Baba Vəziroğlu ilə Şeyx Əbdül Ramiz Mehdiyevə görə üz-üzə gəldi
Xalq artisti Rasim Balayevin sədrlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, şair Baba Vəziroğlu maraqlı iddia ilə çıxış edib.
“Qafqazinfo” xəbər verir ki, o, Teleqraf.com-a müsahibəsində deyib ki, kino ittifaqlarının parçalanmasında əsas rolu Prezident Administrasiyasının və AMEA-nın sabiq rəhbəri Ramiz Mehdiyev oynayıb:
“Hər şey gözümüzün qarşısında oldu. Hamımız bilirik ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı necə yarandı... Daha doğrusu, onu necə yaratdılar. Onlar deyirlər ki, biz yaratdıq. Amma o ittifaqı Ramiz Mehdiyevin başçılıq etdiyi bir qrup - Rüstəmi düşmən elan etmək, Prezidentin ətrafını zəiflətmək istəyən və bu gün ifşa olunub hərəsi bir dərədə gizlənən korrupsiyaçı, düşmənin lehinə işləyənlər yaratdı. Rüstəm müəllimin başçılıq etdiyi ittifaqı gözdən salmaq, dağıtmaq üçün... Qeydiyyata alınmadığına görə ”respublika" sözünü də əlavə etdilər. Beləcə, gözümüzün qabağında yaranan bir ittifaq oldu. Ona görə də heç kim onu yaratmaqla kinoya böyük xidmətlər göstərməsi adı ilə qürrələnməsin. Onu da deyim ki, çox vicdanlı kinematoqrafçılar, ölkə kinosu üçün böyük xidmətləri olan insanların heç biri Ramiz Mehdiyev dəstəsinin onlara göstərdiyi konfetə aldanmadı. Kinematoqrafçılar arasında vicdanlı, sədaqətli insanlar da var. Onların böyük əksəriyyəti Kinematoqrafçılar İttifaqının krizis dövrlərini şükranlıqla keçdilər. Bir gün gələr haqq-ədalət yerini tapar deyərək... Doğrudan da bir gün gəldi. Rüstəm müəllim ali səviyyədə dəvət olundu. Kinematoqrafçılar İttifaqı yenidən öz məcrasına qayıtdı. Bunu oradakı bir çoxları - vaxtilə onunla çörək kəsmiş, birlikdə kinoya xidmət etmiş, evində olan və nəhayət, dost sanılan bir çox xəyanətkar insanlar bunu həzm edə bilmədilər. Ona görə stəkanda tufan qoparmağa çalışdılar”.

B.Vəziroğlu deyib ki, sonradan süni şəkildə yaradılmış ittifaq çox yaşaya bilməz: “1963-cü ildə təməli qoyulmuş əzəli, əbədi Kinematoqrafçılar İttifaqı var və Azərbaycan kinematoqrafçılarının qaymağı orada cəm olub. Gec-tez o biriləri də məşhur filmdəki sözdən sitat gətirərək cavab verəcəm: səhv eləmisən, götür tüfəngi keç bizim tərəfə. Yəqin ki, onlar da bir gün səhv etdiklərini anlayacaqlar. Və “çörəyə xəyanət”, “dosta xəyanət” damğasından qurtulmaq üçün haqq yoluna qayıdacaqlar".
Xatırladaq ki, hazırda xalq artisti Rasim Balayevin rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqı 1963-cü il yanvarın 13-də yaradılıb. Rüstəm İbrahimbəyov 1981-ci ilin mayında təşkilatın idarə heyətinin birinci katibi, 2003-cü ilin yanvarından 2022-ci ilin martına qədər sədri vəzifəsində çalışıb. İttifaqın idarə heyətinin üzvləri aşağıdakılardır:
Xalq yazıçısı Anar, şair Baba Bəziroğlu, Həmidə Ömərova, Firəngiz Qurbanova, Cavid İmamverdiyev, Oleq Səfərəliyev, Cəmil Fərəcov, Qulu Məhərrəmli və digərləri.
Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci il 21 iyunda təsis edilib. İttifaqın təşəbbüs qrupunun və idarə heyətinin üzvləri aşağıdakılardır: Şəfiqə Məmmədova, Mais Ağabəyov, Ramiz Fətəliyev, Müşfiq Hətəmov, Səyavuş Kərimi, Cəmil Quliyev, Yusif Quliyev, Vaqif Mustafayev, Nəriman Məmmədov, Oqtay Mirqasımov, Ayaz Salayev.

“Kino ittifaqını iki yerə Ramiz Mehdiyev parçalayıb” ittihamına gəldikdə isə son vaxtlar bu barədə bir sıra tanınmışlar üstüörtülü də olsa fikirlər səsləndirirlər. Belə ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Qulu Məhərrəmli “Yeni Müsavat”a ötən müsahibəsində kinematoqrafçılar ittifaqının fəal məmur müdaxiləsi ilə iki yerə parçalandığını demişdi: “Əsas ittifaq Rüstəm İbrahimbəyovun zamanında fəal məmur müdaxiləsi ilə iki yerə parçalandı. Hazırda Şəfiqə Məmmədovanın rəhbəri olduğu qurum Rüstəm İbrahimbəyova qarşı yaradılmışdı...”
Sayt Xalq artisti Şəfiqə Məmmədovanın rəyini almağa çalışsa da, cəndləri nəticə verməyib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Xalq artisti Şeyx Əbdül Mahmudbəyov isə səslənən ittihama bu cür cavab verib: “Mən zamanında sözümü Rüstəm İbrahimbəyova da demişdim. Onda heç Rasim Balayev ortalıqda yox idi, qaçıb gizlənmişdi. Deyirdi ki, ”mən yalnız kinoda qəhrəmanam, uşaqlarım var işləyirlər, işdən çıxararlar". İndi bəs nə oldu, niyə birdən-birə kişi olub bu cür ifadələr səsləndirir? Nə tez hər şeyi unutdu?
Qulu Məhərrəmli də deyir ki, “nə olsun, iki ittifaq olanda nə olar”. Bəyəm kolxoz bazarıdır? Bir arvadın bir əri olar, iki deyil. Baba Vəziroğlu da kinoçu çıxıb, kinonun tarixindən danışır. Onun, ümumiyyətlə, ittifaqda nə işi var, anlaya bilmirəm. O vaxt törətdiyi əməllərə görə Baba Vəziroğlu ittifaqın katiblərinin imzası ilə qurumdan qovulmuşdu. Şəfiqə Məmmədova o vaxt yüz kişidən qeyrətli çıxaraq sinəsini qabağa verdi və bu ittifaqı dövlət səviyyəsində təşkil edib, onu xilas etdi. Belə ki, “Nizami evi”ndə qurultay səviyyəsində konfrans keçirdilər. Konfransda Fatma xanım Abdullazadə, Əli Həsənov və digərləri iştirak etmişdi. Onların iştirakı rəsmi, protokola uyğun idi. Şəfiqə xanım həmin vaxt quruma rəhbər təyin olundu və beləliklə, Rüstəm İbrahimbəyovun dağıtdığı kino ittifaqı bərpa olundu. Burada Ramiz Mehdiyevin niyə adı çəkilir ki? Gedənin arxasına bu cür mövqe tutmaq doğru deyil. Kişi idilər Ramiz Mehdiyev vəzifədə olanda bu sözü deyərdilər. Bir daha qeyd edirəm ki, Kinematoqrafçılar İttifaqında müəyyən şəxslərə Rasim Balayevin, sadəcə, adı lazımdır. Həmin qurumda Rasim Balayevə yaxın olan bir neçə şəxslə söhbətdə demişdim ki, gəlin birləşək, barışaq, kino haqqında danışaq. Mənə dedilər ki “Rasim Balayevin bizə, sadəcə, adı lazımdır ki, məktublarımıza cavab verilsin”. Bəs Rasim Balayevin öz ağlına nə gəlib? Kino, milli barışıq qalıb kənarda, ona çörək verən adam haqqında hədyanlı sözlər deyir. Sən heç Şəfiqə Məmmədovanın dırnağı qədər də kişi deyilsən. Çünki o ittifaqda yeganə adam idi ki, sona qədər əli-ayağı təmiz oturdu, sonda da ittifaqı qoruyub saxladı. Rüstəm İbrahimbəyov barəsində nə sözüm olubsa, onun sağlığında demişəm, bunu mətbuatdan görə bilərsiniz. Hətta İbrahimbəyov dediyim fikirlərə görə dəfələrlə mənimlə əlaqə saxlayıb, danışmışıq. Biz onunla Moskvada bir yerdə oxumuşuq. İndi Rasim Balayev deyir ki “Əbdül Mahmudbəyovun kinodan xəbəri yoxdur”. Məgər Balayev, sənə mükafatı verən mən deyildim? “Nəsimi” filminə görə onu xəstəxanadan çıxardıb gətirmişdim”.
- Ermənilər barışığa can atır, amma heç vaxt inanmaq olmaz – Xankəndili sabiq deputat
21 yanvar 2026 17:09
- Ramiz Mehdiyev -Elmira Axundova tandeminin adı keçən 8 milyonluq qalmaqal
12 yanvar 2026 19:04
- Azərbaycan, HAZIR OL ! - Amerikadan ŞOK XƏBƏRDARLIQ gəldi
12 yanvar 2026 11:56
- Ramiz Mehdiyev dosyesində azyaşlı qızların oğurlanması epizodu - DTX-ya müraciət
9 yanvar 2026 20:18
- Tı kto takoy, Rasim Balayev? Səni adam edən mən olmuşdum – Şeyx Əbdül Mahmudovla ŞOK MÜSAHİBƏ
9 yanvar 2026 20:03
- Ramiz Mehdiyevin kölgəsində ələ keçirilən 8 milyon manat – Elmira Axundovanın yaxını növbəti həbsin astanasında
7 yanvar 2026 21:33
- Ramiz Mehdiyevin Türkiyədə dəniz imperiyası üzə çıxdı – Enveroğlu tankeri…
5 yanvar 2026 18:06
- Azərbaycanda 2026-cı ilin ilk körpəsi dünyaya gəldi
1 yanvar 2026 13:30
- Pulsuz qəbul etməyəcəm - Mingəçevirdə şoka düşən körpəyə qəddar münasibət FOTO
27 dekabr 2025 17:54
- Tofiq Kazımovun həyat yoldaşı: KQB-də işləyən qaynım demişdi, Səməd Mənsurun kitablarını yandırın..
27 dekabr 2025 11:29
- Mikayıl İsmayılovun icarəyə vediyi Ağsu Tədris Mərkəzində nələr baş verir ...
24 yanvar 16:31
- OĞLU Fəzail Ağamalını məhkəməyə verdi
24 yanvar 16:15
- Tramp İlham Əliyevə təşəkkür etdi
24 yanvar 16:11
- Azərbaycan Qarabağda yaşayan 10 ermənini Ermənistana təhvil verdi
23 yanvar 14:17
- Rəşid Behbudovun qızı...RƏDD ETDİ
22 yanvar 22:18
- İlham Əliyev: Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!
22 yanvar 13:01
- Ermənilər barışığa can atır, amma heç vaxt inanmaq olmaz – Xankəndili sabiq deputat
21 yanvar 17:09
- Bacısı oğlundan keçmiş deputata ittiham: Ştutqartı əlimizdən alıb
21 yanvar 16:58
- Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - Siyahı
21 yanvar 16:49
- Azərbaycan və İsrail prezidentləri görüşdü - Fotolar
21 yanvar 16:43
- Keçmiş vəkil Cavidan Osmanlı hakimin adından saxta sənəd düzəltdi - Qadın 20 min manat əlavə ziyana düşdü
19 yanvar 17:30
- İlhamənin oğulluğu Elmira Axundovanın oğlu ilə birləşib deputatlara pul atırdı - Əli Mirəliyevdən ŞOK AÇIQLAMALAR
19 yanvar 17:24
- Sədrin kabinetində keçirildiyi deyilən əməliyyatla bağlı - Partiyadan açıqlama
19 yanvar 17:10
- Prezident və birinci xanım Sürixə getdi (FOTO)
19 yanvar 16:53
- Aytəkin Cəfərovaya Qarabağda vəzifə verildi
19 yanvar 16:36
- Prezident MİQ-in ödənişli olmasını - Təsdiqlədi
15 yanvar 18:10
- Görün Hacıbala Abutalıbov harada yaşayır (FOTO)
15 yanvar 17:57
- Havanın temperaturu 8 dərəcə enəcək, qar yağacaq
15 yanvar 17:51
- Ramiz Mehdiyev -Elmira Axundova tandeminin adı keçən 8 milyonluq qalmaqal
12 yanvar 19:04
- Deputat öz yerinə onu təyin etdi
12 yanvar 18:53
- Qrenlandiyanı biz ələ keçirməsək, bunu Rusiya və ya Çin edəcək - Tramp
12 yanvar 12:52
- Prezidentin sədrliyi ilə müşavirə keçirildi (FOTO)
12 yanvar 12:44
- Azərbaycan, HAZIR OL ! - Amerikadan ŞOK XƏBƏRDARLIQ gəldi
12 yanvar 11:56
- İranda aksiyalarda ölənlərin sayı 500-ü keçdi
12 yanvar 11:18
- Seyran Səxavət: Yazıçı Anarın yerinə mən olsaydım, hamısını AYB-dən xaric edərdim
11 yanvar 22:42
- Kuba Prezidenti Trampa cavab verdi: Xalqımız son damla qanına qədər vətənini müdafiə etməyə hazırlaşır
11 yanvar 22:26
- Pezeşkian xalqı meydanlara çağırdı
11 yanvar 21:26
- Qaxdakı dünya əhəmiyyətli abidə MƏHV OLMAQ ÜZRƏDİR (VİDEO)
11 yanvar 21:18
- Azərbaycanda 14 gün İŞ OLMAYACAQ
11 yanvar 15:15
- Ağdərədə mina partladı: Xəsarət alan var
11 yanvar 15:01
