalışacaq
10 yanvar 21:05
- 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı hazırlıqlara başlanıldı - FOTOLAR
10 yanvar 13:30
- İllərlə edilən səhvlərin nəticəsi: Bakı boğulur - Çıxış yolu var?
10 yanvar 13:09
- Təbriz də ayağa qalxdı: Azərbaycan şərəfdi, Pəhləvi bişərəfdi !
10 yanvar 11:50
- Rza Pəhləvi Trampa çağırış etdi - Hazır olun
10 yanvar 11:35
- 1799-cu ildə Suvorov Alpları niyə aşmışdı? - Rusiyanın köləlik naminə qanlı savaşları
10 yanvar 11:21
